Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747)



Yüklə 135,19 Kb.

tarix16.11.2017
ölçüsü135,19 Kb.


Azərbaycan Nadir şah imperiyasının tərkibində (1736-1747) 

 

 

 

 

Muğan (Suqovuşan) qrultayı. Nadir şah Əfşar imperiyasının yaranması (1736) 



Əfqanları  zərərsizləşdirdikdən,  Osmanlı  və  Rusiya  dövlətləri  tərəfindən  zəbt  olunmuş  əraziləri  geri 

qaytardıqdan  və  bununla  da  bütün  Səfəvi  ərazisində  nəzarəti  ələ  aldıqdan  sonra  Nadir  xan  Əfşar  bütün  diqqətini 

hakimiyyət məsələsi üzərində cəmləşdirdi. Nadir xan Səfəvilər dövlətində naibüssəltənə (səltənət vəkili) adlansa da, 

əslində,  real  hakimiyyət  onun  əlində  idi.  Hakimiyyəti  rəsmən  ələ  keçirmək  üçün  və  özünü  şah  elan  etmək  üçün 

Nadir  xan  1736-cı  ilin  mart  ayında  Muğan  düzünə, 

Kürlə  Arazın  qovuşduğu  yerdə    Muğan  (Suqovuşan) 



qurultayı  çağırdı. 

Suqovuşan  qurultayında  taxta  kimin  sahib  olması  məsələsi  müzakirəyə  çıxarıldı.  Uzunsürən 

müzakirələrdən sonra qurultay iştirakçıları Nadirin şah seçilməsinə razı oldular. 

Beləliklə, 

Suqavuşan  qurultayı nəticəsində:

 



 

Nadir xan özünü şah elan etdi,

 Əfşarlar dövləti yarandı.

 



 



Səfəvilərin sülaləsinin hakimiyyətinə son qoyuldu. 

Suqovuşan qurultayında aşağıdakı  Azərbaycan feodalları Nadirin şah seçilməsinə  qarşı çıxdılar: 

 

   Ziyadoğlu kimi tanınan Gəncə bəylərbəyi. 



 

   Qarabağın  - Otuzikilər, Kəbirli və Cavanşir tayfalarının başçıları

Nadir şah ona sadiq qalan feodal əyanları öz  vəzifələrində saxladı. Lakin Nadirin şah seçilməsinə  qarşı çıxan 

feodalları cəzalandırmaq məqsədi ilə şah onlara qarşı sonralar 

Azərbaycanın gələcək tarixi üçün uğursuz addımlar 

olan 


aşağıdakı tədbirləri həyata keçirdi: 

 



Həmin Azərbaycan feodallarının başçıları,  ailələri  ilə birlikdə Xorasana sürgün edildi. 

 



Gəncə  bəylərbəyinə  daxil  olan  Borçalı    Qazax  mahalları  o  zaman  Nadir  şahdan  vassal  asılılığında 

olan Kartli-Kaxetiya hakiminin tabeliyinə verildi



. 

 



Qarabağ    bəylərbəyinə  tabe  olan  məlikliklər 

(Vərəndə,  Çiləbörd,  Gülüstan,  Dizaq,  Xaçın) 

onun 


tabeliyindən çıxarılaraq şahın idarəsinə verildi.

 

 



 

 

Nadir şah Əfşar  

 

 

 

 

 

 

Əfşar imperiyasının 

bayrağı və gerbi 

 

 

 

 

Nadir şahın 

kəsdirdiyi pul 

 

Nadir şahın Əfqanıstana və Hindistana yürüşü 



Nadir şahın Mərkəzi Asiyaya yürüşü 

Nadir şah imperiyasının sərhədləri 

Vassal ərazilər 

Qalalar 


Mühüm döyüşlər 

NADİR ŞAH ƏFŞAR İMPERİYASI  

(1736-1747) 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nadir şahın daxili siyasəti 

Nadir şah ölkədə mərkəzləşmiş dövlət yaratmaq üçün bir sıra  tədbirlər -  islahatlar həyata keçirdi: 



 



İdarə aparatında bir sıra ali vəzifələr, o cümlədən baş vəzir, sədr-əzəm vəzifəsi ləğv edildi. 



 



Şahın hakimiyyətini qəbul etmiş hakimlərə nəzarət üçün onların yanına xüsusi naiblər təyin olundu. 



 



Dövlət dörd əyalətə (Azərbaycan, Əcəm İraqı, Xorasan və Fars vilayətlərinə) bölündü. 



 



Səfəvilər  dövründə  mövcud  olan  Şirvan,  Qarabağ,  Çuxursəd    Təbriz  bəylərbəyiliklərini  ləğv  edərək 

paytaxtı Təbriz olan vahid inzibati bölgü yaradıldı. 

İbrahim 

xanı buraya başçı təyin edildi. 



 



Vergi islahatı keçirildi.

 Vergi toplanması işini  qaydaya salmaq  üçün   vəzifə bölgüsü aparıldı. Bu işə  

ciddi  nəzarət  dövlətin  gəlirini  xeyli  artırdı.  Belə  ki,  xalqdan  toplanılan  vəsait  indi  ayrı-ayrı  adamlar 

tərəfindən mənimsənilmədən xəzinəyə daxil edilirdi. Xəzinəyə daxil olan vergilərin  çox hissəsi ordunun 

saxlanılmasına  xərclənirdi. 



 



Həyata keçirilən hərbi islahat nəticəsində güclü ordu yaradıldı. 



 



Rəiyyəti (kəndliləri) hərbi qulluğa çağırıldı. 



 



Ruhanilərin var-dövləti dövlət xəzinəsi üçün müsadirə etdi.

 

Nadir şahın daxili siyasəti nəticəsində: 

 

Mərkəzi hakimiyyəti gücləndi. 



 

Ayrı-ayrı tayfa başçılarının mövqeyi zəiflədi. 



 

 

 

 

 

 

 

 

 

 

Nadir şahın güclü ordu yaratması 

Nadir  şah  qoşunların  formalaşdırılmasında  Səfəvi  dövlətinə  aid  olan  bir  sıra  xüsusiyyətləri  qoruyub 

saxlamaqla yanaşı ciddi yeniliklər etdi. Orduda yüngül artilleriyanın (zənburəklərin) istifadəsi genişləndirildi. Nadir 

şahın qoşunlarının aparıcı hissəsini süvari qoşun təşkil edirdi.  

Dövlətin şimaldan və cənubdan, eyni zamanda dənizdən təhlükəsizliyini təmin etmək üçün İran körfəzində və 

Xəzər dənizində hərbi donanma

 yaratmaq qərara alındı. Bu məqsədlə İngiltərə, Hollandiya və Rusiya ilə danışıqlar 

aparıldı.  Lakin  bölgədə  gələcək  işğalçı  planlarını  həyata  keçirmək  istəyən  Avropa  dövlətləri  Nadir  şahın  bu 

təşəbbüsü həyata keçirməsinə mane olmağa çalışırdılar. Osmanlı dövləti ilə yeni müharibənin başlanması Nadir şahı 

İran körfəzində hərbi dəniz donanması yaratmaq təşəbbüsünü təxirə salmağa məcbur etdi. Buna baxmayaraq, Nadir 

şah  hərbi-dəniz  donanması  yaratmaq  təşəbbüsünü  sonralar

  da  davam  etdirdi.  O,  həm  hərbi  gəmilər  düzəldilməsi, 



Kəbirli

lər 

 

Otuzikilər

 

Cavanşirlilər 

 

Ziyadoğlular 



 

Nadir xanın şah seçilməsinə razı olmayan Azərbaycan feodalları 

 

Nadir  xan  Səfəvilər  dövlətində  rəhbərlik  etsə  də,  qanuni 

dövlət  rəhbəri  deyildi.    Dağıstan  yürüşündən  sonra  o 

özünü  qanuni  dövlət  rəhbəri  elan  etmək  üçün  Muğan 

qurultayının  keçirilməsi  üşün  böyük  təşkilatçılıq  işləri 

apardı.  Qurultaya  şoxlu  sayda  adam  dəvət  olunduğu 

üçün  təyin  olunmuş  məntəqədə  12  min  çadır  quruldu. 

1736-cı  il  fevralın  14-də  Muğan  düzünə  toplaşanlar 

Ramazan    bayramını    qeyd    etdilər.    Səhəri    gün    bütün 

iştirakçılar  onlar  üçün  ayrılmış  meydana  toplaşdılar. 

Qurultayda  tərəfdarlarının  çoxluğuna  nail  olan  Nadir 

xan şah elan olundu. 

 

 

       Nadir şahın yaratdığı dövlət Səfəvilər dövlətindən fərqli olaraq, dini yox, dünyəvi dövlət idi. Nadir şah 



din xadimlərinin dövlət işlərinə müdaxiləsinin qarşısını almaqla yanaşı, özünə sərvət toplayan dindarlara 

qarşı  tədbirlər  həyata  keçirdi.  Məlumatlara  görə,  Nadir  şah  taxt-taca  sahib  olandan  sonra  yüksək 

məqamlara malik olan din xadimlərini toplayıb onlardan sərvətlərini necə əldə etdiklərini soruşmuş, onları 

dinlədikdən sonra əmr etmişdi ki, ruhanilərin var-dövləti dövlət xəzinəsi üçün müsadirə edilsin. Nadir şah 

islamda  sünni  və  şiə  məzhəblərinə  parçalanmanın  da  əleyhinə  idi.  Nadir  şah  Quranla yanaşı,  İncilin  və 

Tövratın da tərcümə edilməsinə göstəriş vermişdi. 

 

 




həm  də  donanma  mütəxəssislərinin  yetişdirilməsi  üçün  bir  sıra  tədbirlər  gördü.  Bunun  üçün  Xəzərdə  gəmiçilik 

zavodu tikdirdi. Onun səyi ilə top istehsal edən zavodlar inşa edildi.  

Beləliklə, Nadir şahın hərbi islahatları nəticəsində  güclü ordu yaradıldı. Məhz Nadir şahın  hərbi səfərlərdə 

uğurlar əldə etməsinin səbəblərindən biri də onun güclü ordu yaratması idi. 

Nadir şahın islahatları nəticəsində dövlət xeyli gücləndi. Lakin ölkədə vergi və mükəlləfiyyətlərin son dərəcə 

artırılması  əhalini  var-yoxdan  çıxartdı.  Şahın  əmri  ilə  rəiyyət  hərbi  qulluğa  çağırılırdı.  Nadir  şahın  sənətkar  və 



tacirləri  Xorasana  köçürməsi  Azərbaycanın  şəhər  həyatına  ağır  zərbə  vurdu.  Nəticədə  XVIII  əsrin  30-40-cı 

illərində Azərbaycanın təsərrüfat həyatı tənəzzülə uğradı  və mövcud hakimiyyətə qarşı çıxışlar baş verdi. 

 

 

        Əfşar imperiyasının döyüşçüsü: piyada, bayraqdar, süvari və zənburək 



 

 

Tarixçilər  Nadir  şahı  Napoleonla  müqayisə  edirlər.  Napoleon  özü  də  Nadir  şahın  sərkərdəlik 

istedadı haqqında bu fikirləri söyləmişdir: “Nadir şah böyük döyüşçü idi, böyük qüdrət sahibi ola 

bilmişdi,  ixtişaş  yaradan  fitnəkarları,  düşmən  qoşunlarını  vahiməyə  salırdı.  O,  Vətəninin 

düşmənlərinə qənim kəsildi və ölkəsinə iftixarla padşahlıq etdi”.

 

 

 

 



 

 

 



Azərbaycanın şimal-şərqində Nadirə  qarşı ilk üsyanlar (1734-1735) 

XVIII əsrin 30-cu illərinin ortalarında  vergilərin ağırlığı  və  feodal zülmü 

Azərbaycanda xalqın vəziyyətinin ağırlaşmasına səbəb oldu. Nadir şahın köçürmə 

və  vergi  siyasəti  əhali  tərəfindən  böyük  narazılıqla  qarşılanmışdı. 

Mövcud 


hakimiyyətə  qarşı  çıxışlar  artırdı. 

Nadir  şaha  qarşı  çıxışlar  əsasən  onun  digər 

ərazilərə  yürüşü  zamanı  baş  verirdi.  Müqavimət  göstərə  bilməyənlər  isə  daimi 

yaşayış yerlərini tərk edir, qonşu bölgələrə köçüb gedirdilər.  Məhz buna görə də 

torpağı becərməyə və orduya çağırmağa adam tapılmırdı. Nadir şah qaçanları tutub 

cəzalandırmağı və 

əvvəlki yaşayış yerlərinə qaytarmağı əmr etmişdi. 

Nadirə  qarşı  üsyanlar  ilk  dəfə  hələ 

Səfəvilər  dövlətinin  mövcud  olduğu



 

dövrdə, 1734-cü ildə Astaranın yoxsul kəndliləri  tərəfindən 

baş vermişdi

. Eyni 


ildə 

Şəki vilayətindəki Göynük mahalına daxil olan 

Biləcik kəndinin əhalisi də 

üsyana  başlamışdı.

  Üsyançılara  Göynük  mahalının  digər  kəndləri  Car    Tala 

kəndlərinin sakinləri də qoşulmuşdu. Kəndli dəstələri Səfəvi məmurları və keşikçi 

dəstələrinin üzərinə hücum etmişdilər. 

 

Vergi toplanması işində vəzifə 



bölgüsü apardı 

Nadir şah 

Əfşarın 

tədbirləri 

 

Ruhanilərin əmlakını dövlət 

xəzinəsi üçün müsadirə etdi

 

Vahid inzibati bölgü 



yaratdı 

 

İdarə aparatında bir sıra ali 



vəzifələri ləğv etdi 

 

Rəiyyəti – kəndlilər hərbi 

qulluğa çağırdı 

 

Gəmiçilik və top istehsal edən 



zavodlar inşa etdirdi

 

 

 



Car və Tala əhalisinin 

istehkamlarından biri  - 

Cingöz qalası

 

 



 


1735-ci ilin fevralında Nadir xan üsyanı  yatırmaq  üçün  oraya böyük cəza 

dəstəsi  göndərdi.  Nəticədə 

üsyan  yatırıldı, 

Car  və  Tala  sakinlərindən  160  nəfər 

girov  götürüldü. 

Sonra  şahın  cəza  dəstələri  Dərbəndə  qədər  olan  əraziləri 

hakimiyyət əleyhinə olan qüvvələrdən təmizləyə bildi. 

Şirvan üsyanı yatırılsa da, ümumən Azərbaycanda xalq hərəkatı sarsılmadı. 

Həmin  dövrdə  Şamaxıda  daha  böyük  üsyan  baş  verdiyindən  Nadir  şah    1734-cü 

ildə Şamaxıya hücum etdi.  Nadir xan öz qoşunu ilə Şamaxıya yaxınlaşanda, şəhər 

əhalisi  ona  müqavimət  göstərdi.  Bundan  qəzəblənmiş  Nadir  xan  Şamaxını  ələ 



keçirdikdən sonra şəhəri yandıraraq darmadağın etdi, əhalisinin isə köçürülməsi 

əmrini verdi. Beləliklə, 1735-ci ildə Şamaxı şəhəri yaxınlığında yeni Ağsu (Yeni 

Şamaxı)  şəhərinin  əsası  qoyuldu.  Bu  dövrdən  etibarən  Ağsu  şəhəri  Şirvan 

hakimlərinin iqamətgahı oldu. 

 

 

 



 

Nadir şaha qarşı Car üsyanı (1738-1741) 

Ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məqsədilə Nadir şah uğurlu hərbi yürüşlər 

həyata  keçirməyi  nəzərdə  tutmuşdu.  Hərbi  yürüşlərdən  əldə  edilmiş  qənimət  və  sərvət  xalqın  rifahı  üçün  sərf 

edilməli  idi.  Digər  tərəfdən  hərbi  yürüşləri  həyata  keçirmək  üçün  külli  miqdarda  pul  vəsaiti  lazım  idi.  Nadir  şah 

həmin vəsaitin əldə olunması üçün əhalidən yığılan vergini pulla əvəz edərək vəziyyətdən çıxmaq istəsə də, buna 

nail ola bilmədi. Bu addım kəndlilərin daha da var-yoxdan çıxmasına və Nadirə, eləcə də mərkəzi hakimiyyətə qarşı 

yenidən mübarizəyə qalxmasına səbəb oldu. 

Nadir  şah  1737-ci  ildə  böyük  ordu  ilə  Mərkəzi  Asiyaya  və  Hindistana  yürüş  etdi.  Nadir  şahın  ölkədə 

olmamasından istifadə edən Azərbaycanın şimal-qərb bölgəsinin əhalisi 1738-ci ildə yenidən üsyan etdi. Ən böyük 

üsyan  Carda  (hazırkı  Zaqatala  rayonunun  ərazisində)  baş  verdi. 

Car  üsyançıları  Dağıstandan    kömək  aldılar. 

Üsyanı  yatırmaq üçün  Nadir şahın qardaşı,  Azərbaycan bəylərbəyi    İbrahim  xan    böyük ordu ilə  buraya  gəlsədə 

qanlı döyüş nəticəsində - xanın qouşun məğlub edildi və İbrahim xan  ölümcül yaralandı. 

Cənubi  Qafqazı  itirməkdən  ehtiyat  edən  Nadir  şah  1741-ci  ilin  yazında  Mərkəzi  Asiyaya  səfərini  başa 

çatdıraraq üsyançılara qarşı yürüşə özü başçılıq etdi və Car üsyanını böyük çətinliklə yatırdı.

 

 



Şirvanda  I Sam Mirzə üsyanı  (1743) 

1743-cü  ilin  əvvəllərində    Şirvanda  Nadir  şaha  qarşı  başlanmış  üsyanlar  geniş  vüsət  aldı.  Belə  bir  şəraitdə 

özlərini  Səfəvi  şahzadələri  yəni  II  Təhmasibin  oğulları  kimi  təqdim  edən  yalançı  şahzadələr  –  I,  II,  III  Sam  



Mirzələr meydana çıxdılar. 

Əhalinin  vəziyyətinin  pisləşməsi  Səfəvi  dövlətinin  bərpası  meyillərinin  güclənməsinə  səbəb  olmuşdu.  Xalq 

Səfəvilər sülaləsinin yenidən hakimiyyətə qayıtması ilə vəziyyətin yaxşılaşacağına ümid edirdi. Şirvanda Nadir şah 

hökmranlığına qarşı yönəlmiş üsyan «əsl hökmdar» ideyası altında gedirdi. 

Əhali Əfşar sülaləsinin hökmranlığından 

narazı olduğu  üçün  yalançı  şahzadəni  –  I  Sam Mirzəni  müdafiə  etdi.

  1743-cü  ildə  I  Sam  Mirzə  qısa  bir  müddət 

ərzində  böyük  dəstə  toplayaraq  Əfşarlar  dövlətinə  qarşı  üsyan  qaldırdı.  Bəzi  kiçik  feodallar  da  üsyançılara 

qoşuldular. 

I Sam Mirzəyə Qazıqumuxlu Surxay xan kömək etmək  üçün öz dəstəsilə onun düşərgəsinə  gəlmiş və 

onlar    birlikdə  Yeni  Şamaxıya  –  Ağsuya    50  min  nəfərlik  qoşunla  hücum  etdərək  şəhəri  tutmuşdular. 

I  Sam 


Mirzənin xalqı vergilərdən azad etmək vədi onun xalq arasında nüfuzunu artırmışdı. 

1743-cü  ildə  Nadir  şah  Şirvanda  I  Sam  Mirzə  üsyanını  yatırmaq  üçün  oğlu  Nəsrullah  Mirzəni  I    Sam 

Mirzəyə qarşı ordu ilə Şamaxıya göndərdi. 1743-cü ildə Nəsrullah Mirzənin başçılığı altında şah ordusu ilə I Sam 

Mirzə arasında Şamaxı yaxınlığında Şirvan düzənliyində həlledici döyüş baş verdi. Döyüş nəticəsində: 

 



I  Sam Mirzənin qoşunu darmadağın edildi. 

 



Nəsrullah Mirzə Şamaxıda  Nadir  şah idarə üsulunu bərpa etdi. 

 

 



 

Nadir şah əleyhinə üsyanların səbəbləri 

 

 

 



 

 

 



Nadir şahın ağır vergi siyasəti

 

 

 

 

 

 

Yerli feodallların  zülmü 

 

 

 

 

 

 

 

Ağsu şəhərində «Xaraba 



şəhər»in qalıqları 

 



Şirvanda II Sam Mirzə üsyanı (1743) 

I Sam Mirzə üsyanının yatırılmasına baxmayaraq  Şirvanda Nadir şah əleyhinə mübarizə zəifləmədi. 



1743-cü 

ilin  sonlarında  xalq  hərəkatına  Ərdəbildən  Şirvana  gəlmiş  II  Sam  Mirzə    başçılıq    etməyə  başladı. 

Bu  zaman 

Ağsudan  Dərbəndə  qədər  olan  bütün  ərazilər  hələ  də  üsyançıların  əlində  idi.  Şirvan  üsyançıları  Ağsu  şəhərini 

tutdular, şahın vergi toplayanlarını qovub, oraya özünü yeni «Səfəvi şahzadəsi» kimi qələmə verən II Sam Mirzəni 

dəvət  etdilər. 

Şamaxılıların  bu  qələbəsi  şimal-şərqi  Azərbaycanda  əhalini  mübarizəyə  ruhlandırdı.

 

II  Sam  Mirzə 



Yeni Şamaxıya - Ağsuya gələn kimi xalqın rəğbətini qazanmaq məqsədi ilə bir sıra tədbir həyata keçirdi:

 



 

Ağır verigləri ləğv etdi. 



 



Əhalidən az miqdarda vergi toplanması barədə göstəriş  verdi. 

Bu  tədbirlər  üsyanın  genişlənməsinə  səbəb  oldu.  Şirvan  üsyanı  geniş  vüsət  alaraq  Xəzər  sahillərindən 

Gəncəyədək böyük bir ərazini əhatə etdi.  

Bu zaman Osmanlı dövləti ilə müharibə aparan Nadir şah Şirvanda 

olan hadisələrdən narahat  olduğu  üçün    oğlu Nəsrullah Mirzəni böyük bir 

qoşunla  yenidən  Şirvana  göndərdi. 

Lakin  döyüş  nəticəsində  Nəsrullah 

Mirzə 


 

şirvanlılalarla  döyüşdə  ağır  məğlubiyyətə  uğradı.  Bu 

məğlubiyyətdən sonra Nadir şah təcili tədbirlər görməyə məcbur oldu – şah 

Osmanlı  dövləti  ilə    sülh  müqaviləsi  imzalayıb,  əsas  qüvvələrlə 

Azərbaycandakı üsyaları  yatırtmağı qərara aldı. 

 

Yeni hərbi qüvvələr almış 



Nəsrullah  Mirzənin  qoşunu  1743-cü  ilin 

sonlarında  Ağsu  yaxınlığında  üsyançılarla  döyüşə  girdi.  Ağsu 

yaxınlığında baş vermiş döyüş nəticəsində: 

 

Nəsrullah Mirzə qalib gələrək Şirvan üsyanını yatırdı. 



 

II Sam Mirzə məğlub olaraq Gürcüstana qaçdı. 



 

Ərdəbil və Təbrizdə III Sam Mirzə üsyanı (1747) 

Şirvan  və  Şəki  üsyanlarından  sonra  Azərbaycanda  xalq  kütlələrinin  vəziyyəti  daha  da  pisləşdi.  Xalq 

kütlələrinin  ağır  vəziyyətinə  baxmayaraq,  Nadir  şahın  əhali  üzərinə  yeni  vergilər  qoyulması  haqqında  fərmanlar 

verməsi xalq kütlələrinin yeni silahlı üsyanlara başlaması üçün təkan oldu. 



XVIII əsrin 40-cı illərinin sonlarında Azərbaycanın cənub vilayətlərində güclü üsyanlar başlandı. 

1747-ci 

ildə  Nadir  şah  əleyhinə  Ərdəbil  və  Təbrizdə  baş  verən  üsyana  Səfəvi  hakimiyyətini  bərpa  etmək  uğrunda 

mübarizə aparan III Sam Mirzə başçılıq edirdi. 

III Sam Mirzə şəhərlilərin böyük bir hissəsini öz tərəfinə çəkərək 

silahlı dəstələr yaratdı və onların köməyi  ilə hakimiyyəti ələ aldı.

  Lakin  III  Sam  Mİrzə üsyanı  Nadirin  əmisi  oğlu 

Əmiraslan xan tərəfindən Təbrizdə qətlə yetirildi və üsyan yatırıldı. 

QEYD:

 I Sam Mirzə və II Sam Mirzə üsyanlar arasında müəyyən oxşar cəhətlər var idi: hər iki üsyan eyni 

ildə,  Nadir    şah  idarə  üsuluna  qarşı,  Şirvan  ərazisində  baş  vermişdi,  hər  ikisi  də  Yeni  Şamaxını  –  Ağsunu  tutaraq 

əhalini bəzi vergilərdən azad etmişdi, hər iki üsyan Nadir şahın oğlu Nəsrullah Mirzə tərəfindən yatırılmışdı.



 

I və II 


Sam  Mirzələrdən  fərqli  olaraq  III  Sam  Mirzə  üsyanı  Şirvanda  deyil,  Təbrizdə  və  Ərdəbildə  baş  vermişdi.  Lakin

 

Nadir şaha qarşı baş verən hər üç üsyanın başçıları Səfəvilər dövlətini bərpa etməyə çalışırdılar.



 

 

I  Sam Mirzə üsyanı 



II Sam Mirzə üsyanı 

III Sam Mirzə üsyanı 

 



 



1743-cü ilin əvvəllərində  

Şirvanda Nadir  şaha qarşı xalq 

hərəkatına başçılıq etmişdi 



 



Yeni Şamaxını –Ağsunu tutaraq 

əhalini vergilərdən azad etmişdi 



 



Nəsrullah Mirzənin başçılığı 

altında şah ordusu ilə Şamaxı 

yaxınlığında baş verən döyüşdə 

məğlub olmuşdu 

 



 



1743-cü ilin sonlarında 

Şirvanda Nadir  şaha qarşı xalq 

hərəkatına başçılıq etmişdi 



 



Yeni Şamaxını –Ağsunu tutaraq 

əhalini vergilərdən azad etmişdi 



 



Nəsrullah Mirzənin başçılığı 

altında şah ordusu ilə Ağsu 

yaxınlığında baş verən döyüşdə 

məğlub olmuşdu 

 



 



1747-ci ildə Nadir şah əleyhinə 

Ərdəbildə və Təbrizdə baş 

vermişdi 



 



Səfəvi hakimiyyətini bərpa 

etmək uğrunda mübarizə 

aparırdı 



 



Təbrizdə hakimiyyəti ələ 

almışdı 



 



Əmiraslan xan tərəfindən 

yatırılmışdı 

 

 

 

Məğlub  olaraq  Gürcüstana  qaçan 

II  Sam  Mirzəni  Kartili-Kaxetiya 

çarı  Teymuraz    əsir  alaraq 

Nəsrullah  Mirzənin    düşərgəsinə 

göndərdi.  Nadir  şah  II  Sam 

Mirzənin  tutulmasında  köməyinə 

və  digər  xidmətlərinə  görə  Araqvi 

vilayətini    Teymuraza  hədiyyə 

etdi.  Araqvi  vilayətindən  başq 

Nadir şah  hələ şah  seçilərkən də  

Qazax  və  Borçalı  mahallarınıda 

Kartili-Kaxetiya çarlığına hədiyyə 

etmişdi. 

 



 

 

 

Hacı Çələbinin başçılığı ilə Şəki üsyanı (1743) 

Şirvan  üsyanı  yatırılsa  da,  Azərbaycanda  xalq  hərəkatı  zəifləmədi.  Bu  zaman  Nadir  şahın  hakimiyyəti 

əleyhinə  Şəkidə  üsyan  geniş  vüsət  almışdı.  Şəki  hakimi  Məlik  Nəcəfin  qəddarlığı  və  ağır  vergi  siyasəti  üsyanın 

başlanmasının  başlıca  səbəbi  oldu.  Hələ  1741-ci  ildə  şəkililər  Nadir  şaha  ərizə  yazıb  yerli  hakim  Məlik  Nəcəfin 

özbaşınalığından, vergilərin artırılmasından şikayətlənmişdilər. Nadir şah əhalini sakitləşdirmək üçün Şəkidə böyük 

nüfuzu olan Hacı Çələbini Şəkiyə vəkil təyin etdi. Hacı Çələbi Məlik Nəcəfin əməllərinin qarşısını almağa çalışsa 

da, 

bundan  narahat  olan 



Məlik Nəcəf Hacı  Çələbidən  şaha  şikayət  etdi.  Qəzəblənmiş Nadir şah onların ikisini də 

Dərbənd  yaxınlığındakı  düşərgəsinə  çağırdı  və  Hacı  Çələbinin  asılmasını  əmr  etdi.  Lakin  Hacı  Çələbi  Nadirin 

hüzurunda cəsarətlə Məlik Nəcəfin vergiləri özbaşına artırdığını və xalqı şahdan narazı saldığını bildirdi. 

Hacı Çələbi boynu kəndirdə ola-ola Nadir şahın ittihamına qarşı deyir: «Məlik şahdan hansı tapşırığı alırsa-



alsın  buna  bir  neçə  başqa  tapşırıqlar  da  əlavə  edir».  Nadir  şah  inanır,  öz  əmirlərinə  acıqlanaraq  söyləyir: 

«Hamınız  bunu  bilə-bilə  səsinizi  çıxara  bilmədiyiniz  bir  zamanda  bu  şəkili  Çələbi  boynu  kəndirdə,  məndən 

qorxmayıb  öz  rəyini  bildirdi.  İndi  görəcəksiniz,  o,  yenə  nəsə  bir  iş  törədəcək.  Mən  öz  zənnimdə  heç  vaxt 

yanılmıram».

 

Sonra Nadir şah Hacı Çələbinin sözlərinə inanıb onu bağışladı və hətta vəkillik səlahiyyətini artırdı. 

Şahın  yanından  qayıtdıqdan  sonra  Hacı  Çələbi  Məlik  Nəcəfi  daha  çox  sıxışdırmağa  başladı.  Məlik  Nəcəf 

yenə  ondan  şaha  şikayət  etdi.  Nadir  şah  Hacı  Çələbinin  üzərinə  100  tümən  cərimə  qoydu.  Hacı  Çələbi  cəriməni 

verməkdən boyun qaçırdıqda onu hüzuruna çağırdı. Bu dəfə edamdan yaxa qurtarmayacağını dərk edən Hacı Çələbi 

şahın hüzuruna 

getməkdən imtina etməklə yanaşı, Məlik Nəcəfin iqamətgahına hücum edərək onu öldürtdü və  şahın 

adamlarını  Şəkidən  qovaraq,  1743-cü  ildə  Şəki  vilayətini  müstəqil  xanlıq,  özünü  isə  xan  elan  etdi.  Bununla  da 

Azərbycanda müstəqil dövlətlər olan xanlıqların yaradılmasının əsası qoyuldu.

 

Hacı Çələbinin bu addımı Azərbaycanda mərkəzi hakimiyyətə və Əfşarlar xanədanının hakimiyyətinə qarşı 



mübarizənin yeni mərhələsinin başlanğıcı oldu. Daxili və xarici vəziyyət Nadir şaha qoşunu parçalayıb bir hissəsini 

Şəkiyə  göndərmək imkanı  vermirdi.  Bu zaman  Dərbənd,  Car, Qarabağ, İrəvan bölgələrində  və  dövlətin cənub 

ərazilərində də mərkəzi hakimiyyətə qarşı

 çıxışlar davam edirdi. 

Hacı  Çələbi  xan  tezliklə  Nadir  şahın  ordusunun  Şəkiyə  yürüş  edəcəyini  anladığı  üçün  Şəki  əhalisini 

«Gələsən-görəsən» qalasına  köçürüb, oraya lazımi ərzaq və sursat ehtiyatı topladı. 1744-cü ilin payızında Nadir 

şah Şəkiyə yürüş etsə də heç bir  uğur qazana bilmədi. 

1745-ci  ilin  əvvəllərində  Nadir  şah  yenidən  «Gələsən-görəsən»  qalası  üzərinə  hücum  etdi.  Ancaq  yenə  də 

uğur qazana bilmədi. Bundan qəzəblənən şah Şəki şəhərinə od vurdurdu və qala qarşısında üç min döyüşçü qoyub 

buranı  tərk  etdi.  «Gələsən-görəsən» 

qalası  beş  ay  mühasirədə  qaldığından  1746-cı  ildə  qalada  ərzaq  ehtiyyatı 

tükəndi. Məhs bu səbəbə görə Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə  Nadir şahın  hakimiyyətini tanımağa 

məcbur oldu.  

Lakin Azərbaycanda xalq azadlıq hərəkatı sona çatmadı. 

 

 



                    

 

 

Nadir şaha qarşı baş vermiş üsyanları yatırmağa mane olan

 

amillər

 

 

 

 



 

 

 



Nadirin Osmanlı dövləti ilə müharibə aparması 

 

 



 

 

Üsyanların eyni zamanda baş verməsi



 

 

 



 

 

 



Nadir  şahın  qoşunları  «Gələsən-

görəsən»  qalasını  fasilələrlə  mühasirədə 

saxladı.  Mühasirədə  yaşamaq  şəkililər 

üçün  çətin  olsa  da,  onlar  uzun  müddət 

mübarizə  apardı  və  şaha    sərt  müqavimət 

göstərdilər. Belə  rəvayət edirlər ki, üzbəüz 

duran  qoşunlar  uzaqdan-uzağa,  qışqıra-

qışqıra danışa bilirdilər. Bir dəfə Nadir şah 

özü  danışığa  girir  və  soruşur:  «O  necə 

qaladır ki, onu almaq olmur?» Ona cavab 

verirlər: «Gələsən-görəsən». Elə o vaxtdan 

qala el dilində «Gələsən-görəsən» adlanır. 

 

«Gələsən-görəsən» qalasının qalıqları 



 

 



 

XVIII əsrin 30-40-cı illərində Azərbaycanda Nadir şah əleyhinə üsyanların baş verdiyi ərazilər 

 

 

 



 

Nadir şah imperiyasının süqutu (1747) 

Dövlət  əleyhinə  çıxışlardan  təşvişə  düşən  Nadir  şah  üsyançılara 

qarşı  cəza  dəstəsi  göndərmək  üçün  qüvvə  tapa  bilmirdi.  Dövrün 

üsyanlarının səciyyəvi cəhəti onların  eyni vaxtda başlanması idi. Bu isə 

şah qüvvələrinin parçalanmasına və maddi ehtiyatların tükənməsinə səbəb 

olurdu.  Lakin  üsyanlar  kortəbii  xarakter  daşıyırdı.  Üsyançılar  yaxşı 

təşkilatlana bilməmişdilər. Üsyançıların aydın məqsədlərinin olmaması və 

daxili  ziddiyyətlər  onların  taleyini  əvvəlcədən  həll  edirdi.  Bununla  belə, 

həmin üsyanların böyük tarixi əhəmiyyəti vardı. 

Aramsız  müharibələr,  iqtisadi  vəziyyətin  ağırlığı,  əhalinin  var-

yoxdan  çıxması,  sosial  ziddiyyətlər  Nadir  şah  dövlətini  süquta  doğru 

aparırdı.



 

1747-ci  il  iyunun  19-da  sui-qəsd  nəticəsində  Nadir  şah 

öldürüldü.  Nadir  şahın  ölümündən  sonra  onun  yaratdığı  imperiya    süqut 

etdi. Nadir şahın öldürülməsi  nəticəsində:

 



 



Mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda mübarizə gücləndi.

 



 



İran, Orta Asiya və Qafqazda

, o cümlədən Azərbaycanda müstəqil xanlıqlar meydana gəldi.

 

 

 

XVIII əsrin 30-40-cı illərində Nadir şaha qarşı baş vermiş üsyanların səciyyəvi cəhətləri 

 

 

 

 

 

 

 

 

 

 

İqtisadi vəziyyətin ağırlığı 

 

Aramsız müharibələr 



 

Fasiləsiz üsyanların baş verməsi 

 

Nadir şah dövlətinin süqutunun səbəbləri 

 

Üsyanların 



səciyyəvi 

cəhətləri

 

Daxili ziddiyətlər onların 

taleyini əvvəlcədən həll edirdi

 

Üsyançıların aydın 



məqsədi yox idi

 

Eyni vaxtda 



başlamışdı

 

Əksəriyyəti kortəbii 



xarakter daşıyırdı

 

Üsyançılar məqsədlərinə 



nail ola bilmədilər

 

Üsyanlar 



Car və Tala  

(1737) 

 

 

 



Şamaxı 

(1734) 

 

 

 



 

Şəki  

(1743



 

 

Astara və Biləcik 



(1734) 

 

 



Dərbənd, Qarabağ, 

İrəvan

 

(1743-1744) 

 

 

 



 

Təbriz və Ərdəbil 

(1747) 

 

 

 



 

 

 

Nadir şahın öldürülməsi (N.Nərimanovun 

“Nadir şah” əsərinə çəkilmiş illüstrasiya)

 


 

  

 

 

 

 

 

 

 

 

 

 



XRONOLOGİYA 

 

1734-cü il 

Nadir xana qarşı ilk dəfə Astaranın yoxsul kəndliləri və Şəkinin Biləcik kəndinin əhalisi 

üsyan qaldırdı. 



1734-cü il 

Nadir şah  Şamaxını tutaraq dağıtdı.   



1735-ci il 

Şamaxı şəhəri yaxınlığında yeni Ağsu (Yeni Şamaxı) şəhərinin əsası qoyuldu. 



1735-ci il fevral 

Nadir xanın cəza dəstələri Car, Biləcik, Şamaxı və Astara üsyanlarını yatırdı və Dərbəndə 

qədər olan əraziləri hakimiyyət əleyhinə olan qüvvələrdən təmizləndi. 

1736-cı il  mart 

Suqavuşan    qurultayında  Nadir  xan  özünü  İranın  şahı  elan  etdi.  Səfəvilərin  sülaləsinin 

hakimiyyətinə son qoyuldu. 

1736-1747-ci illər 

  Nadir şah imperiyasının mövcud olması. 



1737-ci il 

  Nadir şahın əmri ilə rəiyyətin hərbi qulluğa çağırıldı. 

1737-1741-ci illər 

  Nadir şah Mərkəzi Asiya və Hindistana yürüş etdi. 

1738-ci il 

Nadir  şahın  ölkədə  olmamasından  istifadə  edən  Azərbaycanın  şimal-qərb  bölgəsinin 

əhalisinin  Nadir  şahın  kakimiyyətinə  qarşı  yenidən  üsyan  qaldırdı.  Nadir  şahın  qardaşı  

İbrahim xan  Car üsyançıları ilə döyüşdə məğlub oldu. 



1741-ci ilin yazı   

Nadir şah Car vilayətinə və Cənubi Dağıstana yürüş edərək üsyanları qismən yatırdı. 



1741-ci il 

  Nadir şah Hacı Çələbini Şəki əyalətinə vəkil təyin etdi. 



1743-cü il 

Hacı  Çələbinin    məlik  Nəcəfi    öldürərək  şahın  adamlarını  Şəkidən  qovdu  və  Şəkini 

vilayətini müstəqil xanlıq, özünü isə xan elan etdi. 

1743-cü ilin əvvəlləri 

Şirvanda Nadir şaha qarşı üsyanlar geniş vüsət aldı. I Sam Mirzə Əfşarlar dövlətinə qarşı 

üsyan qaldırdı. I Sam Mirzə  Yeni Şamaxını tutaraq xalqı bəzi vergilərdən azad etdi. 

1743-cü il 

Nadir şah Şirvanda I Sam Mirzə üsyanını yatırmaq üçün oğlu Nəsrullah Mirzəni I  Sam 

Mirzəyə qarşı ordu ilə Şamaxıya göndərdi. 

1743-cü il 

Nəsrullah  Mirzənin  başçılığı  altında  şah  ordusu  ilə  I  Sam  Mirzə  arasında  Şamaxı 

yaxınlığında  Şirvan düzənliyində  döyüş baş verdi.  I  Sam  Mirzənin qoşunu darmadağın 

edildi. Nəsrullah Mirzə Şamaxıda  Nadir  şah idarə üsulunu bərpa etdi. 



1743-cü ilin sonları 

Şirvanda xalq üsyanına II Sam Mirzə  başçılıq  etməyə başladı. Şirvan üsyançıları Ağsu 

şəhərini tutdular. Nadir şah II Sam Mirzə üsyanını yatırmaq üçün oğlu Nəsrullah Mirzəni 

yenidən - ikinci dəfə  Şamaxıya göndərdi. 

 

Nadir  şah  ölən  zaman  İranda 

Nadirin  ölümünün  baiskarı  –  qardaşı 

oğlu  Əliqulu  xan  Adil  şah  adıyla 

hakimiyyəti  ələ  aldı.  Digər  tərəfdən 

İranda  yenidən  özünü    Səfəvi  xanədanı 

adlandıran 

yalançı 

Sam 

Mirzələr 

meydana  gəldi.  1748-ci  ildə  Adil  şahın 

qardaşı  İbrahim  xan  onu  taxtdan  salıb 

hakimiyyətə  gəldi.  Nadirin  əmisi  oğlu 

Əmiraslan  xan  da  hakimiyyət  uğrunda 

mübarizəyə başladı. Nadir şahın qardaşı 

İbrahim xan Əmiraslan xanla hakimiyyət 

mübarizəsində  ona  qalib  gələrək  10  ay 

hakimiyyətdə  olsada  Nadirin  nəvəsi 

Şahrux  xan  tərəfindən  taxrdan  salındı. 

Lakin  Şahruxun  hakimiyyəti  cəmi  bir  ay 

davam  etdi.  Bundan  sonra  xanlar 

məmləkətlərinə  çəxilərək  öz  xanlıqlarını 

yaratdılar. 

 

 



Nadir şahın qəbirüstü 

abidəsi. Məşhəd şəhəri. İran

 

 



1743-cü ilin sonları  

Nəsrullah  Mirzə    şirvanlılalarla  döyüşdə  ağır  məğlubiyyətə  uğradı.  Nadir  şah  Osmanlı 

dövləti  ilə    sülh  müqaviləsi  imzalayıb,  əsas  qüvvələrlə  Azərbayjandakı  üsyaları  

yatırtmağa yünəltdi. 



1743-cü ilin sonları 

Nəsrullah Mirzə Ağsu yaxınlığında baş vermiş döyüşdə II Sam Mirzə üsyanını yatırdı. 



1744-cü il 

  Nadir şahın «Gələsən-görəsən» qalası üzərinə uğursuz hücum etdi. 

1745-ci ilin əvvəlləri 

 Nadir şah yenidən «Gələsən-görəsən» qalası üzərinə uğursuz hücum etdi. 



1746 

  “Gələsən-Görəsən”  qalasının  müdafiəçiləri  müqaviməti  dayandıraraq  Nadir  şaha  tabe 

oldu. 


1747-ci il 

 

Nadir şah əleyhinə Ərdəbil və Təbrizdə III Sam Mirzənin başçılığı ilə üsyan baş verdi. 



1747  19 iyun 

Nadir  şahın  sui-qəsd  nəticəsində  öldürüldü.  Nadir  şahın  öldürülməsindən  sonra  onun 

yaratdığı imperiya süqut etdi, Azərbaycan ərazisi xanlıqlara, sultanlıqlara və  məlikliklərə 

parçalandı.



 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə