Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə69/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   65   66   67   68   69   70   71   72   ...   91

 
231 
rilməsi lazım bilinmiş və bu işin icrası Heydərqulu sultana Avşara 
tapşırılmışdı. 
Mehdiqulu xan 1540-cı ildə öldürüldü. 
 
 
Heydərqulu sultan Gündüzlü-Avşar 
 
Gündüzlü oymağının məşhur əmirlərindən biri də Heydərqulu 
sultandır. Heydərqulu sultan I Şah Təhmasibin əmri ilə 1540-cı ildə 
Mehdiqulu xanı öldürüb yerinə keçdi. 
 
 
Əbülfət bəy Gündüzlü-Avşar 
 
Gündüzlü  oymağının  səsli  əmirlərindən  biri  də  Əbülfət  bəy-
dir. I Şah Təhmasib 1542-ci ildə Şüştər və Dizfula onu hakim təyin 
etdi. Sultan ünvanı almışdı. 
 
 
Şahverdi xan Gündüzlü-Avşar 
 
Gündüzlü  oymağının  tanınmış  əmirlərindən  biri  də  Şahverdi 
xandır. Şahverdi xan 1594-cü ildə Şüştərin hakimi idi. 
 
 
Mahmud sultan Gündüzlü-Avşar 
 
Gündüzlü  oymağının  adlı  əmirlərindən  biri  də  Mahmud 
sultandır.  Mahmud  sultan  Gündüzlü  I  Şah  Abbasın  hakimiyyəti 
dönəmində Qum və Savəyə hakim təyin edilmişdi. 
 
 


 
232 
Barat bəy Gündüzlü-Avşar 
 
Gündüzlü əmirlərindən biri Barat bəydir. Barat bəy Nadirqulu 
xana qarşı çıxmışdı. Bağudadə qalasında möhkəmlənib asilik edirdi. 
Nadirqulu xan üç qalanı mühasirə edərək sonda çayın suyunu ora tuş-
ladı. Qala divarı uçdu. Su evlərə doldu. Nadiqulu xan asanlıqla qalanı 
aldı. Qala əhlini Abivərdə köçürdü. Barat bəyi isə edam etdirdi. 
 
 
Qoca bəy Gündüzlü-Avşar 
 
Gündüzlü  əmirlərindən  biri  də  Qoca  bəydir.  Urmiyalı  idi. 
Nadir şaha xidmət etmişdi. 
1747-ci  ildə  Nadir  şahı  öldürən  qəsdçilərin  arasında  Qoca 
bəyin də adı çəkilir. 
 
 
Səfiyar bəy Gündüzlü-Avşar 
 
Gündüzlü oymağının adlı əmirlərindən biri də Səfiyar bəy idi. 
Səfiyar bəy XVII yüzilin ikinci yarısında yaşamışdı. 
Səfiyar bəyin Şəhriyar bəy, Hacı bəy adlı oğulları vardı. 
 
 
Şəhriyar bəy Gündüzlü-Avşar 
 
Şəhriyar bəy Səfiyar bəy oğlu Urmiya yörəsində doğulmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Həyatını  hərb  sənətinə  bağlamışdı. 
Gündüzlü oymağının başçısı idi. Nadir şaha, Əmiraslan xan Qırxlı-
Avşara xidmət etmişdi. Şahdan xan ünvanı almışdı. 
Şəhriyar  xan  Əmiraslan  xanın  fərmanı  ilə  Urmiyaya  hücum 
edərkən Mehdi xan tərəfindən tutulub, zindana salınmışdı. 
Nağı xan Qasımlının özbaşınalığından bezən Urmiya camaatı 
qonşu  mahallara  daşındı.  Bu  halda  Mirzə  Məhəmmədrza  Mirzə 


 
233 
Məhəmmədəli oğlu Avşar bir dəstə adamla dilbir olub, qərarlaşdılar 
ki, Urmiyaya gəlib Nağı xanı öldürsünlər.  Zindandan Şəhriyar xan 
Gündüzlü-Avşarı  azad  edib,  taxta  əyləşdirsinlər.  Xəbərçilər  Nağı 
xanı  duyuq  saldılar.  Nağı  xan  yaxınlarından  bir  dəstə  adamı 
göndərdi  ki,  yollarda  keşik  çəksinlər.  O  adamlardan  kimi  görsələr 
öldürsünlər.  Torpaqqala  adlı  yerdə  qəsdçilərlə  üzləşən  Nağı  xanın 
adamları  onları  öldürüb,  dəfn  etdilər.  Nağı  xan  Şəhriyar  xanı  da 
aradan  götürülməsini  əmr  etdi.  Şəhriyar  xan  və  qardaşı  Hacı  xan 
Qaraca  hamamında  çimərkən  yaxalandı.  Hacı  xan  hamamın 
külbəsindən çıxıb qaçdı. Şəhriyar xan isə ələ keçirilib, öldürüldü. 
Şəhriyar xanın Məhəmmədtahir bəy adlı oğlu vardı. 
 
 
Hacı Məhəmmədtahir sultan Gündüzlü-Avşar 
 
Məhəmmədtahir  bəy  Urmiya  bölgəsində  dünyaya  gəlmişdi. 
Hərb  sənəti  ilə  ilgilənmişdi.  Atasından  sonra  oymaqlarının  başçısı 
olmuşdu.  İmamqulu  xan  Qasımlı-Avşara  xidmət  etmişdi.  Xandan 
sultan  ünvanı  almışdı.  Müqəddəs  Məkkəyi  müəzzəmi  ziyarətdə 
bulunmuşdu. 
Hacı Tahir sultanın Şəhriyar bəy adlı oğlu vardı. 
 
 
Hacı Şəhriyar bəy Gündüzlü-Avşar 
 
Şəhriyar  bəy  Urmiya  ətrayında  dünyaya  göz  açmışdı.  Hərb 
sənəti  ilə  ilgilənmişdi.  Atasından  sonra  oymaqlarının  başçısı  ol-
muşdu.  Məhəmmədqulu  xan  Qasımlı-Avşara  xidmət  etmişdi.  Xan-
dan sultan, sonra xan ünvanı almışdı. Müqəddəs Məkkəyi müəzzə-
mi ziyarətdə bulunmuşdu. 
Hacı  Şəhriyar  xan  sonra  qacarlara  xidmət  etmişdi.  Fətəli 
şahdan İzəzzəddövlə ləqəbini almışdı. 
Hacı Şəhriyar xanın Möhbəli xan, Əhmədəli xan, Məhəmməd 
xan, Cəlaləssəltənə xan adlı oğulları vardı. 


 
234 
Möhbəli xan Gündüzlü-Avşar 
 
Möhbəli  xan  Hacı  Şəhriyar  xan  oğlu  Urmiyada  anadan 
olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qacarlara  xidmət 
etmişdi. Salari Müzəffər ləqəbini daşıyırdı. 
Möhbəli xanın İzəzzəddövlə xan adlı oğlu vardı. 
 
 
Əhmədəli xan Gündüzlü-Avşar 
 
Hacı  Şəhriyar  xanın  ikinci  oğlu  Əhmədəli  xan  Urmiya  şəhə-
rində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qacar-
lara xidmət etmişdi. Fəthəssəltənə ləqəbini daşıyırdı. 
 
 
Məhəmməd xan Gündüzlü-Avşar 
 
Hacı Şəhriyar xanın üçüncü oğlu Məhəmməd xan Urmiya şə-
hərində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qa-
carlara xidmət etmişdi. Sərtip rütbəsi almışdı. 
 
 
Cəlal xan Gündüzlü-Avşar 
 
Hacı Şəhriyar xanın dördüncü oğlu Cəlaləssəltənə xan Urmiya 
anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Qacarlara 
xidmət etmişdi. 
 
 
Səfiyar xan Gündüzlü-Avşar 
 
Gündüzlü  oymağının  tanınmış  simalarından  biri  də  Səfiyar 
bəydir. Sayınqalada yaşamışdı. 
Sayınqala  avşarlarından  olan  Səfiyar  xan  Gündüzlü  də  Azad 
xan Əfqana qoşuldu. Gündüzlülərlə Nağı xanın ədavəti vardı. Onlar 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə