252
bitən bəyanatın fars dilində tam mətnini aşağıdakı linklərdə tapmaq
olar:http://www.azoh.blogsky.com/?PostID=720
https://İranbbb.org/21891.htm
67
Əhməd sultan Avşar
Əhməd sultan I Şah İsmayıl Səfəvi dönəmində ucalmış
əmirlərdəndir. Şah onu Fərah vilayətinə hakim təyin etmişdi. Bu
vilayətin başçısı olarkən dəfələrlə özbəklərə qarşı vuruşmuşdu.
İskəndər bəy Türkmən yazır: “Şahın müzəffər ordusunun qayıtması
xəbərindən agah olan Übeyd xan yenə də elə həmin ildə - doqquz
yüz otuz beşinci ildə (miladi 1528/29) Buxaranın ətraf yerlərindən
döyüşkən ləşkər toplayaraq, Xorasana gəldi. Sevincək Məhəmməd
sultanı və Əbdüləziz sultanın oğlunu özündən əvvəl müqəddəs
Məşhəd səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan"
olan, Ağzıvar xan Şamlı, [habelə] Əhməd sultan Əfşar və Yaqub
sultan Qacar müqqədəs Məşhəddə idilər. Məşhəd barısının inşası
hələ başa çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq,
qorunmaqla (moharesət) məşğul olmağa başladılar. Onların arala-
rındakı hərb atəşi iki ayədək alovlandı. [Sonra] Übeyd xanın özü də
Mavərənnəhrin Bəhram qəzəbli qoşunu ilə şəhər xaricinə gəlib
yetişdi və hücuma keçdi. Səngərlərin ətrafında bərk döyüşlər baş-
landı. Bu hərbə davam gətirməyə bundan artıq taqətləri qalmayan
qızılbaşlar döyüşməyi məsləhət görməyərək, bir gecə Məşhəddən
çıxdılar. Əhməd Sultan Əfşar özünün ülkası olan Fəraha getdi,
Fərah qalasını möhkəmlədib orada qaldı, Ağzıvar xan və Yaqub
sultan isə Məzinana tərəf yollandılar”.
I Şah Təhmasib onu saraya çağrılıb qorçubaşı təyin etdi.
Əhməd sultan zəhmli, hirsli, qorxmaz bir şəxsiyyət olmuşdur.
1574-cü ildə tayfadaşları onu əsəbləşdirdiyindən Avşar elinin
əleyhinə kobud danışmışdı. I Şah Təhmasib onu kobudluğu üstündə
Ələmut qalasında həbs etdirmişdi.
67
Cahanşahlu, Nusretullah. Biz ve Yabancılar (ناگناگيبو ام).- Tahran: 1381
253
Hüseyn sultan Teymurlu-Avşar
Hüseyn sultan qorçubaşı Sevindik bəyin oğludur. I Şah Təh-
masibə sədaqətlə xidmət etmişdi. Şah onu Fərəh hakimi təyin et-
mişdi.
Hüseyn sultan II Şah İsmayılı dəstəkləyirdi. Ona qarşı çıxan
Şahqulu sultan Ustaclını öldürmüşdü.
Şah Sultan Xudabəndənin hakimiyyəti dönəmində də Fərəh
vilayətinə başçılıq edirdi. Ordan Səbzəvara göndərildi.
Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu
Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb, öldürülmüşdü.
Əlixan sultan Teymurlu-Avşar
Əlixan sultan qorçubaşı Sevindik bəyin oğludur. I Şah Təh-
masibə sədaqətlə xidmət etmişdi. Şah onu qardaşı ilə bərabər Fərəhə
göndərmişdi. Şah Sultan Xudabəndənin hakimiyyəti dönəmində də
bu vilayətdə olurdu. Ordan Səbzəvara göndərildi.
Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu
Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb, qardaşı ilə bərabər öl-
dürülmüşdü.
Murad sultan Teymurlu-Avşar
Murad sultan bir müddət Fərəhin hakimi olmuşdu. 1535-ci il
hadisələrində, saray çəkişmələrində iştirak etmişdi. Özbəklərin
hücumunun qarşısını almışdı.
Murad sultan 1535-ci
ildə vəfat etdi
68
.
68
Ахсан ат-таварих, 1, с. 261; Тарих-и аламара, 1, с. 62.
254
Yegan sultan Avşar
Yegan sultan bir müddət Fərəh vilayətinə başçılıq etmişdi.
Özbəklərə qarşı bir çox savaşlarda iştirak etmişdi.
İskəndər bəy Münşi yazır: “Yegan sultan tərəfindən Esfezar
hakimi olan Murad bəy Əfşar Xoşxəbər xanı himayə etdi və tərəflər
arasında savaş oldu. Bir neçə nəfər öldürüldü və şamlılar geri qayıt-
dılar. Yegan sultan isə Xoşxəbər xana izzət və ehtiram göstərib, onu
İraqa rəvan etdi. Bundan qəzəblənən əmirülüməraya o hələ
Guryanda olarkən mələkənin başına gəlmiş qəziyyə xəbəri yetişdi.
Xan oradan Herat darüssəltənəsinə qayıdıb qışı orada keçirdi və
doqquz yüz səksən səkkizinci (miladi 1580/81) balıq ilində Yegan
sultanı və yoldaşlarını cəzalandırmaq məqsədilə Herat darüssəltənə-
sindən çıxaraq Esfezara yollandı. Adı çəkilən Murad bəy onun
hücum xəbərini eşidib fərar etdi və Fəraha getdi. Əliqulu
xan isə Es-
fezarı şamlı tayfasına verib geri döndü”.
Yegan xan 1588-ci ildə Rüstəm mirzə tərəfindən öldürüldü.
Əliyar sultan Avşar
Əliyar sultan haqqında İskəndər bəy Türkman yazır: “Zəmin-
davər hakimi Bahadır xan Özbək Qəndəhara ləşkər çəkərək, oranı
Şah Məhəmməddən almaq istədi. O, şahın yanına bir adam gön-
dərib dedi: "Qəndəhar o dərgahın mülazimlərinin olduğundan, bir
qızılbaş ləşkəri göndərilsin ki, özbaşına tərzdə oranı işğal edən Ba-
hadır xanın şəri aradan götürülsün, məmləkət qızılbaşların əllərində
qalsın". Buna görə də, həzrət cənnətməkan şah Sultan Hüseyn mirzə
ibn Bəhram mirzəni Əliyar sultan Avşar, Vəli xəlifə Şamlı və bəzi
əmirlərlə birlikdə Şah Məhəmməd Qəllatinin köməyinə yolladı.
Vəli xəlifənin oğlu Şahverdi xəlifə bir dəstə şamlı döyüşçüsü ilə
Bahadır xana hücuma keçərək qəfildən onun üstünə tökülüşdülər.
Arada güclü döyüş oldu. Cəngdən sonra Bahadır xan Hindistana
tərəf qaçdı, amma Şah Məhəmməd Qəllati məkr və hiylə ilə qalanı