Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
  1   2   3   4   5   6   7   8   9   ...   41
N zak t s L mova




NƏZAKƏT SƏLİMOVA 
 
 
 
 
 
İŞGÜZAR YAZIŞMALAR 
(Metodik vəsait) 
 
 
 
Bakı Biznes Universitetinin
10.05.2017 - ci il tarixli 
73 saylı əmri ilə təsdiq
edilmişdir. 
 
 
 
BAKI – 2017 



Elmi redaktoru
: dos. Əzim Piriyev 
Rəyçilər:
hüquq üzrə fəlsəfə doktoru,dosent 
Oruc Məmmədov
hüquq üzrə fəlsəfə doktoru,dosent 
Nazim Əliyev 
 
pedaqoji elmlər namizədi, dosent 
Sabir Əmirxanov 
 
tarix elmlər doktoru, dosent 
İkram Ağasiyev 
 
Metodik vəsait ali tədris ocaqlarında bakalavr pillə-
sində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. 
 
 
Nəzakət Səlimova. İşgüzar yazışmalar. Metodik vəsait. 
Azərbaycan dilində. Bakı, 2017, 108 səh. 
 



Giriş 
 
XX əsrin sonlarında Azərbaycan Respublikasında 
dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk illərdə ciddi 
siyasi, iqtisadi, sosial və idarəçilik problemləri yarandı. 
Bu problemlərin aradan qaldırılmasına təminat müstəqil 
ideya, möhkəm iradə və cəsarət tələb edirdi. Bu uzaqgörən 
müdriklik və siyasi iradə Ümummilli liderimiz görkəmli 
siyasi xadim Heydər Əliyev tərəfindən ortaya qoyuldu. 
Onun səyi nəticəsində ictimai-siyasi həyatımızda köklü 
dəyişikliklər əldə edildi. Bu dəyişikliklər elm və təhsil sa-
hələrində də daha bariz şəkildə özünü göstərdi. Ümummili 
lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilininin 
tətbiqi sahələrinin genişlənməsi, onun dövlət dili kimi sta-
tusunun möhkəmləndirilməsi və zaman keçdikcə istifadə 
dairəsinin artması bu sahədə köklü islahatların həyata ke-
çirilməsi zəruriətini yaratdı. Elə bu səbəbdən də Ümum-
milli liderin təşəbbüsü ilə 12 noyabr 1995-ci il tarixli refe-
rendumla müstəqil Azərbaycan Respublikasının Konstitu-
siyasının qəbul edilməsi ilə xalq öz mövqeyini ortaya qoy-
du və milli dövlətçilik tariximizdə yeni bir mərhələ açıldı. 
Qəbul edilmiş yeni Konstitusiya dövlət qurucululğunda, 
ictimai-siyasi, iqtisadi və mədəni, habelə ayrı-ayrı sahələr 
üzrə qanunvericiliyin mənbəyi olaraq, cəmiyyətimizin in-
kişafına güclü təkan verdi. Referendum yolu ilə qəbul 
edilmiş yeni Konstitusiyada xalq bir daha Azərbaycan di-
linin Azərbaycan Respublikasının dövlət dili olması müd-
dəasına yekdilliklə səs verərək, öz iradəsini ortaya qoydu. 
Ümummilli lider H. Əliyevin əsas amallarından biri 
Azərbaycan dilinin daha da təkmilləşdirilməsi və onun tət-



biqi imkanlarının genişləndirilməsi idi. Elə bu məqsədlə 
də Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fər-
man qəbul edildi. Həmin fərmanda qeyd edildiyi kimi
“Hər bir xalqın dili onun milli varlığını, ictimai siyasi 
təfəkkürünü, tarixini, mədəniyyətini, müəyyən edən başlı-
ca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mər-
hələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üz-
ləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır gün-
lərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan 
inamını qoruyub möhkəmləndirmişdir.
Fərmanda qeyd edildiyi kimi, ölkəmizin orta və ali 
məktəblərində Azərbaycan dilinin müasir dünya standart-
larına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab 
verən tədrisi işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir 
çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, 
kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin 
normalarına lazımınca əməl edilmir

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə