Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə64/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   60   61   62   63   64   65   66   67   ...   91

 
211 
Hacı Ağaxanım bəyim Qırxlı-Avşar 
 
Ağaxanım  bəyim  Məşhəd  şəhərində  doğulmuşdu.Müqəddəs 
Məkkəyi-müşərrəfi ziyarət etmişdi. 
Hacıyyə  Ağaxanım  bəyim  Əli  şah  Fətəli  şah  oğlu  Qovanlı-
Qacarla ailə qurmuşdu. 
 
 
Yəzdanbəxş mirzə Qırxlı-Avşar 
 
Şahrux şahın  yeddinci oğlu Yəzdanbəxş mirzə Məşhəd şəhə-
rində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
 
 
Gövhədşad bəyim Qırxlı-Avşar 
 
Şahrux  şahın  qızı  Gövhərşad  bəyim  Məşhəd  şəhərində  dün-
yanı zinətləndirmişdi. 
Gövhərşad  bəyim  Teymur  şah  Əhməd  şah  oğlu  Dürrani  ilə 
ailə qurmuşdu. 
 
 
Gülrux bəyim Qırxlı-Avşar 
 
Şahrux  şahın  qızı  Gülrux  bəyim  Məşhəd  şəhərində  dünyanı 
gülləndirmişdi. 
 
 
Qahirnisə bəyim Qırxlı-Avşar 
 
Şahrux şahın qızı Qahirnisə bəyim Məşhəd şəhərində dünyaya 
bəzək vermişdi. 
Qahirnisə  bəyim  Fətəli  şah  Qovanlı-Qacarla  dünya  evinə 
girmişdi. 


 
212 
Şahzənən bəyim Qırxlı-Avşar 
 
Şahrux şahın qızı Şahzənən bəyim Məşhəd şəhərində dünyanı 
şərəfləndirmişdi. 
Şahzənən  bəyim  Məhəmmədqulu  mirzə  Fətəli  şah  oğlu 
Qovanlı-Qacarla evlənmişdi. 
 
 
Kiçik bəyim Qırxlı-Avşar 
 
Şahrux mirzənin qızı Kiçik bəyim Məşhəd şəhərində dünyaya 
pənah gətirmişdi. 
Kiçik  bəyim  Fəzləli  xan  Qasım  bəy  oğlu  Sarıcalı-Cavanşirlə 
ailə qurmuşdu. 
 
 
Möhbəli mirzə Qırxlı-Avşar 
 
Rzaqulu  mirzənin  ikinci  oğlu  Möhbəli  mirzə  1735-ci  ildə 
Məşhəd  şəhərində  doğulmuşdu.  Saray  təlim-tərbiyəsi,  təhsili  al-
mışdı. 
Möhbəli  mirzə  1747-ci  ildə  Əliqulu  xan  Qırxlı-Avşarın  əmri 
ilə öldürüldü. 
 
 
Əhmədqulu mirzə Qırxlı-Avşar 
 
Rzaqulu mirzənin üçüncü oğlu Əhmədqulu mirzə 1736-cı ildə 
Məşhəd  şəhərində  doğulmuşdu.  Saray  təlim-tərbiyəsi,  təhsili  al-
mışdı. 
Əhmədqulu  mirzə  1747-ci  ildə  Əliqulu  xan  Qırxlı-Avşarın 
əmri ilə öldürüldü. 
 
 


 
213 
Bisütun mirzə Qırxlı-Avşar 
 
Rzaqulu  mirzənin  dördüncü  oğlu  Bisütun  mirzə  1740-cı  ildə 
Məşhəd  şəhərində  doğulmuşdu.  Saray  təlim-tərbiyəsi,  təhsili 
almışdı. 
Bisütun  mirzə  1747-ci  ildə  Əliqulu  xan  Qırxlı-Avşarın  əmri 
ilə öldürüldü. 
 
 
Harun mirzə Qırxlı-Avşar 
 
Rzaqulu mirzənin beşinci oğlu Harun mirzə 1742-ci ildə Məş-
həd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Harun mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri ilə 
öldürüldü. 
 
 
Mahmud mirzə Qırxlı-Avşar 
 
Rzaqulu  mirzənin  altıncı  oğlu  Mahmud  mirzə  1743-cü  ildə 
Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Mahmud mirzə 1747-ci ildə Əliqulu xan Qırxlı-Avşarın əmri 
ilə öldürüldü. 
 
 
Nəsrulla (Murtuzaqulu) mirzə Qırxlı-Avşar 
 
Nadir şahın ikinci oğlu Murtuzaqulu (Nadir şahın Kornal sa-
vaşındakı zəfərindən sonra Nəsrulla-allahın qələbəsi adlandı) mirzə 
1724-cü  ildə  Əbivərd  ətrafında  anadan  olmuşdu.  Mükəmməl  məd-
rəsə təhsili almışdı. 
Nəsrulla mirzə Rzaqulu mirzənin çıxarılmasından sonra vəli-
əhd, naibəssəltənə təyin olunmuşdu. 


 
214 
Nəsrulla  mirzə  Övrəng  Zeyb  nəvəsi,  Yəzdanbəxşin  qızı  ilə 
ailə qurmuşdu. Yulduz xan, Teymur xan, Mustafa xan, Murtuzaqulu 
xan, Əsədulla xan, Oğuz xan, Oqtay xan adlı oğulları vardı. 
 
 
İmamqulu mirzə Qırxlı-Avşar 
 
Nadir  şahın  üçüncü  oğlu  İmamqulu  mirzə  1729-cu  ildə  ana-
dan  olmuşdu.  Ailə  təlim-tərbiyəsi,  təhsili  almışdı.  Atasının  sərkər-
dələrindən biri idi. 
 
 
Zəhirəddövlə Məhəmmədİbrahim xan Qırxlı-Avşar 
 
İmamqulu ağanın ikinci oğlu Məhəmmədİbrahim bəy Əbivərd 
ətrafında anadan olmuşdu. Qardaşına xidmət etmişdi. 
İbrahim xan 1735-ci ildə Nadir şahdan Zəhirəddövlə ləqəbini 
almışdı. Azərbaycanın hakimi idi. 
İbrahim  xan  1738-ci  ildə  üsyançı  dağıstanlılar  tərəfindən 
öldürüldü. 
İbrahim  xan  Şah  Sultan  Hüseyn  Səfəvinin  qızı  ilə  ailə 
qurmuşdu.  Əliqulu  xan,  Məhəmmədəli  xan,  Həsən  xan,  Hüseynəli 
xan, Kazım xan adlı oğulları vardı. 
 
 
Adil şah (Əliqulu xan) Qırxlı-Avşar 
 
Əliqulu  xan  1719-cu  ildə  Əbivərd  ətrafında  doğulmuşdu. 
Əmisi Nadir şaha xidmət etmişdi. 
Əliqulu  xan  əmisinin  səfərlərində  iştirak  etmişdi.Mosul 
ətrafında  yaşayanlar  üsyan  etdikdə  cəza  dəstəsinə  başçılıq  etmişdi. 
Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi. 


 
215 
Əliqulu  xan  yezidi-kürdlərin  qiyamını  yatırmışdı.  Başçıları 
Yezidi  döyüş  meydanında  öldürmüş,  Əsa  isə  Nadirqulu  xanın 
yanına gəlib itaətini bildirmişdi. 
Əliqulu xan Rzaqulu mirzədən sonra Xorasanın  hakimi təyin 
edilmişdi. 
Əliqulu xan 1745-ci ilin may ayında Nadir şahın göstərişi ilə 
Xivəkə yürüş etmişdi. 
Əliqulu xan 1746-cı ilin noyabrın 10-da Sarı xan, Allahverdi 
xan və Şahqulu xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə 
getmişdi. Onlar qiyamı yatırmışdılar. 
Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə İranın 
padşahlıq taxtında əyləşmişdir. O, Əmiraslan xanı Qafqaz və Azər-
baycanın hökmranı etmişdi. 
Əliqulu  xan  (Adil  şah)  Gürcüstan  valisi  Teymurun  qızı  Ket-
vanla ailə qurmuşdu. 
 
 
İbrahim şah (Məhəmmədəli xan) Qırxlı-Avşar 
 
İbrahim  xan  Zəhirəddövlənin  ikinci  oğlu  Məhəmmədəli  xan 
1717-ci ildə Əbivərd ətrafında anadan olmuşdu. 1738-ci ildə, atası-
nın  ölümündən sonra  İbrahim xan adı  ilə Azərbaycanın  bəylərbəyi 
təyin olunmuşdu. 
1748-ci  ilin  sonunda  qardaşı  Əli  (Adil)  şahı  taxtdan  salıb 
gözlərinə mil çəkən İbrahim xan özünü şah elan etdi. 
Urmiya  hakimi  Mehdi  xan  Qasımlı-Avşar  İbrahim  şahın 
yanına  gəldi.  Marağada  qoşuna  çatdı.  Miyandab  ətrafında  İbrahim 
şahla birləşdi. Ordan Əmiraslan xanın üstünə getməyi qərarlaşdılar. 
Leylan  çəmənində  iki  qoşun  qarşılaşdı.  Savaş  əsnasında  Şəqaqi 
atlıları İbrahim şahın yanına gəldilər. Iraq qoşunu da onların ardınca 
İbrahim  xana  birləşdi.  Əmiraslan  xan  vəziyyəti  bu  cür  görüb 
Məhəmmədkazım xan Qaradağlının yanına qaçdı. İbrahim şah onun 
qoşununu qarət etdi. İbrahim şah dəbdəbə ilə Təbrizə daxil oldu. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə