Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə86/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   83   84   85   86   87   88   89   90   91

 
293 
Mirzə  Məhəmməd  xan  İqbalülmülk  sonra  Orduda  mühasib 
vəzifəsində çalışdığından o, Mustovfiye-nizam ləqəbini də almışdı.  
Mirzə Məhəmməd xan İqbalülmülk h.q. 1298-ci (1880-ci) ildə 
Məsud mirzə Zilli-sultanın yanında xidmət etməyə başlamışdı. Zilli-
sultan onu öz tərəfindən Buşehri idarə etməyə göndərmişdi. Məsud 
mirzə Qacar 1299-cu (1881-ci) ildə Kürdüstan əyalətini də idarə et-
məyə başladıqda, Mirzə Məhəmməd xan Mustovfiye-nizam da onun 
təklifi ilə 1300-cü (1882-ci) ildən Kürdüstan əyaləti hakimliyinə tə-
yin edilir və İqbalülmülk ləqəbini alır.  
Etimadüssəltənə  Məhəmmədhəsən  xan  Müqəddəm  öz  xatirə-
sində  yazır:  "18  cümadəl-saniyə,  1300.  Kürdüstanın  təzə  hakimi 
Mirzə Məhəmməd Mustovfiye-nizama İqbalülmülk ləqəbi əta olun-
du, 500 tümən peşkəş veriləndən sonra verildi". 
 Mirzə Məhəmməd xan İqbalülmülk 1302-ci (1885-ci) ildə ha-
kimlikdən  azad  edilir  və  Tehrana  qayıdır.  Dövlət  şurası  Məclisinin 
üzvü olur. Bu barədə Etimadüssəltənə belə yazır: "1302, 28 zülqədə, 
seşənbə.  Mirzə  Məhəmməd  xan  İqbalülmülk  Kürdüstan  hakimliyin-
dən azad edilərək Əminüssultanın vasitəsilə şura vəzirlərindən oldu". 
Lakin  elə  həmin  il  o,  yenidən  Kürdüstan  əyaləti  hakimliyinə 
təyin edilir və 1305-ci il cümadəl-əvvəl ayının axırlarında (1888-ci 
il) vəzifəsindən azad edilir və Tehrana çağrılır. 
Mirzə Məhəmməd xan İqbalülmülk h.q. 1306-cı ildə (1889-cu 
ildə)  həm  Dövlət  şurasının  üzvü,  həm  də  Yəzd  hakimi  təyin  edilir 
və oraya yola düşür. 
Mirzə  Məhəmməd  xan  İqbalülmülk  Mirzə  Ağa  xan  Nurinin 
kürəkəni idi. 
 
 
Məhəmmədtağı xan Avşar 
 
Məhəmmədtağı xan Qacarlar dövrünün tanınmış simalarından-
dır.  Hacibüddövlə  ləqəbini  daşıyırdı.  Nasirəddin  şah  Qacarın  xid-
mətçilərindən idi. 1879-cu ildə topxananın əmiraxuru təyin olundu. 


 
294 
Mirzə Məhəmmədhüseyn Avşar 
 
Mirzə Məhəmmədhüseyn Urmiya ətrafında doğulmuşdu. Mü-
kəmməl mədrəsə təhsili almışdı. Elm və təbabətlə məşğul olmuşdu. 
Onun tibbə dair «Risaleyi-cərrahi» adlı əsəri var. 
 
 
Mirzə Məhəmməd Avşar 
 
Dilçiliyin  fonetika  şöbəsində  dilimizin  fonetikasına  aid  ter-
minlər bir sistem təşkil edir. Bu terminlərdə fonetik xüsusiyyətlərin 
ümumi  mənzərəsi  əks  olunmuşdur.  M.Kaşğarinin,  V.Radlovun,  
L.Budaqovun,  K.Foyun,  M.Kazımbəyin,  M.Avşarın,  M.  Mahmud-
bəyovun, S.M. Qənizadənin, N. Nərimanovun, B. Çobanzadənin,  S. 
Vəlibəyovun  və  başqa  alimlərin  əsərlərində  fonetikaya  aid  termin-
lərə çox rast gəlinir. Bununla yanaşı XIX əsrdə Azərbaycan dilçilik 
elminin  formalaşmasında  Mirzə  Məhəmməd  Avşarın  mühüm  rolu 
olmuşdur.  Belə  ki,  XIX  əsrin  ikinci  yarısında  məşhur  dilçi  və 
Azərbaycan dili müəllimi Xələfi Mirzə Məhəmməd Avşarın “Fənni-
sərfi-türki” əsərində işlədilən dilçilik terminləri bu baxımdan maraq 
doğurur.  Əsər  iki  hissədən  ibarətdir.  Birinci  hissə  “Fənni-sərf”, 
ikinci hissə “Fənni-nəhv” adlanır. “Fənni-sərf” termini morfologiya, 
“Fənni-nəhv” termini isə sintaksis anlayışını bildirir. XIX ərsdə ya-
zılmış  həmin  əsərdə  “sövtiyyat”  termini  fonetika  mənasındadır. 
Sövtiyyatda  səslərin  məxrəcləri,  onların  məxrəclərinə  görə  bölgü-
sündən bəhs  edilmişdir. M.  Avşar hərfləri  iki qrupa ayırmış və bu-
nunla  bağlı  “hürufi  qəməriyyə”  terminlərini  işlətmişdir.  M.  Avşar 
babü-isim  adlanan  hissədə  ümumi  və  xüsusi  isimlərdən  danışır. 
Ümumi isimlərin heyvan və əşya, xüsusi isimlərin Əli, Həsən, Hü-
seyn kimi adları bildirildiyini göstərir. 
M.  Kazımbəy  kimi,  M.  Avşar  da  Azərbaycan  dilində  ismin 
yeddi halı olduğunu göstərmişdir. Onu da deyək ki, XX əsrin birinci 
yarısına  qədər  bütün  əsərlərdə  ismin  yeddi  halı  verilmiş  və  onlar 
ərəb terminləri ilə ifadə edilmişdir. Başqa müəlliflər kimi M. Avşar 
da  morfologiyada  “isim”  əvəzinə  “mübtəda”  terminini  işlətmişdir. 
İsmin halları belə verilmişdir: 


 
295 
1. ibtidai 
2.izafə 
3.məfuli-əleyhə (yönlük) 
4.məfuli-be 
5.məfuli-məsdur 
6.məfuli-fiyə 
7.məfuli-mə 
M. Avşar sifəti adlar qrupuna daxil etmiş və onu “ismi-sifət” 
adlandırmışdır. O, ilk öncə “İsmi-təxsir”dən (kiçiltmə bildirən sifət-
lər) danışmış, onun-cığ şəkilçisi ilə əmələ gəlməsini göstərmişdir. 
Feldən  yaranan  isimləri  ismi-məsdər  adlandıran  M.  Avşar 
yazmışdır:  “İsmi-məsdər”  o  kəlmədir  ki,  məsdərdən  hasil  olan  bir 
halı göstərən məsdərin axırıncı hərfini atıb “m” artırılır: gəlmək-gəl-
mə, almaq-alma və s.”. 
O, felin zamanlarını belə izah etmişdir: “Zaman üçdür: 
Mazı, hal, müstəqbəl. Hal (indiki zaman): oxunur, çalınır, ya-
zıram,  yazırsan.  Hal-müstəqbəl  hali-vəsfiyyənin  axırına-acaq  \\ 
əcək, -ar\\ -ər gətirməklə düzəlir: Gələcək, yazacaq, yazaram, yazar-
san, yazar, yazarıq, yazarsız, yazarlar. 
M. Avşar felin arzu formasını “feli-təmanna” adlandırmışdır. 
O, kitabında A. Bakıxanovdan, Ə. İrəvanidən tutmuş bir çox Azər-
baycan dilçiləri kimi isim, fel və sərh/hərf adı ilə mübtəda, xəbər və 
ikinci dərəcəli üzvləri nəzərdə tutmuşdur. M. Avşarın kitabında da 
ismi-mübtəda, fel-xəbər sərhədləri müəyyənləşdirilmışdir. Sərf, hərf 
və başqa cür adlandırılan ikinci dərəcəli üzvlər də qarışdırılmışdır. 
Məs:  M.  Avşar  “sərf”  dedikdə  “qoşmanı”,  bəzən  də  fel  formasını 
nəzərdə tutmuşdur. 
Əsərdə “Tərkibi-izafi” adı ilə söz birləşmələrinin ətraflı şəkildə 
izah edildiyini görürük. Cümlə növlərinə toxunan M. Avşar “Əl-mün-
həmat və əl-ədavət” başlığı altında sual cümlələrindən söhbət açmışdır. 
Beləliklə, Avşar yaradıcılığında işlənən dilçilik terminləri mənşə 
baxımından  təhlil  edilmişdir.  Təhlil  nəticəsində  aydın  olur  ki,  bu 
dövrdə işlənən terminlərin çoxu ərəb mənşəlidir. Ona görə də terminlər 
sonrakı dövrlərdə dilimizdən çıxmış yeniləri ilə əvəz olunmuşdur. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə