Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə73/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   69   70   71   72   73   74   75   76   ...   91

 
244 
Şahqulu sultan Sarışeyxli-Avşar 
 
Şahqulu  sultan  Mustafa  sultan  oğlu  I  Şah  Təhmasibə  qulluq 
etmişdi. Şahdan xan ünvanı almışdı. Şahqulu xan 1529-cu ildə I Şah 
Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin edildi. 
Şahqulu  sultan  dekabr  1588-ci  ildə  Şeyx  Səfiəddin  bəqiy-
yəsinə  3  min  422  Təbriz  tüməni  pul  nəzir  etmişdi.  Bu  pul  Alaruq 
kəndinin bir hissəsinin alınmasına sərf edilmişdi
63
.  
Şahqulu sultanın Murad bəy adlı oğlu vardı. 
 
 
Yaqub sultan Avşar 
 
Yaqub bəy 1565-ci ildə yüzbaşı idi. I Şah Təhmasib ona sul-
tan ünvanı verib Təbriz şəhərində darğa təyin etdi. Igid və bacarıqlı 
adam olduğundan şah tərəfindən sevilirdi. Sultan ünvanı almışdı. 
Yaqub sultan 1570-ci ildə I Şah Təhmasib tərəfindən Kerman 
əyalətinə bəylərbəyi təyin edildi. 
 
 
Allahqulu bəy Avşar 
 
Allahqulu  bəy  Məhəmməd  (Dana)  bəy  oğlu  I  Şah  Təhmasib 
tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin olunmuşdu. O, 1576-
cı ilədək həmin əyalətə başçılıq etdi. 
 
 
Murtuzaqulu xan Avşar 
 
II  Şah  Abbas  qorçubaşı  Murtuzaqulu  xanı  Kermana  hakim 
təyin etdi. Murtuzaqulu xan bir müddət Kermanın başçısı oldu. 
                                                 
63
 Sərihülmülk Zeynalabidin Əbdi bəy Nəvidi Şirazi, Vəqfnameyi-büqyeyi Şeyx 
Səfiəddin Ərdəbili, Tehran, “Övqaf”, 1390, səh.199. 


 
245 
Şahqulu xan Avşar 
 
Şahqulu  xan  Nadir  şah  Qırxlı-Avşarın  hakimiyyəti  dönəmin-
də, 1746-cı ildə Kermanın hakimi olmuşdu. 
Şahqulu xan bacarıqlı sərkərdə, təcrübəli əsgər kimi Azərbay-
can tarixinin səhifələrində özünə yer tapmışdır. 
 
 
İmamverdi xan Sarılı-Avşar 
 
İmamverdi  xan  Nadir  şah  Qırxlı-Avşarın  hakimiyyəti  dönə-
mində Kermanın hakimi olmuşdu. 
 
 
Allahyar xan Avşar 
 
Xəmsə avşarlarının ünlü nümayəndələrindən biri də Allahyar 
xan  idi.  Allahyar  xan  İranda  «Sarısaqqal»  kimi  tanınırdı.  Abbas 
mirzə naibüssəltənənin yanındı xidmət etmişdi. İran-rus savaşların-
da  qəhrəmanlıq  göstərmişdi.  Abbas  mirzə  Qovanlı-Qacar  rusların 
üzərinə  hücum  zamanı  döyüş  planı  hazırlamışdı.  Fransız  müəllifi 
Jan  Junior  yazır:  «Keçən  gecə  döyüş  səflərinin  düzülməsi  planı 
tərtib  olunmuşdu  və  zabitlər  bilirdilər  ki,  səhər  Şahsevən  əsgərləri 
sağ cinahda dayanacaq, Əbdülməliki tayfası və Dəvəli Qacar tayfa-
sının  əsgərləri  sol  cinahda  mövqe  tutacaqlar.  Qoşunun  qəlbində-
mərkəzində  Avşar  və  Xocəvənd  əsgərləri  olacaqlar  və  cəbhənin 
arxasında süvarilər ehtiyat qismində mövqe tutacaqlar ki, lazım olan 
hissələrdə onlardan istifadə etsinlər. 
Sağ  qolun  komandanlığı  Mustafaqulu  xan  Şahsevənə  və  sol 
qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu. 
Abbas  mirzə  də  qəlbdə  komandanlığı  öz  öhdəsinə  götürdü. 
Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar 
Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi»
64.
  
                                                 
64
 J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.259. 


 
246 
Cahanşah xan Avşar 
 
Xəmsə avşarlarının adlı oğullarından biri də Cahanşah xan idi. 
Cahanşah  xan  1775-ci  ildə  Zəncan  ətrafında  anadan  olmuşdu. 
Mükəmməl mədrəsə təhsili alsa da hərbi işə meyl etmişdi. Cahanşah 
xan  Abbas  mirzənin  süvari  alaylarından  birinə  başçılıq  etmişdi. 
Fransız  müəllifi  Jan  Junior  yazır:  «Ehtiyat  hissədən  İranlıların  sol 
cinahına göndərilmiş o 400 süvarinin Avşar Xəmsə tayfasından çıx-
mış və döyüş günü 30 yaşı olan Cahanşah adlı bir komandanı vardı. 
Cahanşah  Avşar  görkəmli  bir  süvari  hesab  olunurdu  və  at 
çapmaqda  çar  ordusunun  kazak  süvarilərinin  ən  yaxşısına  bərabər 
tutula bilərdi. 
Lakin  çar  qoşununun  sağ  cinahına  həmlə  edəcək  digər  süva-
rilərdə Cahanşahda olan məharət və zirəklik yox idi və rəqib qoşuna 
yaxınlaşan  zaman  onun  kimi  özlərini  əsgərlərin  atəş  təhlükəsindən 
qoruya bilmirdilər. 
Cahanşah  Avşar  çar  qoşununun  kazakları  kimi,  kiçik 
yaşlarından ata minmiş, məşhur məsəldə deyildiyi kimi, at üstündə 
böyümüşdü  və  rəqib  üzərinə  gedərkən  özünü  atın  böyründə,  ya 
qarnının altında gizlədə bilirdi. 
Cahanşah  Avşar  bu  topları  susdurmaq  üçün  hər  birinin 
tərkibində  bir  piyada  olan  öz  süvarilərini  4  səfə  böldü  və  hər  100 
süvari yerləşirdirdi ki, onlar əslində 200 döyüşçü kişi idilər. 
Cahanşah öz süvarilərinə və piyadalarına dedi: 
«Ola bilər  ki, bu  həmlədə  bizim  yarımız,  ya  üçdə  ikimiz qətl 
olunaq,  lakin  sağ  qalanlar  bizim  üçün  xeyli  çətinlik  yaratmış  və 
yaradacaq bu 30 topu məhv etməlidirlər. 
Topu  sıradan  çıxarmaq  üçün  ən  təsirli  vasitə  birinci  növbədə 
onların  mühafizələrini  və  topçularını  öldürməkdir;  onları  öldürən-
dən sonra əgər bacarsanız, topları qənimət götürə bilmirsiniz, topun 
çarxlarını  sındırın  və  barıt  kisələrinə  od  vurun  ki,  daha  düşmən 
toplardan istifadə edə bilməsin». 
Onlar şərab içmirdilər, qəhvə sərf etmirdilər, siqar çəkmirdilər 
ki,  ürəklərinin  ahəngini  pozsun,  bunun  nəticəsində  də  atəş  açarkən 
əlləri titrəsin və güllələri boşa çıxsın. 


 
247 
Onlar minikçi deyildilər, ancaq ata minə bilirdilər və bunu da 
bilirdilər  ki,  at  dördnala  qaçarkən,  hərəkəti  yeknəsəq  olduğu  üçün 
atın üstündə oturan və güllə atmaq istəyən adamın əli, qəlb zəifliyi 
üzündən təbii döyünməsindən başqa, titrəmir. At üstə oturan adamın 
əli yalnız at yortma qaçarkən titrəyir və o vəziyyətdə əgər güllə atsa 
gülləsi boşa çıxar». 
Cahanşah  xanın  törəməsi  Cahanşahi,  Cahanşahlu  soyadını 
daşıyır. 
Cahanşah xanın Həsən xan adlı oğlu vardı. 
 
 
Həsən xan Avşar 
 
Həsən  xan  Cahanşah  xan  oğlu  atasından  sonra  mülklərini 
idarə edirdi. 
Həsən xan Qulamhüseyn xan Osanlı tərəfindən öldürüldü. 
 
 
Hüseynəli xan Avşar 
 
Hüseynəli  xan  Cahanşah  xan  oğlu  1817-ci  ildə  Zəncan 
şəhərində  doğulmuşdu.  Mükəmməl  ailə  təlim-tərbiyəsi  almışdı. 
Sərdari-Fateh ləqəbini daşıyırdı. Görkəmli hərbçi idi. 
Sərdari  Fatehin  Zəncan  əyalətində  500-ə  yaxın  kəndi  var  idi 
ki, bu kəndlərdən də əmir 20000 xalvara yaxın taxıl əldə edirdi
65
.  
Hüseynəli xanın Cahanşah xan adlı oğlu vardı. 
 
 
Əmir Cahanşah xan Avşar 
 
Əmir Cahanşah xan Hüseynəli xan oğlu 1838-ci ildə Zəncan 
əyalətinin Kərsəf kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-
tərbiyəsi almışdı. 
                                                 
65 
GMDTA, fond 521, siyahı 5, iş 487, vərəq 15. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə