Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə74/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   70   71   72   73   74   75   76   77   ...   91

 
248 
Cahanşah xan Əmir tuman rütbəsinədək yüksəlmişdi. 
Əmir Cahanşah xan Xəmsə,  yaxud şahsevən avşarlarının atlı 
dəstələrinin  komandanı  olmuşdur.  O,  1300  və  1305-ci  (1882  və 
1887)  illərdə  Xorasan  ordusunun  qüvvətləndirilməsi  məqsədi  ilə  o 
hüdudda xidmət etmişdir. O, Zəncanın (Xəmsə) varlı, torpaq sahin-
lərindən  biri  idi.  H.Q  1309-cu  (1891)  ildə  onunla  Zəncan  hakimi 
Əbdüləli mirzə Ehtişammüddövlə arasında mübahisə yaranır. Əmir 
Cahanşah xan hakimi tutdurub döydürür və öz tövləsində həbs edir. 
Bu  əhvalatın  baş  verməsi  səbəblərini  hərə  bir  cür  söyləmişdir.  Bu 
mövzuda  müxtəlif  sayiələr  yarandı.  Müəllifin  fikrinə  görə  dövrün 
hadisələrini  müasiri,  məmləkətin  işlərini  bilən  Məhəmmədhəsən 
xan  Etimadüssəltənə  daha  düzgün  yazmışdır.  Ehtimadüssəltənə  öz 
gündəliyində belə yazır: “Təzə eşitdiyim xəbər bundan ibarətdir ki, 
Xəmsədə  əyləşən  və  Əfşarlar  tayfasından  olan  mirpənc  (general-
leytenant) Cahanşah xan bir ay bundan əvvəl Tehranda olarkən ona 
yazmışdılar ki, Xəmsədə zövcələrin bəzisi ədəbsiz davranmışlar. O, 
dərhal Tehrandan yola düşərək Xəmsə kəndlərindən birinə, özünün 
yaşayış  yerinə  gəlmiş, evin arvadını iki kənizlə birlikdə öldürmüş-
dür. Bu xəbər Zəncan hakiminə (Əbdüləli mirzə Ehtişamüddövləyə) 
çatdıqda  o,  hökm  elədi  ki,  hərbçilər  dərhal  gedib  Cahanşah  həbs 
eləsinlər.  Onalr  da  əmri  yerinə  yetirmək  istədikdə  Cahanşah  xan 
onu  tutmaq  istəyən  əsgərlərin  qarşısında  Avşar  elini  yığmış  və  hər 
iki  tərəf  arasında  qalanın-xaricində  ölümlə  nəticələnən  vuruşma 
başlamışdır. Deyirlər ki, hər iki tərəfdən yüz nəfər qətlə yetirilmişdi. 
Güllə  Ehtişamüddövlənin  də  böyrünə  dəymiş,  yaralı  hakim 
Cahanşah  xanın  əmri  ilə  t  utularaq  kötəklənmişdi,  onu  əsir  edib, 
qalaya  aparmış  və  sonra  Cahanşah  özü  isə  hakimə  zərər  yetirdiyi 
üçün  və  bu  işin  onun  başını  ağrıdacağını  düşünərək  naməlum  yerə 
çıxıb  getmişdir”.  Etimadüssəltənə  yenə  yazır:  “1310  h/1892,  22 
səfər  Məşhur  Cahanşah  xan  Təbrizə  gedib,  Təbrizin  müctəhidinin 
evində (Hacı Mirzə Cavad ağa-Ə.Ç) bəstə əyləşmişdir. 
Əmir  Cahanşah  xan  1882-ci  ildən  1893-cü  ilədək  Xəmsə 
əyalətinə başçılıq edən Əbdüləli mirzə Fərhad mirzə oğlu Qovanlı-


 
249 
Qacar  ilə  ixtilafı  vardı.  Bu  ixtilaf  1888-ci  ildə  başlamışdı.  Nəticə-
sində şahzadə Zəncanı tərk etmişdi. 
Cahanşah  xan  Şücaəssəltənə  ilə  çarpışmışdı.  Savaşı  qazanıb 
bölgədə hökumət təşkil elədi. 
Zəncanı  özünə  tabе  еtmək  üçün  Hacı  Səməd  xan  Müqəddəm 
bu  əyalətə  hərbi  yürüş  də  təşkil  еtmişdi.  “Şücaüddövlə  Ərdəbil, 
Тəbriz,  Marağa  tayfalarından  30  minə  qədər  qоşun  cəm  еtdi.  Əmir 
Avşar  ilə  Şücaüddövlə  arasında  döyüşlər  baş  vеrdi:  sоn  nəticədə 
mərkəzi hökumətin işə qarışması nəticəsində Əmir Avşar qalib gəldi 
və Şücaüddövləni həmin bölgəyə еkspansiyasının qarşısını aldı.”
66
  
Əmir Cahanşah xan Avşar 1928-ci ildə vəfat edib. 
Cahanşah xanın Məhəmmədəli xan, Ələsgər xan adlı oğlanları 
vardı. 
 
 
Məhəmmədəli xan Avşar 
 
Məhəmmədəli  xan  Əmir  Cahanşah  xan  oğlu  Zəncan  əyaləti-
nin  Kərsəf  kəndində  anadan  olmuşdu.  Mükəmməl  ailə  təlim-tərbi-
yəsi almışdı. 
Məhəmmədəli xan Avşar Sarəməssultan ləqəbini daşıyırdı. 
Məhəmmədəli xan Avşar atasının sağlığında vəfat etdi. 
Məhəmmədəli  xanın  Məhəmmədhüseyn  xan,  Məhəmməd-
həsən xan adlı oğlanları vardı. 
 
 
Məhəmmədhüseyn xan Əmiri-Avşar 
 
Məhəmmədhüseyn  xan  Məhəmmədəli  xan  oğlu  Zəncan 
əyalətinin Kərsəf kəndində anadan olmuşdu. Cahanşah xan Avşarın 
nəvəsi, doktor Nüsrətullah xan Cahanşahlının əmisi oğludur. 
Məhəmmədhüseyn  xan  Mənuçöhr  xan,  Cahanşah  xan  adlı 
oğlanları vardı. 
                                                 
66 
Hacı Seyid İbrahim Musəvi Zəncani, Tarixi-Zəncan, Tehran, 1333/1954, səh.157. 


 
250 
Məhəmmədhəsən xan Əmiri-Avşar 
 
Məhəmmədhəsən  xan  Məhəm-
mədəli  xan  oğlu  Zəncan  əyalətinin 
Kərsəf  kəndində  anadan  olmuşdu.  Ca-
hanşah  xan  Avşarın  nəvəsi,  doktor 
Nüsrətullah  xan  Cahanşahlının  əmisi 
oğludur. 
Məhəmmədhəsən xan Əmiri-Av-
şar  Zəncandan  İran  Milli  məclisinə 
vəkil seçilmişdi. 
Məhəmmədhəsən xan Əmiri-Av-
şar 1928-ci ildə vəfat edib. Nəcəf şəhə-
rində dəfn edilib. 
 
 
 
Nüsrətullah xan Cahanşahlı 
 
Cahanşahlı 
ailəsinə 
mənsub  olanlardan  biri  də 
doktor  Nüsrətullahdır.  Nüsrə-
tullah  Cahanşahlı  1944-cü 
ildə  Tudə  partiyasının  yerli 
komitəsinə başçı seçilmişdi. 
Azərbaycan  Demokra-
tik partiyası yarandıqdan son-
ra  N.  Cahanşahlı  bölgə  ko-
mitəsinin başçısı təyin edildi. 
İran tarixində Tağı Ərani qrupu və ya 53-lər adıyla tanınan bu 
insanlar  Rza  şah  dönəmində  cəzalandırılan  ilk  Komünist  qrup 
olmuşdu. Bu insanlar 1941-ci il İran işgalından sonra savaş sırasında 
sərbəst  buraxılmışdılar  (Mürşüdi).  Zəngin  bir  ailədən  olan  Cahan-
şahlu  muayinəxanasında  xəstələrini  pulsuz  müalicə  edirdi.  Cahan-


 
251 
şahlunun bu davranışları  xalq içində çox  yaxşı təsir buraxmışdı. Bu 
davranışları bir çox adamın partiya üzvü olmasına səbəb oldu. 
Cahanşahlu  ailəsinə  mənsub  olan  Nüsrətullah,  Zülfiqari 
ailəsinə  qarşıydı  və  bu  nədənlə  zülfiqarilərlə  müxalif  olanlar  onun 
çevrəsinə toplanmağa başladılar. 
İyirminci  yüzillikdə  "İran  üçün  çalışan  Azərbaycan  oğulları" 
sırasında  isə  bir  çox  avşar  oğullarının  xidmətləri  qeyd  olunur  və 
bəyan  edilir  ki:  "Belə  bir  xalq  öz  əziz  ölkəsi  İranın  müharibə  və 
məhv  olmaq  təhlükəsi  qarşısında  olduğunu  görüb  sakit  otura, 
bundan  artıq  geridə  qalmış  və  terrorçu  ittihamlarına  dözə  bilməz. 
Ona  görə  biz  azərbaycanlılar  ayağa  qalxırıq  ki,  fitnəkar  rejim 
tərəfindən süqutun astanasına gətirilmiş vətənimizin istiqlalını, ərazi 
bütövlüyünü  və  birliyini  qoruyaq,  Böyük  Kuruş  (I  Kir)  tərəfindən 
əsası  qoyulmuş  insan  haqlarının  beşiyi  adını  terrorçu  və  şər  oxu 
ləkəsindən  təmizləyək".  Bu  sözlərin  ardınca  təşkilatın  əsas  məq-
sədləri  açıqlanır:  digər  İran  xalqları  ilə  birlikdə  islam  rejiminin 
dəyişdirilməsi,  dinin  dövlətdən  ayrılması  prinsipinə,  BMT  Nizam-
naməsinə və İnsan Haqları Bəyannaməsinə söykənən, millətin azad 
iradəsinə əsaslanan hakimiyyətin formalaşdırılması. Bəyanat  müəl-
lifləri  daha  sonra  bütün  İran  əhalisinə,  xüsusən  azərbaycanlılara, 
eləcə  də  əqidə  və  təmayülündən  asılı  olmayaraq  bütün  partiyalara, 
qruplara, ayrı-ayrı fərdlərə əmkdaşlıq təklifində bulunur və yazırlar: 
"Əziz  və  əsir  ölkəmiz  İranın  sizin  yardımınıza  ehtiyacı  var  və  hər 
hansı səbəbdən indi bunu etmək istəməsəniz, sonra ola bilər ki, edə 
bilməyəsiniz".  Bəyanatı  otuza  yaxın  şəxs  imzalayb  ki,  onlar 
arasında d-r Sirus Amuzqar, d-r Əmiraslan Əfşar, d-r Nüsrətulla Ca-
hanşahlu,  prof.  Keykavus  Əfşar,  d-r  İsmayıl  Xoyi  və  s.  kimi  adlar 
vardır.  Bu  şəxslər  "Azərbaycan  hərəkatı"  Müvəqqəti  Şurasının 
üzvləri  sayılırlar.  Eyni  zamanda  qeyd  olunur  ki,  ölkə  daxilində  və 
xaricindəyaşayan Azərbaycan fəallarından daha 4780 nəfər təşkilatı 
dəstəkləyir. Və təklif edilir ki, Güney Azərbaycanda və bütün İran-
da, xüsusən Təbriz və Tehran bazarlarında mübarizə mərkəzləri və 
bölmələri yaratmaq üçün hərəkatın katibliyi, yaxud Müvəqqəti Şura 
üzvləri ilə əlaqə saxlanılsın. "Yaşasın İran və İran milləti!" şüarı ilə 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə