Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə60/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   56   57   58   59   60   61   62   63   ...   91

 
198 
sözünə  inanıb  ləyaqətli  hakimləri  işdən  götürdü.  Fikirləşmədən 
yerinə ayrı adamları qoydu. Bunlardan əlavə öz zülmünü və özbaşı-
nalığını daha da artırdı, kiçik günahlar üçün çoxlu adam öldürdü. 
Hanvey nayibüssəltənənin o zamankı rəftarı haqqında belə ya-
zır: «Öz zalimanə hərəkətləri ilə az müddətdə xalq arasında vəhşət 
yaratdı.  Bunlardan  əlavə  ticarəti  inhisara  alıb  tacirlərin  əl  qolunu 
bağladı». 
Hanvey,  Rzaqulu  mirzə  tərəfindən  ipək  ticarətinin  inhisara 
alınmasını şərh edib, 1739-cu ildə rus kompaniyasına məxsus xeyli 
mal ilə Məşhədə gəlmiş Alton və Geraymın dilindən belə nağıl edir: 
«Nayibüssəltənədən  almışdılar.  Onlardan  başqa  heç  kəsin  ipək 
ticarətinə  ixtiyarı  yox  idi.  Təkcə  Gilanın  xam  ipəyi  deyil,  bütün 
əyalətlərdən gələn ipəyi nayibüssəltənə ucuz alıb, baha satırtı. Belə 
ki,  biz  də  öz  malımızı  onun  adamlarından  başqa  digərləri  ilə 
dəyişdirə bilməzdik». 
Lakin sonra Alton və Geraym təsdiq edirdilər ki, həqiqi möh-
təkir  Rzaqulu  mirzə  özü  yox,  nayibbülsəltənin  dəstəgahında,  xəzi-
nədar vəzifəsində işləyən bir Isfahan taciri idi. O bütün Avropadan 
gələn malları öz xeyrinə anbar edirdi. Bununla belə Rzaqulu mirzə 
1739-cu  ildə  Alton  və  Geraymə  böyük  imtiyaz  verdi  və  özündən 
asılı olan tacirlərin ixtiyarıtını azaltdı. 
Qeyd  etmək  lazımdır  ki.  İranın  mərkəzi  və  cənubi  ilə 
məhdudlaşan bu imtiyaz Şərqi Hind kompaniyasının işinə mane ola 
bilmirdi.  Rzaqulü  mirzə  bəzən  zalım  və  zorakı  olsa  da,  çox  vaxt 
sübut edirdi ki, rəiyyətin rahat yaşamasını da istəyir. 
Hicri  qəməri  1152-ci  ildə  Fars  bəylərbəyi  Məhəmməd  Tağı 
xan  Kerman  kələntərinə  göstəriş  verdi  ki,  onun  üçün  1500  tümən 
vergi  yığıb  versin.  Kerman  kələntəri  məsələni  Rzaqulu  mirzəyə 
bildirdi. O, bəylərbəyinin göstərişini ləğv etdi. 
Buna  baxmayaraq  bəylərbəyi  kələntəri  o  pulu  yığmağa  məc-
bur etdi. O da pulun hamısını yığa bilmədi, qalanını ingilis ya Hol-
landiya  kompaniyalardan  borc  elədi.  Bundan  sonra  kələntər  yenə 
məsələni  Rzaqulu  mirzəyə  çatdırdı.  Rzaqulu,  Tağı  xana  göstəriş 


 
199 
verdi ki, kompaniyalardan aldığı pulu axırıncı qəpiyinə qədər onlara 
qaytarsın. 
Təkcə  bu  məsələdə  deyil,  ümumiyyətlə  Rzaqulu  Məhəmməd 
Tağı xanın çox özbaşınalıqlarının qarşısına alırdı. 
Hicri-qəməri  1151-ci  ilin  payızında  bəylərbəyi  Şərqi  Hind 
kompaniyasının ziyanına bir iş görmüşdü. Kompaniyanın nümayən-
dəsi  məsələni  Bombeydəki  mərkəzi  idarələrinə  bildirdi.  Orada  bu 
məsələ  Nadirə  çatdırıldı.  Nadir  oradan  Rzaqulu  ya  məktub  yazıb 
bəylərbəyinin  işindən  narazılığını  bildirdi.  Rzaqulu  mirzə  qəzəb-
ləndi və göstəriş verdi ki, Məhəmməd Tağı xan kompaniyaya dəyən 
bütün zərəri ödəsin. 
Hicri-qəməri  1152-ci  ildə  Məhəmməd  Tağı  xanın  oğlu  İsfa-
handan Rzaqulunun sarayına tərəf yollandı. Məhəmməd Tağı xanın 
düşmənlərinin  təhriki  ilə  Rzaqulu  mirzə  Məhəmməd  Tağı  oğlunun 
silahlarını alıb özünə də çox əziyyət verdi. Rzaqulu ilə Tağı xanın 
ümumiyyətlə  bir-birinə  düşmən  münasibətləri  var  idi.  Bəylərbəyi 
sonralar  Nadirin  yanında  hörmət  qazandığı  şübhəsiz  Rzaqulu 
mirzənin əleyhinə çox işlər gördü. 
Rzaqulu  mirzənin  nayibüssəltənəliyi  vaxtında  baş  verən 
mühüm hadisə bədbəxt şah Təhmasib və onun ailəsinin öldürülmə-
sidir.  Bu  bilavasitə  məsuliyyət  daşıyan  Nadirin  canişini  Rzaqulu 
mirzənin gördüyü işlərdən ən xoşagəlməzi idi. 
1152-ci  ilin  baharında  İraqda  şayiə  yayıldı  ki,  Hindistanda 
İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. 
Sonradan  İranda  olan  hindlilər  tərəfindən  xalq  arasında  vahimə 
yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırla-
rında  Nadir  şahın  ölüm  xəbəri  çox  genişləndi.  Rzaqulu  mirzənin 
yaxın  adamlarından  biri  olan  Məhəmməd  Hüseyn  xan  Qacar  onu 
təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona 
görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının 
xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər 
yerinə  yayıla  bilər,  bunun  da  nəticəsi  nayibüssəltənə  üçün  qorxulu 
ola  bilər.  Bəzi  dövlət  adamları,  o  cümlədən  Rəhim  sultan  Mərvi 
Məhəmməd Hüseyn xanın dediklərini təsdiq etdi. Rzaqulu mirzə iki 


 
200 
gündən  sonra  şah  Təhmasib  və  iki  oğlunu  öldürməyi  qərara  aldı. 
Məhəmməd  Hüseyn  xanı  bu  işi  yerinə  yetirmək  üçün  Səbzivara 
göndərdi. 
Məhəmməd Hüseyn xan, Şah Təhmasib və ailəsi həbs olunan 
binaya  daxil  olan  kimi  Şah  Təhmasib  hadisəni  ailəsinə  bildirdi, 
ailədən  nalə,  ağlaşma  səsi  göyə  ucaldı.Zalım  Məhəmməd  Hüseyn 
xan  həyasızlıqla  içəri  girib  gətirdiyi  iplə  Şah  Təhmasibi  boğdu. 
Təhmasibin  8  yaşlı  oğlu  Abbas  mirzə  ozünü  atasının  cənazəsinin 
üstünə atdı, Məhəmməd Hüseyn xan onu da rəhimsizcəsinə boğdu, 
ikinci oğlu İsmayıl mirzəni quyuya tulladı, bir adamıne bu bədbəxt 
uşağa  ürəyi  yanıb,  onu  quyudan  çıxardı.  Yazıq  uşaq  qaçıb  aradan 
çıxmaq  əvəzinə  gəlib  özünü  ata  və  qardaşının  cənazəsini  üstünə 
yıxdı. Cəllad Məhəmməd Hüseyn xan İsmayıl mirzənin başına kəs-
di. Bu məsələ Səbzvarda böyük şivən və dəhşətə səbəb oldu. Əhali 
bir  neçə  gün  matəm  saxladı.  Sonra  öldürülənlərin  üçünün  də  cəna-
zəsinin  Məşhədə  aparıb  dəfn  etdilər.  Rzaqulu  mirzə  şah  Təhmasib 
və oğlanlarının ölümündən sonra hiyləgər, yaltaq və mənfəətpərəst 
adamların  təhriki  ilə  şahlıq  fikrinə  düşdü,  amma  tezliklə  bu  fikri 
başından  çıxardı.  Qəflətən  Nadirin  böyük  qabiliyyəti-Hindistanın 
paytaxtını tutmaq xəbəri Məşhədə çatdı. 
Məhəmməd  Kazım  yazır:  «Rzaqulu  mirzə  atasının  qələbə-
sindən xəbər tutulduqda öz ağılsız işlərinə görə peşmançılıq çəkdi. 
Zahirən atasının qələbəsinə görə göstəriş verdi; neçə gün Məşhəddə 
təntəli şənlik məclisləri düzəldib şadlıq etdilər». 
Rzaqulu  mirzənin  arvadı  Fatimə  Sultan  bəyiminin  qardaşı  II 
Şah  Təhmasibin  və  uşaqlarının  ölümündən  xəbəri  yox  idi,  amma 
onun mürəbbisi hey ağlayırdı. Onun ağlamasının səbəbini öyrəndik-
də o da özünü öldürdü. Bəziləri deyir özünü asdı, bəziləri də deyir 
ki, üzüyündə olan zəhər ilə özünü öldürdü. 
Rzaqulu  mirzə  arvadının  ölümündən  xəbər  tutanda  çox  təsir-
ləndi, onun da cənazəsini ehtiramla İmam Rza Əleyhissəlamın hərə-
mində,  qardaşının  yanında dəfn  elədi.  Bir  neçə  gündən  sonra  Nov-
ruz bayramı üçün Tehrana getdi. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə