Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə76/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

 
255 
mirzənin və əmirlərin üzünə bağlayaraq, qaladarlıq etməyə başladı. 
Əzəmətli əmirlər Zəmindavər vilayətini tutdular və Qəndəhar işləri 
barədəki həqiqəti şaha ərz etdilər”. 
 
 
Dürdi Avşar 
 
Dürdi  Urmiya  civarında  anadan  olmuşdu.  Mükəmməl  məd-
rəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli 
Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «Dürdi 
Avşar  Azərbaycanın  məşhur  şairlərindən  olmuşdur.  Üzri  təxəllüsü 
olan  İshaq  bəy  onun  şerlərindən  aşağıdakı  beytləri  topladığı 
seçilmiş əsərlər cüngündə vermişdir: 
 
İstəmirəm rəqibim gətirsin səndən xəbər, 
Qorxuram o əbədsiz sənin adını çəkər. 
 
Ürəkdə bir damcı qan, yüz qəm, kədər ondandır, 
Bir baxışda min bəla mənim qoruğumdadır. 
 
Dürdi, bir daha nalə etsən əgər, 
Bəlkə də ürəyində onun etsin əsər». 
 
Lütfəli bəy Azər öz «Atəşkədə»sində ondan bir beyt verib: 
 
Dürdi, bir sənsən, bir də bircə nalənin gücü
Allah etməmiş, əgər onun könlünə əsər etməsə. 
 
 
Qasimi Avşar 
 
Qasım  bəy  Qasimi  Ərəşli-Avşar  Abbas  bəyin  oğludur.  Aşiq 
olmağı  özünə  peşə  etmişdir.  Deyildiyinə  görə,  Simai  adlı  bir 
məşuqəsi  var  imiş.  Toy  tədarükü  görmüş  və  toy  gecəsi  Simaini 


 
256 
gəlinin  hüzurunda  qucaqlayaraq  öpmüşdür.  Sonra  Simai  qeyrətə 
gəlmiş,  xəncəri  çəkmiş  və  özünü  öldürmək  istəmişdir.  O  kişiyə 
qeyrət  əl  vermiş,  sinəsini  qabağa  vermişdir.  Simai  həmin  xəncərlə 
onun  işini  bitirmişdir.(Qasım  bəyin)  yaxın  adamları  Simaini  də 
öldürərək onun qisasını almış, toy yasa çevrilmişdir. 
 
Öldürülməkdən qorxum yoxdur, ondan qorxuram ki
Canım çıxmamış qatil çıxıb getsin. 
Qasimi, sən öz dözmünə və səbrinə güvənirsən, 
Iki-üç mənzil gedəndən sonra sənə göstərəm. 
 
Allah mənim dilimi şikayətə açmasın, 
Mən və o bivəfadan şikayət etmək?! Allah eləməsin. 
Mənim bir alçaq bəxtim var ki, bivəfa axtarandır. 
Ola bilməz ki, səni də (bəxtim) bivəfa etməsin. 
 
Könlüm nə evdə, nə də yarın kuyində qərar tutur, 
Nə edim, bəlkə, öləm ki, könlüm qərar tutsun.  
(sətri tərcümə) 
 
 
Qummi Avşar 
 
Qummi Avşar haqqında olduqca az məlumat var. Avşar elinin 
şairləri içərisində adı sadalanır. 
 
 
Əttar Avşar 
 
Mirzə Əhməd Məhəmmədhəsən oğlu  Urmiya şəhərində dün-
yaya  gəlmişdi.  Şair  idi. Əttar  təxəllüsü  ilə  qəlb  oxşayan  şeirlər  ya-
zırdı. 
Mirzə Əhməd Əttarın «Əl-Fəllahət» yəni əkinçilik adlı kitabı 
var. Mirzə Şərif Təbib Damğaninin istəyi ilə yazmışdı. «Əl-Fəvaid» 


 
257 
yəni  faydalar  adlı  digər  əsəri  şeirlərdən  ibarətdir.  Şeyx  Bəhainin 
şeirlərinə bənzəyir. Bu kitab tamamilə şairin öz xətti ilə yazılıb və 
nəşr olunub. Kərbəla kitabxanasında saxlanılır. 
 
 
Mail Mirzə Həsən Avşar 
 
…Mirzə  Həsən  Avşar  XIX  yüzilliyin  ikinci  yarısında  yazıb 
yaradan  şairlərdəndir.  Mail  təxəllüsü  ilə  incə  ruhlu  şeirlər  yazıb. 
Güney  Azərbaycanın  Urmiya  şəhərində  doğulub.  Ilk  təhsilini 
doğma şəhərində aldıqdan sonra, Tehrana gedərək görkəmli elm və 
mədəniyyət  xadimlərinin  yanında  biliyini  təkmilləşdirib.  Kamil 
təhsil alandan sonra İranın xarici işlər vəzirliyndə işə düzəlib. İnsan 
qəlbini  ovsunlayan  şerləri  tez  bir  zamanda  onu  ünlü  edib. 
«Şeyxüşşüəra»-şairlər şeyxi ləqəbinə layiq görülüb. 
Mirzə  Həsən  Avşar  işi  ilə  bağlı  Bəndərləngəyə  göndərilir. 
Bəndərləngənin  istisi,  bürküsü,  cansıxıcı  həyat  tərzi  şairi  bezdirir. 
Dövlət dairələrinə etdiyi şikayətlər heç bir nəticə verməyəndə, şair 
özbaşına,  işini  buraxıb  Tehrana  yola  düşür.  Tehranda  onu  qəbul 
etmirlər. Hansı idarəyə  müraciət  edirsə bir işə düzələ bilmir. Ağır, 
dözülməz bir güzəran keçirir. 
Mirzə  Həsən  Avşar  təxminən  90  yaşında  vəfat  edir.  Mailin 
qələmə  aldığı  qəzəllər  Füzuli  yaradıcılığı  ilə  səsləşir.  Şairin 
yaradıcılfğından bir örnək. 
 
Bivəfa dilbər giriftari-vəfa eylər məni, 
Dəhrdə rüsvayi-xəlq el bivəfa eylər məni. 
 
Hansı məşuq eyləyibdir böylə birad, aşiqə, 
Kim o zalım qərqiy-bəhri-bəla eylər məni 
 
Həlqə-həlqə, xəm-xəm, çin-çin o zülfi-mişgbar 
Gah bağlar, gah tutar, gahi rəna eylər məni. 
 


 
258 
Dəmbədəm gah can alır, gah can verir hər qəmzəsi, 
Hər nigahi şən bəlaya mütbəla eylər məni. 
 
Çeşmi-məsti xəncəri müjganilə qanım tökər, 
Ləli-buş talibi-eynüşəfa eylər məni, 
 
Lövhi-ruxsarın çəkib qüdrət sidqilə, 
Bir təcəlla ilə gör məhvi-liqa eylər məni 
 
Şurə gəlmiş Maili biçarə hər dəmdə deyir: 
-Öz həbibim maili-şurü nəva eylər məni… 
 
 
Məsturə Avşar 
 
Məsturə  xanım  Cəmşid  xan  Məcdüssəltənə  qızı  1898-ci  ildə 
Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız 
dillərini bilirdi. «Vətənsevər qadınlar» cəmiyətinin üzvi idi. Möhtə-
rəm  xanım  İskəndərinin  ölümündən  sonra  bu  cəmiyyətin  başçısı 
oldu.  Onun  başçılığı  ilə  İranda  qadınların  qurultayı  keçirildi.  Rza 
şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. 
Məsturə Avşar «körpələr evi»nə rəhbərlik edirdi. 
Məsturə Avşar 1951-ci ildə vəfat edib. 
 
 
Məxfi Avşar 
 
Əsədulla  Məhəmmədcəfər  oğlu  1870-ci  ildə  Urmiya  şəhə-
rində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  doğma  şəhərində  almışdı. 
Təhsilini  bitirdikdən  sonra  ticarətlə  məşğul  olmuşdu.  Bu  sahədə 
uğur  qazanmayıb  kitabçılıqla  məşğul  olmuşdu.  Yaxın  dostları  ara-
sında Mirzə Əliəsgər Mühit, Hacı Abbas Məhzun və Mir Cəlal Sa-
bir vardı. O, Həzrət Hüseyn (Ə.S.)-ı ziyarət etmək üçün Kərbalaya 
səfər  etmiş  və  qayıtdıqdan  sonra  tənhalığa  çəkilərək  tərkdünya 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə