Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
304 
tərəqqi  etdi  və  Əmir  Tuman  və  Sərdarlıq  dərəcələrini  aldı.  Bir 
müddət  Azərbaycan,  Tehran  və  Xorasan  qüvvələrinin  komandanı 
oldu.  1920-ci  il  çevrilişindən  sonra  tuğgeneral  dərəcəsi  ilə  orduya 
daxil oldu və yüksək hərbi şuranın üzvlüyünə təyin edildi.Sonralar 
Gilan  və  Xorasan  ostanlarının  general-qubernatoru  oldu.O,  həm-
çinin Pəhləvilər dövründə, senat məclisinin 2, 3,  4, və 5  dövründə 
Tehran nahiyəsinin senatoru idi
71
.  
O, İranın böyük mülkədarlarından və Xorasanda çoxlu əmlakı 
vardı. 
1969-cu ildə və 86 yaşında Tehranda vəfat etdi. 
 
  
Əmir Xosrov xan Qasımlı-Avşar 
 
Əmir  Xosrov  xan  Ələkbər  xan 
oğlu  1919-cu  ildə  Tehran  şəhərində  do-
ğulmuşdu. Anası Mirzə Rza Mustovfinin 
qızı  idi.  O,  Tehran  şəhərində  orta  təhsi-
lini tamamlayandan sonra Avropaya yol-
landı.  Cenevrə  Universitetində  sosial 
elmlər  fakültəsində  ali  təhsil  aldı.  1942-
ci  ildə  İrana  döndü.  İran  Xarici  İşlər 
nazirliyində çalışmağa başladı. 
Əmir  Xosrov  xan  Qasımlı-Avşar 
İranın  AFR-də  və  Fransada  səfirləri 
olmuşdu. 
Əmir  Xosrov  xan  Qasımlı-Avşar 
27  avqust  1978-ci  ildən  1979-cu  ilədək 
İranın Xarici İşlər vəziri olmuşdu. 
 
 
                                                 
71
 ( سلجم ناگدنیامن و یراذگنوناق24 هرود ات تيطورشم زاغآ زا یلم یاروش سلجم ناگدنیامن یماسا
 زا هينينقت هرود تفه رد انس
2508
 
 ات
2536
 
 دادرخ ،اج یب ،یهاشنهاش
2536
ص،یهاشنهاش
412



 
305 
Abbas xan Çinari 
 
Abbas  xan  Məhəmməd  xan  oğlu  Həmədan  əyalətinin  Əsəd-
abad  vilayətinin  Çahardolu  mahalının  Yuxarı  Çinar  kəndində  ana-
dan olmuşdu. Qacar ordusunda xidmət etmişdi. Sərtip (general-ma-
yor) rütbəsinədək yüksəlmişdi. 
Kosoqovski  yazır:  “Abbas  xan  Çinari  –  Həmədan  əyalətində 
yaşayan  Avşar  elinin  rəislərindən  biridir.  Əvvəlcə  hərbi  nazirlikdə 
vicdanla  xidmət  edirdi.  Haçan  ki,  hərbi  nazirliyi  Naibəssəltənə 
qəbul  etdi,  ona  Abbas  xan  Çinarini  Tehrana  çağırdılar.  Onun  tiyul 
torpaqlarını  əlindən  almaq  istəyirdilər.  Həmədan  ətrafındakı  o 
torpaqları  şah  ona  bir  çox  xidmətlərinə  görə  vermişdi.  Şahzadənin 
fikrini  öyrənən  kimi  Tehrandan  qaçdı.  Onun  göndərdiyi  dəstələri 
bir-bir aradan götürdü. Həmədan əyalətinin valisi Əmir-Nizam əgər 
yağılığını tərgitsə, ona əhf və amannamə alacağını vəd etdi. Abbas 
xan  Çinari  valiyə  razılığını  bildirdi.  Onu  Həmədan  civarına 
qarasoran  (Qarasoranlar  karvan  yollarının  gözətçiləri  idilər)  rəisi 
təyin  etdilər  və  maaş  kəsdilər.  Amma  cəmi  üç  maaşını  ödədilər, 
sonra  yavaş-yavaş  azaldıb  və  tamamilə  ödəməkdən  imtina  etdilər. 
Abbas  xan  Çinari  həngaməni  duyub  Kürdüstana,  Əmir-Nizamın 
oğlunun  yanına  getdi.  Başına  gələnləri  açıb  danışdı.  Elə  bu  vədə 
öyrəndi  ki,  Əmir-Nizam  onun  başınə  bəla  açıb.  Onu  dövlət  canisi 
elan  etmişdilər.  Rəhbərlik  etdiyi  qarasoranlara  onu  tutub,  qandal-
layaraq Tehrana aparılmasına fərman vermişdilər. 
Abbas  xan  Çinari  tələsik  Kürdüstandan  döndü.  Qəflətən 
ingilis missiyasının ətrafənda peyda oldu. Oranı bəst hesab etdi. Ser 
Mortimer  Dürandı  soruşdu.  Hesab  etdi  ki,  səfir  şahdan  onun 
azadlığını xahiş edəcək, razılıqdan sonra öz yolu ilə gedəcək. Səfir 
onu  qarşılayıb,  dinlədi,  öz  otağına  aparıb,  şahın  yanına  yollandı. 
Şah  belə  razılaşdı:  Abbas  xan  Çinari  ailəsi  ilə  birlikdə  Tehranda 
yaşayacaq, Həmədandakı mülkü alınıb xalisəyə qatılacaq, əvəzində 
ona paytaxt ətrafında iki kənd veriləcək”
72
.  
                                                 
72 
http://www.vostlit.info/Texts/Dokumenty/Persien/XIX/1880-
1900/Kosogovskij_V_A/text3.phtml?id=10363 


 
306 
Nabat xanım Aşurbəyova 
 
Nabat 
xanım 
Aşurbəyova 
1795-ci ildə Bakı şəhərində Qoca bəy 
Aşurbəyovun  ailəsində  dünyaya  gəl-
mişdir. O, öz səxavəti və xеyirxahlı-
ğına  görə  ad  qazanmış,  nеft  mədən-
lərinə  və  bir  çox  böyük  imarətlərə 
malik  olmuş,  şollar  su  kəmərinin  çə-
kilməsinə  külli  miqdarda  pul  xərc-
ləmiş, Sabunçu xəstəxanasında kasıb 
və  yеtimlərin  müalicəsini  öz  üzərinə 
götürmüş, tatar küçəsində (sovеt döv-
ründə  Krupskaya,  indi  A.  Topçuba-
şov) hamam tikdirmişdir. Həmin ha-
mam həftənin bir gününü kasıblar və 
kimsəsizlər üçün pulsuz işləyirdi. 
Onun  şеirlər  yazdığı  da  məlumdur.  Təəssüf  ki,  həmin  şеirlər 
sonrakı  nəsillər  üçün  saxlanmamışdır.  Onun  həyatındakı  ən  böyük 
işi  Bakı  şəhərində  tikdirdiyi  (1905-1914-cü  illər)  Təzəpir  məsci-
didir.  Hal-hazırda  həmin  məsciddə  Qafqaz  Müsəlmanları  Ruhani 
İdarəsi  yеrləşir.  Bu  məscidin  tikilməsində  o,  ilk  diplomu  azərbay-
canlı mеmar, Sankt-Pеtеrburq Mülki  İnşaat Mühəndisliyi İnstitutu-
nun  məzunu  Zivər  bəy  Əhmədbəyovun  xidmətlərindən  istifadə  еt-
mişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş mеmarı olmuşdur. 
Nabat  xanım  Zivər bəyə xeyli vəsait vеrərək, onu məşhur məscid-
lərin mеmarlığını öyrənmək üçün Şərq ölkələrinə еzam еtmişdir. 
Səyahətdən  sonra  Zivər  bəy  ona  arzuladığı  hündür  ikimər-
təbəli  (yaruslu)  minarəsi  olan  yaraşıqlı  məscidin  layihəsini  təqdim 
еdir.  Lakin,  Bakı  qubеrnator  idarəsi  pravoslav  ruhanilərinin  fitvası 
ilə  minarənin  ancaq  bir  mərtəbəsinin  tikilməsinə  icazə  vеrdi.  Əgər 
məscidin  minarəsi  iki  mərtəbəli  olsaydı,  öz  hündürlüyü  və 
yaraşığına görə еlə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş 
Alеksandr Nеvski pravoslav kilsəsini kölgədə qoyardı. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə