Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə88/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   84   85   86   87   88   89   90   91   ...   101
Benton PDF.çapı

Fətəli şahın fərmanı
. Fətəli şahın məkrub yazmaq üsulu ilə 
tanış olmanız üçün onu müsyo Nərisanın tərcüməsində Sizə təq-
dim edirəm
58

“Şahın möhrü. 
Bu  dünyanın  aid  olduğu  uca  və  mərhəmətli  Allahın  adına! 
Böyük, tanınmış, ağıllı, qabiliyyətli, çalışqan, həmkarları və dost-
larının iftixarı Avqust Benton, Siz hər kəsə qayğı ilə yanaşan Şah-
zadənin  etimadını  qazanmısınız. O, belə qərara  gəlmişdir ki,  öz 
ağlınız, zəkanız və təşəbbüsünüzlə layihəsini hazırlamış olduğu-
nuz qala bizim uca lütfümüzlə bəyənilmiş və onun inşasına razılıq 
verilmişdir. 
Biləsiniz  ki,  Sizin  vəzifələrinizin  icrasında  və  Şahzadəyə 
münasibətdə ortaya  qoyduğunuz və ölkəmiz tərəfindən qiymət-
ləndirilən gözəl, pak, təmiz niyyətiniz, iradə, səmimiyyət və işgü-
zarlığınız  Günəşə  bənzəyən  uca  şah  həzrətlərinin  diqqətini  cəlb 
etmişdir. Buna görə yeni və yüksək binaların və tikililərin yara-
dılması  məqsədi  ilə  öz  həmkarları  arasında  seçilən  və  tanınmış 
Çətirçibaşı Məhəmməd Saleh bəy bir an öncə Sizin yanınıza gön-
dərilir. Ona əmr olunmuşdur ki, cənabınızın layihəsi ilə tanış ol-
sun və Siz yenidənqurma ilə bağlı öz müasir düşüncələrinizi çə-
kinmədən və tərəddüd etmədən ona öyrədə, bununla bağlı lazım 
                                                           
58
 Avqust Benton Şahın məktubunu hərfi tərcümə edərək onun yazıldığı fars 
dilinin, xüsusən rəsmi üslubunun nə qədər ağır, sönük, səmimiyyətdən kənar, 
bəzən  yersiz ibarə və ifadələri ilə şəxssiz cümlələr şəklində verilməklə hətta 
çətin  anlaşılan  olduğunu  göstərmək  istəmişdir.  Əlbəttə,  adıgedən  məktub 
Azərbaycan dilinə məntiqi, mənalı, anlaşıqlı və ana dilimizin bənzərsiz gözəl 
üslubu ilə tərcümə edildiyindən bu cəhət ortadan qaldırılmışdır. Bu cəhət bir 
daha Azərbaycan dili üslubunun, xüsusən də, fars dili üslubu ilə müqayisədə 
nə qədər səlis və ifadəli olduğunu ortaya qoyur.  


107 
olan hər cür avadanlıqları onun ixtiyarına verəsiniz ki, o, biz Əla-
həzrətə çatdırsın. Bununla da Sizin ağıl, zəka və işgüzarlığınız da-
ha artıq dərəcədə məlum olacaqdır. 
Məhəmməd Saleh bəy ora çatandan sonra adlı-sanlı Avqust 
Benton diqqət və istedadla çəkməli olduğu layhələri onun ixtiya-
rına qoymaqla Qibleyi-aləmin hüzuruna yetişdirməli, bununla da, 
öz istedadını ortaya qoymalı, imperatorumuzun ehtiyacını qarşı-
lamalıdır. Avqust Benton bilməlidir ki, o, hər zaman bizim dün-
yanı əhatə edən hakimiyyətimizin kölgəsi altında olacaqdır. Bu, 
onun işinin əsas qayəsi hesab olunur”. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə