Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə87/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
296 
Teymur xan Avşar 
 
Teymur  xan  Avşar  Azərbaycan  xalqının  qəhrəman  oğul-
larından  biridir.  O,  ADR-in  ilk  təyyarəçilərindəndir.  Bu  barədə  Baş 
Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviçin 1920-ci il 
yanvarın  28-də  Şuşadan  Bakıya,  kvartirmeyster  generalının  adına 
vurduğu teleqram saxlanılır: "Gürcü təyyarəçilərin Svanetidə üsyanı 
yatırmaq üçün təcrübəsi, çətin keçilə bilən dağ yerlərində bu üsulun 
əlverişli  olduğunu  sübut  etdi.  Gürcü  təyyarəçilərinin  arasında  beş 
pudluq  bombanı  üsyan  etmiş  kəndin  üzərinə  atmış  leytenant  Maka-
yev də var idi. Təcrübədən elə o cür, tez, qəti nəticələr baş verə bilə-
cək tərzdə Zəngəzurda da istifadə etmək olar. Telefon vasitəsilə Tif-
lislə  əlaqə  saxlayıb  məsələni  aydınlaşdırın,  Zaxariadze  ilə  gürcü  di-
lində  danışın.  Bir  aeroplan  göndərmək  olar,  özü  də  təyyarəçisi  Xan 
Əfşar  Teymurçin  ola  bilər.  Beləliklə,  gürcülər,  gürcü  zabitlərinin 
bizim daxili ekspedisiyalarda iştirakını qadağan edən hərbi konvensi-
yanı pozmurlar. Uçuşlar qısa olacaq, uçuş radiusu yüz verstdən uzaq 
olmayacaq.  Aviasiya  bazası  Şuşada  və  ya  Xankəndindədir.  Cavabı 
mənə  teleqrafla  çatdırın.  Yanvarın  29-da  Xankəndində,  30-da  Yev-
laxda, 31-də isə Bakıda olacağam, bu halda cavabı mənə evə çatdırın. 
Yevlaxa vaqon göndərmək üçün komendanta tapşırıq vermişəm. 
Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç. 
Qanlı-qadalı  iyirminci  ilin  apreli  gəldi.  Bu  tarixdə  bolşevik 
Rusiyasının  ordusu  həyasızlıqla  ölkəmizə  soxuldu.  Bu  igidlərin  də 
payına sürgün, ölüm və  təqiblər düşdü. ÇK-nın  qəddarlığı  ilə  yüz-
lərlə  azərbaycanlı  əsgər  və  zabitin  şöhrəti  unudulub  yaddan  çıxdı. 
Onların adı yalnız məhkəmə protokollarında və xatirələrdə qaldı. 
Milli  ordumuzun  hərbi  təyyarəçisi  Teymur  xan  Avşar 
haqqında rast gəldiyim daha bir sənəd görkəmli pianoçu və Bakıda 
Şərq  Konservatoriyasının  yaradıcısı  Xədicə  xanım  Qayıbovanın 
dindirilmə protokoludur. 1933-cü ildə "casus" kimi  həbs edilən ilk 
Azərbaycan  pianoçusu  Xədicə  xanım  Osman  ağa  qızı  1938-ci  ildə 
dindirilmədə  demişdir:  "Təyyarəçi  zabit  xan  Avşar  Teymurçini 
tanıyıram... Təyyarəçi zabit Xan Avşar Teymurçinlə məni indi xalq 
düşməni kimi ifşa olunmuş Çingiz İldırım tanış etmişdi". 


 
297 
"Dəstəmizə  hərbi  kadrları  könüllülərdən  yığırdıq.  Onların 
çoxusu  yoxlanılmamış  və  naməlum  adamlar  olurdu.  Yadımdadır, 
bir dəfə yanımıza Əfşar xan adlı təyyarəçi gəldi. O, İranda /Cənubi 
Azərbaycan/  anadan  olmuşdu.  Söhbət  zamanı  məlum  oldu  ki,  o, 
Müsavat  hökumətinin  təyyarəçisi  olub.  Sənin  əqidən  Qızıl  orduda 
xidmət etməyinin ziddinə deyil ki, sualıma o belə cavab verdi: 
- Mənim əqidəm mənə veriləcək pulun miqdarından asılıdır. 
Bu  cavabdan  məlum  oldu  ki,  Əfşar  etibarlı  adam  deyil,  ona 
görə  də,  biz  onu  təyyarəçi  vəzifəsinə  götürmədik.  O,  Azərbaycan 
hava  donanmasında  işə  düzəldi.  Bir  xeyli  işləyəndən  sonra  Əfşar 
həkim işləyən həyat yoldaşı ilə qaçıb İrana getdi"
69
.  
Məlum  məsələdir  ki,  Azərbaycan  təyyarəçisinin  bu  cavabı 
onun  pulgirliyi  və  ya  mənfəətpərəstliyindən  irəli  gəlməmişdir.  O 
kiminlə  danışdığını  bildiyi  üçün  təmamilə  səmimi  cavab  verməsi 
mümkün  deyildi.  Qəlbən  sevdiyi  təyyarəçilik  peşəsindən  ayrılma-
maq üçün belə cavab verməyə məcbur idi. Məcburiyyət qarşısında 
maaş  söhbətini  önə  çəkən  Teymur  xan  Avşar  "etibarsız  adam" 
təsəvvürü  yarada  bilərdi.  Ayıq  həmsöhbət  bu  cavabı  o  vaxt  tam 
dəqiq kimi qəbul etmişdi. 
Təyyarəçi Teymur xan Avşarın gələcək taleyinin Azərbaycan 
Demokratik  Respublikasının  Milli  ordusunda  məsləkdaşları  olan 
Mahmud  Mahmudzadə,  Teymur  Mustafayev  və  başqalarından  çox 
az  fərqləndiyini  təsəvvür  etmək  çətin  deyildi.  Təyyarəçi  Teymur 
xan Avşarın son taleyi o tay İranda necə olub, məlum deyil. 
 
 
Şeyx Mirzə Məhəmmədhəsən Bəgişli-Avşar 
 
Mirzə  Məhəmmədhəsən  Məhəmmədvəli  bəy  oğlu  Urmiya 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  İbtidai  təhsilini  Təbriz  şəhə-
rində  almışdı.  Ordan  Qəzvinə  yollanmış,  ali  savada  yiyələnmişdi. 
Fiqh,  üsul  və  hədisləri  Üçüncü  Şəhid  ləqəbli  molladan,  Molla 
Məhəmmədsaleh  Bərğanidən  öyrənmişdi.  Türkmənçay  müqaviləsi 
                                                 
69
 Marşal S.A Krasovski "Jizn v aviasii" kitabı, 1960-cı il, səh. 46. 


 
298 
zamanı  Kərbəlaya  getdi.  Şərifülülama  Mazandarani-Hairidən  dərs 
aldı. Ustadının vəfatından sonra vətəninə döndü. 
Şeyx  Mirzə  Məhəmmədhəsən  Bəgişli-Avşarın  əsərləri:  «Ba-
harul-Ənvar»ın 13 cildinin tərcüməsi (Məhəmməd şah Qacar üçün), 
«Bərdeyi-Busirinin qəsidələrinin şərhi». 
Şeyx Məhəmmədhəsən şair idi. Divanı vardı. Şeirlərinin çoxu 
peyğəmbər və imamların şəninə həsr olunub. 
 
 
Hüseyn Avşar 
 
Məhəmmədhüseyn Mehrəli oğlu Hindistanın Laknahust şəhə-
rində doğulmuşdu. Təhsilini aldıqdan sonra atası ilə İrana gəlib Mə-
həmməd şah Qacarla görüşdü. Bir müddət onun yanında qaldıqdan 
sonra ziyarətə getdi. Ziyarətdən sonra Hindistana döndü. Laknahust 
şahının yanında çox hörməti vardı. 
Hüseyn  Avşar  gözəl  rövzəxan  idi.  «Məqtəli-farsi»  adlı  əsəri 
vardı. 
Hüseyn Avşar Rampur şəhərində vəfat edib. 
 
 
Mirzə Nağı Avşar 
 
Nağı Hüseyn oğlu 1773-cü ildə Dəmirçihəsənli mahalının Av-
şar  obasında  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı. 
Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı  daşıyırdı.  İbrahimxəlil 
xanın divanxanasında vəzir kimi çalışmışdı. 
Mirzə  Nağı  1806-cı  ildə  xanla  bərabər  Lisaneviç  tərəfindən 
gülləbaran edildi. 
Mirzə  Nağının  Kəlbəli,  Məmmədhəsən,  Şirəli  adlı  oğulları 
vardı. 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə