99
üstələyir. Türkmənlər İran ordusunda yeganə əsgərlərdir ki, hələ də
oxdan istifadə edirlər. Türkmən tayfaları Xəzər dənizinin şərq re-
gionlarında yaşayırlar. Onlar Turanın bütün xüsusiyyətlərini qoru-
yub saxlamışlar. Həmin gün Şahzadənin əmri ilə hərbi məşqlərdə
təqribən 10 min nəfər hərbçi iştirak edirdi. Təlimlərdə nizamsızlıq
vardı. Əsgərlər hədəfsiz atəş edirdilər. Hər kəs öz işi ilə məşğul idi.
Ancaq səs-küy eşidilirdi. Axşama yaxın döyüşən tərəflər bir-birin-
dən ayrıldı və hər kəs yorğun-arğın ordugaha qayıtdı.
Ov
. Ayın 22-də Şahzadə bir dağ keçisi ovlamış və onu mənə
göndərmişdi. Dağ keçisinin rəngi ağ idi, buynuzları öküz buynu-
zuna bənzəyirdi. Əti mənə xoş gəlmədi. Əlbəttə, ət bir müddət
saxlandıqdan sonra yeyilməlidir. Müsəlmanlar isə onu təzə-təzə
(
bişirib-tərcüməçi
) yeyirlər.
Şahzadənin bizə göndərdiyi ovlardan ancaq vəhşi çöl eşşəyi-
nin əti çox dadlı gəlirdi. Ceyran əti də yaxşı idi. Burada dovşan
az olur. Mən boz və ağ rəngli dovşanları yalnız Üçmüəzzin çöllə-
rində gördüm. Biz ətləri çox ləzzətli olan bir neçə cür quş da ov-
ladıq. Onların arasında böyük qırmızı kəklik həm çox, həm də ət-
ləri çox dadlı idi. Bəzən əyləncə üçün bu quşlardan tutur, qanad-
larını yolur və çadırımızda bir qəfəsdə saxlayırdıq. Bəzən çadırı-
mızın qapılarını örtür və onları qəfəsdən buraxırdıq. Camaat bi-
zim quşlara belə marağımızı eşidəndən sonra bəxşiş almaq üçün
bizə çoxlu quş gətirməyə başladı. Axırda biz bu əyləncədən bez-
dik və ona xitam verdik.
Dostları ilə paylaş: