Nəzakət səLİmova



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix16.05.2023
ölçüsü0,93 Mb.
#110640
1   ...   6   7   8   9   10   11   12   13   ...   41
N zak t s L mova

elektron sənədin müha-
fizəsi
də ondan gələcəkdə istifadə imkanlarının başlıca tə-
minatlarından biridir. Bunun üçün müvafiq proqram və 


27 
texniki vasitələrdən istifadə edilməlidir ki, bu da sistem və 
şəbəkələrin mülkiyyətçisi tərəfindən təmin olunmalıdır. 
Elektron sənədlər elektron imza vasitəsi ilə təs-
diqlənir. 
Elektron imza
– digər verilənlərə əlavə edilən və 
ya onlarla məntiqi əlaqəli olan, imza sahibini eyniləşdir-
məyə imkan verən vasitədir. 
Elektron imza sahibi
isə öz adından və qanun-
vericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət ver-
miş şəxs adından çıxış edən fiziki şəxs hesab olunur. 
Elektron imza vasitələri 
elektron imza yaradıl-
ması və yoxlanılması, eləcə də imza yaratma və yoxlama 
məlumatları yaratmaq üçün istifadə edilən proqram və 
texniki vasitələr hesab olunur. 
Elektron imza yaratma məlumatları 
elektron 
imza yaratmaq üçün istifadə edilən və ancaq imza sahibinə 
bəlli olan kod və ya kriptoqrafik açardan ibarət təkrarolun-
maz verilənlərdir. 
Elektron imzanın həqiqiliyi - 
elektron imzanı 
yoxlama məlumatları vasitəsilə yoxlanılan elektron imza-
nın sahibinə məxsus olmasının, imzanın əlaqəli olduğu 
məlumat bildirişinin bütövlüyünün, dəyişdirilmədiyinin və 
təhrif edilmədiyinin təsdiqidir.
3
” 
 
Yuxarıda göstərilən fərmana uyğun olaraq elektron 
sənədin qurluşu aşağıdakı kimi tərtib olunmalıdır: 
“- Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət 
quruluşa malikdir. 
3
Bax: “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”, 30 iyun 
2004- cü il, N 7. maddə 402.)


28 
- Elektron sənədin məzmunu və ünvanlandığı şəxs 
barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 
- Elektron sənədə əlavə edilən elektron imza (imzalar) 
və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi 
hissəsində qeyd olunur.
4

 
Elektron sənədin təqdimat formaları isə fərmanda 
bu cür təsnifləşdirilir: 
- Elektron sənəd daxili və xarici təqdimat formalarına 
malikdir. 
- Elektron sənədin verilənlər daşıyıcısında yazılmış şəkli 
onun daxili təqdimat formasıdir. 
- Elektron sənədin verilənlər daşıyıcısından fərqli digər 
maddi obyektdə (displeydə, kağızda və s.) əyani qavranı-
lan (vizual) şəkildə əks etdirilməsi onun xarici təqdimat 
formasıdir.” 
Fərmanda həmçinin:
- elektron sənədin əsli və surəti, onun təsdiq edil-
mə qaydası, göndərilməsi və alınması, göndərilmə və alın-
ma vaxtı, sənədin saxlanılması və mühafizəsi qaydaları; 
- elektron sənəd dövriyyəsinin təşkilinin əsasları; 
- sertifikatın qüvvəsinin dayandırılması və bərpa 
edilməsi; 
- sertifikatin ləğv edilməsi; 
- sertifikat xidmətləri üzrə sənədlərin saxlanılması 
- xarici ölkələrdə verilmiş sertifikatların tanınması; 
- mərkəzlərin hüquqları, vəzifələri və məsuliyyəti
- sertifikat xidmətlərinə aid tələblə; 
4
Bax: “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”, 30 iyun 
2004- cü il, N 7. maddə 402.) 


29 
- sertifikat xidmətləri mərkəzinin fəaliyyətinə 
xitam verilməsi; 
- imza sahibinin hüquqları, vəzifələri və 
məsuliyyəti; 
- vasitəçinin hüquqları, vəzifələri və məsuliyyəti; 
- dövlət tənzimləməsinin həyata keçirilməsi
- elektron imza və elektron sənəd dövriyyəsi 
vasitələrinə aid tələblər; 
Elektron sənəd dövriyyəsinin tətbiqi və icrası me-
xanizminin kokretləşdirilməsi məqsədi ilə Azərbaycan 
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 
Fərmanı ilə “İdarələrarası elektron sənəd dövriyyəsi siste-
mi haqqında Əsasnamə” təsdiq edilmişdir. Bu Əsasnamə 
idarələrarası Elektron sənəd dövriyyəsi sisteminin yaradıl-
ması, idarə olunması və bu sistemdən istifadə qaydalarını 
müəyyən edir.Əsasnaməyə uyğun olaraq, sistemin təşki-
latçısı Azərbaycan Respublikasının Administrasiyası, ope-
ratoru isə Xüsusi Dövlət mühafizə Xidmətidir. 
Sistemin iştirakçıları aşağıdakı dövlət qurumlarıdır: 
Azərbaycan Respublikası Prezidentinin Administ-
rasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İda-
rəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb 
Xidməti, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respub-
likası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası ha-
kimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanla-
rın, Nazirlər kabineti yanında olan icra hakimiyyəti orqan-
larının, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azər-
baycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xid-
məti, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 
Katibliyi;


30 
- Azərbaycan Respublikası Milli Məclisinin, Azər-
baycan Respublikası Konstitusiya Məhkəməsinin, Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin, Azərbaycan Res-
publikası Hesablama Palatısının, Məhkəmə Hüquq Şura-
sının, Azərbaycan Respublikası İnsan hüquqları üzrə mü-
vəkkilin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komis-
siyasının və Milli Televiziya və Radio Şurasının aparat-
ları, Azərbaycan Respublikası Korrupsiyaya qarşı mü-
barizə üzrə Komissiyanın Katibliyi;
- yerli icra hakimiyyəti orqanları. (“Respublika” 
qəzeti, 10 mart 2004-cü il.)


31 

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə