Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə67/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   63   64   65   66   67   68   69   70   ...   91

 
224 
yaraq  Gərmab  yolu  ilə  Yüzbaşı  qalasına  gəldi.  Qalanı  mühasirəyə 
alan  kürdlərin  çoxunu  qılıncdan  keçirdi.  Qalanını  Məşhədə  sürgün 
etdirdi.  Məhəmmədhüseyn  xanı  və  İbrahim  xanı  zindana  atdırdı. 
Sonra buraxdırdı. 
Məhəmmədhüseyn  xan  1743-cü  ildən  1744-cü  ilədək  İraqın 
sərdarı olmuşdu. 
Məhəmmədhüseyn  xan  1744-cü  ildə  Farsda  qiyam  qaldırın 
vali Tağı xana qarşı qoşun çəkmişdi. 
 
 
Heydər xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  adlı  əmirlərindən  biri  də  Heydər  bəydir. 
Heydər bəy Nadirqulu xana xidmət etmişdi. Nadir şah olandan son-
ra Heydər bəyi xan ünvanı ilə 1743-cü ildə Şirvana hakim təyin et-
mişdi. 
Heydər xan 1743-cü ildə Şamaxı və Şabran arasında üsyançı-
lar tərəfindən öldürüldü. 
 
 
Sərdar xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  adlı  əmirlərindən  biri  də  Sərdar  bəydir. 
Sərdar  bəy  Nadirqulu  xana  xidmət  etmişdi.  Orduda  topçubaşı 
vəzifəsinədək  yüksəlmişdi.  Nadir  şah  sonra,  1744-cü  ildə  Sərdar 
bəyi xan ünvanı ilə Şirvana hakim təyin etmişdi. 
Sərdar  xan  1739-cu  ilin  24  oktyabrında  Rusiyaya  elçi  get-
mişdi. 1739-cu ildə qiymətli hədiyələr və bir neçə fil ilə qayıtmışdı. 
 
 
Məhəmmədqasım xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  adlı  əmirlərindən  biri  də  Məhəmmədqasım 
bəydir. Məhəmmədqasım bəy Nadirqulu xana xidmət etmişdi. 


 
225 
Nadir şah olandan sonra Məhəmmədqasım bəyi eşikağasıbaşı 
təyin  etmişdi.  1744-cü  ildə  Türkmən  Artukun  qiyamını  yatırmağa 
göndərilmişdi. 
Məhəmmədqasım  bəy  xan  ünvanı  ilə  İraqi-Əcəmə  və 
Kürdüstana sərhədbəyi təyin edilmişdi. 
 
 
Qasım bəy Avşar 
 
Nadir şah Avşarın yaxın və etibarlı köməkçilərindən biri olan 
Qasım  bəy  Qırxlı-Avşar  bir  müddət  Təhmasibqulu  xanın  (Nadir 
şah)  yanında  möhrdar  vəzifəsində  çalışmışdı.  Təhmasibqulu  xan 
1733-cü  ildə  III  Şah  Abbas  taxt-tacına  əyləşdikdən  sonra  özü 
naibüssəltənə  oldu.  Bu  zaman  bütün  sərkərdə,  əmir  və  vilayət  bö-
yüklərinin  (valiləri)  yığaraq  osmanlılara  qarşı  mübarizəyə  qaldırdı. 
Xuzistan  hakimi  Məhəmməd  xan  Bəluc  da  Həmədana  çağırlanlar 
arasında  idi.  Nadir  şah  o,  olmadığı  təqdirdə  Xuzistanda  qiyam 
qalxacağını  hiss  etdiyi  üçün  həmin  vilayətdə  özünün  inandığı  və 
etibar etdiyi Qasım bəyi təyin etmişdi. Nadir şah fikrində heç də ya-
nılmamışdı.  Məhəmməd  xan  öz  yerinə  başqasının  göndərildiyini 
eşitdikdə narazı oldu və hər ikisi Xürrəmabad yaxınlığında, Cayidər 
adlanan  məkanda  rastlaşdılar.  Lakin  məhəmməd  xan  Nadir  şahdan 
ehtiyat  etdiyi  üçün  dərhal  Şiraz  tərəfə  qayıtdı.  Fars  vilayətlərində 
qiyam qaldırdı. Qasım bəy isə təyin olunduğu Xuzistana gəlib, işləri 
ilə məşğul olmağa başladı. Lakin bir neçə gündən sonra Məhəmməd 
xan Qasım bəyi və tabeliyində olanları tutub həbs elədi. 
Məhəmməd xan Bəluc Xuzistanın şəhərlərini ələ keçirərək öz 
adamlarına  tapşırdı  və  özü  isə  Şiraz  tərəfə  yollandı.  O,  fars  valisi 
Əhməd  sultan  Mərvini  həbs  edərçk  Qasım  bəylə  birlikdə  Şirazda 
zindana  saldırdı.  Lakin  həmin  il  Məhəmməd  xan  Bəluc  Təhmasib-
qulu xan Cəlayir tərəfindən məğlub edilərək Şirazdan qaçdıqda Qa-
sım bəy də zindandan azad edilmişdi. 
 
 


 
226 
Məhəmməddost xan Qırxlı-Avşar 
 
Qırxlı  oymağının  ünlü  əmirlərindən  biri  də  Məhəmməddost 
bəydir. Nadir şah Məhəmməddost bəyə xan ünvanı verib, ordusuna 
sərkərdə təyin etmişdi. 
 
 
Səadətqulu xan Qırxlı-Avşar 
 
Qırxlı oymağının səsli əmirlərindən biri də Səadətqulu xandır. 
Səadətqulu  xan  Nadir  şaha  xidmət  etmişdi.  Sonra  Şahrux  şahın 
keşikçibaşısı olmuşdu. 
 
 
Səfiqulu xan Qırxlı-Avşar 
 
Qırxlı oymağının məşhur nümayəndələrindən biri də Səfiqulu 
xandır. Şahrux şahın qohumu və sərdarlarından idi. 
 
 
Əmirxan bəy Qırxlı-Avşar 
 
Nadir şah Fars valisi Məhəmməd xan Qullarağasını Hindistan 
səfarətinə  təyin  edib,  Məhəmməd  şahın  hüzuruna  göndərdikdən 
sonra  onun  yerinə  yaxın  qohumlarından  biri  olan  Əmirxan  bəy 
Qırxlı-Avşarı  1733-cü  ildə  Fars  əyalətinə  canişin  təyin  etdi.  Nadir 
şah həmin il Bağdadı müharisəyə alarkən Əmirxan bəyi, Bəhbəhan 
və  Kuhgiluyə  hakimi  Məhəmməd  xan  Bəlucu  Fars  ordusunun  ba-
şında  Bağdada  göndərdi.  Bu  vaxt  Nadir  şah  eşitdi  ki,  Osmanlı 
dövlətinin  sədrəzəmi  Topal  Osman  paşa  100  min  nəfərlik  qoşunla 
Bağdad valisi Əhməd paşaya köməyə gəlib. Belə olan halda Nadir 
şah Bağdadın mühasirəsində bir dəstə qoyub özü Topal Osman pa-
şanın qarşısına getdi. Bu döyüşdə Nadir şah məğlub oldu və Həmə-
dana  çəkildi.  Bu  məğlubiyyətə  səbəb  Məhəmməd  xan  Bəlucun 
xəyanəti  oldu.  Əmirxan  bəy  isə  Nadir  şaha  axıradək  sədaqətlə 
xidmət etdi. 


 
227 
Babaəli bəy Kosaəhmədli-Avşar 
 
Babaəli  bəy  Kosaəhmədli  oymağının  başçısı  idi.  Xorasanın 
adlı və varlı adamlarından sayılırdı. Əbivərdin hakimi olmuşdu. 
Babaəli  bəy  Nadirqulu  xanın  havadarlarından  biri  idi.  Iki 
qızını  birər-birər  ona  verib  qohum  olmuşdu.  1710-cu  ildə  onu  və 
qardaşı İbrahimi dəstəsinə götürmüşdü. 
Babaəli bəy 1724-cü ildə vəfat etdi. 
Babaəli  bəyin  Fətəli  xan,  Kəlbəli  xan,  Lütfəli  xan  adlı  oğul-
ları, qızı vardı. 
 
 
Fətəli xan Kosaəhmədli-Avşar 
 
Lütfəli  xan  Babaəli  bəyin  oğludur.  Öncə  atasının  yanında 
dəstə başçısı olmuşdu. Nadirqulu xanla düz dolanmırdı. Lakin sonra 
onun kimliyini və qeyrətini görüb birləşdi. 
Fətəli xan ömrünün sonunadək Nadirqulu xana xidmət etmiş-
di. Nadir şahlığa yiyələnəndən sonra onu ordusunun avanqard hissə-
sinə sərkərdə təyin etmişdi. 
Lütfəli xan 1740-cı ildə Şirvana hücum etmişdi. 
 
 
Kəlbəli xan Kosaəhmədli-Avşar 
 
Kəlbəli  bəy  Babaəli  bəyin  oğludur.  Öncə  atasının  dəstəsində 
sərkərdə olmuşdu, sonra Nadirqulu xana xidmət etmişdi. Nadirqulu 
xan ona Şah II Təhmasibdən eşikağası vəzifəsini almışdı. Sonra tü-
fəngçiağası vəzifəsinə yüksəlmişdi. 
Nadir şah olandan sonra Kəlbəli bəyə xan ünvanı verib Heza-
racata vali göndərmişdi. Kəlbəli xan oranı ala bilməyib Nadir şahın 
yanına gəlmişdi. Şah onu falaqqaya saldırıb döyüdürmüşdü. 
Kəlbəli  xan  sonralar  bir  çox  döyüşlərdə  iştirak  etmiş,  ad-san 
qazanmışdı. 
Kəlbəli xan 1744-cü ildə qiyamçı Tağı xan tərəfindən öldürül-
müşdü. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə