Nəzakət səLİmova


İşgüzar yazışmalarda etiket qaydaları



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə7/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   2   3   4   5   6   7   8   9   10   ...   41
N zak t s L mova

1.3.
İşgüzar yazışmalarda etiket qaydaları
İşgüzar yazışmalarda məktubların hazırlanmasında 
başlıca tələblərdən biri də - işgüzar etiket qaydalarının 
gözlənilməsidir. Etiket qaydalarının gözlənilməsi məktub 
müəllifi və yaxud onun təmsil etdiyi təşkilatla işgüzar mü-
nasibətlərin qurulması və pozitiv istiqamətdə inkişafına 
kömək etməklə gələcək əməkdaşlığın sağlam təməl üzə-
rində qurulmasına, qarşılıqlı fayda əldə edilməsinə və eti-
barlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.Ona gö-
rə də işgüzar məktubların hazırlanması zamanı qarşılıqlı 
münasıbətlərin arzu olunan istiqmətdə inkişafı üçün aşağı-
dakı etiket qaydalarına əməl edilməlidir:
- qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar mək-
tubun bir ünvana göndərilməsi daha məqsədə uyğundur. 
Bu birbaşa işgüzar əlaqələrin möhkəmlənməsinə münbit 
şərait yaradır. 
- hüquqi və ya fiziki şəxsin ünvanına daxil olmuş 
məktuba mütləq cavab verilməlidir. Bu zaman verilən ca-
vab konkret və aydın olmalı, quru sözlərdən və sırf dəftər-
xana ifadələrindən ibarət olmamalıdır.


17 
- məktubun bir neçə ünvana göndərilməsi zərurəti 
yarandıqda, hər bir nüsxənin üzərinə “ surəti : ”sözü əlavə 
olunmalıdır. Məsələn, “Azərbaycan Respublikası Təhsil 
Nazirliyinə”. Surəti : ”Bakı şəhər icra hakimiyyətinə”. 
Bu kimi hallarda işgüzar məktubun göndərildiyi bi-
rinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. 
Məktubun surətinin göndərildiyi şəxsin və ya təşkilatın 
cavabı məcburi deyildir. 
- hər bir işgüzar məktubun konkret mövzusu olma-
lıdır. Mövzunun aydınlığı qarşı tərəfə vaxta qənaət etməyə 
və digər yazışmalar arasından göndərilən məktubun asan-
lıqla tapılmasına və vaxtında cavab verilməsinə kömək 
edir. 
- işgüzar məktub salamlaşma ilə başlamalı, sonra 
isə onun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davam 
etdirilməlidir. Bu etiket qaydası qarşı tərəfin sizin həmka-
rınız və ya digər şəxs olmasından asılı olmayaraq, onun si-
zin üçün vacib şəxs olması qənaətinə gəlməsinə səbəb ola 
bilər. Bu isə öz növbəsində işgüzar münasibətlərin daha 
səmərəli qurulmasına kömək edər.
Yuxarıda göstərilən etiket qaydalarına əməl etməklə 
yanaşı, eyni zamanda işgüzar məktubların hazırlanmasın-
da şablon sözlər və ifadələr işlədilir. İşgüzar yazışmalarda 
aşagıdakı ünsiyyət formalarından istifadə olunur ki, bunlar 
da xahiş, məlumat, təklif və ya hər hansı faktın təsdiq edil-
məsi formasında ifadə olunur. məsələn, məktub yazılarkən 
onun giriş hissəsində “xahiş edirik,” “çox xahiş edirik”, 
”bir daha xahiş edirik”, ”bildiririk”, “eyni zamanda bildiri-
rik”, ”bir daha xatırladırıq” və sair şablon ifadələrdən isti-
fadə olunur. Hazırlanmış məktublarda, həmçinin aşağıda 
göstərilən şablon ifadələrdən də istifadə olunur: 


18 
- ...hər şeydən əvvəl ... 
- ikincisi ... sonra... 
- üçüncüsü... daha sonra... yekunda... beləliklə... 
- göstərilənləri nəzərə alaraq... 
- növbəti məsələyə keçərək... 
- ....məsələsinə gəlincə... 
- yuxarıda göstərilənlərdən çıxış edərək... 
- ...məsələsinə qayıtmaq zəruriəti ilə əlaqədar olaraq... 
- göstərilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki... 
- onu da nəzərə almaq lazımdır ki... 
- sonda ümid edirik ki... 
- sonda sizə xatırlatmaq istəyirik ki... 
Məktublarda əvvəlcə əldə olunmuş vədlərin və razı-
laşmaların yerinə yetirilməməsi və ya layiqincə yerinə ye-
tirilməməsi zamanı bunun səbəblərinin qarşı tərəfə çatdı-
rılması üçün bir qayda olaraq, aşağıdakı ifadələr işlədilir: 
- ödəmənin gecikməsi ilə əlaqədar... 
- hesab fakturanın alınmaması ilə əlaqədar olaraq ... 
- sizin hərəkətlərinizin əvvəl qəbul olunmuş razılaş-
malara uyğun gəlməməsi ilə bağlı... 
- yükün alınmasının gecikməsi ilə əlaqədar... 
- enerji daşıyıcılarının qalxması nəticəsində... 
- xarici valyutaların kursunun dəyişməsi ilə əla-
qədar... 
- istehsalat göstəricilərinin aşağı düşməsini nəzərə 
alaraq... 
- obyektin sosial əhəmiyyətini nəzərə alaraq... və 
sair. 
Bu tipli məktublar hazırlanarkən eyni zamanda 
müəyyən hadisə və faktlara istinad edilir ki, bunlar da aşa-
ğıdakı standart ifadələrlə qarşı tərəfə çatdırılır.


19 
- sizin ... tarixli ... nömrəli məktubunuza 
əsaslanaraq... 
- əvvəllər əldə olunmuş razılaşmalara uyğun olaraq... 
- sizin ...tarixli sorğunuza cavab olaraq... 
- şifahi razılaşmalara əsasən... “uyğun olaraq....” 
- sizin məktubunuza (sorğunuza cavab olaraq...) 
- qarşılıqlı razılaşmaya əsasən... 
- telofon danışıqlarımıza uyğun olaraq... 
- hökumətin ...tarixli .... nömrəli qərarına əsasən... 
- sizin xahişinizə əsasən... 
- qarşılıqlı tıdarük haqqında protokola əsasən... 
- ....tarixli ... nömrəli müqviləyə əsasən...
İşgüzar məktubların hazırlanması zamanı onun 
məqsədi də göstərilmılidir. Bunun üçün aşagıdakı şablon 
ifadələrdən istifadə olunur: 
- məsələnin tezliklə həlli məqsədi ilə... 
- sərəncamın icrası məqsədi ilə... 
- mübahisəli məsələlərin razılaşdırılması üçün... 
- iştirak məsələlərinin razılaşdırılması üçün... 
- sizin təşkilatın fəaliyyətinin kütləvi informasiya 
vasitələrində daha geniş işıqlandırılması üçün... 
- mübahisəli məsələlərin həlli üçün... 
- yükün təhlükəsiz keçidini təmin etmək məqsədi 
ilə... 
- münaqişəli şəraitdən yayınmaq üçün... 
Yuxarıda qeyd olunan şablon ifadələrdən konkret 
zaman, məkan, şərait və münasibətlərin vəziyyəti nəzərə 
alınmaqla istifadə edilməlidir. Bu standart ifadələr məktu-
bun məzmunun müəllifin arzu və istəklərinə, habelə kon-
kret şəraitə uyğun işlədilmədikdə, qarşılıqlı işgüzar müna-


20 
sibətlərin pozulmasına gətirib çıxara bilər. Bunun qarşısını 
almaq üçün aşağıdakı vasitələrdən istifadə olunur: 
Məktubun məzmununda tərəflər arasında isti müna-
sibətlərin yaradılması üçün etik qaydalara tam əməl edil-
məklə aşağıdakı ifadələr işlədilir : 
- təşəkkür edirəm; 
- ümid edirəm ki...; 
- minnətdarlığımı bildirirəm; 
- uğurlar arzulayıram; 
- üzr istəyirəm; 
- baş sağlığı verirəm. 
Məlumat xarakterli məktublar isə aşağdakı söz və 
ifadələrlə başlayır: 
- bildiririk ki,...; 
- sizə məlum edirik ki,...; 
- xəbərdar edirik ki,...; 
Məktublarda həmçinin təsdiq, bildiriş xarakterli 
ifadələr də işlədilir: 
- təsdiq edirik; 
- razılaşırıq; 
- qəbul edirik; 
- möhürlə təsdiqləyirik; 
Tələb, xahiş tipli ifadələr də işgüzar məktublarda 
geniş tətbiq olunur: 
- əmr edirəm; 
- qərara alıram; 
- tələb edirəm; 
- xahiş edirəm; 
Məktublarda həmçinin “təminat veririk”, öhdəlik 
götürürük”, “xatırladırıq”, “təklif edirik” kimi standart ifa-
dələrdən də istifadə olunur. 


21 
İşgüzar məktubların tərtibi zamanı, məna, forma və 
məzmunca bir-birini tamamlayan sözlərin qarşılığı da ge-
niş tətbiq olunur: 
- nəzarət - ...həvalə edilir; 
- qiymət - müəyyən edilir (endirilir, qaldırılır.) 
- borc ödənilir yaxud ödənişdən imtina edilir
- əqd (müqavilə) - bağlanılır yaxud bağlamaqdan 
imtina edilir; 
- etiraz- irəli sürülür (təmin edilir) 
- ödəniş - aparılır yaxud imtina edilir; 
- hesab - açılır (ödənilir). 
İşgüzar məktublarda bu müraciət formalarının müs-
təqil şəkildə ifadə olunması ona görə zəruridir ki, hər bir 
xahiş yaxud tələb üzrə müstəqil qərarlar qəbul edilir. Bu 
zaman orfoqrafik səhvlərə yol verilməməli, söz və ifadələr 
məntiqi ardıcıllıqla düzülməli, fikir və ideyalar bir-birini 
tamamlamalı, onlar arasında qeyri-müəyyənlik və ziddiyət 
olmamalıdır. İlk baxışdan bunlar xırda detal təsiri bağışla-
sa da, lakin sonradan məktub müəllifi haqqında xoş olma-
yan təəsürat yarada bilər. Məktubun düzgün yazılma stili 
yalnız müəllifin işgüzar keyfiyyətləri deyil, həm də insan 
kimi onun şəxsi keyfiyyətləri barədə qarşı tərəfdə xoş 
təəsürat yarada bilər. 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə