Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə90/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
307 
Lakin  qısa  minarə  ilə  tikilməsinə  bеlə  baxmayaraq,  Təzəpir 
məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də 
şəhərə yaraşıq vеrən gözəl mеmarlıq abidəsi oldu. Məscidin özülünə 
birinci daşın qoyması üçün Nabat xanım, öz fəaliyyətinə adi bənna 
kimi  başlayan  məşhur  xеyriyyəçi,  milyonçu  Hacı  Zeynalabdin 
Tağıyevi dəvət еdir. 9 ildən sonra, məscidin baş günbəzinə sonuncu 
daşı  da  o  qoyur.  Lakin  Nabat  xanım  öz  arzusunun  sona  yеtdiyini 
görmür. 1912-ci ildə - 117 yaşında ikən vəfat edir. Onun ölümündən 
2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu 
Rzayеv  başa  çatdırır.  Nabat  xanım  və  oğlu  Hacı  Abbasqulu 
məscidin girişində dəfn еdilmişlər. 
Nabat  xanım  dövlətli  Bakı  taciri  Hacı  Musa  Rza  Rzayеvin 
həyat yoldaşı olmuşdur. Onların bir oğlu (Hacı Abbasqulu Rzayеv) 
və 2 qızları – Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım olmuşdur. 
 
 
Haci İbrahim bəy və Əjdər bəy Aşurbəyovlar 
 
 
 
 
 
 
Hacı İbrahim bəy Hacı Musaxan bəy oğlu, Aşur xanın böyük 
oğlu  Hacı  İmamverdi  bəyin  böyuk  nəvəsi  İbrahim  bəyin  nəvəsi 
sayılır. O 1855-ci ildə Sabunçu qəsəbəsində anadan olmuş, yaxşı ev 


 
308 
təhsili  almış.  Arxivdə  olan  tarixi  sənədlərin  birində  Əjdər  bəyin 
atası haqqında belə yazılıb: 
 Bakı  bəy  Komissiyasının  15  mart  1873-cü  il  protokolu  ilə 
“Bakı  qəzası  Sabunçu  kənd  sakini  Musaxan  bəy  İbrahim  bəy  oğlu 
Aşurbəyovun  bəylik  mənsubiyyəti  haqqinda”  qərarına  əsasən  o, 
“birinci dərəcəli bəylik şərəfinə” layiq görülmüşdür”. 
 1880-ci  ildə  Hacı  Əjdər  bəy  neftçıxarma  sənayesində  sahib-
karlığa  başlamısdır.  1893-cü  ildə  onun  torpaq  sahəsində  (Sabunçu 
qəsəbəsində) qazılan quyu ğüclü neft fontanı vurdu və sahibini 
 Bakıda ən nüfüzlu neft sənəyeçilərindən birinə çevirdi. 
 1913-cü  il  ərəfəsində  Əjdər  bəy  Aşurbəyovun  5  iri  neft  mə-
dəni  var idi. Onların ikisini E.L. Nobelə, birini isə Sidor Şibayevə 
icarəyə vermişdi. Hacı Əjdər bəy öz mədənlərindən ildə bir milyon 
puda yaxın neft çıxarır, icarəyə mədənlərdən hasil edilən bütün nef-
tin isə, şərtə ğörə dörd dən bir hissəsini ğötürürdü. Bu da təqribən 
milyon puda yaxın idi. . 
 İbrahim  Əjdər  bəy  Aşurbəyov  köhnə  Bakıda  ğeniş  ictimayi 
və xeyriyyəçilik fəəliyyəti ilə məşhurlaşmışdı. O, 10 il Bakı Şəhər 
Dumasinin  qlasnısı  ,  Bakı  bələdiyyə  rəisi  yanında  neft  işləri  üzrə 
komissiyanın üzvü, Sabunçu şəhər məktəbinin fəxri himayəçisi idi. 
Bu məktəbi əslində o, öz vəsaiti ilə saxlayırdi. 
 Kommersiya və sahibkarlıq işlərində Aşurbəyovun firmasına 
hədsiz  etimad  ğöstərilirdi.  Deyilənlərə  ğörə,  Əjdər  bəy  kimi 
adamların  bir  kəlmə  şifahi  vədi  ilə  böyük  işlər  ğörülürdü.  Çünki 
onların sözü hər hansı qəbzdən və ya vekseldən daha qiymətli idi. 
 1906-ci  ildə  Bakıda  “Nicat”  adlı  maarifçilik  cəmiyyəti 
yaranır  və  məsh  Əjdər  bəy  bu  cəmiyyətin  yaranmasının  təsisçisi 
olur  və  onun  birinci  sədri  seçilir.  “Nicat”  cəmiyyətin  şurası  Əjdər 
bəyin qamətqəhında yerləşir, burada kitabxana və oxucu zalı da var 
idi. Əjdər bəyin evində “İrşad” qazetinin redaksiyası da yerləşirdi. 
Hacı  Əjdər  bəy  keçirilən  xeyriyyəci  aksiyaların  daimi 
iştirakçısı  olub:  imkansız  şagirdlərə  kömək  ,  maarifçiliyə,  “Nicat” 
cəmiyyətin teatr seksiyasında qoyulan tamaşalara – sponsorluq edib.


 
309 
 
Əjdər bəyin evi 
 
 
 


 
310 
Əjdər  bəy  1909-ci  ilin  29  aprel  tarixində  Qafqaz  Tədris 
mərkəzin  başçısina  ərızə  ilə  müraciət  edib,  onu  Tiflisdə  acılan 
“Qadın  müsəlman  məktəbin”  Fəxri  himayadarı  seçilməsini  xahiş 
edir və 1910-cu ildən məktəbin Fəxri himayədarı təyin olunur, ildə 
400 manat öz şəxsi vəsaitindən ödəyir. 
1988-ci  ildə  Rus  imperaatoru  III  Aleksandrın  Qafqaza  səfəri 
zamanı onu Bakıda Bakı zədaganları adından Əjdər bəy Aşurbəyov 
nitq söyləyərək salamlamış və yüksək qonaqlıqda iştirak etmişdir.  
Əjdər  bəy  Tatar  məscidi  adı  ilə  məşhur  olan  Göy  məscidi 
(indiki  Əjdər  bəy  məscidini)  öz  vəsaiti  hesabına  (30  kq  qızıl  pul 
verərək torpağı almış) tikdirmişdir. 
İbrahim  Əjdər  bəy  Aşurbəyovun  işlərində  oğlu  İsmayıl  bəy 
yaxından iştirak edirdi. İsmayıl bəy 1885-ci ildə Sabunçuda anadan 
olmuş, Bakıda gimnaziya və Tiflisdə şəxsi pansionu bitirmişdir. Ta 
inqilabi  hadisələr  başlananadək  İsmayıl  bəy  Bakının  bir  çox 
maarifçilik və xeyriyyəçilik təşkilatlarında çalışmışdır. 
 
 
İsmayıl bəy Aşurbəyov 
 
Bakıda  Aşurbəyovların  adı 
böyük  hörmət-izzətlə  cəkilirdi. 
1888-ci  ildə  imperator  III  Alek-
sandr  Bakıya  səfər  edərkən  İbra-
him  Əjdər  bəy  Bakı  zadəkanların 
hörmətli nümayəndəsi kimi impe-
ratorun  yanında  təntənəli  ziyafətə 
dəvət  edilmişdi.  Heç  də  təsadüf 
deyil  ki,  Əjdər  bəy  və  onun  oğlu 
İsmayıl  bəyin  adına  Rusiya  İm-
periyasının  ən  məşhur  sahibkar-
ları  və  səxavətli  mesenatları  sıra-
sında “Romanovlar çar evinin 300 
illiyi”  nəşrində  (1913-cü  il)  rast 


 
311 
gəlinir. “Bir nəfər  yoxsul şəxs belə, əgər  yardım ücün ona müraciət 
etmişsə,  rədd  cavabı  almayıb”,  -  deyə  biz  bu  kitabda  oxuyuruq.  Şa-
hidlərin  xatirələrinə  əsasən,  Əjdər  bəyin  bircə sözü istənilən  vek-
seldən və ya iltizamdan daha sanballı tutuma malik imiş. 
 
 “ƏJDƏR BƏY MƏSCİDİ” HAQQINDA 
 
Möhtəşəm  və  əzəmətli  ğörünüşə  malik  olan  bir  Bakı  məsçidi 
keçmiş Kaspiyski (indiki) Səməd Vurğun küçəsi 76 ünvanda yerləşir. 
Sovetlər  zamanında  bakılılar  onu  “Göy  məscidi”  kimi  tanıyırdılar. 
Keçmiş  illərdə  bu  məsçid  onun  əsasını  qoyan,  ırı  Baki  taciri  və 
mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə “Əjdər bəy məsçidi” də 
adlanırdı. Qeyd edək ki, indi məscidin rəsmi adı helə səslənir. Tarixi 
vərəqləsəq,  bilərik  ki,  bəzən  ona  tatar  məsçidi  deyilirdi.  Amma 
əslində məsçidin adı tikiliş zamanı “İttifaq” qoyulmuşdu, ona görə ki, 
onun  tikilməyində  əsas  məqsədlərdən  biri  islamın  iki  istiqaməti: 
şiələrin  və  sünnilərin  birləşməsi,  həmkarlığı  ideyası  nəzərdə 
tutulmuşdu (Vaxtı ilə Nadir şaxın həyətə keçirmək istədiyi ideya). 
Əjdər bəyin fikri ilə təzə məsçiddə şiələr və sünnilər bir yerdə 
namaz  qıla  bilərdilər  (o  vaxtlar  Bakıda  əsasən  ləzgilər  və  volqa 
tatarları sünni sayılırdılar). 
Əjdər  bəy  məsçidi  ilk  öncə  formasının  əzəmətinə,  klassik 
proporsiyassına görə diqqəti cəlb edir. Məsçidin layihəsini o vaxtlar 
Bakıda  məşhur  olan  mülki  tikililər  mühəndisi  (Təzə  Pir  məscidin 
layihəsini  çekən)  Zivər  bəy  Əhmədbəyov  hazırlamışdı.  Əvvəlki 
görünüşdə  məscidin  dahildən  olan  üst  hissəsi  və  minarəti  fiquralı 
çekanka ilə işlənmişdi.1952-ci  ildə restavrasiya adı ilə  göy boya ilə 
rənqlənmişdi. Məscidin təntənəli təməlqoyma mərasimi 2 mart 1912-
ci ildə olmuş, 3 dekabr  1913-cü ildə inşaat işləri  başa  çatdırılmışdı, 
həmin günü də məsciddə ilk dəfə allaha ibadəd edilib, nfmaz qılınıb. 
Hacı Əjdər bəy Aşurbəyovun evi keçmiş Qubernski (Nizami) 
və Spasski (Q.İsmaylov, indi Zərqər-palan) küçələrin kəsişməsində 
yerləşirdi. Atam (Əliağa Hacı Nəsrulla oğlü Aşurbəyov) xatırlayırdı 
ki, onun dayısı Əjdər bəy öz pəncərələrındən məsçidi sehr edərdi. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə