228
Lütfəli xan Kosaəhmədli-Avşar
Lütfəli xan Babaəli bəyin oğludur. Öncə atasının yanında dəs-
tə başçısı olmuş, sonra Nadirqulu xana xidmət etmişdi. Nadir şah
olandan sonra onu Azərbaycan ordusunun sərdarı (komandanı) təyin
etmişdi.
Lütfəli xan 1732-ci ildə 10.000 nəfərlik ordunun başında Na-
dirqulu xana qoşulmuş, osmanlıların əlində olan Van və Kərkükə
hücum etmişdi.
Səlim xan Qutulu-Avşar
Səlim xan öncə Nadir şaha, sonra İbrahim şaha xidmət etmiş-
di. Xəmsənin hakimi olmuşdu. Onun hakimiyyəti dövründə Xəmsə
əyaləti Kərim xana tabe oldu. Onun vəfatından sonra Xəmsəyə Zül-
füqar xan Əmirli başçılıq etməyə başladı.
Əbdürrza bəy Qutulu-Avşar
Əbdürrza bəy Urmiya ətrafında dünyaya gəlmişdi. İmamqulu
xan Qasımlı-Avşara xidmət etmişdi.
Gördü bəy Gündüzlü-Avşar
Avşar elinin Gündüzlü oymağının başçılarından biri də Gördü
bəydir. O, eyni zamanda ailənin ən məşhur şəxsiyyətidir. Məmlük
əmiri Çəkimin Qara Yölükün üzərinə səfəri zamanı ölməsi nəticə-
sində (17 zülqədə, 809-25 aprel, 1407) Hələb yenə məmlük əmiri
Təmur Boğa əl-Məştubun əlinə keçmişdi. Təmir Boğa da Çəkim
kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq istədi və bu
məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bu zaman Amik
230
Gördü bəy və oymağının çoxu qaçdı. Bəyin özü Maraşa getdi, gün-
düzlü əfşarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına
yığışdılar. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məm-
lük hökmdarı Şeyxin buyruğu ilə təşkil olunurdu. Türkmənlərin
məmlük dövləti ilə üçün təhlükəli bir ünsür olduğunu bilən Şeyx
onların qüvvəsini zəiflətmək siyasətini güdürdü. Hətta türkmənlərin
əlinə keçmiş bəxzi yerləri geri almaq və onları tamamilə özünə tabe
etmək üçün 820-ci ildə (1417) Misirdən Suriyaya hərəkət etmiş,
yolda Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saqqalsız
oğlu Toğruldan bağışlanmalarını xahiş edən və itaətlərini bildirən
məktublar almışdı.
Gördü bəylə bağlı son məlumatımız onun 824-cü ildə (1421)
Hələbdə Tatarın əmri ilə öldürməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx
824-cü ildə öldükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək
məqsədilə Dəməşqə, oradan da Hələbə gəlmişdi. O burada olanda
ətrafdakı türkmən bəyləri hüzurun gəlmişdilər. Gördü bəy də onla-
rın arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi
halda, Gördü bəy Tatarın əmrilə asılaraq öldürüldü. Tatar bunu sırf
Təmür Boğa əl-Məşdubun 810-cu ildəki məğlubiyyətdən sonra Tə-
mür Boğa ilə Hələbə qaçanlardan biri də özü idi. Adının əksinə
çərkəz olan Tatar o qədər kinli bir insan idi ki, itaətini bildirmək
üçün hüzuruna gəlmiş bir əmirdən çox köhnə və adi bir hadisənin
intiqamını almaqda tərəddüd etməmişdi. Halbuki Gördü bəy
məmlük tarixçiləri üzərində böyük təsir buraxmış əmir idi. İbn
Tağrı-Birdi onun böyük bir əmir olduğunu və zamanında yolun
təhlükəsiz olduğunu yazır.
Mehdiqulu xan Gündüzlü-Avşar
Avşar elinin Gündüzlü oymağının başçılarından biri də Meh-
diqulu xandır. I Təhmasib dövründə Mehdiqulu xan Şüştər hakimi
idi. Bu Avşar əmiri yuxarıda adı çəkilən Kuhgiluyə valisi Əlvənd
xan kimi mərkəzin əmrlərinə tabe olmadığı üçün onun dəyişdi-