Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə75/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

 
252 
bitən bəyanatın fars dilində tam mətnini aşağıdakı linklərdə tapmaq 
olar:http://www.azoh.blogsky.com/?PostID=720 
https://İranbbb.org/21891.htm
67
 
 
 
Əhməd sultan Avşar 
 
Əhməd  sultan  I  Şah  İsmayıl  Səfəvi  dönəmində  ucalmış 
əmirlərdəndir.  Şah  onu  Fərah  vilayətinə  hakim  təyin  etmişdi.  Bu 
vilayətin  başçısı  olarkən  dəfələrlə  özbəklərə  qarşı  vuruşmuşdu. 
İskəndər bəy Türkmən yazır: “Şahın müzəffər ordusunun qayıtması 
xəbərindən agah olan Übeyd xan  yenə də  elə həmin ildə  - doqquz 
yüz otuz beşinci ildə (miladi  1528/29) Buxaranın  ətraf  yerlərindən 
döyüşkən  ləşkər  toplayaraq,  Xorasana  gəldi.  Sevincək  Məhəmməd 
sultanı  və  Əbdüləziz  sultanın  oğlunu  özündən  əvvəl  müqəddəs 
Məşhəd səmtinə yolladı. Qızılbaş əmirlərindən, o vaxtlarda "sultan" 
olan,  Ağzıvar  xan  Şamlı,  [habelə]  Əhməd  sultan  Əfşar  və  Yaqub 
sultan  Qacar  müqqədəs  Məşhəddə  idilər.  Məşhəd  barısının  inşası 
hələ başa çatmadığı üçün onlar şəhərdə səngər (kuçebənd) quraraq, 
qorunmaqla  (moharesət)  məşğul  olmağa  başladılar.  Onların  arala-
rındakı hərb atəşi iki ayədək alovlandı. [Sonra] Übeyd xanın özü də 
Mavərənnəhrin  Bəhram  qəzəbli  qoşunu  ilə  şəhər  xaricinə  gəlib 
yetişdi  və  hücuma  keçdi.  Səngərlərin  ətrafında  bərk  döyüşlər  baş-
landı.  Bu  hərbə  davam  gətirməyə  bundan  artıq  taqətləri  qalmayan 
qızılbaşlar  döyüşməyi  məsləhət  görməyərək,  bir  gecə  Məşhəddən 
çıxdılar.  Əhməd  Sultan  Əfşar  özünün  ülkası  olan  Fəraha  getdi, 
Fərah  qalasını  möhkəmlədib  orada  qaldı,  Ağzıvar  xan  və  Yaqub 
sultan isə Məzinana tərəf yollandılar”. 
I Şah Təhmasib onu saraya çağrılıb qorçubaşı təyin etdi. 
Əhməd sultan zəhmli, hirsli, qorxmaz bir şəxsiyyət olmuşdur. 
1574-cü  ildə  tayfadaşları  onu  əsəbləşdirdiyindən  Avşar  elinin 
əleyhinə kobud danışmışdı. I Şah Təhmasib onu kobudluğu üstündə 
Ələmut qalasında həbs etdirmişdi. 
                                                 
67 
Cahanşahlu, Nusretullah. Biz ve Yabancılar (ناگناگيبو ام).- Tahran: 1381 


 
253 
Hüseyn sultan Teymurlu-Avşar 
 
Hüseyn  sultan  qorçubaşı  Sevindik  bəyin  oğludur.  I  Şah  Təh-
masibə  sədaqətlə  xidmət  etmişdi.  Şah  onu  Fərəh  hakimi  təyin  et-
mişdi. 
Hüseyn  sultan  II  Şah  İsmayılı  dəstəkləyirdi.  Ona  qarşı  çıxan 
Şahqulu sultan Ustaclını öldürmüşdü. 
Şah  Sultan  Xudabəndənin  hakimiyyəti  dönəmində  də  Fərəh 
vilayətinə başçılıq edirdi. Ordan Səbzəvara göndərildi. 
Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu 
Səbzəvarda üsyan etdiyi üçün yaxalanıb, öldürülmüşdü. 
 
 
Əlixan sultan Teymurlu-Avşar 
 
Əlixan  sultan  qorçubaşı  Sevindik  bəyin  oğludur.  I  Şah  Təh-
masibə sədaqətlə xidmət etmişdi. Şah onu qardaşı ilə bərabər Fərəhə 
göndərmişdi. Şah Sultan Xudabəndənin hakimiyyəti dönəmində də 
bu vilayətdə olurdu. Ordan Səbzəvara göndərildi. 
Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu 
Səbzəvarda  üsyan  etdiyi  üçün  yaxalanıb,  qardaşı  ilə  bərabər  öl-
dürülmüşdü. 
 
 
Murad sultan Teymurlu-Avşar 
 
Murad sultan bir müddət Fərəhin hakimi olmuşdu. 1535-ci il 
hadisələrində,  saray  çəkişmələrində  iştirak  etmişdi.  Özbəklərin 
hücumunun qarşısını almışdı. 
Murad sultan 1535-ci ildə vəfat etdi
68
.  
 
 
                                                 
68 
Ахсан ат-таварих, 1, с. 261; Тарих-и аламара, 1, с. 62. 


 
254 
Yegan sultan Avşar 
 
Yegan  sultan  bir  müddət  Fərəh  vilayətinə  başçılıq  etmişdi. 
Özbəklərə qarşı bir çox savaşlarda iştirak etmişdi. 
İskəndər  bəy  Münşi  yazır:  “Yegan  sultan  tərəfindən  Esfezar 
hakimi olan Murad bəy Əfşar Xoşxəbər xanı himayə etdi və tərəflər 
arasında savaş oldu. Bir neçə nəfər öldürüldü və şamlılar geri qayıt-
dılar. Yegan sultan isə Xoşxəbər xana izzət və ehtiram göstərib, onu 
İraqa  rəvan  etdi.  Bundan  qəzəblənən  əmirülüməraya  o  hələ 
Guryanda  olarkən  mələkənin  başına  gəlmiş  qəziyyə  xəbəri  yetişdi. 
Xan  oradan  Herat  darüssəltənəsinə  qayıdıb  qışı  orada  keçirdi  və 
doqquz  yüz səksən səkkizinci (miladi 1580/81) balıq ilində Yegan 
sultanı və yoldaşlarını cəzalandırmaq məqsədilə Herat darüssəltənə-
sindən  çıxaraq  Esfezara  yollandı.  Adı  çəkilən  Murad  bəy  onun 
hücum xəbərini eşidib fərar etdi və Fəraha getdi. Əliqulu xan isə Es-
fezarı şamlı tayfasına verib geri döndü”. 
Yegan xan 1588-ci ildə Rüstəm mirzə tərəfindən öldürüldü. 
 
 
Əliyar sultan Avşar 
 
Əliyar sultan haqqında İskəndər bəy Türkman yazır: “Zəmin-
davər  hakimi  Bahadır  xan  Özbək  Qəndəhara  ləşkər  çəkərək,  oranı 
Şah  Məhəmməddən  almaq  istədi.  O,  şahın  yanına  bir  adam  gön-
dərib  dedi:  "Qəndəhar  o  dərgahın  mülazimlərinin  olduğundan,  bir 
qızılbaş ləşkəri göndərilsin ki, özbaşına tərzdə oranı işğal edən Ba-
hadır xanın şəri aradan götürülsün, məmləkət qızılbaşların əllərində 
qalsın". Buna görə də, həzrət cənnətməkan şah Sultan Hüseyn mirzə 
ibn Bəhram mirzəni Əliyar sultan Avşar, Vəli xəlifə Şamlı və bəzi 
əmirlərlə  birlikdə  Şah  Məhəmməd  Qəllatinin  köməyinə  yolladı. 
Vəli  xəlifənin  oğlu  Şahverdi  xəlifə  bir  dəstə  şamlı  döyüşçüsü  ilə 
Bahadır  xana  hücuma  keçərək  qəfildən  onun  üstünə  tökülüşdülər. 
Arada  güclü  döyüş  oldu.  Cəngdən  sonra  Bahadır  xan  Hindistana 
tərəf qaçdı, amma Şah Məhəmməd Qəllati məkr və hiylə ilə qalanı 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə