Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə82/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   78   79   80   81   82   83   84   85   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
215 
MRT  kalsifikasiyaları  təyin  etmək  üçün  çox  uyğun  bir  instrumental  müayinə  üsulu  deyildir. 
Ancaq müalicədə cavabı dəyərləndirmək üçün istifadə edilə bilir. 
Patolojik  incələmədə  daxilde  germinativ  membran  (intima)  ve  xaricdə  laminar  membran 
(kutikula) təyin edilir. Ən xaricdə ise incə fibrotik və sıxılmış dalaqdan əmələ gələn perikist (adventisia) 
görülür. 
Differensasiyada  dalağın  birincili  qeyri-parazit  kistləri  (epidermoid,  dermoid,  epitelial, 
psevdokistlər, abses, kistik şişlər) ve ikincili (posttravmatik) kistləri ağıla gəlməlidir. 
Dalak  exinokok  kistlarında,  infeksiya  və  yırtılma  riskindən  dolayı,  splenektomiyadan  parsiyal 
kistektomi  və  omentopeksiye  qədər  deyişən  cərrahi  müalicələr  məsləhət  görülür.  Splenektomiyanın 
yüksek  ağırlaşma  riski,  47  günə  çatan  xəstəxanada  qalış  müddəti  və  residivlərindən  (%3.8)  dolayı  son 
zamanlarda  hər  xəstəyə  təyin  edilmir.  Özəlliklə  dörd  yaş  altı  pnevmokok,  meninqokok  kimi  kapsullu 
bakteriyalara  sıx  tutulduğundan  uşaqlarda  parsiyal  kistektomi  ve  omentopeksiya  kimi  qoruyucu 
əməliyyatlar önərilir 
Laparoskopik  müdaxilələrdə  təqribi  əməliyyat  müddəti  80  dəqiqə,  açıq  əməliyyata  dönme  faizi 
%3-e ağırlaşma sıxlığı %11 olaraq bildirilir. 
Ağırlaşmaların  müalicəsində  farmakoloji  müdaxilə  ümumilikde  effektivdir.  Böyük  ölçülü  dalaq 
exinokok  kistlərinde  laparoskopik  splenektomi  de  faydalı  ola  bilir.  Perkutan  müdaxilələr  də  özəlliklə 
tip  I  ve  II  kistlər  için  %0-4  gibi  oldukça  düşük  residiv  faizləri  göstərilmişdir.  Perkütan  müalicələrdə 
anafilaktik  reaksiya  riski  açıq  cərrahiyə  əməliyyatları  ilə  bənzər,  %0.1-0.2  civarındadır.  Cərrahi  və  ya 
perkutan  müalicə  öncəsi  və  sonrası  profilaktik  olarak  benzimidazol  sinifindən  geniş  spektrumlu  bir 
antihelmintik  olan  albendazol  istifadə  edilə  bilər.  Albendazol  parazitin  mikro  borucuq  əmələ 
gətirməsini inhibə edər ve metafaz fazında hüceyrə proliferasiyasını durdurur. Bədən çəkisini 60 kg’ın 
üzərində  olan  xəstələrdə  gündə  2  defe  400  mg  dozda  önərilirkən,  60  kg  altındakı  xəstələrdə  15  mg/kg 
dozda ikiyə bölünərək məsləhət görülməkdədir. 
Preoperatif  ve  postoperatif  3  tsikl  periodu  ilə  28  gün  müddətində  14  gün  ara  verilərək  optimal 
parazit  öldürmə  nəticəsi  əldə  edilə  bilir.  Ancaq  uzun  müddət  istifadə  yan  təsir  olaraq 
qranulositopeniya,  pansitopeniya  ve  agranulositoza  səbəb  ola  bilər.  Ayrıca  xəstələrin  %16’ində  keçici 
transaminaz  yüksəlməsi  görülə  bilinir.  Bu  səbəblə  hər  28  günlük  müalicənin  başında  və  ondan  sonra 
her  iki  həftədə  bir  qan  analizi    edilməlidir.  Ancaq  farmakolojik  müalicənin  nəticələri  hələdə  müzakirə 
olunmalıdır 
 
 
Ədəbiyyat qaynağı 
 
1.
 
Safioleas M, Misiakos E, Manti C. Surgical treatment for splenic hydatidosis. World J Surg 1997 
2.
 
Durgun V, Kapan S, Kapan M,et al. Primary splenic hydatidosis. Dig Surg 2003 
3.
 
Prousalidis J, Tzardinoglou K, Sgouradis L,et al. Uncommon sites of hydatid disease. World J 
Surg 1998  
4.
 
Atmatzidis K, Papaziogas B, Mirelis, et al. Splenectomy versus spleen-preserving surgery for 
splenic echinococcosis. Dig Surg 2003 
5.
 
Franquet T, Cozcolluela R, Montes M, et al. Abscessed splenic hydatid cyst: sonographic and CT 
findings. Clin Imaging. 1991  
6.
 
Jain R, Sawhney S, Berry M. Hydatid disease: CT demonstration and follow-up of a cystogastric 
fistula. AJR Am J Roentgenol 1992 
7.
 
Lo Casto A, Salerno S, Grisanti M, et al. Hydatid cyst of the liver communicating with the left 
colon. Br J Radiol 1997 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
216 
 
BÖYRƏYİN AĞIR FORMALI MƏRCANVARİ VƏ ÇOXSAYLI DAŞLARININ PUNKSİON 
LİTOTRİPSİYASINA YENİ BAXIŞ 
 
Qabil Hüseynov 
 
İşin rəhbəri: Südeyf İmamverdiyev, İlham Əhmədov 
 
ATU TCK, Urologiya Kafedrası 
 
Açar sözlər: Böyrək daşı, mərcanvari daş, PNL, açıq punksion nefrolitotripsiya. 
Giriş:  Böyrək  daşlarının  cərrahi  müalicəsində  qızıl  standart  Perkutan  Nefrolitotomiyanın  
ağırlaşmaları  83%-ə  qədər  çatır.  Bunlara  ekstravazasiya  (7.2%),  qan  köçürmə  (11.2-17.5%) və  qızdırma 
(21-32.1%), septisemiya (0.3-4.7%) və bağırsağın (0.2-0.8%), plevralın (0-3.1%) yaralanmalarıdır (Maurice 
Stephan Michel, Lutz Trojan, Jens Jochen Rassweiler). Yanaşı olaraq böyrək çatışmazlığı, şəkərli diabet, 
morbid piylənmə, ağciyər xəstəlikləri, işemik və hemorragik insult fəsadları ağırlaşmalar riskini artırır. 
Bunları  nəzərə  alaraq  böyrəyin  ağır  formalı  mərcanvari  və  çoxsaylı  daşlarında,  çanaq  distopiyalı 
böyrəklərdə, bağırsaq və plevra yaralanması ehtimalı olan xəstələrdə açıq mini lumbotomiya apararaq 
böyrəyin  aşağı  qütbünün  ön  səthini  açıb  punksion  nefrolitotripsiya  icra  etmək  təklif  edilmişdir  ( 
S.B.İmamverdiyev, 2015 ). 
Məqsəd:  Böyrəyin  ağır  formalı  mərcanvari  və  çoxsaylı  daşlarının  daha  az  ağırlaşma  ilə  cərrahi 
müalicəsi. 
Material  və  Metod:  2015-2017-ci  illərdə  ATU-TCK-ya  müraciət  etmiş  13  xəstəyə  punksion 
nefrolitotomiya  icra  olunmuşdur.  Xəstələrin  yaşı,  daş  yükü,  kreatinin  səviyyəsi,  hidronefrotik 
transformasiya, yanaşı xəstəliklər, BKİ təhlil olunmuşdur. Xəstələrin  ortalama yaşı 52 (67-23), daş yükü 
48MM (32-74 mm), kreatinin səviyyəsi 1.8 (0.92-4.46), III-IV dərəcə hidronefroz olmuşdur. Yanaşı olaraq 
şəkərli diabet 5 xəstədə, HT 3 xəstədə, Xronik böyrək çatışmazlığı 6 xəstədə, müxtəlif dərəcəli piylənmə 
9  xəstədə,  hemorragik  insultdan  sonrakı  vəziyyət  1  xəstədə  müşahidə  olunmuşdur.  Xəstəxana  yatış 
müddəti ortalama 3.7 gün (3-6 gün) olmuşdur. 
Nəticə:  12  xəstədə  (92%)  tam  daşsızlığa  (stone  free)  nail  olunmuşdur.  Toksiki  anemiyası  olan  1 
xəstəyə  əməliyyat  zamanı,  1  xəstəyə  isə  əməliyyatdan  sonrakı  dövrdə  hemotransfuziyaya  ehtiyac 
yaranmışdır.  3  xəstədə  (23%)  əməliyyatdan  sonra  tez  kontrol  edilə  bilən  38.3  temperatur  müşahidə 
olunmuşdur. Kreatinin səviyyələri  əməliyyatdan sonra 1.4(0.76 – 3.9) -ə düşmüşdür. 
Yekun:  Perkutan  nefrolitotomiyanın  az  effektli  və  ya  mümkünsüz  olacağı  böyrək  anomaliyalı, 
dayaq-hərəkət sisteminin deformasiyası, XBÇ, böyrəyin çanaq distopiyası olan, daş yükü həddən artıq 
çox  olan  və  morbid  piylənmə  və  şəkərli  diabetli  xəstələrdə  açıq  punksion  nefrolitotomiya  üsulunun 
perspektivli olması diqqəti cəlb edir.  
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə