216
İbrahim şahın uğuru ətrafa yayıldı. Azərbaycan əmirləri sul-
tani sovqatla onun yanına gəldilər. Məhəmmədkazım xan İbrahim
şahın intiqamından çəkinib Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə
yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və
xanlıq fərmanı göndərdi.
İbrahim şah Şahrux mirzə tərəfindən devrildi.
Hüseynəli xan Qırxlı-Avşar
İbrahim xanın dördüncü oğlu Hüseynəli xan Məşhəd şəhərin-
də anadan olmuşdu. Qardaşı adil şahın hakimiyyəti dönəmində
Xorasanın hakimi olmuşdu.
Bəktaş bəy Qırxlı-Avşar
Qırxlı oymağının adlı əmirlərindən biri də Bəktaş bəydir. Na-
dir şahın əmisi (oğlu) idi. Nadir şah taxta çıxandan sonra ona xan
ünvanı verib rahatsız olduğu bölgəyə, Urmiyanın Osmanlı sərhəd-
dində yerləşən Xəlican bölgəsinə göndərdi. Müqəddəm, Mükri və
başqa elərin nümayəndələrindən ibarət bir dəstəni də ona qoşdu. O,
Dumdum qalasını mərkəz edib, əyləşdi.
Əmiraslan xan Qırxlı-Avşar
Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır.
Əmiraslan xan Nadirqulu xanın bibisioğlu idi və ona xidmət
etmişdi. Nadirqulu xan şah olandan sonra Əmiraslan xanı ölmüş
qardaşının, İbrahim xan Zəhirüddövlənin yerinə, 1738-ci ildə
Azərbaycana sərdar (komandan) təyin etmişdi.
Əmiraslan xan Qırxlı-Avşar Nadir şahın ölümündən sonra
qoşunla Ərdəbilə yürüş edib, Sam mirzəni tutdu. Edam edib, Təb-
217
rizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib,
şahlıq eşqinə düşdü. İran şahlıq taxtının iddiaçılarında şübhə
doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, Imam
Rza adından sikkə kəsdirməyə başladı.
Əli şah adı ilə taxta çıxan Əliqulu xan Qırxlı-Avşar (1747-
1748) Əmiraslan xana elçi göndərib, onu şah kimi tanımağı təklif
etdi. Əmiraslan xan Əli şahın elçisini öldürdü və asılılığını bildir-
mədi. Onun ən yaxın silahdaşı Məhəmmədkazım xan idi. Qaradağ
qoşunundan istifadə edib, qonşu hakimləri tələb-təhdidlə, savaşla
özündan asılı biçimə saldı. Sonra Muğan və Ərdəbil vilayətlərini ələ
keçirdi. Şahsevənlərin gücündən bəhrələndi. Rzaqulu xanı Gilana
Rəşt şəhərini zəbt etməyə göndərdi. Qarabağ xanı Pənahəli bəyə
öncə sultan, sonra xan ünvanı verib öz tərəfinə çəkdi.
1748-ci ilin sonunda qardaşı Əli şahı taxtdan salıb, gözlərinə
mil çəkən İbrahim mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbə-
də qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı.
Əmiraslan xan ilk döyüşdə məğlub olub həmfikiri Məhəmməd-
kazım xanla Qaradağa qaçdı. Məhəmmədkazım xan İbrahim şahın
intiqamından çəkinib, Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə
yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və
hakimlik fərmanı göndərdi. Tarixçi Məhəmmədhüseyn Quddusi bu
olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub dağıl-
mışdı, özü də dostu Məhəmmədkazım xan Qaradağlı ilə Qaradağa
qaçdı. Amma Məhəmmədkazım xan bəhanə ilə onu tutdu. İbrahim
xanın əmrilə onu və qardaşı Sarı xanla birlikdə Təbrizdə öldür-
dülər
57
.
Əmiraslan xanın qardaşı Sarıaslan xan İbrahim şahdan qarda-
şının əhf etməsini istədi. Yalvarıb, bağışlanmasını xahiş etdi. Əmir-
aslan xan təbiətən cəsur, qəyyur bir adam idi. Qardaşının hərəkə-
tindən, yalvarışlarından rahatsız olub, dedi:
-Bir abırlı ölü, yüz diri abırsızdan yaxşıdı.
İbrahim şah Əmiraslan xanla üzbəüz gələndə rişxəndlə dil-
ləndi:
57
M. Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215.
218
-Sən də şahlıq eşqinə düşmüşdün?
Əmiraslan xan şaha üz tutub qayıtdı:
-Get, Qara Mehdi Avşarın canına dua elə ki, başının üstündə
durub, can-başla hökmünü yerinə yetirir, mənim kimi aslanı sənin
kimi tülküyə söz yeri eləyib. Beş günlük dünyada nə qədər ki, uğur
səninlədi, get kefini çək. Indi bu başı vur, hökm sənindir!
Əmiraslan xan 1747-ci ildə öldürüldü.
Sarı (Aslan) xan Qırxlı-Avşar
Qırxlı oymağının adlı əmirlərindən biri də Sarı bəydir. Əmi-
raslan xanın qardaşı, Nadir şahın bibisioğlu idi. Sarı bəy Nadirqulu
xana xidmət etmişdi. Nadir şah olandan sonra Sarı bəyi xan ünvanı
ilə ordusuna sərkərdə təyin etmişdi. Sarıaslan kimi tanınırdı.
Sarıaslan xan 1743-cü ildə Kerman hakimi təyin edilmişdi.
1744-cü ildə Məhəmmədhüseyn xan Qırxlının əvəzinə Fars
əyalətinə vali göndərilmişdi.
1746-cı ildə Məhəmmədhəsən xan Qovanlı-Qacar türkmən-
lərlə birgə Astarabada hücum etmiş, onu tutub zindana salmışdı. Bu
xəbər Mosulda olan Nadir şaha çatmış, o, Ötək hakimi Behbud xan
Çavuşluya və Kerman hakimi Sarı xan Qırxlı-Avşara əmr etmişdi
ki, üsyançıları cəzalandırsınlar. Behbud xan öncə yetirmiş, qiyamçı-
ları qovub Astarabaddan çıxarmışdı. Sarı xan ardınca yetirib qacar-
lara divan tutmuşdu. Nadir şah Astarabadı, Qorqanı, Mazandaranı
və bir çox yerləri Sarı xana fərmanla vermişdi. Sarı xan qənimət və
ərzaqların bölüşdürülməsində Məhəmmədzaman xanla çəkişmiş,
nəticədə qacar əmiri saraya, atasının yanına qaçmışdı. Mirzə Mə-
həmmədhüseyn xan olanları Nadir şaha məruzə etmiş, şah Sarı xana
təpinmişdi.
Sarı xan 1746-cı ildə Əliqulu xan, Allahverdi xan və Şahqulu
xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar
qiyamı yatırmışdılar.
Sarı xan 1747-ci ildə öldürüldü.
Dostları ilə paylaş: |