255
mirzənin və əmirlərin üzünə bağlayaraq, qaladarlıq etməyə başladı.
Əzəmətli əmirlər Zəmindavər vilayətini tutdular və Qəndəhar işləri
barədəki həqiqəti şaha ərz etdilər”.
Dürdi Avşar
Dürdi Urmiya civarında anadan olmuşdu. Mükəmməl məd-
rəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli
Tərbiyət «Danişməndani-Azərbaycan» kitabında yazır: «Dürdi
Avşar Azərbaycanın məşhur şairlərindən olmuşdur. Üzri təxəllüsü
olan İshaq bəy onun şerlərindən aşağıdakı beytləri topladığı
seçilmiş əsərlər cüngündə vermişdir:
İstəmirəm rəqibim gətirsin səndən xəbər,
Qorxuram o əbədsiz sənin adını çəkər.
Ürəkdə bir damcı qan, yüz qəm, kədər ondandır,
Bir baxışda min bəla mənim qoruğumdadır.
Dürdi, bir daha nalə etsən əgər,
Bəlkə də ürəyində onun etsin əsər».
Lütfəli bəy Azər öz «Atəşkədə»sində ondan bir beyt verib:
Dürdi, bir sənsən, bir də bircə nalənin gücü,
Allah etməmiş, əgər onun könlünə əsər etməsə.
Qasimi Avşar
Qasım bəy Qasimi Ərəşli-Avşar Abbas bəyin oğludur. Aşiq
olmağı özünə peşə etmişdir. Deyildiyinə görə, Simai adlı bir
məşuqəsi var imiş. Toy tədarükü görmüş və toy gecəsi Simaini
256
gəlinin hüzurunda qucaqlayaraq öpmüşdür. Sonra Simai qeyrətə
gəlmiş, xəncəri çəkmiş və özünü öldürmək istəmişdir. O kişiyə
qeyrət əl vermiş, sinəsini qabağa vermişdir. Simai həmin xəncərlə
onun işini bitirmişdir.(Qasım bəyin) yaxın adamları Simaini də
öldürərək onun qisasını almış, toy yasa çevrilmişdir.
Öldürülməkdən qorxum yoxdur, ondan qorxuram ki,
Canım çıxmamış qatil çıxıb getsin.
Qasimi, sən öz dözmünə və səbrinə güvənirsən,
Iki-üç mənzil gedəndən sonra sənə göstərəm.
Allah mənim dilimi şikayətə açmasın,
Mən və o bivəfadan şikayət etmək?! Allah eləməsin.
Mənim bir alçaq bəxtim var ki, bivəfa axtarandır.
Ola bilməz ki, səni də (bəxtim) bivəfa etməsin.
Könlüm nə evdə, nə də yarın kuyində qərar tutur,
Nə edim, bəlkə, öləm ki, könlüm qərar tutsun.
(sətri tərcümə)
Qummi Avşar
Qummi Avşar haqqında olduqca az məlumat var. Avşar elinin
şairləri içərisində adı sadalanır.
Əttar Avşar
Mirzə Əhməd Məhəmmədhəsən oğlu Urmiya şəhərində dün-
yaya gəlmişdi. Şair idi. Əttar təxəllüsü ilə qəlb oxşayan şeirlər ya-
zırdı.
Mirzə Əhməd Əttarın «Əl-Fəllahət» yəni əkinçilik adlı kitabı
var. Mirzə Şərif Təbib Damğaninin istəyi ilə yazmışdı. «Əl-Fəvaid»
257
yəni faydalar adlı digər əsəri şeirlərdən ibarətdir. Şeyx Bəhainin
şeirlərinə bənzəyir. Bu kitab tamamilə şairin öz xətti ilə yazılıb və
nəşr olunub. Kərbəla kitabxanasında saxlanılır.
Mail Mirzə Həsən Avşar
…Mirzə Həsən Avşar XIX yüzilliyin ikinci yarısında yazıb
yaradan şairlərdəndir. Mail təxəllüsü ilə incə ruhlu şeirlər yazıb.
Güney Azərbaycanın Urmiya şəhərində doğulub. Ilk təhsilini
doğma şəhərində aldıqdan sonra, Tehrana gedərək görkəmli elm və
mədəniyyət xadimlərinin yanında biliyini təkmilləşdirib. Kamil
təhsil alandan sonra İranın xarici işlər vəzirliyndə işə düzəlib. İnsan
qəlbini ovsunlayan şerləri tez bir zamanda onu ünlü edib.
«Şeyxüşşüəra»-şairlər şeyxi ləqəbinə layiq görülüb.
Mirzə Həsən Avşar işi ilə bağlı Bəndərləngəyə göndərilir.
Bəndərləngənin istisi, bürküsü, cansıxıcı həyat tərzi şairi bezdirir.
Dövlət dairələrinə etdiyi şikayətlər heç bir nəticə verməyəndə, şair
özbaşına, işini buraxıb Tehrana yola düşür. Tehranda onu qəbul
etmirlər. Hansı idarəyə müraciət edirsə bir işə düzələ bilmir. Ağır,
dözülməz bir güzəran keçirir.
Mirzə Həsən Avşar təxminən 90 yaşında vəfat edir. Mailin
qələmə aldığı qəzəllər Füzuli yaradıcılığı ilə səsləşir. Şairin
yaradıcılfğından bir örnək.
Bivəfa dilbər giriftari-vəfa eylər məni,
Dəhrdə rüsvayi-xəlq el bivəfa eylər məni.
Hansı məşuq eyləyibdir böylə birad, aşiqə,
Kim o zalım qərqiy-bəhri-bəla eylər məni
Həlqə-həlqə, xəm-xəm, çin-çin o zülfi-mişgbar
Gah bağlar, gah tutar, gahi rəna eylər məni.
258
Dəmbədəm gah can alır, gah can verir hər qəmzəsi,
Hər nigahi şən bəlaya mütbəla eylər məni.
Çeşmi-məsti xəncəri müjganilə qanım tökər,
Ləli-buş talibi-eynüşəfa eylər məni,
Lövhi-ruxsarın çəkib qüdrət sidqilə,
Bir təcəlla ilə gör məhvi-liqa eylər məni
Şurə gəlmiş Maili biçarə hər dəmdə deyir:
-Öz həbibim maili-şurü nəva eylər məni…
Məsturə Avşar
Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə
Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız
dillərini bilirdi. «Vətənsevər qadınlar» cəmiyətinin üzvi idi. Möhtə-
rəm xanım İskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı
oldu. Onun başçılığı ilə İranda qadınların qurultayı keçirildi. Rza
şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı.
Məsturə Avşar «körpələr evi»nə rəhbərlik edirdi.
Məsturə Avşar 1951-ci ildə vəfat edib.
Məxfi Avşar
Əsədulla Məhəmmədcəfər oğlu 1870-ci ildə Urmiya şəhə-
rində dünyaya gəlmişdi. İbtidai təhsilini doğma şəhərində almışdı.
Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olmuşdu. Bu sahədə
uğur qazanmayıb kitabçılıqla məşğul olmuşdu. Yaxın dostları ara-
sında Mirzə Əliəsgər Mühit, Hacı Abbas Məhzun və Mir Cəlal Sa-
bir vardı. O, Həzrət Hüseyn (Ə.S.)-ı ziyarət etmək üçün Kərbalaya
səfər etmiş və qayıtdıqdan sonra tənhalığa çəkilərək tərkdünya
Dostları ilə paylaş: |