Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə68/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   64   65   66   67   68   69   70   71   ...   91

 
228 
Lütfəli xan Kosaəhmədli-Avşar 
 
Lütfəli xan Babaəli bəyin oğludur. Öncə atasının yanında dəs-
tə  başçısı  olmuş,  sonra  Nadirqulu  xana  xidmət  etmişdi.  Nadir  şah 
olandan sonra onu Azərbaycan ordusunun sərdarı (komandanı) təyin 
etmişdi. 
Lütfəli xan 1732-ci ildə 10.000 nəfərlik ordunun başında Na-
dirqulu  xana  qoşulmuş,  osmanlıların  əlində  olan  Van  və  Kərkükə 
hücum etmişdi. 
 
 
Səlim xan Qutulu-Avşar 
 
Səlim xan öncə Nadir şaha, sonra İbrahim şaha xidmət etmiş-
di. Xəmsənin hakimi olmuşdu. Onun hakimiyyəti dövründə Xəmsə 
əyaləti Kərim xana tabe oldu. Onun vəfatından sonra Xəmsəyə Zül-
füqar xan Əmirli başçılıq etməyə başladı. 
 
 
Əbdürrza bəy Qutulu-Avşar 
 
Əbdürrza bəy Urmiya ətrafında dünyaya gəlmişdi. İmamqulu 
xan Qasımlı-Avşara xidmət etmişdi. 
 
 
Gördü bəy Gündüzlü-Avşar 
 
Avşar elinin Gündüzlü oymağının başçılarından biri də Gördü 
bəydir.  O,  eyni  zamanda  ailənin  ən  məşhur  şəxsiyyətidir.  Məmlük 
əmiri  Çəkimin  Qara  Yölükün  üzərinə  səfəri  zamanı  ölməsi  nəticə-
sində  (17  zülqədə,  809-25  aprel,  1407)  Hələb  yenə  məmlük  əmiri 
Təmur  Boğa  əl-Məştubun  əlinə  keçmişdi.  Təmir  Boğa  da  Çəkim 
kimi Hələb bölgəsindəki türkmənləri itaət altına almaq istədi və bu 
məqsədlə Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bu zaman Amik 


 
229 
ovasını  bütünlüklə  hakimiyyəti  altına  almaq  istədi  və  məqsədlə 
Gördü bəyin üstünə səfərə çıxdı. Gördü bəy bu zaman Amik ovasını 
bütünlüklə hakimiyyəti altına almışda. Amik ovasında baş verən bir 
vuruşmada Təmur Boğa ağır surətdə məğlub oldu. Başı pozuq halda 
Hələbə  qayıdan  Təmur  Boğanın  yanında  çox  az  adam  qalmışdı 
(810-1408).  O  biri  il  (811-1409)  Gördü  bəyi  üsyançı  əmirlərdən 
Novruz  ilə  vuruşmağa  gedən  Hələb  valisi  Dəmirtaşın  yanında 
görürük.  Əslində  Gördü  bəylə  Dəmirtaş  arasında  səmimi  dostluq 
münasibəti  vardı.  Ertəsi  il  Dəmirtaşın  tövsiyəsi  ilə  sultan  tərəfdarı 
Novruz  üsyançı  əmir  Şeyx  ilə  Asi  çayı  sahilində  üz-üzə  gəldi. 
Novruzun ordusunda Hələb valisi Dəmirtaşdan başqa Dülqədir oğlu 
Əli bəy, Gündüz oğlu Gördü bəy, Köpək oğlu əfşarlardan Kut bəyi 
oğlu Məhmət, bayatlardan Bozca bəy vardı. Vuruşmada Şeyx qalib 
çıxdı.  Məğlub  olan  Novruz  Xəma  şəhərinə  sığındı.  Dəmirtaş, 
Dülqədir oğlu Əli bəylə Gördü bəy də yanında idi. 
814-cü  ilin  rəbiül-axırında  (iyul-avqust,  1411)  Gündüz  oğlu-
Gördü bəy Antakyanı Özər oğlunun əlindən almışdı. 
Şeyxin  sultan  olmasını  qəbul  etməyən  Novruz  816-cı  ildə 
(1413)  Hələbə  hücum  etdi.  Bunu  eşidən  Hələb  valisi  Dəmirtaş 
şəhərdən  çıxaraq  Amikə  getdi,  orada  dostu  Gördü  bəy  və  onun 
qardaşı-Ömər bəylə görüşdü. 
817-ci  ilin  zülqədə  ayında  (yanvar-fevral,  1415)  Hələb  valisi 
İnal əl-Süslanı Gördü bəyin üzərinə yürüş etdi. Yürüşün səbəbi bi-
linmir.  İnalla  qarşılaşmağa  cəsarət  etməyən  Gördü  bəy  qaçmış  və 
Hələb  valisi  gündüzlülərin  çoxlu  qoyununu  ələ  keçirmişdi.  Gördü 
bəy dülqədirli Əli bəyin yanına gələrək ondan Hələb valisi ilə barış-
maqda vasitəçi olmasını xahiş etdi. Dülqədir oğlunun vasitəçiliyi ilə 
barışıq  əldə  edildi  və  Gördü  bəy  Amikə  qayıtdı.  Ancaq  bir  qədər 
sonra (rəbiül-axır, 818-iyun-iyul, 1415) Hələb valisi Inalın təkrarən 
Gördü bəyin üstünə yürüdüyünü görürük. Inalın yanında Trablis va-
lisi  Sudun  bin  Əbdürrəhman  da  vardı.  Gördü  bəy  onların  gəldiyini 
görcək Gavur dağlarına sığındı, Inal türkmənlərin qoyun və inəklə-
rinin çoxunu zəbt etdikdən sonra Gündüz oğullarına mənsub Dərb-
sak qalasını mühasirəyə aldı, mühasirənin üçüncü günü qalanı tutdu. 


 
230 
Gördü bəy və oymağının çoxu qaçdı. Bəyin özü Maraşa getdi, gün-
düzlü əfşarları isə Gündüzün nəvəsi Dəmirxan oğlu Farisin ətrafına 
yığışdılar. Hələb valisinin Gördü bəyə hücumu, şübhəsiz ki, məm-
lük  hökmdarı  Şeyxin  buyruğu  ilə  təşkil  olunurdu.  Türkmənlərin 
məmlük  dövləti  ilə  üçün  təhlükəli  bir  ünsür  olduğunu  bilən  Şeyx 
onların qüvvəsini zəiflətmək siyasətini güdürdü. Hətta türkmənlərin 
əlinə keçmiş bəxzi yerləri geri almaq və onları tamamilə özünə tabe 
etmək  üçün  820-ci  ildə  (1417)  Misirdən  Suriyaya  hərəkət  etmiş, 
yolda Dülqədir oğlu Əli bəy, Gündüz oğlu Gördü bəy və Saqqalsız 
oğlu  Toğruldan  bağışlanmalarını  xahiş  edən  və  itaətlərini  bildirən 
məktublar almışdı. 
Gördü  bəylə  bağlı  son  məlumatımız  onun  824-cü  ildə  (1421) 
Hələbdə Tatarın əmri ilə öldürməsidir. Əl-Məlik ül-Müəyyəd Şeyx 
824-cü ildə öldükdə dövlətə hakim olan Tatar müxalifəti ləğv etmək 
məqsədilə  Dəməşqə,  oradan  da  Hələbə  gəlmişdi.  O  burada  olanda 
ətrafdakı türkmən bəyləri hüzurun gəlmişdilər. Gördü bəy də onla-
rın arasında idi. Ancaq digər türkmən bəylərinə xələt geyindirildiyi 
halda, Gördü bəy Tatarın əmrilə asılaraq öldürüldü. Tatar bunu sırf 
Təmür Boğa əl-Məşdubun 810-cu ildəki məğlubiyyətdən sonra Tə-
mür  Boğa  ilə  Hələbə  qaçanlardan  biri  də  özü  idi.  Adının  əksinə 
çərkəz  olan  Tatar  o  qədər  kinli  bir  insan  idi  ki,  itaətini  bildirmək 
üçün  hüzuruna  gəlmiş  bir  əmirdən  çox  köhnə  və  adi  bir  hadisənin 
intiqamını  almaqda  tərəddüd  etməmişdi.  Halbuki  Gördü  bəy 
məmlük  tarixçiləri  üzərində  böyük  təsir  buraxmış  əmir  idi.  İbn 
Tağrı-Birdi  onun  böyük  bir  əmir  olduğunu  və  zamanında  yolun 
təhlükəsiz olduğunu yazır. 
 
 
Mehdiqulu xan Gündüzlü-Avşar 
 
Avşar elinin Gündüzlü oymağının başçılarından biri də Meh-
diqulu  xandır.  I  Təhmasib  dövründə  Mehdiqulu  xan  Şüştər  hakimi 
idi.  Bu  Avşar  əmiri  yuxarıda  adı  çəkilən  Kuhgiluyə  valisi  Əlvənd 
xan  kimi  mərkəzin  əmrlərinə  tabe  olmadığı  üçün  onun  dəyişdi-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə