Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə30/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   26   27   28   29   30   31   32   33   ...   101
Benton PDF.çapı

Türkiyədə əşrəf məsələsi
. Türkiyədə insanlar çox tez varla-
nırlar. Burada əşrəflik real məna daşımır; türklərə görə, hamı nə-
cibzadədir, yəni əşrəfdir. Müxtəlif təbəqələrin mövcudluğu və və-
zifələrin qeyri-bərabərliyi mədəni və ictimai qaydalara əsaslanır. 
Bu, elə də əhəmiyyət kəsb etmir. 
Əksər hallarda rəis, varlı və ya kasıb eyni məclisdə oturur, 
onlar arasında təşəxxüs və özünü dartma olmur. Ancaq xidmətçi-
lərin vəzifələrində bu bərabərliyə riayət olunmur. Qəribədir ki, bu 
hal da kiminsə böyük siyasi məqamlara çatmasına əngəl olmur. 
Bəlkə  də,  ilk  türk  fatehləri  ədalətsiz  işlərə  əl  atmırdılar  və 
məğlub olmuş xalqlar xidmətçi olurdular. Türklər özləri isə qılınc 
oynatmaqla məşğul olurdular, yəni orduda qulluq edirdilər. Onla-
rın vəhşi ruhları rütbə və alçaqlıq kinindən uzaq idi. Ancaq günü-
müzdə bu millət pozulub; insanlar təhdid və yaltaqlıq yolu ilə və-
zifə sahibi olmağa çalışırlar. Bu işdə heç bir yoldan çəkinmirlər. 
Həqiqətdə, şərəf hissi itmişdir. Bununla belə, türklər öz qürurla-
rını  qoruyub saxlayırlar. Məsələn, Osmanlının  ən aşağı  vəzifəli 
şəxs özünü sultanlardan birinə bərabər tutur. 
İzmit
. Növbəti günün səhərisi İsmit şəhərinə çatdıq. Təqri-
bən 5-6 min evin olduğu bu şəhərin ətrafında səfalı meyvə bağları 
və məhsuldar tarlalar gözə dəyir. Burada çoxlu ənginar ağacları 
əkilmişdir. İzmit şəhəri yarımdairə şəklində tikilmişdir. Onun bir 
tərəfində  eyniadlı  körfəz  yerləşir.  Körfəz  tərəfdə  qədim  viranə 
qəsr görünür. Görünüşünə görə, jenevrəlilərin hökmranlığı zama-
nı inşa edilmişdir. Bütün binalarda qədim dövrün inşaat material-
larının qalıqları nəzərə çarpır. Bu yerdə atları dəyişməkdən ötrü 
qısa bir müddətə dayandıq. Sonra cənub-şərq istiqamətində yolu-
muzu davam etdirdik. Çoxlu tikanlı fidan əkilmiş tarladan keçdik, 
səfalı  və  ağaclı  bir  düzə  daxil  olduq.  Ətrafdakı  dağların  hamısı 
ağaclarla örtülmüşdü. Yer üzü yaşıl bitki örtüyünə bürünmüşdü. 
Dağın aşağı hissələrində palıd, çinar və s. kimi ağaclar bitmişdi. 
Onun yuxarı dişli qayalıqlarında isə hündür ağaclar ucalır, mavi 
səmaya xüsusi gözəllik verirdi. 
Sabançı. 
Dəvrənddə  yolun  təhlükəsiliyini  təmin  etməkdən 
ötrü tikilmiş bir hərbi düşərgədə dayandıq. Əsgər kazarmasının 
qarşısında geniş bir süfrə açılmışdı. Burada çayı pulla satırdılar. 


41 
Siz ey bizdən sonra bu yerlərdən keçəcək yolçular! Dərvən-
din bu hərbi düşərgəsində Sabançı meşələrində, şəlalənin, çayın 
və çəmənliyin kənarında gözəl ağacların altında bir ləhzə əyləşin, 
mənim  kimi  uzaqdakı  yaxınlarınızı  xatırlayın!  O  zaman  buranı 
əfsus hissi ilə tərk edəcəksiniz. Kədərli hisslər yaşasanız da, on-
lar, ən azından, faydalıdır! 
May ayının 12-də Sabançıya yetişdik. Bura qədim Sofon şə-
hərinin ərazisində salınmış gözəl bir kənddir. O, zahirən abaddır. 
Yerli  əhali buradakı  gölün  balıqlarından və  çoxlu bağların üzü-
mündən faydalanır. 
Küçələrdə çoxlu ağ və qırmızı gilas satılır; onlar olduqca şi-
rin olsalar da, ətirsizdir. Bütün Kiçik Asiyada bu cür gilas boldur, 
ancaq Avropada onun əkini daha da inkişaf etmişdir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə