Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə63/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   59   60   61   62   63   64   65   66   ...   91

 
207 
İsmayıl mirzə Qırxlı-Avşar 
 
İsmayıl  mirzə  İmamqulu  mirzə  oğlu  Qırxlı-Avşar  Xorasanın 
Məşhəd şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
İsmayıl mirzənin Davud mirzə adlı oğlu vardı. 
 
 
Davud mirzə Qırxlı-Avşar 
 
Davud mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. 
Davud mirzənin İsmayıl mirzə adlı oğlu vardı. 
 
 
II İsmayıl mirzə Qırxlı-Avşar 
 
İsmayıl mirzə Məşhəd şəhərində dünyaya gəlmişdi. 
İsmayıl  mirzənin  Dərvişəli  mirzə,  Davud  mirzə  adlı  oğulları 
vardı. 
 
 
Dərvişəli mirzə Qırxlı-Avşar 
 
Dərvişəli  mirzə  1877-ci  ildə  Məşhəd  şəhərində  dünyaya  göz 
açmışdı. Mədrəsə təhsili almışdı. 1913-1921-ci illərdə Sistan vilayə-
tinin  polis  rəisi  vəzifəsində  çalışmışdı.  Mənsuri-Nizam  ləqəbini 
daşıyırdı. 
 
 
II Davud mirzə Qırxlı-Avşar 
 
İsmayıl mirzənin  ikinci oğlu  Davud mirzə Məşhəd şəhərində 
dünyaya pənah gətirmişdi. Mədrəsədə oxumuşdu. Teleqrafda çalış-
mışdı. 
 


 
208 
Hüseynqulu mirzə Qırxlı-Avşar 
 
İmamqulu  mirzənin  ikinci  oğlu  Hüseynqulu  mirzə  Məşhəd 
şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Hüseynqulu  mirzənin  Qəmərnisə  bəyim,  Şahzadə  bəyim  adlı 
qızları vardı. 
 
 
Qəmərnisə bəyim Qırxlı-Avşar 
 
Qəmərnisə  bəyim  Hüseynqulu  mirzə  qızı  Məşhəd  şəhərində 
dünyaya zinət gətirmişdi. 
Qəmərnisə bəyim Fətəli şah Qacarla ailə qurmuşdu. 
 
 
Şahzadə bəyim Qırxlı-Avşar 
 
Hüseynqulu  mirzənin  ikinci  qızı  Şahzadə  bəyim  Məşhəd 
şəhərində dünyaya zinət gətirmişdi. 
Şahzadə bəyim Fətəli şah Qacarla ailə qurmuşdu. 
 
 
II Nəsrulla mirzə Qırxlı-Avşar 
 
Şahrux şahın ikinci oğlu Nəsrulla mirzə 1751-ci ildə Məşhəd 
şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Nəsrulla mirzə 1785-ciildə vəfat edib. 
 
 
Nadir mirzə Qırxlı-Avşar 
 
Şahrux şahın üçüncü oğlu Nadir mirzə Məşhəd şəhərində dün-
yaya  gəlmişdi.  Saray  təlim-tərbiyəsi,  təhsili  almışdı.  Ağaməhəm-
məd  xan  Xorasana  hücum  edərkən  əfqanların  yanına  qaçmışdı. 


 
209 
Şahın ölümündən sonra Xorasana qayıdıb, ətrafına adamlar yığma-
ğa  başladı.  Azərbaycanda  baş  verən  qarışıqlıq  və  qardaşı  Hüseyn-
qulu xanın ixtişaşı Fətəli şahın başını qatmışdı. Nadir mirzə gücünü 
artırıb, səltənətə yiyələnmək istədi. 
Fətəli  şah  şəxsən  özü  qoşun  çəkib,  Xorasana  gəldi.  Məşhədi 
mühasirə  etdi.  Ətraf  kəndlərin  taxıl-tərnəsi,  suyu  məhv  edildi.  Şə-
hərdə qəhətlik başladı. Şəhər böyükləri və seyidləri Nadir mirzədən 
tələb  etdilər  ki,  özünə  görə  milləti  bada  verməsin.  Şaha  da  xəbər 
göndərdilər  ki,  məzhəb  qüdsiyyətini  pozub,  xalqa  zərər  verməsin. 
Nadir mirzə şaha bildirdi ki, qızlarından birini onun oğluna vermək 
istəyir. Sədr əzəm Mirzə Məhəmmədşəfi Mazandaranini elçiliyi ilə 
Nadir mirzənin qızını Fətəli şahın oğlu Hüseynəli mirzəyə aldı. Şah 
Nadir mirzəni əhf etdi. Bu əhf uzun çəkmədi. Fətəli şahın göstərişi 
ilə hicri 1217-ci ildə onu tutub, Tehrana apardılar. 
Başqa bir mənbədə Nadir mirzənin üsyanı ilə əlaqədər olaraq 
göstərilir:  «Onun  Fətəli  şahla  qaşıdurmasının  başlanğıcında  arala-
rında  saziş  olduğuna  görə  Nadir  mirzə  öz  qardaşı  Abbas  mirzəni 
girov  kimi  yeni  şahın  göndərdi.  Amma  Xorasanın  başçı  və  böyük-
ləri Nadirlə şahın arasında birlik  yaranmasına mane oldular.  Qrant 
Vatsonun yazdığına görə, Məşhədin mühasirəsi zamanı Nadir mirzə 
qoşunun  xərcini  təmin  etmək  və  şəhəri  qorumaq  üçün  İmam  Rza 
meydanına getdi və İmamın şəninə rövzəxanlıq etdiyi zaman zərihi 
geri  çəkib  onun  daxilindəki  pulları  götürdü.  Bu  addım  fanatik 
insanların  üsyanına,  onların  əsgərlərlə  qarşıdurmasına  səbəb  oldu. 
Bir  gün  sonra  o,  şəhərin  böyük  ruhanisi  Seyid  Mehdinin  evinə  ge-
dib, namaz qıldığı yerdə onu döyüş təbərzini ilə öldürüdü. Onun bu 
əbləh əməlinə görə camaat şəhər darvazalarını şah qoşunlarının üzü-
nə açdı. Nadir mirzə qaçdı, ancaq onu Məşhədin dörd fərsəngliyində 
tutaraq  zəncirləyib,  Tehrana-şahın  yanına  göndərdilər  və  yuxarıda 
qeyd olunduğu tərzdə qətlə yetirildi». 
Nadir mirzənin dili, əlləri Fətəli şahın əmri ilə kəsildi. O, bu 
əzabdan öldü. 
Fətəli şah dədə-baba qisasını alıb, dedi: 
-Nadir Fətəlini öldürdü, Fətəli Nadiri! 


 
210 
Nadir mirzənin Abbas mirzə, İbrahim mirzə, Təhmasib mirzə, 
Xalıqverdi  mirzə,  Məhbubəli  mirzə,  Rzaqulu  mirzə  adlı  oğulları 
vardı. 
 
 
Abbas mirzə Qırxlı-Avşar 
 
Şahrux  şahın  dördüncü  oğlu  Abbas  mirzə  Məşhəd  şəhərində 
dünyaya boy göstərmişdi. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
 
 
Cəlil mirzə Qırxlı-Avşar 
 
Şahrux  şahın  beşinci  oğlu  Cəlil  mirzə  Məşhəd  şəhərində 
anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Cəlil mirzənin Məhəmmədşəfi mirzə adlı oğlu vardı. 
 
 
Məhəmmədşəfi mirzə Qırxlı-Avşar 
 
Məhəmmədşəfi  mirzə  Cəlil  mirzə  oğlu  Məşhəd  şəhərində 
doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
 
 
Qəhharqulu mirzə Qırxlı-Avşar 
 
Şahrux şahın altıncı oğlu Qəhharqulu mirzə Məşhəd şəhərində 
anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. 
Qəhharqulu mirzənin Ağaxanım bəyim adlı qızı vardı. 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə