Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə59/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   55   56   57   58   59   60   61   62   ...   91

 
195 
şah Fars körfəzində və Xəzər dənizində donanma  yaradılması işini 
başlayır  və  ordusunu  yenidən  qurmaq  fikrinə  düşür.  Hər  iki  məq-
sədlə  Avropa  ölkələrindən  mütəxəssislər  gətirilir.  Onun  ordusunda 
artilleriya və tüffəngçiləri alır muşketlə (dayandoldurumla) silahlan-
mış piyada döyüşçüləri mühüm yer tuturdu. Yeni toplar, mortiralar 
(qısa lüləli toplar) və nüvələr tökməkdən ötrü Mərvdə möhkəmlən-
dirilmiş  mərkəz  yaradılmışdı.  Artilleriya  və  top  sınaqları,  topçu  və 
arilleristlərin  hazırlığı  burada  keçirilirdi.  Bütün  bunlar  Nadir  şahın 
gələcək  qələbələri  naminə  edilirdi.  Onun  geniş  planları  vardı.  O, 
Xəzər  dənizi  boyundakı  bütün  torpaqları  zəbt  etmək,  Çini  də  tut-
maqla  nəhəng  bir  dövlət  yaratmaq  arzusunda  idi.  Ancaq  onun 
planları həyata keçmədi. 
Onun  apardığı  mərkəzləşdirmə  siyasəti  feodal  əyanlarının 
maraqlarına  toxunurdu.  1741-ci  ildə  Mazandaran  meşələrindən 
keçərkən,  Nadir  şaha  sui-qəsd  olur.  Bundan  sonra  Dağıstandakı 
uğursuzluqlar  və  1743-1747-ci  illərin  üsyanlar  dalğası  başlayır. 
Bütün bunlar Nadir şahı qəzəbləndirir və o, kütləvi cəza tədbirlərinə 
başlayır.  Təqiblər  aparıcı  soyların  məşhur  nümayəndəlirindən  də 
yan keçmir. Bunun da nəticəsində sarayda sui-qəsd havası yetişir və 
1747-ci ilin iyununda gecə öz çadırında Nadir şah qətlə yetirilir. 
Nadir  şah  Babaəli  bəy  Kosaəhmədlinin  iki  qızı,  ikincisi 
Gövhərşad  bəyim,  Sam  xanın  qızı,  Şahzadə  Rəziyyə  bəyim  Mirzə 
Davud qızı, Sultan Şah Hüseyn Səfəvinin qızı, Şahnisə bəyim Mirzə 
Məhəmmədrza Hüseyn əl-Maraşinin qızı, Ağası xan Bəllucun qızı, 
Mirzə  Məhəmməd  Hüseyni  əl-Maraşinin  qızı,  Seyid  Əbülfəzl  Mə-
həmməd xan Buxarinin qızı, Cuki xanım Mirzə Məhəmmədhüseyn 
xan Qacar qızı, Xədicə Sultan xanım Həsənəli Dağıstani qızı və bir 
neçə başqa arvadla dünya evinə  girmişdi.  Rzaqulu  mirzə, Nəsrulla 
mirzə,  İmamqulu  mirzə, Məhəmməd mirzə, Məhəmmədulla mirzə, 
Çingiz mirzə adlı oğulları və qızları vardı. 
 
 


 
196 
Rzaqulu mirzə Qırxlı-Avşar 
 
Rzaqulu mirzə Nadir şah oğlu 1719-cu ildə aprel ayının 5-də 
anadan  olmuşdu.  Saray  təlim-tərbiyəsi,  təhsili  görmüşdü.  Atasının 
hakimiyyəti dönəmində Xorasanın valisi idi. Nadir şah təcrübəli və 
sadiq  vəkili  Təhmasibqulu xan Cəlayırı ona lələ  və  yardımçı  təyin 
etmişdi. 
Rzaqulu  mirzə  və  Təhmasib  xan  Cəlayir  Bəlxi  Həsən  xan 
Bayata  tapşırıb,  özləri  Qunduz-Bədəşxan-Zuhhak-Bamiyan  və  Ka-
bul yolu ilə hərəkət edib 1151-ci il rəcəb ayının 24-də (1738-i ildə) 
Aşağı Bahara gəlib, Nadirlə birləşilər. 
Nadir  şah  oğlunu  çox  məhəbbətlə  qəbul  etdi.  Təhmasib  xan 
Cəlayir  Elburusla  müharibədə  Nadirin  göstərişlərini  həyata  keçir-
məyib Ceyhuna  hücum etdiyi üçün ona çox etimad etmədi. O igid 
komandan  hər  an  qorxurdu  ki,  Nadir  onu  öldürsün;  Nadir  sonralar 
onu  yanına  çağırıb  hərəkətindən  hiddətliyini  bildirdi.  Təhmasib 
xanın qəlbdən peşman olduğunu hiss edib onu bağışladı. 
Nadir  şah  Rzaqulu  mirzənin  qoşununu  yoxladı.  Bəlx 
davasında zəifləyən, ölən atların və dağılan silahların yerini doldur-
du.  Onu  naibüssəltənə  və  Avşar  ordusunun  komandanı  təyin  etdi. 
Onun ordusunun komandanlığını isə Hüseynqulu xan sərtibə (gene-
rala)  tapşırdı.  Zabit  və  komandanların  çıxarılıb,  işə  götürülməsini 
1151-ci  il  şəban  ayının  əvvəlində  ona  tapşırdı.  Bir  neçə  gündən 
sonra onun və o biri oğlu Mürtəzaqulunun (Nəsrullah mirzənin) ba-
şına  almaz  şahlıq  tacı  şahzadəlik  dövründə  cıqqallarını  sol  tərəfə, 
şah  olduqda  isə  sağ  tərəfə  vursunlar.  Nadir  bu  mühüm  hadisə  ilə 
əlaqədar qonaqlıq edib, yüksək rütbəli şəxsiyyətlərə, sorğu adamla-
rına xələt və nişan verdi. Ziyafət qurtarandan sonra Rzaqulu mirzəni 
yanına  çağırıb,  ona  gizlincə  belə  bir  nəsihət  verdi:  «Elə  ki,  İranda 
şahlığa çatdın, əvvəl gərək Səbzivarda həbs olunan şah Təhmasibin 
gözətçilərini  inandığın  adamlara  dəyişəsən.  Qalan  adamları  ona 
yaxın  qoymasan.  Bütün  şəhər  və  qəsəbələrlə  təyin  etdiyimiz 
hakimlərə  mərhəmətli  olasan  onları  dəyişdirməyəsən:  Səhranişin-
lərin (elatların) qayğısına qalasan. Allah eləməsin birdən Türküstan, 
Osmanlı  və  Avropadan  sizə  hücum  eləsələr,  müharibə  eləmək 


 
197 
haqqında qocalar, ağsaqqallar, tayfa başçıları ilə məsləhətləş, onlar-
dan  öyrən.  Əgər  məsələlər  sülh  yolu  ilə  həll  olursa  axmaqlıq  edib 
silaha  əl  atmayasan.  Oğruları,  qarətçiləri  və  araqarışdİranları  məhv 
edərsən.  Tacirlərə,  əcnəbi  tacirlərin  karvanlarına  mehribanlıq  elə, 
onları qoru, ədalətli səxavətli və  sədaqətli ol ki, sənin şöhrətin hər 
yerə yayılsın. Artıq xərc etmə. Lakin ölkədə bir hadisə baş verdikdə, 
onu  dəf  etmək  üçün  xəzinədən  istifadə  etməkdə  və  əsgərləri 
həvəsləndirməkdə qətiyyətsizlik göstərmə». 
Nadir  şah  oğlunun  rəftarını  müəyyənləşdirəndən  sonra  ona 
xatırlatdı ki, altı ay, bəlkə də az müddətdə bu tapşırığın təsiri özünü 
göstərəcəkdir.  Rzaqulu  mirzəyə  tapşırdı  ki,  Xarəzm  hakimi 
Elburusa  hücum  etsin  və  nəticəsi  haqqında  atasına  ətraflı  məlumat 
versin,  bəlkə  itaətsizlik  göstərən  adamlara,  başqa  yağı  və 
yolkəsənlərə ibrət dərsi ola. 
Rzaqulu  mirzə  1151-ci  il  şəban  ayının  3-də  (hicri  qəməri) 
atasından icazə alıb Herat və Əbivərd yolu ilə Məşhədə gəldi ki, öz 
şəxsi  işləri  ilə  məşğul  olsun.  Amma  çox  zaman  atasının  əksər 
tapşırıqlarını  yerinə  yetirmədi.  Rzaqulu  mirzənin  nayibüssəltənəlik 
dövrünü tanımaq üçün aşağıdakı əsas nöqtələri nəzərə alaq: 
Əvvələn, Nadir şah Hindistanda olarkən Rzaqulu mirzə özünü 
sərbəst  hiss  edib  atasından  başqa  heç  kəslə  hesablaşmırdı.  Nadir 
Rzaqulu mirzəni nayibüssəltənə (canişin) təyin edəndə elə eləmədi 
ki, qardaşı İbrahim xanı ləzgilər öldürdülər. 
İkincisi, Rzaqulu mirzə müəyyən qədər özbaşına və mənsəb-
pərəst idi. Üçüncüsü, uzun müddət atasından dəqiq xəbər yox idi. 
Rzaqulu  mirzə  üç  ay  ondan  öncə  Məşhəddə  özü  üçün  on  üç 
min nəfərlik  xüsusi  qvardiya  hazırladı, onları  xüsusi  əla  zərli  gülə-
bətin  paltar  və  qiymətli  qılınclarla  bəzəyib,  öz  sarayında  gözətçi 
qoydu. Özü üçün şah-cəlallı şahlıq dəstgahı düzəltdi. Əlbəttə, hiylə-
gər və xani saray adamları onun ətrafına toplanıb, öz mənfur məq-
sədlərini  həyata  keçirmək  üçün  onun  təcrübəsizliyindən  istifadə 
edib dedilər ki, çoxdan bəri atandan xəbər olmadığı üçün onun təyin 
etdiyi  hakimlər  qiyam  qaldıra  bilərlər;  onları  işdən  götürüb  yerinə 
inandığı adamları qoymağa təhrik etdilər. Rzaqulu mirzə o xainlərin 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə