Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə66/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   62   63   64   65   66   67   68   69   ...   91

 
219 
Məhəmmədqulu xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  məşhur  simalarından  biri  Məhəmmədqulu 
xandır. Nadir şahın qohumu və özəl qvardiyasının rəisi idi. 
Məhəmmədqulu xan Nadir şahın qəsdçilərinə rəhbərlik edirdi. 
 
 
Məhəmmədsaleh xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  məşhur  simalarından  biri  Məhəmmədsaleh 
xandır. Nadir şahın qohumu və saray işləri idarəsinin rəisi idi. 
Məhəmmədsaleh xan Nadir şahın qəsdində iştirak etmişdi. 
 
 
Məhəmmədsəlim xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  ünlü  əmirlərindən  biri  də  Məhəmmədsəlim 
bəydir. Nadir şah Məhəmmədsəlim bəyə xan ünvanı verib, ordusuna 
sərkərdə təyin etmişdi. Taygöz olan Səlim xana sarayda və orduda 
«Əmioğlu» deyirdilər. 
Səlim xan İsfəhanın hakimi təyin edilmişdi. 
 
 
Məhəmmədrza xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  adlı  əmirlərindən  biri  də  Məhəmmədrza 
bəydir.  Məhəmmədrza  bəy  Nadirqulu  xana  xidmət  etmişdi.  Nadir 
şah  olandan  sonra  Məhəmmədrza  bəyi  xan  ünvanı  ilə  ordusuna 
sərkərdə təyin etmişdi. 
Fətəli xan Sistani  yağılıq edəndə onu tutmaq üçün Nadir şah 
Məhəmmədrza xanı göndərmişdi. 
 
 


 
220 
İmamverdi xan Qırxlı-Avşar 
 
Avşar elinin Qırxlı oymağının adlı əmirlərindən biri də İmam-
verdi  bəydir.  Nadir  şahın  bibisioğlu  və  biyutat  naziri  idi.  Şahın 
ailəsini  yürüşlərdə  evlərdə  yerləşdirirdi.  Şəxsi  xəzinəsinə  nəzarət 
edirdi. 
İmamverdi bəy 1150-ci il məhərrəm ayının axırlarında (1737-
ci il mayın sonlarında) şahın ailəsini Sistandan Fəraha gətirmişdi. 
İmamverdi bəy həm də cəsur sərkərdə idi. Üsyançı qəlacailəri 
məğlub  edib  sərkərdələrini  (Məhəmməd  Sultan  Hüseyn  oğlunu, 
Seydal  xanı,  Məhəmməd  Qəlacaini)  tutuqlu  şahın  yanına  göndər-
mişdi. 
İmamverdi bəy şahdan xan ünvanı almışdı. 
Tarixçi  Məhəmməd  Kazım  İmamverdi  xan  haqqında  yazır: 
«Sahib-qran  dörd  qaçağı  öldürməyi  əmr  etdi  və  İmamverdi  xan 
Qırxlıya göstəriş verdi ki, Azərbaycan və Xorasandan on min avşar 
qazisi  götürüb  Aslan  xana  köməyə  yollansın.  Orda  isə  Xorasan 
qoşunu  üç  sutka  ərzində  vuruşurdu  ki,  ölülərdən  təpə  yaranmışdı. 
Zəfər nişanlı qoşunun qırma və barıtı tükənmişdi. Adamyeyənlərin 
qoşunu da yorulmuşdu. Bəzi yaralılar dağa və səhraya qaçıb dağıl-
mışdılar.  Təqribən  20  minə  yaxın  olan  yeni  gələnlər  döyüşə  qatıl-
dılar".  Tarixçi  daha  sonra  yazır:  "Bu  beş  gün  ərzində  əmir  Aslan 
xan və İmamverdi xan gah dağa, gah vadiyə yollanır, o tayfadan bir 
nişan  tapmırdılar.  Sonda  bu  haqda  dünyanın  fatehi  olan  hökmdara 
məlumat verdilər və onlara dönmək razılığı verildi. Zikr edilən xan-
lar  böyük  şan-şərəflə  dünyanı  bəzəyən  saraya  döndülər  və  diqqət, 
hüsn-təvöcceyə  nail  oldular.  Bu  hadisə  bütün  Hindistanda  seçkin 
təbəqə və sadə xalqın arasında yayıldı". 
İmamverdi xanın İmamqulu xan adlı oğlu vardı. 
 
 


 
221 
İmamqulu xan Qırxlı-Avşar 
 
İmamqulu  xan  İmamverdi  xan  oğlu  Xorasan  əyalətində, 
Əbivərd ətrafında doğulmuşdu. Öncə Nadir şaha, sonra Şahrux şaha 
xidmət etmişdi. 
İmamqulu xanın Məhəmmədhüseyn xan adlı oğlu vardı. 
 
 
Məhəmmədhüseyn xan Qırxlı-Avşar 
 
Məhəmmədhüseyn xan İmamqulu xan oğlu Xorasan əyalətin-
də  dünyaya  gəlmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Sarayda 
çalışmışdı. 
Məhəmmədhüseyn xanın İmamqulu xan adlı oğlu vardı. 
 
 
II İmamqulu xan Qırxlı-Avşar 
 
İmamqulu  xan  Məhəmmədhüseyn  xan  oğlu  Xorasan  yö-
rəsində dünyaya göz açmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. 
İmamqulu xan Söhrab xan adlı oğlu vardı. 
 
 
Söhrab xan Qırxlı-Avşar 
 
Söhrab xan Məşhəd şəhərində dünyaya göz açmışdı. Mükəm-
məl mədrəsə təhsili almışdı. 
Söhrab xanın Kəyumərs xan adlı oğlu var. 
 
 


 
222 
Kəyumərs xan Qırxlı-Avşar 
 
Kəyumərs xan Söhrab 
xan oğlu Məşhəd şəhərində 
dünyanı tanıyıb. Universitet 
təhsili  alıb.  Firdovsi  adına 
Məşhəd  universitetində  ta-
rix  fakültəsinin  professo-
rudur. 
 
 
 
 
 
Allahverdi xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  tanınmış  əmirlərindən  biri  də  Allahverdi 
xandır.  Allahverdi  xan  Nadir  şaha  xidmət  etmişdi.  Rusiyaya  elçi 
getmişdi. 
Allahverdi  xan  1744-cü  ildə  Farsda  qiyam  qaldırın  vali  Tağı 
xana  qarşı  qoşun  çəkmişdi.  Tağı  xanın  yanına  elçi  göndərib  itaətə 
gəlməsini  istədi.  O,  rədd  edib  Şirazın  müdafiəsini  möhkəmlətdi. 
Müdafiəçilərdən biri, Hacı Məhəmməd bəy Allahverdi xanın yanına 
gəlib  zəif  yerləri  göstərdi.  İyunun  21-də  Allahverdi  xan  hücuma 
keçdi.  Tağı  xan  oğlu  Məhəmmədrza  xanla  bərabər  Şirazdan  qaç-
dılar.  Bir  az  gəzib-dolaşandan  sonra  kürdlər  onu  tutub  Allahverdi 
xana verdilər. Allahverdi xan onu Nadir şahın yanına apardı. 
Allahverdi xan 1746-cı ildə Əliqulu xan, Sarı xan və Şahqulu 
xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar 
qiyamı yatırmışdılar. 
 
 


 
223 
Məhəmmədəli xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  ünlü  əmirlərindən  biri  də  Məhəmmədəli 
bəydir.  Məhəmmədəli  bəy  1738-ci  ildə  Bəlucistana  yürüş  edən 
avşar  qoşununa  yardımçı  göndərilmişdi.  Məhəmmədəli  bəy  Fətəli 
xan Kosaəhmədli ilə Nadir şahın tapşırığını yerinə yetirdi. Nadir şah 
Əsləməş xanı çıxarıb yerinə Məhəmmədəli bəylə Fətəli xanı qoydu. 
Nadir  şah  Məhəmmədəli  bəyə  xan  ünvanı  verib,  ordusuna 
sərkərdə təyin etmişdi. 
Məhəmmədəli  xan  1740-cı  ildə  yanvarın  28-də  Dərbəndə 
hakim  təyin  etmişdi.  Məhəmmədəli  xan  orda  üsyançı  yalançı  Sam 
mirzəyə və dağlılara qarşı vuruşmuşdu. 
Məhəmmədəli xan osmanlı savaşında bütün Nadir ordusunun 
sərdarı (komandanı) təyin olunmuşdu. 
Məhəmmədəli  xan  1743-cü  ilin  20  sentyabrında  Dəşti-Qıp-
çaqda qaraqalpaq və kalmıqlarla vuruşmuşdu. Baslu xanla bir neçə 
dəfə döyüş meydanlarında qarşılaşmışdı. 
Məhəmmədəli  xan  Sırdəryanın  kənarında  Azadabadi-Nadiri 
adlı qala tikdirmişdi. 
Luristanda Mir Alim xan Xuzeymənin başçılığı altında üsyan 
baş vermişdi. Nadir şah Məhəmmədəli xanı üsyanı  yatırmağa gön-
dərdi.  Məhəmmədəli  xan  lurlarla  mübarizədə  məğlub  oldu.  Nadir 
şah məğlubiyyəti Məhəmmədəli xana bağışlamadı. 
 
 
Məhəmmədhüseyn xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  tanınmış  əmirlərindən  biri  də  Məhəmməd-
hüseyn  xandır.  Məhəmmədhüseyn  xan  Nadir  şaha  xidmət  etmişdi. 
Rusiyaya elçi getmişdi. Nadir şah onu Xorasandakı Xaf və Bahərza 
vilayətlərinə hakim təyin edilmişdi. 
Məhəmmədhüseyn xan İbrahim xan Zəhirəddövlə ilə qiyamçı 
kürdlərin üstünə göndərmişdi. Onlar süstlük göstərib, Yüzbaşı qala-
sına  sığınmışdılar.  Nadirqulu  xan  qışın  soyuğuna,  buzlağa  baxma-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə