100
ropanın 7 padşahından biri, ya da dünyanın 7
ulduzundan biri ki-
mi məşhur olacaqdır. Bu, həm də onun göstərir ki, iranlılar 7 rə-
qəminə nə qədər əhəmiyyət verirlər.
Ayın 27-də iki hadisə baş verdi. Onlardan biri sevindirici, o
birisi isə hüznlü idi. Əvvəl xəbər gəldi ki, Əhməd xan, Şahdan
icazə alıb ki, Şahzadə ruslara hücum etsin. Biz növbəti gün hərə-
kətə başlamalı idik. Mən sonsuz dərəcədə sevinirdim. Çünki fəa-
liyyət vaxtı gəlib çatmışdı. Ancaq bu xəbəri eşidəndən az sonra
Şahzadə məni hüzuruna çağırdı. Onun üzünü turşutmasından belə
başa düşdüm ki, mənə bəd xəbər verəcəkdir. Belə də oldu. O, dedi
ki, şahın ətrafındakılar yenidən hücuma qarşı çıxmışlar. Ordunun
hərəkəti onunla bağlı olacaq ki, bu ərazidə heyvanların otlaması
üçün ot qalmamışdır. Şahzadə həm də bildirdi ki, sülh təklifi ilə
İrana gəlmiş rus nümayəndəsini qəbul etmək məcburiyyətindədir.
O, mənə söz verdi ki, rus nümayəndənin şahın ordugahına getmə-
sinə icazə verməyəcək və öz yanında saxlayacaqdır. Şahzadə onu
da əlavə etdi ki, hələ də ümid edir ki, Əhməd xan hücum əmri ala
biləcəkdir.
Bu müddət ərzində mən Fransa imperatorunun Almaniyanın
şimalındakı fəaliyyətlərindən xəbərsiz idim. Xoş xəbər eşidəndə
ümidlənirdim, bəd xəbər alınca isə fransız ordusunun gələcəyin-
dən ötrü nigaran qalırdım. Ancaq bütövlükdə imperatorun şansına
və qabiliyyətinə arxayın idim.
Şahzadə mənim narahatlıqlarımın fərqində idi və bir dəfə
məni ruhlandırmaqdan ötrü görünməmiş və fəxr edilməyə layiq
bir iş gördü; göstəriş verdi ki, bir miqdar meyvə gətirsinlər. O özü,
müsyo Nərisa və mən meyvə yeməyə başladıq. Xarici səfirlərin
heç biri Şahzadə ilə meyvə yemək şərəfinə nail olmamışdılar. Nə
Şah, nə də Şahzadə heç kimə icazə verməzdilər ki, onların yanın-
da yemək yesin. Bu məsələdə Novruz bayramı günləri istisna idi.
Baharın ilk günü olan Novruz bayramında Şah və hakimlər əha-
lidən pul, cəvahir, parça və s. şəklində çoxlu miqdarda hədiyyə
alırlar. Əvəzində onlara qızıl sikkələr və xələt əta edirlər. Həm də
onların yanında yemək yeməyə icazə verirlər.
101
Bu görüşdə Şahzadədən xahiş
etdim ki, yeni ordunu nizamlı
bir şəkildə qurum. Şahzadə bu təklifimi çox bəyəndi. Mən öz ça-
dırıma geri dönəndən bir az sonra Şahzadənin göndərdiyi üç nəfər
zabit yeni ordunun nizamlı bir şəkildə qurulması üçün mənim əm-
rimə verilmişdi.
Dostları ilə paylaş: