Avqust benton


Fətəli şahın Napoleona hədiyyəsi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə90/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   86   87   88   89   90   91   92   93   ...   101
Benton PDF.çapı

Fətəli şahın Napoleona hədiyyəsi
. Növbəti gün Şahzadəni 
ziyarətə  getdim.  O,  atasının  imperator  Napoleon  üçün  hədiyyə 
olaraq göndərdiyi iki qılıncı mənə göstərdi. Onlardan biri Topal 
Teymura, ikincisi isə Nadir şaha aid idi. 
Şahzadənin  imperator  Napoleona  qarşı  böyük  səmimiyyəti 
olduğuna görə, onun haqqında yüksək fikirlərini söylədi. Bununla 
belə, İranın tarixi qəhrəmanlarına aid qiymətli qılıncların ölkədən 
çıxarılmasına razı deyildi. 
Şahzadə üçün xələt
. Sentyabr ayının 3-də Şahzadə, Şah tə-
rəfindən  göndərilən  Fərəculla  xanı  qarşılamalı  idi  və  təşrifata 
(
protokol  qaydalarına-tərcüməçi
)  yaxından  tamaşa  etmək  üçün 
məni də qarşılama mərasiminə dəvət etmişdi. Fərəculla xan Şahın  
hədiyyə olaraq göndərdiyi çoxlu sayda xələt, at, yəhər, azuqə və 


108 
pul gətirmişdi. Qarşılama mərasimi üçün münasib bir ərazidə bir 
neçə çadır qurulmuşdu. Şahzadə öz çadırında Şahın nümayəndə-
sini qəbul edəndə və onun göndərdiyi hədiyyələri alanda camaata 
şirniyyat paylanırdı. Şahzadə məni səslədi və mən qaydaya əsa-
sən, onu təbrik etdim. Çadırın qarşısında 15 təvaz uzunluğu və 4 
təvaz enindəki bir sahədə pərdə ilə əhatələnmiş, əla meyvə və şir-
niyyatlardan ibarət böyük bir süfrə açılmışdı. Şahzadə hədiyyələri 
qoşuna göstərməkdən ötrü pərdələri açdı. Oradakılar irəli gəldi-
lər, salam verdikdən sonra orada düzülmüş nemətlərdən yeməyə 
başladılar. Şahın Şahzadəyə göndərdiyi xələt ələ Kəşmir şalı idi. 
Tədbirin sonunda Şahzadə, atasının ona göndərdiyi ata mindi və 
ordugaha qayıtdı. Bu at olduqca qəşəng və gözəl idi, ancaq mənim 
nəzərimcə çox çılğındı. Onun yəhəri və üzəngisi cəvahiratla bə-
zədilmişdi; təqribən 5 min tümən qiyməti vardı. Bu, Fransa pulu 
ilə  100  min  frank  deməkdir.  Ordugaha  qayıdanda  bəzən  balaca 
toplardan atəş açılırdı. Süvari Şahzadə iki cərgə piyadanın arasın-
dan keçirdi, onun ardınca isə süvarilər gəlirdilər. 
Növbəti gün mən Fərəculla xanla yenidən görüşdüm. Onunla 
şam yeyərkən, o, mənə qarşı olduqca dost münasibətini ifadə etdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə