Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə62/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   58   59   60   61   62   63   64   65   ...   91

 
204 
Rzaqulu mirzə 1747-ci ildə əmisioğlu  Əliqulu xanın əmri ilə 
Kəlatda  öldürdülər.  Onun  cənazəsini  Məşhədə  gətirib  Nadir  şahın 
yanında dəfn etdilər. 
Rzaqulu  mirzə  Fatiməsultan  bəyim  Şah  Sultan  Hüseyn 
Səfəvinin  qızı  ilə  ailə  qurmuşdu.  Şahrux  mirzə,  Möhbəli  mirzə, 
Əhmədqulu mirzə, Harun mirzə, Bisütun mirzə, Mahmud mirzə adlı 
oğulları vardı. 
 
 
Şahrux şah Qırxlı-Avşar 
 
Şahrux mirzə Rzaqulu mirzə oğlu 1734-cü ilin mart ayının 21-
də  İsfahan  şəhərində  doğulmuşdu.  Saray  təlim-tərbiyəsi,  təhsili 
almışdı. 
Şahrux  mirzə  Nadir  şah  öləndən  sonra  bir  at  minib  Mərv 
tərəfə  qaçmışdı.  Dostməhəmməd  Çəhçəheyi  onu  təqib  edib  tutur. 
Onu və İmamqulu mirzəni Kəlata gətirir. Nadir şahın övladlarını və 
nəvələrini  Kəlatda  öldürüb,  Şahrux  mirzəni  Məşhədə  gətirirlər. 
Əliqulu  xanın  fikri  oydu  ki,  əgər  xal  qonu  şahlığa  qəbul  eləsə 
Şahrux  mirzəni  öldürsün,  əgər  qəbul  etməsə  onu  şahlığa  çatdırıb, 
özü hakimiyyəti ələ keçirsin. 
Əliqulu xan 1747-ci il iyun ayının 6-da Adil şah adı ilə İranın 
padşahlıq taxtında əyləşdi. Özündən kiçik qardaşı İbrahim (Məhəm-
mədəli)  xanı  İsfəhanda  olmaqla  Azərbaycan  və  İraqa  hakim  təyin 
etdi.  İbrahim  xan  Azərbbaycan  hakimi  Əmiraslan  xanla  birləşib 
qiyama  qalxdılar.  Adil  şah  75  min  nəfərlik  qoşun  tərtib  edib  İbra-
him  xanın  üstünə  getdi.  Zəncanla  Sultaniyyə  arasında  iki  qardaş 
vuruşdular. Adil şahın ordusu İbrahim xanın tərəfinə keçdi. Adil şah 
Tehrana  qaçdı.  Tehranın  hakimi  Mirzə  Möhsün  xan  Adil  şahı 
İbrahim  xanın  adamlarına  təhvil  verdi.  Onlar  yoldaca  Adil  şahın 
gözlərini  çıxardılar.  İbrahim  xan  qardaşını  zindana  atdırdı.  Özünü 
şah  elan  etdi.  Qardaşı  Hüseyn  bəyi  Xorasana  hakim  təyin  etdi. 
Şahrux mirzənin yanına adam göndərdi. Bildirdi ki, əgər vərəsəliyə 
görə Şahrux şah olmaq istəsə biz hamımız ona itaət etməyə hazırıq. 


 
205 
Buna  görə  də  səltənətdə  əyləşmək  üçün  Isfahan  və  İrana  gəlsin, 
şahlı tacını başına qoysun. İbrahim xanın bu işdə məqsədi o idi ki, 
Xorasanda  olan  xəzinəni  aparsın.  Xorasan  əhalisini  öz  tərəfinə 
çəksin və sonra Şahruxu ortadan götürsün. 
Hüseyn  bəy  Xorasana  gələndən  sonra  Xorasanın  görkəmli 
adamları, əhali və Xorasan kürdləri dedilər ki, əgə İbrahim xan düz 
deyirsə, Şahruxun İraqdan İbrahim xanın yanına getməsinə ehtiyac 
yoxdur, elə Xorasand şahlığa keçsin. 
Buna  görə  də  Məşhəd  əhalisi,  Xorasan  oymaq  başçıları  şah-
zadə Şahruxla birləşib onu ərkdən kənara çıxardılar. Şahrux şahlığı 
qəbul etmədi. Xanlar və başçılar İmam Rza türbəsinin həyətində bir 
Şura məclisi təşkil edib, hamısı and içdilər, əhd-peyman bağladılar, 
ona beyət etdilər. O da çarəsiz qalıb şahlığı qəbul etdi. H. 1161-ci il 
şəvval ayının 9-da Məşhəddə irsi olaraq şahlığa keçdi, öz vərəsəlik 
haqqına nail oldu. «Sultan-əzəm» şahlığa gəlməsinin maddeyi-tarixi 
oldu. 
İbrahim xan Şahruxun şahlığını eşitdikdən sonra h. 1161-ci il 
zilhiccə ayının 17-də, iki ay 8 gün sonra Təbrizdə Şahruxun əleyhi-
nə  çıxdı,  özü  şahlıq  taxtında  oturub  şahlıq  sikkəsini  öz  adına  vur-
durdu, qardaşı kimi dövlət malını istədiyi adamlara bağışladı. Yara-
maz  adamları  vəzifə  və  mal-döılətə  çatdırdı.  Beləliklə,  bir  dəstəni 
özü ilə yoldaş edib, 35 min nəfər toplayıb, Qumdan keçib Xorasana 
getdi. Mehdi  xan  Əfşarı Təbrizdə  vali  qoyub,  35  minlik  qoşunu da 
ona tapşırdı. 
İbrahim  xan  çadır,  binə,  zəncirlənmiş  kor  qardaşı  Əli  şahı 
götürüb, Xorasana  yollandı. Simnan yaxınlığında Sərxədə qoşunun 
bir  hissəsi  gedib,  Şahruxla  birləşdi,  bir  hissəsi  də  öz  yerlərinə 
getdilər.  İbrahim  xan  öz  əfqan  dəstəsilə  Quma  qayıtdı.  Məşhəd 
mütəvvəllisi  Mir  Seyid  Məhəmməd  Qumda  təmir  işilə  məşğul  idi. 
Qum  əhalisinin  köməyi ilə  şəhərin  darvazalarına  bağlayıb,  İbrahim 
xanı  şəhərdə  buraxmadılar.  Əfqan  sərkərdələri  Allahyar  xan  və 
Şahin xana sifariş göndərdilər ki, şahı tutub, bizə verin, özünüz hara 
gedirsizsə,  gedin.  Lakin  onlar razı olmayıb, şəhəri çapıb, talamağa 
başladılar.  Əldə  elədikləri  qənimətləri  götürüb,  Savə  yolu  ilə 


 
206 
Qəndəhara  getdilər,  yolda  hara  çatdılar  qarət  etdilər,  adamları 
öldürüb,  təxribat  törətdilər.  Mir  Seyid  Məhəmməd  hadisələri—
İbrahimin  qaçmasını  Şahruxa  yazdı.  Əlavə  etdi  ki,  qənimətlər  və 
şahlıq  şeyləri  sizinkidir,  kimə  deyirsiz  ona  da  verək.  Şahrux  ona 
yazdı ki, mən sizi öz əmim və dayağım bilirəm, tezliklə şeyləri də 
götürüb, Məşhədə gəlin. 
Şahrux mirzə 2 oktyabr 1748-ci ildə taxta əyləşdi. 
Ağaməhəmməd xan Xorasanı almaq, avşarların şahlığına son 
qoymaq istəyirdi. 
1796-cı  miladi/1210-cu  hicri  ilində  Ağaməhəmməd  xan 
Tehranda  tacqoyma  mərasimi  keçirdi.  Bundan  sonra  Nadir  şahın 
cəvahirini ələ gətirmək üçün Xorasana getdi. O, dəhşətli işgəncələr-
lə bu cəvahiratın çox hissəsini əldə etdi. Yazırlar ki, bu qədər qiy-
mətli cəvahiratı görərkən o vəcdə gələrək əmr etmişdi ki, dəri süfrə 
sərib  cəvahiratı  onun  üstünə  töksünlər.  O,  hamını  otaqdan  çıxarıb 
cəvahiratın üstünə uzanaraq ağnamağa başlamışdır. 
Sonra  Şahrux  şahı  Tehrana  göndərdi.  Kor  şah  ona  verilmiş 
işgəncələr nəticəsində aldığı yaralardan yolda öldü. 
Şahrux şah Qasım xan Qırxlı-Avşarın qızı, Gövhərnisə xanım 
Məhəmməd qızı, Firudin xan Gürcü qızı, Mirzəxan sultan Cəlayırın 
qızı ilə dünya evinə girmişdi. İmamqulu mirzə, Nəsrulla mirzə, Na-
dir mirzə, Abbas mirzə, Cəlil mirzə, Qəhharqulu mirzə, Yəzdanbəxş 
mirzə  adlı  oğulları,  Gövhərşad  bəyim,  Gülrux  bəyim,  Şahzənən 
bəyim, Qahirnisə bəyim, Kiçik bəyim adlı qızları vardı. 
 
 
İmamqulu mirzə Qırxlı-Avşar 
 
İmamqulu mirzə Məşhəd şəhərində dünyaya pənah gətirmişdi. 
Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
İmamqulu  mirzənin  İsmayıl  mirzə,  Hüseynqulu  mirzə  adlı 
oğulları, Bəyim xanım adlı qızı vardı. 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə