198
sözünə inanıb ləyaqətli hakimləri işdən götürdü. Fikirləşmədən
yerinə ayrı adamları qoydu. Bunlardan əlavə öz zülmünü və özbaşı-
nalığını daha da artırdı, kiçik günahlar üçün çoxlu adam öldürdü.
Hanvey nayibüssəltənənin o zamankı rəftarı haqqında belə ya-
zır: «Öz zalimanə hərəkətləri ilə az müddətdə xalq arasında vəhşət
yaratdı. Bunlardan əlavə ticarəti inhisara alıb tacirlərin əl qolunu
bağladı».
Hanvey, Rzaqulu mirzə tərəfindən ipək ticarətinin inhisara
alınmasını şərh edib, 1739-cu ildə rus kompaniyasına məxsus xeyli
mal ilə Məşhədə gəlmiş Alton və Geraymın dilindən belə nağıl edir:
«Nayibüssəltənədən almışdılar. Onlardan başqa heç kəsin ipək
ticarətinə ixtiyarı yox idi. Təkcə Gilanın xam ipəyi deyil, bütün
əyalətlərdən gələn ipəyi nayibüssəltənə ucuz alıb, baha satırtı. Belə
ki, biz də öz malımızı onun adamlarından başqa digərləri ilə
dəyişdirə bilməzdik».
Lakin sonra Alton və Geraym təsdiq edirdilər ki, həqiqi möh-
təkir Rzaqulu mirzə özü yox, nayibbülsəltənin dəstəgahında, xəzi-
nədar vəzifəsində işləyən bir Isfahan taciri idi. O bütün Avropadan
gələn malları öz xeyrinə anbar edirdi. Bununla belə Rzaqulu mirzə
1739-cu ildə Alton və Geraymə böyük imtiyaz verdi və özündən
asılı olan tacirlərin ixtiyarıtını azaltdı.
Qeyd etmək lazımdır ki. İranın mərkəzi və cənubi ilə
məhdudlaşan bu imtiyaz Şərqi Hind kompaniyasının işinə mane ola
bilmirdi. Rzaqulü mirzə bəzən zalım və zorakı olsa da, çox vaxt
sübut edirdi ki, rəiyyətin rahat yaşamasını da istəyir.
Hicri qəməri 1152-ci ildə Fars bəylərbəyi Məhəmməd Tağı
xan Kerman kələntərinə göstəriş verdi ki, onun üçün 1500 tümən
vergi yığıb versin. Kerman kələntəri məsələni Rzaqulu mirzəyə
bildirdi. O, bəylərbəyinin göstərişini ləğv etdi.
Buna baxmayaraq bəylərbəyi kələntəri o pulu yığmağa məc-
bur etdi. O da pulun hamısını yığa bilmədi, qalanını ingilis ya Hol-
landiya kompaniyalardan borc elədi. Bundan sonra kələntər yenə
məsələni Rzaqulu mirzəyə çatdırdı. Rzaqulu, Tağı xana göstəriş
199
verdi ki, kompaniyalardan aldığı pulu axırıncı qəpiyinə qədər onlara
qaytarsın.
Təkcə bu məsələdə deyil, ümumiyyətlə Rzaqulu Məhəmməd
Tağı xanın çox özbaşınalıqlarının qarşısına alırdı.
Hicri-qəməri 1151-ci ilin payızında bəylərbəyi Şərqi Hind
kompaniyasının ziyanına bir iş görmüşdü. Kompaniyanın nümayən-
dəsi məsələni Bombeydəki mərkəzi idarələrinə bildirdi. Orada bu
məsələ Nadirə çatdırıldı. Nadir oradan Rzaqulu ya məktub yazıb
bəylərbəyinin işindən narazılığını bildirdi. Rzaqulu mirzə qəzəb-
ləndi və göstəriş verdi ki, Məhəmməd Tağı xan kompaniyaya dəyən
bütün zərəri ödəsin.
Hicri-qəməri 1152-ci ildə Məhəmməd Tağı xanın oğlu İsfa-
handan Rzaqulunun sarayına tərəf yollandı. Məhəmməd Tağı xanın
düşmənlərinin təhriki ilə Rzaqulu mirzə Məhəmməd Tağı oğlunun
silahlarını alıb özünə də çox əziyyət verdi. Rzaqulu ilə Tağı xanın
ümumiyyətlə bir-birinə düşmən münasibətləri var idi. Bəylərbəyi
sonralar Nadirin yanında hörmət qazandığı şübhəsiz Rzaqulu
mirzənin əleyhinə çox işlər gördü.
Rzaqulu mirzənin nayibüssəltənəliyi vaxtında baş verən
mühüm hadisə bədbəxt şah Təhmasib və onun ailəsinin öldürülmə-
sidir. Bu bilavasitə məsuliyyət daşıyan Nadirin canişini Rzaqulu
mirzənin gördüyü işlərdən ən xoşagəlməzi idi.
1152-ci ilin baharında İraqda şayiə yayıldı ki, Hindistanda
İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub.
Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə
yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırla-
rında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin
yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu
təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona
görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının
xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər
yerinə yayıla bilər, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu
ola bilər. Bəzi dövlət adamları, o cümlədən Rəhim sultan Mərvi
Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu mirzə iki
200
gündən sonra şah Təhmasib və iki oğlunu öldürməyi qərara aldı.
Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara
göndərdi.
Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan
binaya daxil olan kimi Şah Təhmasib hadisəni ailəsinə bildirdi,
ailədən nalə, ağlaşma səsi göyə ucaldı.Zalım Məhəmməd Hüseyn
xan həyasızlıqla içəri girib gətirdiyi iplə Şah Təhmasibi boğdu.
Təhmasibin 8 yaşlı oğlu Abbas mirzə ozünü atasının cənazəsinin
üstünə atdı, Məhəmməd Hüseyn xan onu da rəhimsizcəsinə boğdu,
ikinci oğlu İsmayıl mirzəni quyuya tulladı, bir adamıne bu bədbəxt
uşağa ürəyi yanıb, onu quyudan çıxardı. Yazıq uşaq qaçıb aradan
çıxmaq əvəzinə gəlib özünü ata və qardaşının cənazəsini üstünə
yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıl mirzənin başına kəs-
di. Bu məsələ Səbzvarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali
bir neçə gün matəm saxladı. Sonra öldürülənlərin üçünün də cəna-
zəsinin Məşhədə aparıb dəfn etdilər. Rzaqulu mirzə şah Təhmasib
və oğlanlarının ölümündən sonra hiyləgər, yaltaq və mənfəətpərəst
adamların təhriki ilə şahlıq fikrinə düşdü, amma tezliklə bu fikri
başından çıxardı. Qəflətən Nadirin böyük qabiliyyəti-Hindistanın
paytaxtını tutmaq xəbəri Məşhədə çatdı.
Məhəmməd Kazım yazır: «Rzaqulu mirzə atasının qələbə-
sindən xəbər tutulduqda öz ağılsız işlərinə görə peşmançılıq çəkdi.
Zahirən atasının qələbəsinə görə göstəriş verdi; neçə gün Məşhəddə
təntəli şənlik məclisləri düzəldib şadlıq etdilər».
Rzaqulu mirzənin arvadı Fatimə Sultan bəyiminin qardaşı II
Şah Təhmasibin və uşaqlarının ölümündən xəbəri yox idi, amma
onun mürəbbisi hey ağlayırdı. Onun ağlamasının səbəbini öyrəndik-
də o da özünü öldürdü. Bəziləri deyir özünü asdı, bəziləri də deyir
ki, üzüyündə olan zəhər ilə özünü öldürdü.
Rzaqulu mirzə arvadının ölümündən xəbər tutanda çox təsir-
ləndi, onun da cənazəsini ehtiramla İmam Rza Əleyhissəlamın hərə-
mində, qardaşının yanında dəfn elədi. Bir neçə gündən sonra Nov-
ruz bayramı üçün Tehrana getdi.
Dostları ilə paylaş: |