Avqust benton


General  Qardenlə  qarşılaşma



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə98/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   93   94   95   96   97   98   99   100   101
Benton PDF.çapı

General  Qardenlə  qarşılaşma
.  Ayın  7-də  Xoyun  hakimi 
Hacı Məhəmməd bəy və böyük bir dəstə ilə general Qardeni qar-
şılamağa getdik. Şəhərin xaricindəki geniş səfalı bağların kəna-
rında gözləməyə başladıq. Mən, ailəmdən və dostlarımdan xəbər 
gətirən  həmvətənlərimi  görməkdən  duyduğum  hisslərimin  təsi-
rindən bir yerdə qərar tuta bilmirdim. Buna görə də atımı çapdım 
və  onların qarşısına getdim. Ancaq, təəssüflər olsun ki,  aldığım 
ilk xəbər bu oldu ki, onlarla birlikdə Təbrizə qayıtmalıyam. 
Vəziyyətin tələb etdiyinə görə, səhhətimi əldən verdiyim bir 
vilayətə geri döndüyüm üçün olduqca dilxor idim. Hətta oradakı 
dostlarımı  görmək  və  bir  ildən  artıq  bir  müddətdə  görmədiyim 
əzizlərimdən və qohumlarından gətirilən bir dəstə məktub da məni 


117 
sevindirmədi. Şahzadə Təbrizə geri dönməyim münasibəti ilə məni 
yenidən görməkdən dolayı rəsmi və şəxsi sevinclərini izhar elədi. 
Hətta bu, belə mənim təəssüf dolu hisslərimi önləyə bilmədi. Bu 
nəcib Şahzadənin dostluğu mənim üçün olduqca qiymətlidir. 
Xudahafiz, əziz dostum, mən Tehrana gedən səfirə yol yol-
daşı olmalıyam. Tehran şəhəri Elburs dağının ətəklərində qədim 
Rey şəhərinin xarabalıqlarının yaxınlığında inşa olunmuşdur. Qə-
dimdə o, elə bir əhəmiyyət daşımamışdır. Lakin Ağa Məhəmməd 
xan və Fətəli şah onu İsfahandan üstün tutmuş və paytaxtı ora kö-
çürmüşlər. Bunun səbəbi Tehranın Qacarlar sülaləsinin çıxdıqları 
Mazandarana yaxın olması idi. 
 
  
 
 


118 
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə