Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə78/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   74   75   76   77   78   79   80   81   ...   91

 
263 
ustad  axtarırdım.  Nəhayət,  açıq  ürəkli,  dövründə  tayı  olmayan  bir 
ustad tapdım ki, o da sənəti Behzad fırçasından öyrənmişdi.» 
Müzəffər  Əlinin  yanında  keçirdiyi  təhsil  illərində  Sadiq  bəy 
həm  də  Astrabad  türkmənləri  ilə  döyüşlərdə  özünün  cəsurluğu  və 
hünərvərliyi ilə şöhrət qazanır. Öz xarakterinin bu cizgilərini Sadiq 
bəy  Azərbaycan  və  türkmənşəli  olması  ilə  əlaqələndirirdi.  Həmişə 
deyərmiş ki, «türklüyümü gözə çapdırmaqla və qızılbaş ənənələrinə 
sədaqət  göstərməklə özümü cəsur və qorxmaz sayır və zamanımın 
cəsur adamlarından heç kimi özümə tay bilmirəm.» 
Səkkiz  illik  təhsil  müddəti  havayı  keçmir.  Müasirlərinin 
yazdığına görə, Sadiq bəy «nəhayət, böyük uğurlar qazanır və tayı-
bərabəri  olmayan  incə  fırçalı  miniatür  rəssamına  çevrilir.  O, 
minlərlə portret işləmişdir». Sadiq bəyi saraya dəvət edirlər. P Şah 
İsmayılın  dövründə  Sadiq  bəy  şah  kitabxanasının  nəzdindəki  ema-
latxanalarda  işləyir,  şah  Məhəmməd  Xudabəndənin  (1578-1587) 
zamanında  isə  həmin  məşhur  kitabxanın  rəhbəri  olur  və  bu  mü-
nasibətlə  özünü  «Sadiq-Kitabdar»  adlandırır.  Bu,  həmin  kitabxana 
idi ki, vaxtilə onun başında dahi miniatürçülərdən Behzad və Sultan 
Məhəmməd durmuşdu.  Bu kitabxana əsl  «Incəsənət Akademiyası» 
idi.  Buradakı  emalatxanlarda  kitabların  üzü  köçürülür,  münitürlər 
yaradılır, rəng və kağız istehsalının texnologiyası işlənib hazırlanır, 
bədii  cəhətdən  kamil  cildər  düzəldilirdi.  Eyni  zamanda  burada 
xəttat,  ornamentalist  (nəqqaş),  qızıl  suyuna  çəkmə  (müzəhhib), 
rəngkar (müsəvvir), karton (səhhaf) və dəri cildləmə (mücəllid) üzrə 
kadrlar hazırlanırdı. 
Sadiq  bəy  I  Şah  Abbas  vaxtında  da  həmin  vəzifədə  çalışır. 
Sonralar  onu  istedadlı  xəttat  və  daha  istedadlı  saray  xadimi  və  elə 
buna  görə  də  «Şah  Nəvaz»  («şahın  nəvazişçisi»)  adlandırılan  Əli 
Rza  Təbrizi  əvəz  edir.  Iskəndər  Münşinin  «Tarixi-aləmarayi-Ab-
basi» əsərində yazdığı kimi, Sadiq bəy bundan sonra da formal ola-
raq, kitabdar sayılırdı: «…Sadiq ölənə qədər onun xidməti vəziyyə-
tində  dəyişiklik  olmur  və  o,  dövlət  dəftərxanasının  kitabdarı  kimi 
maaş almaqda davam edir.» 


 
264 
Sadiqin bəyin əsərləri hələ onun sağlığında ölkəsində və onun 
hüdudlarından  kənarlarda  yüksək  qiymətləndirilirdi.  Öz  rəsmlərini 
ona  qəsidə  yazmış  şair  Qüruriyə  bağışlayaraq  deyir:  «Mənim 
işlərimin  hər  vərəqini  tacirlər  üç  tümənə  alıb  Hindistana  aparırlar, 
sən də ucuz satma.» 
Məlumdur  ki,  Sadiq  bəy  İmamqulu  xanın,  Teymur  xan 
Türkmənin portretlərini çəkib. Həmin portretlər, habelə  «Əmir» və 
«Gəzərgi dərviş» şəkilləri İstambul, Paris, Boston, Sankt-Peterburq 
muzeylərində  saxlanılır.  Bütün  bu  işlərdə  Sadiq  bəyə  xas  olan 
manera-şəxsiyyətin  xarakterini  açan  qabarıq  cizgilər  vermək- 
saxlanılmışdır. Sadiq bəyin illüstrasiyalar çəkdiyi bir neçə kitab da 
indiyə qədər qalmışdır. 
Böyük  sənətkar  80  yaşında  vəfat  edir.  Azərbaycan  miniatür 
sənəti tarixində Sadiq bəy gözəl portret ustası kimi qalmışdır. Onun 
əsərləri  təsvir  obyektini  realist  cizgilərlə  vermək  və  perspektivi 
göstərməyə  cəhd  göstərməklə  yadda  qalandır.  Mütəxəssislərin 
fikrincə,  onun  yaradıcılığı  miniatür  sənətinin,  o  cümlədən  İran-
İsfahan məktəbinin inkişafında böyük rol oynamışdır. 
 
 
Suruş Avşar 
 
Xəlil  Avşar  Urmiyada  dünyaya  gəlmişdi.  Şair  idi.  Suruş 
təxəllüsü ilə incə təbli şeirlər yazırdı. Bir neçə dil bilirdi. 
Xəlil  Avşar  xeyirxah  adam  idi.  Urmiyada  Qızıl  Aypara  cə-
miyyətini,  əczaxananı  ilk  dəfə  o  yaratmışdı.  Bir  müddət  Təbrizdə 
yaşamışdı. 
Xəlil  Avşar  Xiyabani  hərəkatının  fəal  üzvülərindən  idi.  De-
mokratik  firqənin  üzvü  olmuş,  bu  firqənin  Urmiyada  dayaq  nöqtə-
sini yaratmışdı. 
Ömrünün  son  çağlarında  doğma  Urmiyaya  dönmüş,  bağ-ba-
ğatla məşğul olmuşdu. 
 
 


 
265 
Tərzi Avşar 
 
Tərzi  Urmiya  civarında,  Tərzili  obasında  anadan  olmuşdu. 
Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf 
Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında 
yazır:  «I  Şah  Abbas  Səfəvi  və  II  Şah  Abbas  dövrünün  şairlərin-
dəndir. Yaradıcılıqda onun xüsusi şivəsi vardır. O, zarafatcıl olaraq, 
məqəli  sözlər  qoşur,  şeirlərində  özündən  düzəltdiyi  məsdərlər  və 
ifadələr işlədirlər. Onun divanı bu yaxınlarda Urmiyə şəhərində çap 
edilmişdir. 
Bu şair Urmiyənin iki ağaclığında olaq Tərzilu kəndindəndir. 
Tərzi Şəbustəri,Tərzi Razi, Tərzi Güvalyarlı və Tərzi Şirazi bu Tərzi 
deyil, başqalarıdırlar. Aşağıdakı rübai Tərzi Avşardandır: 
 
Şükr olsun ki, murada mən gəlib, çatdım, 
Ürəkdə bu yerdən bir qurur oyatdım. 
Min altmışıncı ildə bir gün Nəcəfdə, 
Novruz və mövlud üçün şənlik yaratdım. 
 
Hicri  qəməri  1060-cı  il  rəbiəl  əvvəl  ayının  17-də  bazar  günü 
(1650, 20 mart)  peyğəmbərin  viladəti  günü  ilə Novruz bayramı  bir 
günə təsadüf etmiş və şair bu gündə Nəcəfdə olmuşdur. 
Tərzi Avşar 1678-ci ildə vəfat edib». 
 
 
Fəğani Avşar 
 
Bu şair haqqında məlumatlar azdır. 
 
 
Fəthi Avşar 
 
XX yüzilin önlərində Urmiya şəhərində doğulmuşdu. Şair idi. 
750 beytlik qəzəlləri var. Divan sahibidir. Şeirləri əsasən farscadır. 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə