Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə70/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   66   67   68   69   70   71   72   73   ...   91

 
235 
yığılıb məsləhətləşdilər ki, Səfiyar xan guya kömək məqsədilə Ur-
miyaya gedib, Nağı xanın qılığına girsin. Dedikləri kimi etdilər. Sə-
fiyar  xan  saraya  gəldi.  Nağı  xan  tərəfindən  sevinclə  qəbul  olundu. 
Bir neçə gündən sonra Səfiyar xan fürsət tapıb, Nağı xanı əsir tutdu. 
Öncə gözlərini çıxardı. Nağı xandan narazı qalan avşarlar bu xəbərə 
sevindilər.  Söz  Azad  xana  çatanda  qoşunu  yığıb  Urmiyaya  daxil 
oldu. 
 
 
Zülfüqar хan Əmirli-Avşar 
 
Zəncan  хanlığın  yaradıcısı  Zülfüqar  хan  Əmirli-Avşar  idi. 
Onun  mənsub  olduğu  Avşar  elinin  Əmirli  oymağının  Zəncan 
ətrafında çəkisi ağır idi. «Kitabi-məcməül-sultaniyyə»nin 370-ci sə-
hifəsində yazılır: «Əmirli-Avşar еlindən bir tayfa adıdır ki, Хəmsə-
nin (Zəncanın) ətrafında sakindirlər. Zülfüqar хan Avşar (Zəndiyyə 
dönəmində) Zəncanın valisi və Kərim хan Zəndin siyasi rəqibi idi. 
Rzaqulu xan Hidayət “Rövzətüssəfayi Nasiri” tarixində 1181-
ci il qəməri ilin hadisələrindən danışanda bu barədə belə yzır: “Cə-
sarətlı  igid  Zülfiqar  xan  Avşar  Azərbaycan  səfərindən  qayıdarkən 
Kərim Zənd tərəfindən Xəmsənin hökmdarı oldu.O, məntəqədə tam 
müstəqil olaraq kütlələr və ziyalılar ona maraq göstərdilər”
58
.  
Doktor Baqir Aqili yazır: “Zülfiqar xan tam şəkildə hökümət 
işlərin əldə edib işləri nəzm verir. Hökümət işində çox ciddi olması 
bəzilərinin  onunla  müxalif  olmasına  səbəb  olub  və  Kərim  xanın 
yanında  onun  ziddinə  bir  sıra  raportlar  verib  və  müstəqil  dövlət 
qurmağ  şübhəsi  yaradırlar.Kərim  xan  onu  Şiraza  çağırır.  Lakin  o, 
bir  neçə  səbəbə  görə  üzr  gətirir  və  getmir.Nəhayət  öz  düşüncəli, 
dilli-başli  anasını  üzr  istəmək  məqsədiilə  Kərim  xanın  xidmətinə 
göndərir.O, öz ağıla sığan və inandırıcı sözlər ilə saraya getməyini 
dalı sala bilir. Kərim xan onu üzrün qəbul edir. 
Anası  Xəmsəyə  qayıdır,  az  bir  zamandan  sonra  onu  ziddinə 
olan  məruzələr,  Kərim  xanın  ona  şübhəli  yanaşmasına  səbəb  olur. 
                                                 
58
 Rzaqulu xan Hidayət, Rövzətüssəfa tarixi, cild 9, s 83. 


 
236 
Kərim xana onun özbaşına olması və istibdadlı davranışından çoxlu 
sözlər  deyilir.  Xan  ikinci  dəfə  onu  hüzuruna  dəvət  edir.  O,  yenə 
anasını Şiraza göndəri və bu dəfə isə anaın şəfaəti təsirli olur, lakin 
yavaş-yavaş  Zülfiqar  xanın  hökumət  iddiasının  üstü  açılır.  Kərim 
xan  iki  müqtədir  sərkərdə,  bir  sıra  atlı  və  piyada  qoşun  cəm  edib 
Xəmsəyə  göndərir.  Bu  iki  sərkərdə  Əliməhəmməd  xan  və 
Əlimüurad  xandan  ibarət  idilər.Əlimurad  xan  tez  Xəmsəyə  yetişir. 
Zülfiqar  xan  onun  gəlişindən  xəbərdar  olandan  sonra  müharibəyə 
hazırlaşır,  Kərim  xan  ilə  Zülfiqar  xan  qoşunu  arasında  bir  güclü 
vuruşma  gedir.  Hər  iki  tərəfdən  çoxları  ölür  və  nəhayət  dövlət 
qoşunu  qələbə  çalır.  Zülfiqar  xanı  ailəsi,  qohumları  əmval  və  bir 
miqdar nəğd pul ilə bərabər Şiraza əsir aparırlar. 
Kərim xan ona rəhm edərək bir ev verir, onunla danışır və xe-
yirli məsləhətlər verir. Zülfiqar xan Şirazda üç aya yaxın qalır. Kə-
rim  xan  onu  yenidən  Xəmsəyə  göndərib  onu  oranın  hakimi  təyin 
edir”
59
.  
Rüstəməttəvarix əsərində  yazılır: “Alicah Zülfiqar xan Avşar 
Xəmseyi hərbçi və dağıdıcı və zəmanəsinin Əfrasiyabı idi. Valacah 
Kərim  xan  vəkiləddövlə  cəmiqtidarla  müxalifətdə  idi.  Ona  qarşı 
üsyan qaldırdı. Xosrovanə bir ordu yaratdı. Kərim xanı aşağılamağa 
başladı. Mərkəz Zəncandan qalxıb, onun üstünə getməyə hazırlaşdı. 
Xatırlanan Valaca vəkiləddövlə Kərim xan Zənd alicah Əliməhəm-
məd xan Şirkeşi, öz bacısı oğlunu qoşun tərtib edib Zəncana yolladı. 
O, bir çox mərhələləri dəf edib, üsyançı ilə qarşılaşdı. Hər iki tərəf 
müharibə  və  müqatilə  üçün  gərək-yaraqlarını  hazırladı.  Alicah 
Zülfüqar  xan  Avşar  tanınmış  həqiqətdə  müharibə  meydanına  iki 
min  atlı  qarşılandı.  Sulu  qılınclar  havada  oynadılar.  Qeyd  olunan 
Əliməhəmməd  xan  qılınc  çəkdi.  Alicah  xan  öz  qılıncını  çəkib, 
Zülfüqar  xanla  vuruşdu.  Qeyd  olunan  Zülfqar  xan  öz  nizəsini 
Əliməhəmməd  xana  tərəf  atdı.  O,  Alicah  nizəni  göydə  tutdu. 
İstəmədi  ki,  Zülfüqar xanı  öldürsün. Ona diri tutmaq tapşırılmışdı. 
Buna  görə  də,  rəqibinin  atını  nizə  ilə  öldürdü.  Zülfqar  xan  atdan 
                                                 
59 Doktor Baqir Aqili, Xanədani Zülfiqari və Əfxəmi, 
http://www.iichs.org/PDF_files/A_khandan-zolfaghari.pdf 


 
237 
düşdü,  özü  də  atdan  düşüb,  onu  tutdu.  Əllərini  arxadan  bağladı. 
Zülfqar  xanın  qoşunun  tərk  silah  edib,  buraxılmasımı  əmr  etdi. 
Zülfqar  xan  məğlub  oldu.  Onu  zəncirləyib,  Valaca  vəkiləddövlə 
Kərim  xanın  sarayına  apardı.  O  Valacah  Zülfüqar  xana  rəhm  etdi. 
Onu bağışlayıb, nəvaziş göstərdi, xələt verib Zəncana göndərdi”
60.
 
Doktor  Baqir  Aqili  yazır:  “Zülfiqar  xan  isə  başdan  qabaqki 
davranışın davam  edir və şahlıq fikrinı başindan ata bilmir. Kərim 
xan 1193 ölür. Zülfiqar xan bu xəbəri eşidərək vəkilin davamçıları 
ilə  döyüşməgə  hazırlaşıb,  bir  hazırlanmış  qoşun  ilə  Qəzvinə  tərəf 
hərəkət edib, şəhəri işqal edir. Əlimurad xan Zənd onun qarşısında 
dayanarkən Qəzvini işqaldan altından çıxardib Tehrana tərəf gedib, 
sonra İsfahana daxil olur. 
Xəmsəli  Zülfiqar xan bu zaman Zəncan və Qəzvindən hazır-
ladığı bir böyük qoşun ilə Tehrana tərəf hərəkət edir.Sepəhdar Xos-
rov xan Qışlaqda Zülfiqar xanın qoşunun qarşılayır. Bu işin nəticə-
sində  Zülfiqar  xan  Zəncana  qayıdır  və  bir  böyük  ordu  ilə  Gilan 
əyalətini  fəth  edib  və  Əlişəkər  Baharlı  Türkmanın  (Qulomrovi-
Əlişəkkər – Ə.Ç.) ərazısıni işğal edir. Əlimurad xan Zülfiqar xanın 
ikinci qıyamından və Gilanın fəthindən xəbərdar olaraq onu sıxmaq 
üçün  bir  böyük  ordu  ilə  Zəncana  gəlir.  İki  ordu  arasında  güclü 
müharibə  gedir  nəticədə  zülfiqar  xan  qoşunu  məğlub  olur  və 
Zəncana  qayıdır.  Düşmən  onun  təqib  etdiginə  görə  Xalxala  qaçır. 
Xalxalda yaxalanır, Əlimərdan xana təhvil verilir sonra öldürülür”. 
Bugünkü  Zülfüqarilərin  ulu  babası  оlub  və  Zəncanın  Səbzə 
mеydanında  yеrləşən  imarət  оnunkudur».  «Gülşəni-murad»,  «Rüs-
təmüttəvariх»  və  başqa  kitablarda  da  оnun  haqqında  məlumatlar 
vеrilib. Kitabların bir nеçə yеrində оnun iqtidarı və qüdrətinə görə, 
«Alicah Zülfüqar хan», «Sultan Zülfüqar хan Əmirli-Avşar»,  «Хa-
qan» ünvanları ilə хatırlanıb. Zülfüqarilərin daхil оlduğu əmirlilərin 
оlduqları yеr, Qоltuq qalası Zəncanın cənub yörəsində yеrləşirdi. 
                                                 
60
 Rüstəm əl-Hükəma Məhəmməd Haşim Asəf İsfahani, Rüstəməttəvarix, Tehran, 
səh.392-393
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə