Qaydalar baki 016 MÜNDƏRİcat



Yüklə 290,02 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü290,02 Kb.
#68903


 

 

 



      

 

 



 

 

 



  

 

 



 

 

                            



  

           

                                                                                           

 

 

 



 

 

“ZİRAAT BANK AZƏRBAYCAN” ASC-DƏ 

FATCA SAZİŞİ ÜZRƏ TƏLƏBLƏRİN İCRA EDİLMƏSİ HAQQINDA 

QAYDALAR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

         BAKI - 2016 




 

MÜNDƏRİCAT 

 

 

1. Ümumi müddəalar ................................................................................................................... 2



 

2. Əsas anlayışlar ...................................................................................................................... 2-3 

3. ABŞ şəxsləri ilə işgüzar münasibətlərin qurulması.............................................................3-4 

4. ABŞ şəxslərinin bank hesablarının monitorinqi...................................................................... 4

 

5. ABŞ şəxsləri ilə maliyyə əməliyyatlarının hədləri ............................................................... 4-5



 

6. ABŞ fiziki və hüquqi şəxslərinin maliyyə əməliyyatları üzrə hesabatlılıq..........................5-7 

 

7. ABŞ şəxslərinin müştəri məlumatlarının saxlanılması /yenilənməsi ...................................... 7



 

8. Yekun müddəalar .................................................................................................................... 7

 

 



 

1.ÜMUMİ MÜDDƏALAR 

 

 

“Ziraat Bank Azərbaycan”



 ASC-də FATCA sazişi üzrə tələblərin icra edilməsi haqqında Qaydalar 

(bundan  sonra  Qaydalar)  Ziraat  Bank  Azərbaycan ASC-nin  (bundan  sonra  “Bank”)  ABŞ  məbəli  hüquqi 

və  fiziki  şəxslər  ilə  işgüzar  münasibətlərin  qurulması,  hesabların  monitorinqi,  Azərbaycan 

Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin 

səlahiyyətli orqanlarına verilməsi hədlərini və qaydalarını müəyyən edir.

 

 



Ziraat  Bank  Azərbaycan  ASC  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanmış  FATCA  sazişinin 

tələblərinə  uyğun  olaraq  05.02.2015-ci  il  tarixində  ABŞ-ın  Daxili  Gəlirlər  Xidməti  (IRS)  portalına 

müraciət edərək qeydiyyatdan keçmişdir. Bankın GIIN nömrəsi ZKPVH5.99999.SL.031, müraciət statusu 

“Model  1  IGA  uyğun  olaraq  Azərbaycan  Respublikasının  hesabat  verən  maliyyə  institutu”  (Registered 

Deemed-Compliant  Financial  Institution  including  a  Reporting  Financial  Institution  under  a  Model  1 

IGA) olaraq qeydiyyata alınmışdır. 

 

2. ƏSAS ANLAYIŞLAR 

 

FATCA  -  Xarici  Hesablar  üzrə  Vergi  Əməletməsi  Aktı  (Foreign  Account  Tax  Compliance  Act)  ABŞ 

vətəndaşları  və  digər  vergi  ödəyicilərindən  onların  başqa  dövlətlərdə  olan  maliyyə  hesabları  haqqında, 

xarici maliyyə institutlarından özlərinin bu cür müştəriləri haqqında məlumatların ABŞ-ın Daxili Gəlirlər 

İdarəsinə (İRS) açıqlanmasını tələb edən ölkələr arasında bağlanan beynəlxalq aktdır. 



GIIN nömrə - 19 Simvoldan ibarət olan hesabat verən maliyyə institutunun xüsusi eyniləşdirmə nömrəsi.  

hüquqi şəxs - Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı müvafiq beynəlxalq müqavilələrdə 

nəzərdə tutulmuş fiziki şəxs olmayan hər hansı şəxs;  



hesab  sahibi:  Hesabı  aparan  maliyyə  institutu  tərəfindən  hesabın  adına  olduğu  şəxs  kimi 

müəyyənləşdirilmiş və reyestrə alınmış şəxs  



maliyyə  institutu-  bank,  depozitar  və  həyatın  yığım  sığortası  fəaliyyətlərindən  birini  həyata  keçirən 

hüquqi şəxs, habelə investisiya təşkilatı;  



depozitar-fəaliyyətinin  əhəmiyyətli  hissəsini  digər  şəxslərin  xeyrinə  maliyyə  aktivlərinin  saxlanılması 

fəaliyyəti  təşkil  edən  hüquqi  şəxs.  Depozitarın  aşağıdakı  müddətlərdən  daha  az  olan  müddətdə  digər 

şəxslərin  xeyrinə  maliyyə  aktivlərinin  saxlanılması  və  əlaqədar  maliyyə  xidmətlərinin  göstərilməsi 

fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil 

edirsə,  maliyyə  aktivlərinin  saxlanılması  təşkilatın  fəaliyyətinin  əhəmiyyətli  hissəsini  təşkil  etmiş  hesab 

olunur: 


`Öz Müştərini Tanı` proqramı – Ziraat Bank Azərbaycan bankının müştərilərlə işgüzar münasibətlərin 

qurulması  prosesini  tənzimləyən  beynəxalq  standartlar  əsasında  hazırlanmış  ÇPY/TMM  daxili  nəzarət 

proqramı.  

ABŞ şəxsi - ABŞ vətəndaşı və ya vergi rezidenti olan istənilən fiziki şəxs və ya ABŞ hüquqi şəxsi

ABŞ  hüquqi  şəxsi  -  ABŞ-da  və  ya  ABŞ  federal  qanunvericiliyinə  və  ya  ABŞ-ın  hər  hansı  ştatının 

qanunvericiliyinə  əsasən  təsis  olunmuş  hüquqi  şəxs  və  ya  belə  hüquqi  şəxsin  ABŞ  xaricindəki  filial, 

törəmə və ya nümayəndəlikləri; 

ABŞ  əlamətləri  -  Fiziki  şəxsin  ABŞ  şəxsi  olmasının  müəyyənləşdirilməsi  üçün  yoxlanılan  məlumatlar 

toplusu.  



Model  1  -  1-ci model müvafiq məlumatların digər dövlətin maliyyə institutları tərəfindən İRS-ə birbaşa 

deyil, mərkəzləşdirilmiş qaydada, həmin dövlətin təyin edilmiş səlahiyyətli orqanı vasitəsilə ötürülməsini 

nəzərdə tutur.  

Model  2  -  Hökumətlərarası  Sazişin  2-ci  Modeli  məlumatların  maliyyə  institutlarının  özləri  tərəfindən 

İRS-in elektron portalında qeydiyyatdan keçməklə birbaşa İRS-ə təqdim edilməsini nəzərdə tutur. 



investisiya  təşkilatı - müştəri üçün və ya onun adından aşağıdakı fəaliyyət  və  ya əməliyyatlardan birini 

və  ya  bir  neçəsini  sahibkarlıq  fəaliyyəti  kimi  həyata  keçirən  (və  ya  belə  fəaliyyətlə  məşğul  olan təşkilat 

tərəfindən idarə olunan) təşkilat:  

pul bazarı alətlərinin (çeklər, veksellər, depozit sertifikatları, törəmə qiymətli kağızlar və s.) ticarəti, xarici 

valyuta mübadiləsi, məzənnə, faiz dərəcəsi və indeks alətlərinin ticarəti, qiymətli kağızlarla ticarət və ya 

əmtəə üzrə fyuçerslərin ticarəti;  

-fərdi və kollektiv portfellərin idarə olunması;  



 

-digər şəxslərin kapital və ya pul vəsaitlərinin investisiya edilməsi və idarə olunması;  



Azərbaycan  Respublikasının  hesabatverən  maliyyə  institutu  –  Azərbaycan  Respublikasının  xarici 

dövlətlərlə  bağladığı  müvafiq  beynəlxalq  müqavilələrə  uyğun  olaraq,  həmin  xarici  dövlətlərin  müvafiq 

səlahiyyətli  orqanlarına  təqdim  edilməsi  nəzərdə  tutulmuş  məlumatları  təqdim  etmək  öhdəliyi  daşıyan 

maliyyə institutu;  



nəzarət  edən  şəxs  –  hüquqi  şəxs  üzərində  nəzarəti  və  ya  idarəetməni  həyata  keçirən,  qərarların  qəbul 

edilməsində əhəmiyyətli təsirə malik olan fiziki şəxs. Nəzarət edən şəxs anlayışı Maliyyə Tədbirləri üzrə 

İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun qaydada təfsir edilməlidir;  

nağd pul dəyəri – müvafiq tarixə aşağıdakı məbləğlərin daha böyük olanıdır:  

-həyatın yığım sığortası müqaviləsi üzrə qaytarılan məbləğ;  

-sığortalının həyatın yığım sığortası müqaviləsi üzrə borc almaq hüququ olan məbləğ;  

bank  hesabı – kommersiya hesabı, cari hesab,  əmanət hesabı, müddətli və tələbli depozit hesabı və ya 

depozit  sertifikatı,  əmanət  sertifikatı,  investisiya  sertifikatı,  borc  sertifikatı  və  ya  maliyyə  institutları 

tərəfindən  bank işi  və  ya  analoji  fəaliyyətin  normal  gedişində  aparılan  digər analoji alətlə  təsdiq  olunan 

hesab.,  Zəmanətli  investisiya  müqaviləsinə  və  ya  kredit  faizlərinin  ödənilməsini  nəzərdə  tutan  digər 

müqaviləyə əsasən sığortaçılar tərəfindən saxlanılan məbləğlər də bank hesablarına aiddir;  

depozitar  hesabı  –  investisiya  məqsədi  ilə  əldə  olunmuş  maliyyə  alətlərinin  və  ya  müqavilələrin  (o 

cümlədən, bunlarla məhdudlaşmamaqla, şirkətdəki səhm və ya paylar, notlar, istiqrazlar, təminatsız borc 

öhdəlikləri  və  ya  digər  borc  alətləri,  valyuta  və  ya  əmtəə  əməliyyatları,  kredit  defolt  svopları,  qeyri-

maliyyə indeksinə əsaslanan svoplar, şərti əsas məbləğ müqavilələri, sığorta və ya annuitet müqavilələri, 

opsiyonlar və ya digər törəmə alətlər) digər şəxslərin xeyrinə saxlanıldığı hesab (həyatın yığım sığortası 

müqaviləsi üzrə hesablar istisna olmaqla);  



elektron  hesabat  (bundan  sonra  –  e-hesabat) – ABŞ-Azərbaycan dövlətləri arasında bağlanmış sazişə 

uyğun  olaraq,  barəsində  məlumat  tələb  edilən  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikasının 

ərazisində  həyata  keçirdikləri  maliyyə  əməliyyatları  barədə  hədləri  elektron-rəqəmsal  formada  Bank 

tərəfindən  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyinə  (bundan  sonra  –  Vergilər  Nazirliyi)  təqdim 

edildiyi sənəd;  

paketləmə – e-hesabat fayllarından vahid arxiv faylının hazırlanması;  

maliyyə institutlarında vergi monitorinqi portalı – www.tmfi.gov.az veb səhifəsi;  

e-hesabat  tərtibatı  proqramı  –  e-hesabatların  tərtibi  və  paketlənməsi  üçün  istifadə  olunan  proqram 

təminatı;  



e-hesabat  faylı  –  e-hesabatın  tərtibi  üçün  zəruri  olan  məlumatların  daxil  edilməsi  məqsədi  ilə  Vergilər 

Nazirliyi tərəfindən hazırlanmış XML formatlı elektron sənəd;  



gücləndirilmiş  elektron  imza  əməliyyatını  icra  etmək  üçün  proqram  təminatı  –  oflayn  rejimdə 

hazırlanaraq  paketlənmiş e-hesabatın  gücləndirilmiş  elektron  imza  ilə imzalanması  üçün  istifadə olunan 

proqram təminatı.  

E-hesabatı  oflayn  rejimdə  hazırlamaq  üçün  e-hesabat  tərtibatı  proqramı,  gücləndirilmiş  elektron  imza 

əməliyyatını  icra  etmək  üçün  proqram  təminatı  və  e-hesabat  faylı  Azərbaycan  Respublikasının  hesabat 

verən  maliyyə  institutu  tərəfindən  öz  kompyuterinə  maliyyə  institutlarında  vergi  monitorinqi  portalının 

müvafiq bölməsindən yüklənilməlidir.  

E-hesabat  tərtibatı  proqramı  oflayn  rejimdə  istifadə  üçün  Vergilər  Nazirliyi  tərəfindən  hazırlanır  və 

Azərbaycan Respublikasının hesabat verən maliyyə institutlarına əvəzsiz (ödənişsiz) verilir.  

 

3. ABŞ ŞƏXSLƏRİ İLƏ İŞGÜZAR MÜNASİBƏTLƏRİN QURULMASI 

 

3.1.


 

Bank  bütün  müştərilərlə  bank  hesabının  açılmasından  öncə  və  işgüzar  münasibətlərin  qurulması 

prosesində  Bankın  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  leqallaşdırılması  və  terrorçuluğun 

maliyyələşdirilməsi ilə mübarizə haqqında daxili nəzarət sisteminin tələblərini həyata keçirməlidir.  

3.2.

 

ABŞ  fiziki  və  hüquqi  şəxslərin  ABŞ  mənbəli  olması  bu  qaydaların  və  bankın  `Öz  Müştərini  Tanı` 



proqramına daxil olan ABŞ şəxslər ilə işgüzar münasibətlərin qurulması prosedurlarının tələbləri əsasında 

həyata keçirilməlidir.  

3.3.

 

Bank  tərəfindən  hesab  açılışı  üçün  müraciət  edən  hər  bir  fiziki  və  ya  hüquqi  şəxsin  ABŞ  mənbəli 



olub-olmamasını bu qaydalarda göstərilmiş xüsusi ABŞ əlamətləri əsasında müəyyən edilməlidir.  


 

3.4.



 

Bank  bank  hesabının  açılışı  prosesində  hər  bir  müştərini  bankın  `Öz  Müştərini  Tanı`  proqramının 

tələblərinə uyğun olaraq, eyniləşdirmə və verifikasiya prosedurlarını həyata keçirməlidir.   

3.5.


 

Bank hər bir müştərini onun subyektindən, rezident və ya qeyri-rezident olmasından asılı olmayaraq 

ABŞ  mənbəli  olub-olmamasını  müəyyən  etmək  üçün  müvafiq  özünüqiymətləndirmə  anket  formalarını 

işgüzar münasibətlərin qurulması prosesindən öncə doldurulmasını təmin etməlidir. 

3.6.

 

ABŞ  mənbəli  fiziki  və  hüquqi  şəxslərin  müəyyən  edilməsi  üçün  xüsusi  ABŞ  əlamətləri 



aşağıdakılardır: 

 



ABŞ vətəndaşlığı və ya rezidentliyi;  

 



ABŞ-da anadan olma;  

 



ABŞ-da qeydiyyat və ya faktiki yaşayış ünvanı (o cümlədən ABŞ poçt qutusu – U.S. PO Box);  

 



ABŞ-da telefon nömrəsi;  

 



Maliyyə vəsaitlərinin ABŞ-da mövcud olan hesaba köçürülməsinə dair dövri ödəniş göstəriciləri;  

 



ABŞ-da ünvanı olan şəxsə hesab ilə əlaqədar verilmiş etibarnamə və ya imza səlahiyyəti; 

 



Maliyyə institutunun baza məlumatlarında hesab sahibinə məxsus yeganə ünvanın “vasitəçi ünvanı” və 

ya “əmanət ünvanı” olması. 

3.7.

 

 Bankda müştərilərin  qəbulu  ilə  məşqul  müvafiq  struktur  bölmələr,  müştəriyə  onların  ABŞ  mənbəli 



olmasını müəyyən etmək məqsədilə təqdim olunan ABŞ özünüqiymətləndirmə formasının mahiyyəti və 

şərtləri haqqında ətraflı məlumat verməlidir.  

3.8.

 

Bank,  hər  bir  fiziki  və  ya  hüquqi  şəxs  üzrə  müvafiq  formaları  bank  hesabı  açılışı  prosesində 



doldurulmasını təmin etməlidir.  

3.9.


 

Banka  hesab  açılışı  üçün  müraciət  edən  şəxsin  dolduraraq  təqdim  ediyi  özünüqiymətləndirmə 

formaları müştərini qəbul edən bankın struktur bölmə əməkdaşları tərəfindən yoxlanılmalıdır. 

3.10.


 

Müştəri tərəfindən doldurulmuş anket formalarında hər hansı uyğunsuzluq aşkar olunduğu halda 

Bank bu barədə müştəriyə məlumat verməli və formanın düzgün şəkildə doldurulmasını bildirməlidir.   

3.11.


 

Banka  hesab  açılışı  üçün  müraciət  edən  şəxs  ABŞ  özünüqiymətləndirmə  anket  formalarını 

doldurmaqdan imtina etdiyi halda, bank müştəriyə hesab açmamalı, bank əməliyyatları aparmamalıdır.  

3.12.


 

Bank  əməkdaşı  təqdim  olunan  özünüqiymətləndirmə  anket  formasında  şəxsin  ABŞ  mənbəli 

olmasını  müəyyən  edərsə,  bu  zaman  özünüqiymətləndirmə  formasının  doldurulması  qaydalarına  uyğun 

olaraq  digər  formanı  (fiziki/hüquqi  şəxs  W9  forması)  müştəriyə  təqdim  etməli,  formanın  mahiyyəti  və 

doldurulması qaydaları haqqında müştəriyə məlumat verilməlidir. 

3.13.


 

Təqdim  olunan  özünüqiymətləndirmə  anket  formasında  şəxsin  ABŞ  mənbəli  olması  müəyyən 

olunmursa,  bu  zaman  özünüqiymətləndirmə  formasının  doldurulması  qaydalarına  uyğun  olaraq  digər 

forma  (fiziki  şəxs  –  W8  BEN  ,  hüquqi  şəxs  –  W8BEN-E)  müştəriyə  təqdim  olunmalı  və  formanın 

mahiyyəti və doldurulma qaydaları haqqında müştəriyə məlumat verilməlidir. 

3.14.


 

Bu  qaydaların  tələblərinə  uyğun  olaraq  müştəri  əgər  hər  hansı  formanı  doldurmaqdan  imtina 

edərsə, bu zaman bank müştəriyə bank hesabı açmamalı, bank əməliyyatlarını icra etməməlidir.  

3.15.


 

Bank,  hər  bir  müştərinin  hesab  açılışı  üçün  təqdim  etdiyi  məlumatları  `Öz  Müştərini  Tanı` 

proqramının tələblərinə uyğun olaraq bankın daxili bankçılıq sisteminə daxil etməlidir.  

 

4.



 

ABŞ ŞƏXSLƏRİNİN BANK HESABLARININ MONİTORİNQİ 

 

4.1.



 

Bank  tərəfindən  ABŞ  fiziki  və  ya  hüquqi  şəxsi  olaraq  müəyyən  olunmuş  şəxslərin  bank  hesabları 

yüksək riskli müştəri qrupu olaraq müəyyən edilməlidir.  

4.2.


 

Bankın FATCA sazişinin tələblərinə riayət olunması məqsədilə ABŞ şəxslərinin bank hesabları üzrə 

mütəmadi olaraq məsul şəxs tərəfindən monitorinqi aparılmalıdır.  

4.3.


 

ABŞ şəxslərinin bank hesablarının monitoriqi nəticəsində hesabların qalığı, hesab üzrə aparılan bank 

əməliyyatları və s. xüsusiyyətlər nəzərə alınmalıdır. 

 

5.



 

ABŞ ŞƏXSLƏRİ İLƏ MALİYYƏ ƏMƏLİYYATLARININ HƏDLƏRİ 

 

Bank  tərəfindən  ABŞ  məbəli  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikasının  ərazisində 



həyata  keçirdikləri  maliyyə  əməliyyatları  barədə  məlumatlar  həmin  dövlətlərin  səlahiyyətli  orqanlarına 

aşağıdakı hədlərdə verilir: 

 



 

5.1.  ABŞ  məbəli  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikasının  ərazisində  maliyyə 



əməliyyatları  həyata  keçirən  və  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanılan  müvafiq  beynəlxalq 

sazişə uyğun olaraq, barəsində məlumat tələb edilən hər bir hüquqi və fiziki şəxsinin adı, ünvanı və vergi 

eyniləşdirmə  (identifikasiya)  nömrəsi  (əgər  varsa),  habelə  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici 

dövlətin şəxsi hesab olunmayan hüquqi şəxsin bir və ya bir neçə nəzarət edən şəxsi həmin dövlətin şəxsi 

olduğu halda, belə hüquqi şəxsin və nəzarət edən şəxsin hər birinin adı, ünvanı və həmin xarici dövlətdə 

aldığı vergi identifikasiya nömrəsi (əgər varsa); 

5.2.  ABŞ  məbəli  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikasının  ərazisində  maliyyə 

əməliyyatları həyata keçirən, ABŞ-Azərbaycan dövlətləri arasında bağlanılan müvafiq beynəlxalq sazişə 

uyğun olaraq, barəsində məlumat tələb edilən və vergi identifikasiya nömrəsi Bankın məlumat bazasında 

olmayan  fiziki  şəxsinin  və  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici  dövlətin  şəxsi  hesab  olunmayan 

hüquqi  şəxsin  həmin  xarici  dövlətin  şəxsi  olan  və  həmin  xarici  dövlətdə  aldığı  vergi  identifikasiya 

nömrəsi Bankın məlumat bazasında olmayan nəzarət edən şəxsinin doğulduğu tarix;  

5.3. Hesab nömrəsi (hesab nömrəsi olmadıqda, digər funksional ekvivalent);  

5.4.  Bankın  adı  və  beynəlxalq  müqaviləyə  uyğun  olaraq,  xarici  dövlətin  məlumat  bazasında  maliyyə 

institutu kimi qeydiyyata alınması tələb olunduğu halda müvafiq identifikasiya nömrəsi;  

5.5.  Hesab  sahibinin  Bankda  olan  hesablarının  müvafiq  təqvim  ilinin  və  ya  digər  müvafiq  hesabat 

dövrünün  sonuna  və  ya  əgər  hesablar  il  ərzində  bağlanmışdırsa,  bilavasitə  bağlanmazdan  əvvəl  cəmi 

qalığı və ya dəyəri (həyatın yığım sığortası müqaviləsi üzrə nağd pul dəyəri və ya qaytarılan məbləğ);  

5.6. hər hansı depozitar hesabı üzrə:  

5.7. təqvim ili və ya digər müvafiq hesabat dövrü ərzində hesabda saxlanılan aktivlərlə bağlı hesaba (və 

ya hesabla bağlı) ödənilmiş və ya hesablanmış faizlərin, dividendlərin və digər gəlirlərin ümumi məbləği;  

5.8.  Bank  hesab  sahibi  üçün  depozitar,  broker,  nominal  saxlayıcı  və  ya  agent  kimi  çıxış  etdiyi  aktivin 

satılmasından və ya girovdan azad edilməsindən əldə olunan və təqvim ili və ya digər müvafiq hesabat 

dövrü ərzində hesaba ödənilmiş və ya hesablanmış ümumi gəlirləri;  

5.9.  təqvim  ili  və  ya  digər  müvafiq  hesabat  dövrü  ərzində  bank  hesabına  ödənilmiş  və  ya  hesablanmış 

faizlərin ümumi məbləği;  

5.10. bu Qaydaların 5.8-cı və 5.9-cu yarımbəndlərində göstərilməyən hər hansı hesab üzrə, təqvim ili və 

ya digər müvafiq hesabat dövrü ərzində Bankın öhdəlik götürdüyü və ya borclu olduğu hesabla əlaqədar 

hesab  sahibinə  ödənilmiş  və  ya  hesablanmış  ümumi  məbləğ,  o  cümlədən  hesab  sahibinə  geri  qaytarılan 

ödənişlərin ümumi məbləği. 

 

 

6.



 

ABŞ FİZİKİ VƏ HÜQUQİ ŞƏXSLƏRİNİN MALİYYƏ ƏMƏLİYYATLARI ÜZRƏ 

HESABATLILIQ 

 

BankınAzərbaycan  Respublikasının  hesabatverən  maliyyə  institutu  olaraq,  ABŞ  məbəli  hüquqi  və 



fiziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində  həyata  keçirdikləri  maliyyə  əməliyyatları  barədə 

məlumatların Vergilər Nazirliyinə verilməsi qaydası aşağıdakı şəkildə müəyyən olunmuşdur:  

6.1.  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanan  sazişə  uyğun  olaraq,  hesabat  verilməli  maliyyə 

əməliyyatları barədə məlumatlar Bank tərəfindən Azərbaycan Respublikasının xarici dövlətlərlə bağladığı 

müvafiq beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, lakin məlumatların aid olduğu təqvim 

ili başa çatdıqdan sonrakı ilin 01 iyul tarixindən gec olmayaraq Vergilər Nazirliyinə ötürülməlidir.  

6.2.  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanan  sazişə  uyğun  olaraq,  hesabat  verilməli  maliyyə 

əməliyyatları  barədə  məlumatlar  Bank  tərəfindən  Vergilər  Nazirliyinə  ötürülərkən,  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericilik  aktlarında  və  tərəfdar  çıxdığı  beynəlxalq  sazişlərdə  nəzərdə 

tutulmuş məxfiliklə bağlı tələblərə əməl edilməlidir.  

6.3.  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanan  sazişə  uyğun  olaraq,  hesabat  verilməli  maliyyə 

əməliyyatları  barədə  məlumatlar  Bank  tərəfindən  Vergilər  Nazirliyinə  ötürülərkən,  məbləğlərin  əks 

olunduğu valyuta mütləq göstərilməlidir.  

6.4.  ABŞ-Azərbaycan  dövlətləri  arasında  bağlanan  sazişə  uyğun  olaraq,  hesabat  verilməli  maliyyə 

əməliyyatları barədə məlumatlar yalnız e-hesabat vasitəsilə təqdim edilir.  

6.5.  Bank  elektron  sənəd  mübadiləsi  ilə  bağlı  Vergilər  Nazirliyinin  bütün  təlimat  və  qaydalarına  əməl 

edir, e-hesabatı bu Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş müddətlərdə vergi orqanına göndərir. E-



 

hesabatın  Bank  tərəfindən  Vergilər  Nazirliyinə  təqdim  edilməsi  və  Vergilər  Nazirliyi  arasında  elektron 



sənəd mübadiləsinin aparılması gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.  

6.6.  E-hesabat  Bank  tərəfindən  Vergilər  Nazirliyinə  vergi  monitorinqi  portalından  istifadə  edilməklə 

onlayn  rejimdə  və  ya  e-hesabat  tərtibatı  proqramından,  yaxud  e-hesabat  faylından  istifadə  edilməklə 

oflayn rejimdə tərtib edilə bilər.  

6.7. E-hesabatın onlayn rejimdə tərtibi üçün, gücləndirilmiş elektron imza ilə maliyyə institutlarında vergi 

monitorinqi  portalının  “Şəxsi  kabinet”  bölməsinə  daxil  olunur  və  zəruri  məlumatlar  daxil  edilir.  Tərtib 

edilmiş e-hesabat bu bölmədə imzalanaraq Vergilər Nazirliyinə təqdim olunur.  

6.8.  E-hesabatın  e-hesabat  tərtibatı  proqramından  istifadə  edilməklə  tərtibi  üçün  zəruri  məlumatlar  e-

hesabat  tərtibatı  proqramının  müvafiq  bölmələrinə  daxil  edilir  və  həmin  proqram  təminatı  vasitəsilə 

paketlənir.  

6.9.  E-hesabatın e-hesabat  faylından  istifadə  edilməklə  tərtibi  üçün  zəruri  məlumatlar  e-hesabat  faylının 

müvafiq bölmələrinə yerləşdirilərək XML fayl hazırlanır və həmin fayl paketlənir.  

6.10.  Bank  e-hesabatı  bu  Qaydaların  6.8-ci  və  ya  6.9-cu  bəndlərində  nəzərdə  tutulmuş  qaydada  tərtib 

edərsə,  Bank  e-hesabatı  paketlədikdən  sonra  gücləndirilmiş  elektron  imza  əməliyyatını  icra  etmək  üçün 

proqram  təminatı  vasitəsilə  imzalayır,  internetə  qoşularaq  maliyyə  institutlarında  vergi  monitorinqi 

portalına bağlanır və hazırladığı imzalanmış paket faylını sistemə göndərir.  

6.11.  E-hesabat  bu  Qaydaların  6.7-ci,  6.8-ci  və  6.9-cu  bəndlərində  nəzərdə  tutulmuş  qaydada  tərtib 

edilərkən, məlumatlar Bank tərəfindən e-hesabatın tələblərinə uyğun olaraq daxil edilir. Bank tərəfindən 

daxil edilmiş məlumatlar müvafiq olaraq maliyyə institutlarında vergi monitorinqi portalı və ya e-hesabat 

tərtibatı proqramı tərəfindən ilkin olaraq yoxlanılır və müvafiq tələblərə cavab vermədikdə qəbul edilmir.  

6.12. E-hesabat Bank tərəfindən Vergilər Nazirliyinə təqdim edilməzdən əvvəl Bankın ən azı iki vəzifəli 

şəxsi (rəhbər və FATCA sazişinin şərtlərinin əməl edilməsi üzrə təyin olunmuş məsul şəxs (bundan sonra 

– məsul şəxs) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq olunmalı və maliyyə institutlarında vergi 

monitorinqi portalından istifadə edilməklə Vergilər Nazirliyinə təqdim olunmalıdır.  

6.13.  Bank  tərəfindən  Vergilər  Nazirliyinə  təqdim  edilmiş  müvafiq  e-hesabat,  Vergilər  Nazirliyi 

tərəfindən  Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici  dövlətin 

səlahiyyətli  orqanına  ötürülənədək,  həmin  e-hesabatdakı  məlumatlarda  hər  hansı  dəyişiklik  edilməsinə 

zərurət yarandığı halda Bank “dəqiqləşmiş” e-hesabat təqdim edir.  

6.14. Bank tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən 

Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici  dövlətin  səlahiyyətli 

orqanına  ötürüldükdən  sonra  həmin  səlahiyyətli  orqan  tərəfindən  e-hesabatdakı  hər  hansı  hesab  sahibi 

barədə  məlumatlara  düzəliş  edilməsi  tələb  edildikdə,  Bank  müvafiq  hesab  sahibləri  barəsindəki 

məlumatların  düzəliş  edilmiş  versiyasını  həmin  hesab  sahibləri  üçün  “düzəliş”  bölməsini  seçməklə 

yenidən  tərtib  edərək  imzaladıqdan  sonra  “düzəliş”  e-hesabatı  formasında  Vergilər  Nazirliyinə  təqdim 

edir.  

6.15. Bank tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən 



Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici  dövlətin  səlahiyyətli 

orqanına  ötürüldükdən  sonra  Bank  müvafiq  e-hesabatdakı  hər  hansı  məlumatda  dəyişiklik  etmək 

istədikdə,  müvafiq  hesab  sahibləri  barəsindəki  məlumatların  dəyişiklik  edilmiş  versiyasını  həmin  hesab 

sahibləri üçün “dəyişiklik” bölməsini seçməklə yenidən tərtib edərək imzaladıqdan sonra “dəyişiklik” e-

hesabatı formasında Vergilər Nazirliyinə təqdim edir.  

6.16. Bank tərəfindən Vergilər Nazirliyinə təqdim edilmiş müvafiq e-hesabat Vergilər Nazirliyi tərəfindən 

Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq  müqavilənin  tərəfi  olan  xarici  dövlətin  səlahiyyətli 

orqanına  ötürüldükdən  sonra  e-hesabatdakı  hər  hansı  hesab  sahibi  barədə  məlumatların  ləğv  edilərək 

yenidən  göndərilməsi  zərurəti  yaranarsa,  Bank  Vergilər  Nazirliyinə  “ləğv”  e-hesabatı  təqdim  edir.  Bu 

halda,  Bank,  məlumatları  ləğv  edilən  müvafiq  hesab  sahibləri  barədə  təqdim  etdiyi  məlumatları  “ləğv” 

bölməsini  seçərək  yenidən  təqdim  etməklə  yanaşı,  həmin  hesab  sahibinə  dair  məlumatların  yenilənmiş 

versiyasını “yeni” bölməsini seçməklə əlavə olaraq e-hesabata daxil edir.  

6.17.  E-hesabatın  tərtibi  və  dəqiqləşdirilməsi,  e-hesabata  düzəliş  və  ya  dəyişiklik  edilməsi  və  ya  e-

hesabatdakı  məlumatların  ləğv  edilməsi  üzrə  əməliyyatların  həyata  keçirilməsi  qaydaları  Vergilər 

Nazirliyi tərəfindən müəyyən edilir.  



 

6.18.  E-hesabatın  tərtibi  və  dəqiqləşdirilməsi,  e-hesabata  düzəliş  və  ya  dəyişiklik  edilməsi  və  ya  e-



hesabatdakı məlumatların  ləğv  edilməsi  Bankın  rəhbəri  tərəfindən  səlahiyyət  verilmiş məsul  şəxs  və ya 

operator tərəfindən həyata keçirilir və Bank rəhbəri isə həmin e-hesabatları təsdiq və ya rədd edir.  

6.19.  E-hesabatın  tərtibi  və  dəqiqləşdirilməsi,  e-hesabata  düzəliş  və  ya  dəyişiklik  edilməsi  və  ya  e-

hesabatdakı  məlumatların  ləğv  edilməsi,  yaxud  e-hesabatın  imzalanması  üzrə  əməliyyatların  həyata 

keçirilməsinin digər səlahiyyətli şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi rəhbər 

tərəfindən  maliyyə  institutlarında  vergi  monitorinqi  portalının  “Şəxsi  kabinet”  bölməsində  yaradılmış 

“İdarəetmə”  səhifəsindən  istifadə  edilməklə  həyata  keçirilir  və  gücləndirilmiş  elektron  imza  vasitəsilə 

təsdiq edilir.  

6.20.  Bank  vergi  orqanına  təqdim  etdiyi  e-hesabatların,  Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə 

bağladığı  müvafiq  beynəlxalq  müqavilələr  çərçivəsində  həmin  hesabatverən  maliyyə  institutunun 

yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin və vergi orqanından daxil olmuş 

bütün  elektron  sənədlərin  Banka  daxil  olduğu  gündən  etibarən  7  ildən  az  olmayan  müddətdə 

saxlanılmasını təmin edir.  

6.21.  Bank  Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə  bağladığı  müvafiq  beynəlxalq  müqavilələr 

çərçivəsində yoxladığı bütün fiziki və hüquqi şəxslərlə əlaqədar əldə etdiyi sənədlərin əslini və ya təsdiq 

edilmiş  surətlərini  Vergilər  Nazirliyinin  və  ya  Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq 

müqavilənin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanının tələbi əsasında Vergilər Nazirliyinə təqdim 

edir.  


6.22. Bank elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin edir.  

6.23. Elektron mübadilənin aparılması prosesində aşkar edilmiş səhvlərin və ya uyğunsuzluqların aradan 

qaldırılması Bank və vergi orqanının qarşılıqlı təşəbbüskarlığı əsasında həyata keçirilir. 

 

 



7.

 

ABŞ ŞƏXSLƏRİNİN MÜŞTƏRİ MƏLUMATLARININ SAXLANILMASI 

/YENİLƏNMƏSİ  

 

7.1.  Bank tərəfindən ABŞ fiziki və hüquqi şəxslərin müştəri dosyeləri Öz Müştərini tanı proqramının və 



digər  bankdaxili  qaydalar  nəzərə  alınmaqla,  hesabın  bağlanmasından  sonra  minimum  olaraq  5  il 

müddətində saxlanılması təmin edilməlidir. 

7.2.  Özünüqiymətləndirmə anketində qeyd olunan məlumatlarda hər hansı bir dəyişiklik baş verərsə və ya 

hər  hansı  bir  yanlışlıq  olduğu  ortaya  çıxarsa,  həmin  özünüqiymətləndirmə  anketini  təqdim  edən  şəxs 

tərəfindən 30 (otuz) gün ərzində yeni özünüqiymətləndirmə anketi təqdim edilməlidir. 

 

 



8.

 

YEKUN MÜDDƏALAR 

 

 

Bu Qaydalar Bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur. Bu Qaydalara bütün dəyişikliklər 



və əlavələr Bankın Müşahidə Şurasının qərarı əsasında aparılır. 

Yüklə 290,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə