Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə82/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   78   79   80   81   82   83   84   85   ...   91

 
278 
Əli Avşar 
 
Əli Avşar Urmiya şəhərində dünyaya pənah gətirmişdi. Məşhur 
tarixçidir. «Tarixi-Avşar», «Tarixi-Urmiya» adlı tarixi əsərləri var. 
 
 
Hacı Ağa bəy Avşar 
 
Nadir  şah  sərkərdərindən  olan  Hacı  Ağa  bəy  Avşar  həmin 
ordu  sıralarında  Kərim  xan  Zəndlə  birlikdə  xidmət  etmiş  və 
möhkəm  dostluq  əlaqəsi  yaratmışdılar.  Kərim  xan  Zənd  İranda 
hakimiyyətə keçdikdən sonra öz  yaxın dostu Hacı Ağa bəyi Şiraza 
dəvət etmiş, Hacı Ağa bəy də özü, ailəsi və bütün tayfası ilə birlikdə 
Təbrizdən köçərək İraq yolu ilə Şiraza gəlmiş və Kərim xan Zəndin 
ona  yaratdığı  şərait  əsasında  Şah  Meydanı  məhəlləsinin  mühim 
hissəsində  sakin  olmuşdur.  Hacıağası  tayfası  ziyalılarından  gör-
kəmli həkim, müəllim, hüquqşünas, ədib, şair, xəttat və s. meydana 
çıxmışlar  ki,  onlardan  bəziləri  bütün  İran  miqyasında  məşhurdur. 
Hacı  Ağa  bəy  Avşar  özü  qoşun  sərkərdəsi  olmaqla  bərabər  yaxşı 
xəttat  idi.  Hafiz  Şirazinin  məzarı  üstünə  qoyulmuş  mərmər  daşın 
üzərində qazılmış yazılar və şeirlər Hacı Ağa bəyin xəttidir. 
 
 
Məhəmməd İsmayıl Avşar 
 
Məhəmməd  İsmayıl  Avşar  Urmiya  şəhərində  dünyaya  pənah 
gətirmişdi. Xəttat və katibliklə məşğul olmuşdu. «Nəsrul Lali» adlı 
əsəri şahın kitabxanasında saxlanılırdı. 
 
 
Əsədulla Avşar 
 
Əsədulla  Avşar  Şeyx  Mahmud  Şəbüstərinin  «Gülşəni-Raz» 
əsərini köçürmüşdü. 


 
279 
Mirzə Əbdülhüseyn xan Sədiqi Avşar 
 
Mirzə  Əbdülhüseyn  xan  Urmiya  şəhərində  dünyaya  göz 
açmışdı. Xəttat idi. Katib kimi müəllimi Məhəmməd xanın yanında 
çalışmışdı. Sonra vəkil işləmişdi. Ömrünün sonlarında Çırağətiyeyi-
Səfli kəndində əkinçilik etmişdi. 
 
 
Sami Avşar 
 
Sami  Mirzə  Məhəmməd  oğlu  Avşar  elinin  savadlı  şəxslərin-
dəndir.  1872-ci  ildə  Mirzə  Melkum  xanın  "Dastani-Divan"  adlı 
əsərinin üzünü köçürmüşdü. 
 
 
Mirzə Həbib Ağazadə Avşar 
 
Mirzə Həbib Ağa bəy oğlu İmanlı 1880-ci ildə Urmiya şəhərin-
də anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Məşrutə hə-
rakatında iştirak etmişdi. Sonra demokrat firqəsinin üzvü olmuşdu. 
Mirzə  Həbib  Mahmud  Qənizadə,  Mahmud  Əşrəfzadə,  Sadi-
qülmülk və Müəyyədzadə ilə bərabər Urmiyada maarifçiliyə başla-
mışdı. «Fəryad» qəzetinin redaksiya heyətinə başçılıq etmişdi. Son-
ralar  bu  qəzetin  adı  dəyişdirilib  «Fərvərdin»  adı  ilə  nəşr  olundu. 
Mirzə Həbibin səyi  ilə  İranda  yayıldı.  Çar ordusu Urmiyaya soxu-
landa  qəzet  bağlandı.  Qəzetin  fəalları  öldürülməyə  başlandı.  Sa-
diqülmülk asıldı. Mirzə Həbib qaçıb Osmanlı konsulluğuna sığındı. 
Bir  zamandan  sonra  Urmiya  hakiminin  köməkliyi  ilə  qurtulub 
Tehrana  getdi.  Mərkəzdə  «Əhrar»  qrupunun  dəstəyi  ilə  qəzetçiliyə 
davam etdi. Demokratlara qoşuldu. Bu firqənin mərkəzi komitəsinin 
üzvü oldu. 500 nəfərlik fədai ilə Şərəfxanaya hucum etdi. Bu limanı 
ruslardan  azad  etdi.  Ordakı  anbarlardan  gətirdiyi  azuqə  ilə  Təbriz 
camaatını  6  ay  yedirdi.  Silah-sursatla  əhalini  təmin  etdi.  Osmanlı 


 
280 
ordusu köməyə gəlincə xalq özünü Petrosun hücumlarından müda-
fiə etdi. 
Mirzə Həbib Ağazadə Təbrizdən deputat seçildi. «Şahin» adlı 
qəzet çıxardı. Təbriz bələdiyyəsini idarə edən Şuraya üzv oldu. 
Mirzə Həbib 1960-cı ildə vəfat edib. 
 
 
Əmir Nəzmi Avşar 
 
Hacı Məhəmmədhəsən xan Əmir Nəzmi (Nəzməssəltənə) Ur-
miya  şəhərində  doğulmuşdu.  Avşar  elinin  Gündüzlü  oymağından-
dır. Mükəmməl mədrəsə təhsili almışdı. Hərb sənəti ilə ilgilənmişdi. 
Əmirtuman rütbəsinədək yüksəlmişdi. 
Hacı  Məhəmmədhəsən  xan  1891-ci  ildə  onun  başçılığı  ilə 
«Urmiya»  adlı  qəzet  çıxırdı.  Sonra  bu  qəzeti  jurnala  çevirdi.  Bu 
jurnalda tarixə, ədəbiyyata, elmə dair məqalələr dərc etdirirdi. 
Əmir Nəzmi Avşar Urmiyanın ətrafındakı Qarabağlı kəndində 
1 hektar sahəsi olan məktəb binasını təhsil idarəsinə bağışlamışdı. 
Hacı Məhəmmədhəsən xan Nəzmi 1952-ci ildə vəfat edib. 
 
Hacı İbrahim Avşar 
 
Urmiya  şəhərində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə 
təhsili  almışdı.  1910-cu  ildə  onun  başçılığı  ilə  Urmiyada  «İttifaq» 
qəzeti nəşr olunurdu. 
 
 
Muxtar Avşarov 
 
Muxtar  Həsən  oğlu  Avşarov  1914-cü  il  fevral  ayının  15-də 
İrəvan şəhərində anadan olmuşdur. 
Atası Həsən Avşar ailəsinin böyük olmasına baxmayaraq İrəva-
nın imkanlı şəxslərindən biri idi. Şəhərin mərkəzində bəzzaz, baqqal, 
qəssab və çayçı dükanları vardı. O dövrdə varlı ailələrdə maraqlı bir 


 
281 
adət  vardı.  Onlar  evlərində  böyük 
mis sini saxlayırdılar və anadan olan 
övladlarının adını həmin siniyə həkk 
etdirərdilər.  Odur  ki,  atası  Həsən 
Avşar  həmin  mis  sinini  misgər  usta 
Qənbərin yanına gətirib deyir!: «Usta 
bu  gecə  mənim  ailəmdə  xoşbəxtlik 
üz verib, bir oğlum da dünyaya gəlib, 
onun  da  adını  bu  sininin  qırağına 
həkk elə». 
İrəvanda  Həsən  Avşarın  dost 
və tanışları çox idi. Bu dostların içində təkcə azərbaycanlılar deyil, 
həmçinin  ermənilər  də  vardı.  Erməni  dostlarından  birinin  dükanı 
onun  dükanları  ilə  üzbəüz  yerləşirdi.  Günlərin  birində  həmin  dostu 
H.Avşara bildirir ki,  «erməni-müsəlman» qırğını başlayacaq, uşaq-
larını  götürüb  aradan  çıx  (bu  hadisə  1918-ci  ildə  baş  vermişdir) 
H.Avşar çörək kəsdiyi bu dostuna çox inandığından, qaranlıq gecə-
lərdən birində erməni dostunun təşkil etdiyi furqonlu araba ilə ailə-
sini  və  atasını  götürüb  İrəvana  şəhərindən  çıxır.  Bir  neçə  gün  get-
dikdən  sonra  Güllücəyə  (indiki  Leninakan)  gəlib  çıxırlar  və  səhərə 
yaxın  Arpa  çayını  keçib,  Türkiyə  ərazisinə  daxil  olurlar.  Səhər 
açıldığına  görə  həmin  erməni  dostu  furqonu  götürüb,  geri  İrəvana 
qayıdır.  Sərhəd  qırağındakı  kiçik  kənddə  bir  neçə  gün  qaldıqdan 
sonra  Qars  vilayətinə  gedərək  orada  bir  neçə  ay  məskunlaşırlar. 
Lakin  erməni  dostunun  bildirdiyi  «erməni-müsəlman»  qırğının 
başlamamsı,  həm  də  götürdükləri  ehtiyatın  qurtması  Həsən  Avşarı 
çox  narahat  edir.  Digər  tərəfdən  dükanların  hamısını  erməniyə 
verdiyinə çox peşman olur, lakin bu ərəfələrdə həqiqətən də həmin 
gözlədikləri qırğın baş verir. 
Bu  arada  ailənin  ortancıl  qızı  Suraya  bir  türk  zabitinin  gözü 
düşməsi və evlənmək təklifi ilə onlara elçi göndərməsi ailənin niga-
rançılığını  bir  az  da  artırır.  Ailə  razı  olmasa  da  qızın  zabitə  könlü 
olduğunu nəzərə alıb, ailə qurmasına icazə verilir. Bundan sonra türk 
zabiti  Əşrəf  Qılınc  oğlu  bu  ailəni  öz  hesabına  Qarsdan  Bakıya 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə