Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

 
289 
Tehrana  dönmüşdü.  Tehran  Universitetində  riyaziyyatdan  tədris 
etmişdi. 
Bir dövrə Milli məclisin deputatı olmuşdu. 
 
 
Cəlal xan Avşar 
 
Cəlal  Cəmşid  xan  Məcdüssəltənə  oğlu  (Müzəffərəddin  şahın 
qız  nəvəsi)  Urmiya  şəhərində  doğulmuşdu.  Bu  şəhərdə  ibtidai 
təhsilini alandan sonra Tiflisə yollanmışdı. 
Tehran  Universitetində  biologiya  fakültəsində  həşəratlar 
kafedrasını, Təbrizdə labarotoriya yaratmışdı. İranda və Orta Şərqdə 
bu sahə üzrə ən böyük alim sayılırdı. 
 
 
Hüseyn xan Avşar 
 
Hüseyn  xan  1894-cü  ildə  Urmiya 
şəhərində  dünyaya  gəlmişdi.  Bu  şəhərdə 
ibtidai  təhsilini  alandan,  fars  və  fransız 
dillərini mükəmməl öyrənəndən sonra 14 
yaşında  Fransaya  yollanmışdı.  Fransada 
Kənd  Təsərrüfatı  Akademiyasında  təhsil 
almışdı.  Təhsilini  bitirdiyi  il  I  Dünya 
Savaşı  dönəminə  təsadüf  etdi.  Rusiya 
Güney  Azərbaycanı  işğal  etmişdi.  O,  bir 
dəstə islamçı osmanlı ilə vətəninə döndü. 
Urmiyada  osmanlılara  qoşulub  ruslara 
qarşı  çıxış  etdi.  Sultan  tərəfindən  nişanla 
ödülləndi. 
Hüseyn xan savaşdan sonra Tehran-
da  Maliyyə  Nazirliyində  işə  başladı.  Yaxşı  işi  sayəsində  nazir 
müavini təyin edildi. 6 dövrə dalbadal məclisə deputat seçildi. Büd-


 
290 
cənin  bölünməsində  fəal  iştirak  edirdi.  Rusiyaya  göndərilən  diplo-
matik heyətə başçılıq etmişdi. Tikinti nazirliyinin rəhbəri olmuşdu. 
Hüseyn xanın  mexanika, riyaziyyyat,  fizika və fəlsəfəyə dair 
dərin  tədqiqatları  vardı.  İşlədiyi  müddətdə  də  elmi  fəaliyyətindən 
qalmadı.  Eynşteyn  nəzəriyyəsini  tədqiq  edib,  riyaziyyatdan  maksi-
mum və minumum inteqrallarını genişləndirib, yeni nəzəriyələr kəşf 
etdi. Onun nəzəriyələri dövrü mətbuatda dərc olunmuşdu. 
Hüseyn xan sülh tərəfdarı idi. Papa onu qızılla mükafatlandır-
mışdı. 
Hüseyn  xan  təqaüddə  çıxandan  sonra  Urmiya  əncüməninə 
başçılıq etmişdi. 
 
 
Mirzə Baba Avşar 
 
Avropada  ilk  ali  tibb  təhsili  almış 
azərbaycanlı  həkim  Mirzə  Baba  Avşar, 
yaxud  Hacı  Mirzə  Baba  Avşar  isə  Azər-
baycan  valisi  Abbas  mirzə  Naibüssəl-
tənənin  ordusunun  zabitlərindən  birinin 
oğludur. O, şahzadə Abbas mirzə tərəfin-
dən 1811-ci ildə Avropaya tibb elmini və 
rəssamlıq  sənətini  öyrənmək  üçün  gön-
dərilən iki gəncdən biri idi. Abbas mirzə 
1811-ci  ildə  onun  hüzuruna,  Təbrizə 
gəlmiş  İngiltərənin  xarici  işlər  naziri  ilə 
görüşərək  nazir  ser  Harford  Consdan 
xahiş  etdi  ki,  iki  gənci,  Mirzə  Baba 
Avşarı  və  Nəqqaşbaşı  oğlu  Məhəmməd 
Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrən-
məyin  zəruri  olduğunu  düşünən  Abbas  mirzənin  bu  fikrini  müsbət 
hal  kimi  qarşılandı.  Hər  iki  gənc  Azərbaycanın  tanınmış,  adlı-sanlı 
ailəsindən  idilər.  Abbas  mirzə  Naibüssəltənə  bu  iki  gənci  ser  Har-
ford Consla Londona yola salarkən demişdi: 


 
291 
«Bu  iki  gənci  təhsil  almaq  üçün  aparın  ki,  qayıdandan  sonra 
mənə, özlərinə və öz məmləkətlərinə fayda versinlər». 
Nəqqaşbaşı  oğlu  Məhəməd  Kazımın  rəssamlıq  sənətində 
föqəladə bir istedadi var idi. Buna görə də onu bu sənətin görkəmli 
ustadlarının yanında təhsil almaq üçün qəbul etdilər. Mirzə Baba isə 
Tibb elminin ibtidasını öyrənməklə məşğul olmağa başladı. Məhəm-
məd  Kazım  18  ay  təhsil  aldıqdan  sonra  1813-cü  ildə  vərəm  xəs-
təliyindən vəfat etdi. Mirzə Hacı Baba isə 6 il Londonda orta təhsil 
aldıqdan sonra həkimlik sənətini öyrənməyə başladı. Yuxarıda qeyd 
olunduğu kimi Mirzə Hacı Baba İranda ilk həkimdir ki, Avropada bu 
sənətə  mükəmməl  yiyələnmişdir.  O,  1819-cu  ildə  İrana  qayıtdıqdan 
sonra  Abbas mirzə  Naibüssəltənənin  və  onun  oğlu  Məhəmməd  mir-
zənin Həkimbaşısı təyin olunmuşdur. Belə ki, Məhəmməd Mirzənin 
sağlamlığı bu həkimin tam ixtiyarında idi. Mirzə Hacı Baba məşhur 
həkim, Məhəmməd şahın həkimbaşısı olduqdan sonra  adından Hacı 
kəlməsini ataraq, Mirzə Baba Həkimbaşı kimi tanımağa başladı. 
Altı  il  İranda  İngiltərə  səfirliyinin  səlahiyyətli  nümayəndəsi 
kimi çalışmış Ceyms Moryer siyasi xadim olmaqla bərabər, həm də 
yazıçı idi. O,  Londona  qayıdarkən  Hacı  Baba  ilə  tanış  olmuş,  özü-
nün «Sərgüzəşti-Hacıbaba-İsfahani» əsərinin qəhrəmanının adını da 
Mirzə  Hacıbaba  Həkimbaşının  adından  götürmüşdür.  Ceyms 
Moryerin  «Hacıbaba»  kitabı  nəşr  olunduqdan  bir  neçə  il  sonra 
İranda olmuş bir nəfər ingilis, həkimbaşı Hacı Baba ilə tanış olmuş 
və  onun  bu  xəbərdən  çox  dilxor  olduğunu  görmüşdü.  Hacı  Baba 
Ceyms  Moryerdən  incimiş  və  əsərində  nə  üçün  məhz  onun  adını 
seçdiyinə  təəccüblənmişdi.  İran  alimi  Mehdi  Bamdad  yazır: 
«Ceyms  Moryer  öz  kitabına  Hacı  Babanın  adını  verdiyi  üçün  çox 
güman  ki,  o,  bundan  bərk  dilxor  olmuşdur.  Buna  görə  də  əsərin 
qəhrəmanı ilə öz arasında oxşarlıq olmaması üçün «Hacı» kəlməsini 
öz adından atdı və o, həmin vaxtdan Mirzə Baba kimi tanındı. 
Abbas mirzə Naibüssəltənə Azərbaycanın gözəl, abad kəndlə-
rindən olan və Təbrizdən 25 kilometr aralıda yerləşən Xoca kəndini 
Mirzə  Babaya  bağışlamışdı.  Mirzə  Baba  bu  kəndin  gəliri  ilə  varlı 
bir şəxs oldu. 


 
292 
Mirzə Baba hicri qəməri 1244-cü ildə (1829) Rusiyanın İran-
dakı  səfiri  A.  Qriboedovun  qətli  ilə  əlaqədar  Rusiyaya  üzrxahlıq 
üçün  göndərilmiş  nümayəndə  heyətinin  başçısı  Şahzadə  Xosrov 
mirzənin şəxsi həkimi kimi göndərilmişdi. 
Mirzə  Baba  1833-cü  Təbrizdə  yerləşmiş  Rusiya  və  İngiltə-
rənin  səfirliklərinə  ezam  olunmuş  və  Naibissəltənənin  bu  ölkələrə 
səfərini  hazırlamaq  işi  ilə  məşğul  olmuşdu.  Lakin  məlum  olduğu 
kimi   Abbas  mirzə  1833-cü  ildə  xəstələnib  vəfat  etdiyi  üçün  bu 
səfər baş tutmamışdır. 
Doktor  Mirzə  Hacı  Baba  hicri-qəməri  1252-ci  ildə  (1837-ci 
ildə) Tehranda vəfat etmişdir. 
Hacı Mirzə Babanın Məhəmməd xan, Əli xan, Həsən xan adlı 
oğlanları vardı.  
 
 
Mirzə Məhəmməd xan Avşar 
 
Mirzə  Məhəmməd  xan  Mirzə  Baba  xan  oğlu  1839-cu  ildə 
Təbriz  şəhərində  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  al-
mışdı. İqbalülmülk ləqəbini daşıyırdı. 
Mirzə Məhəmməd xan h. q. 1279-cu (1862-ci) ildən Maliyyə 
nazirliyində  mühasib  kimi  fəaliyyətə  baslamışdı.  Onildən  sonra 
1289-cu (1872-ci) ildən Qacar dövlətinin Avropa ölkələri üzrə səfir 
müavini  kimi  çalışmışdı.  O,  Mirzə  Mülküm  xandan  əvvəl  İranın 
Londonda  vəziri-muxtarı  olmuşdu.  (1290/1873)-cı  ildə  Şeyx  Möh-
sün xan Müinülmülk bu vəzifəsindən dəyişildiyi zaman Mirzə Mə-
həmməd  xan  İqbalülmülk  London  səfirliyində  birinci  müavin  idi. 
Mirzə Mülküm xan Londona gəldikdə İqbalülmülk Tehrana çağrılır. 
İqbalülmülk  Londonda  səfir  müavini  olarkən,  1872-ci  ildə  baron 
Röyter Qacar dövlətindən (şah və baş vəzirdən) aldığı imtiyaz mü-
qabilində  xeyli  pul  vermişdi.  Qacar  dövlətinin  tarixçisi  Mə-
həmmədhəsən xan Müqəddəm  öz xatirəsində bu barədə  yazırdı ki, 
İqbalülmülk Röyterə verilən imtiyazın əvəzinə 10 min lirə almışdı. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə