227
Babaəli bəy Kosaəhmədli-Avşar
Babaəli bəy Kosaəhmədli oymağının başçısı idi. Xorasanın
adlı və varlı adamlarından sayılırdı. Əbivərdin hakimi olmuşdu.
Babaəli bəy Nadirqulu xanın havadarlarından biri idi. Iki
qızını birər-birər ona verib qohum olmuşdu. 1710-cu ildə onu və
qardaşı İbrahimi dəstəsinə götürmüşdü.
Babaəli bəy 1724-cü ildə vəfat etdi.
Babaəli bəyin Fətəli xan, Kəlbəli xan, Lütfəli xan adlı oğul-
ları, qızı vardı.
Fətəli xan Kosaəhmədli-Avşar
Lütfəli xan Babaəli bəyin oğludur. Öncə atasının yanında
dəstə başçısı olmuşdu. Nadirqulu xanla düz dolanmırdı. Lakin sonra
onun kimliyini və qeyrətini görüb birləşdi.
Fətəli xan ömrünün sonunadək Nadirqulu xana xidmət etmiş-
di. Nadir şahlığa yiyələnəndən sonra onu ordusunun avanqard hissə-
sinə sərkərdə təyin etmişdi.
Lütfəli xan 1740-cı ildə Şirvana hücum etmişdi.
Kəlbəli xan Kosaəhmədli-Avşar
Kəlbəli bəy Babaəli bəyin oğludur. Öncə atasının dəstəsində
sərkərdə olmuşdu, sonra Nadirqulu xana xidmət etmişdi. Nadirqulu
xan ona Şah II Təhmasibdən eşikağası vəzifəsini almışdı. Sonra tü-
fəngçiağası vəzifəsinə yüksəlmişdi.
Nadir şah olandan sonra Kəlbəli bəyə xan ünvanı verib Heza-
racata vali göndərmişdi. Kəlbəli xan oranı ala bilməyib Nadir şahın
yanına gəlmişdi. Şah onu falaqqaya saldırıb döyüdürmüşdü.
Kəlbəli xan sonralar bir çox döyüşlərdə iştirak etmiş, ad-san
qazanmışdı.
Kəlbəli xan 1744-cü ildə qiyamçı Tağı xan tərəfindən öldürül-
müşdü.