Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə58/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   54   55   56   57   58   59   60   61   ...   91

 
192 
Üçmüədzinin  cənub-qərbində  qəflətən  qoşunu  geriyə  döndərən 
Nadirqulu xan osmanlıları ölüm-dirim savaşına girir. Qəfləti döyüş 
osmanlı qoşununda vahimə yaradır və Nadirqulu xan bu dəfə də tam 
qələbə  qazanır.  Bundan  sonra  Şirvan  və  Tiflis  qalalarındakı  türk 
qarnizonları  ona  döyüşsüz  təslim  olurlar.  1735-ci  ilin  sonlarına 
doğru Qafqaz osmanlı ordularından tamamilə təmizlənir ki, bunu da 
Nadir şahın böyük qələbəsi hesab etmək olar. Burada yerli əhalinin 
osmanlı  türkləri  ilə  mübarizədə  Nadirqulu  xana  göstərdiyi  yardım 
da qeyd olunmalıdır. 
1735-ci ildə başlanmış Gəncə müqaviləsinə görə, Rusiya hələ 
I  Pyotrun  tutduğu  Bakı  və  Dərbənd  şəhərlərini  bu  şərtlə  güzəştə 
getmişdi  ki,  Nadir  Türkiyə  ilə  mübarizəsini  dayandarmayacaq  və 
onunla seperat sülhünə girməyəcəkdi. Lakin Nadirqulu xan bu şərt-
ləri  pozur  və  1736-ci  ildə  osmanlı  Türkiyəsi  ilə  sülh  sazişi  imza-
layır. Sazişə görə, Türkiyə 1722-ci ilə qədər Səfəvi İranına məxsus 
olmuş bütün torpaqları Nadirə qaytarır. Yalnız həmişə sünni Türki-
yəyə  meyili  ilə  seçilmiş Dağıstan  xalqları  itaət  göstərmirlər.  Nadir 
öz qoşunlarını Dağıstana yeridir, böyük əziyyətlə Qazi Qumuqa ge-
dir  və  geri  qayıdır.  Yeni  əldə  olunmuş  Azərbaycan  vilayətlərinin 
hökmranlığı Nadirin qardaşı İbrahim xana tapşırılır. 
Uzun illər ərzində ilk dəfə olaraq Azərbaycanın geniş hüdud-
ları inzibati qaydada bir şəxsin idarəsinə verilir. Artıq Səfəvi İranı-
nın sərhədləri təqribən tamamilə bərpa olunub və qarşıda onun onun 
dağılmış təsərrüfatını dirçəltmək vəzifəsi durur. 
Köhnə Səfəvi sülaləsinin nümayəndələri artıq feodal əyanlara 
və xalq arasında öz nüfüzlarını tamamilə itirmişdilər və ölkəni da-
ğıntıdan  xilas  etmək  iqtidarında  deyildilər.  Nadir  öz  nöqteyi-nəzə-
rindən  yeganə  olaraq  doğru  yola  əl  atmaq,  taxt-tacın  həqiqi  sahibi 
olmaq  istəyir.  Bundan  ötrü  o  yenidən  qədim  türk  qaydasına  görə, 
Muğan düzündə qurultay, bu dəfə böyük qurultay çağırır. Bu qurul-
taya  hərbi,  mülki  və  dini  əyanlara,  şəhər  və  kənd  başçılarını  yığır. 
Buraya  100  minə  yaxın  adam  toplanır.  Bunlardan  ötrü  məscid  və 
bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili 
salınır.  Novruz  bayramı  günü,  1736-ci  ilin  21  martında  Nadirqulu 


 
193 
xan  qurultaya  iştirakçılar  arasından  yeni  şah  seçmək  təklifi  verir. 
Sözlərini  bununla  əsaslandırır  ki,  III  Şah  Abbas  hələ  ki  uşaqdır, 
Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir. 
Azərbaycanın  hərbi  elitası  qızılbaşlar  öz  yüksəlişləri  üçün 
Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin 
dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazını açıq şəkildə yalnız 
Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Ziyadoğlu-Qacar bildirir 
ki,  o  da  sonralar  bunun  müqabilində  öz  malikənələrinin  böyük  bir 
qismini  itirmiş  olur.  Onun  hakimiyyətində  bircə  Gəncə  saxlanır  və 
rütbəsi  də  Gəncə  bəylərbəyi  adlandırılır,  qacarların  çox  hissəsi  isə 
Xorasana sürgün edilir. Şah elan olunması məsələsi ortaya çıxanda, 
Nadir  özünü  zahirən  elə  göstərir  ki,  guya  yorulub,  doğrudan  da 
şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tac-
qoyma  mərasimi  keçirilir.  Hətta  bu  münasibətlə  qurultay  iştirakçı-
larına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır. 
Hakimiyyətin  həqiqi  sahibi  olandan  sonra  da  Nadir  şah  öz 
mövqeyini  müharibələrlə  möhkəmləndirir  və  onun  hərbi  dühası 
həmişə  onun  köməyinə  çatır.  Yer  üzündə  onun  qədər  parlaq  hərbi 
qələbələr  qazanmış  sərkərdələri  barmaqla  saymaq  olar.  Nadir  şah 
yürüşlərə çıxmaqla həm də ölkənin iqtisadiyyatını dirçəltmək, haki-
miyyətdəki  sülalə  dəyişikliyindən  narazı  qalan  qızılbaş  əyanlarını 
varlandırmaqla onları öz tərəfinə çəkmək məqsədi güdürdü. 1737-ci 
ildə  Nadir  şah  üsyana  qalxmış  əfqanlara  qarşı  çıxış  edir  və  həm 
Herat, həm də Qəndəharı tutur. Sonra o, qaçqın əfqanlara sığınacaq 
verən  Hindistana  hücum  çəkir.  Nadirin  qoşunları  müqavimət 
görmədən  Karnala  (Dehlinin  şimal-qərbində)  qədər  gəlib  çıxır  və 
1739-cu ilin 24 fevralında Böyük Monqol sülaləsindən Məhəmməd 
şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutur. Bö-
yük Monqol dövləti üzərinə pula altı milyon rupilik xərac qoyulur. 
Alınmış  hərbi  qənimət  700  milyon  rupi  dəyərində  hesablanırdı. 
Bunun böyük bir hissəsi Kəlata aparılır və Nadir qəniməti ölənəcən 
burada saxlayır. Əvvələr qayda belə idi ki, qiymətli daşlar qızılbaş-
lar arasında bölüşdürülürdü, Nadir bu dəfə həmin qaydanı pozur və 
daş-qaşı özünə  götürür.  Bu da döyüşçülər  arasında narazılıq doğu-


 
194 
rur.  Ödəncin  həmin  qismində  dünyanın  ən  iri  brilyantı  sayılan 
«kuhi-nur»  («nur  dağı»)  adlanan  daş  da  vardı.  Başqa  məşhur 
qiymətli daş da az deyildi. 
Hindistanı  tutduqdan  sonra  Nadir  şah  Sindi  özünə  ğabe  edir 
və Orta Asiyaya yürüş edir. Güclü müqavimətə baxmayaraq, Nadir 
şah 1740-ci ildə Buxara və Xivə xanlıqlarını öz dövlətinin tərkibinə 
qata bilir. 
Tutduğu ölkələrdə silahlı qarnizonlar saxlayan Nadir 1741-ci 
ildə  Dağıstan  üzərinə  yeriyir.  Məsələ  burasında  idi  ki,  Nadir 
Hindistanda  ikən  dağlılar  tabeçilikdən  çıxmışdılar.  Üstəlik  onların 
dəstələri  tez-tez  Dərbənd  və  Şamaxı,  Kaxetiya  və  Car-Balakən 
vilayətləri  üzərinə  hücuma  keçirdilər.  1738-cü  ildə  Manik  kəndi 
yaxınlığındakı döyüşdə Nadir şahın qardaşı İbrahim xanın qoşunları 
dağlıların  birləşmiş  orduları  tərəfindən  məğlubiyyətə  uğradılmış, 
İbrahim xan və Gəncə bəylərbəyi Uğurlu xan Qacar öldürülmüşdü. 
Nadir  şah  özü  də  Dağıstanda  inadlı  müqavimətlə  qarşılaşır. 
Lakin  hər  haldv  1743-cü  ilin  əvvəllərində  bir  neçə  qələbə  qazanır. 
Görünür,  Nadir  Dağıstanda  üzləşdiyi  çətinliklərdən  sonra  özünü 
sındırmamaq üçün üzərində öz adı həkk olunmuş pul da buraxdırır. 
Lakin hər halda o, Dağıstandan geri çəkilməli olur. 
Dağıstanda zəifləmiş nüfuzunu bərpa etmək məqsədi ilə Nadir 
şah  vaxt  itirmədən  Türkiyə  ilə  müharibəyə  girir.  Burada  döyüşlər 
Ərəb İraqını ələ keçirmək üçün aparılır. Lakin bu dəfə də döyüşlər 
gah  bu,  gah  da  o  biri  tərəfin  üstünlüyü  ilə  keçir  və  qələbə  qaza-
nılmır. Bir səbəb də bu idi ki, Nadir öz əleyhinə qalxmış üsyanları 
yatırmaqdan ötrü qoşununun bir hissəsini İrana və onun ətrafındakı 
ölkələrə  göndərmişdi.  1746-ci  ildə  Nadirin  Türkiyə  ilə  bağladığı 
sülh müqaviləsinə görə,  köhnə sərhədlər saxlanılırdı. Elə bu illərdə 
Nadir  şah  Bəhreyn,  Oman  və  Maskat  üzərinə  yürüşlər  də  keçirir. 
Ölkənin  paytaxtını  talan  edilmiş  İsfahandan  Məşhədə  köçürür  və 
şəhərin  yaxınlığındakı  dağın  başında  özünə  Kəlat  adlı  bir  qala  da 
qurdurur.  Nadir  şah  xəzinəsini  burada  saxlayırdı.  Qalanın  tikilməsi 
ağlagəlməz  çətinliklər  yaradır.  Azərbaycan  kəndliləri  buraya  10 
tonlarla ağırlıqda mərmər təbəqələr gətirirdilər. Eyni zamanda Nadir 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə