Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə61/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   57   58   59   60   61   62   63   64   ...   91

 
201 
Rzaqulu mirzə Novruz bayramı məclisi təşkil etməzdən qabaq 
atasının  göstərişi  ilə  əhaliyə  bildirdi  və  onlardan  xahiş  etdi  ki, 
pullarını-abbasi, mahmudi və nadirini Nadirin Hindistanda vurdur-
duğu pul rupyəsi ilə dəyişsinlər. Rzaqulu mirzənin Novruz məclisi-
nin məqsədi Nadirin Muğanda düzəldiyi məclisinki kimidir. Deyir-
dilər  Rzaqulu  mirzənin  bütün  İran  hakimlərini  Tehrana  yığmaqda 
məqsədi ölkənin illik gəlir və çıxarını hesablayıb, bilməkdir. 
1153-cü ilin baharında Bəsrədə şayiə  yayıldı ki, Osmanlı sər-
darı Osman paşa qərara gəlib ki, Nadirin ölməsi düz olsa İran tac-
taxtına  sahib  olsun.  Bu  şayiənin  düz  olub-olmaması  haqda  dəqiq 
məlumat yoxdur. Ancaq Sultan Əhməd tamahkar adam idi. Əfqan-
lar  İrana  hücum  edən  zaman  fürsətdən  istifadə  edərək  İranın  qərb 
tərəfindən xeyli yeri tutmuşdu. O da ola bilərdi ki, Nadirin olmama-
sından  istifadə  edib,  Kermanşah,  Ərdəlan  və  Həmadan  əyalətlə-
rində, Bəsrə və Bağdad vilayətlərinə daxil olan ərazidə şahlıq etmək 
istəyirdi. 
Nadirin  Rzaqulu  mirzəyə  Heratda  onunla  görüşməsinə  göstə-
riş verməsinə baxmayaraq oğlu ölkə işlərinə başı qarışdığını bəhanə 
gətirib, atasının yanına getməkdə səhlənkarlıq edirdi. Məlum deyil, 
doğrudan başı işə qarışdıqdan, ya atasının qorxusundan onunla gö-
rüşməyə  getmədi.  Nəhayət,  atası  ilə  görüşmək  üçün  Tehranı  tərk 
etmək qərarına gəldikdə ətrafına kifayət qədər nüfuz və qüdrət top-
laşmışdı. O, şah kimi öz şəxsi qvardiyası və qardaşı ilə birlikdə çox 
təmtəraqla yola çıxdı. Rzaqulu mirzə vaxtında Tehrandan çıxmadı-
ğına görə Heratda yox, Qaratəpə və Badğisdə görüşdülər. Heratdan 
Nadir ilə yol yoldaşı olan Məhəmməd Kazım yazır: «İran şahənşahı 
filə  minmişdi.  Rzaqulu  və  zabitlər  onun  60  metrliyinə  yetişcək 
atdan düşdülər. Nadir onun gözətçi qoşununu nəzərdən keçirdi. On-
ların qiymətli, əlvan paltarından təəccübləndi. Lakin öz təəccübünü 
gizlətdi, mehribanlıqla oğlunu bağrına basdı. Rzaqulunun rəftarı və 
səltənət tələbliyi haqda Nadirə çatmış xəbərlər həqiqət imiş. Dərhal 
göstəriş  verdi,  Rzaqulunun  gözətçiləri  dağıldı,  yarım  saat  ərzində 
onun  12  min  nəfərlik  qvardiyasından  30-40  nəfərdən  artıq  adam 
qalmadı. Rzaqulu mirzə çox istədiyi gözətçilərinin dağıdılmasından 


 
202 
sonra onu çadırına çağırıb, ölkənin vəziyyəti haqda ona çoxlu sual-
lar  verdi  və  bir  qədər  onun  ürəyini  ələ  aldı.  Amma  yenə  ürəyin-
dəkiləri aşağıdakıları mənalı sözlərlə Rzaqulu mirzəyə çatdırdı: 
«Mən  sənin  özünə  məxsus  düzəltdiyin  qvardiyadan  naraha-
tam. İran xalqı iki saray tanımağa adət etməyibdir. Bizim bir sarayı-
mız var, o da olmalıdır. Bu cahi-cəlal, bu hökumət, bu qoşun və bu 
böyük işlərə sən layiq deyilsən. Yeni vəziyyətdə yaşamağa adət elə 
ki, xalq sənin dalınca pis deməsin». 
Nadir şah II Təhmasibin ölümündən çox narahat oldu. Qəzəb-
ləndi,  az  sonra  qoşun  başçılarını  toplayıb,  onlara  dedi:  «Oğlumun 
şah Təhmasibi öldürməsi mənim ruhumu incidib, narahat edib. Bu-
na görə də onu vəliəhdlikdən çıxarıram». 
Nadir  şah  oğlu  Nəsrulla  mirzəni  Rzaqulunun  yerinə  canişin 
təyin edib, onu  oğlu  İmamqulu mirzə və xanımı ilə Məşhədə  gön-
dərdi. Rzaqulu mirzəni öz yanında saxlayıb, Türküstana getdi. De-
mək lazımdır ki, Nadir ölkədə olmadığı zaman kəndlərinin vəziyyəti 
ağırlaşmışdı.  Cənubda  Məhəmməd  Tağı  xan  bəylərbəyinin  zülmü 
həddən aşmışdı, xalqın vəziyyəti hər cəhətdən acınacaqlı idi. Buna 
görə də Rzaqulu mirzənin nayibbülsəltənəlikdən çıxarılmasına xalq 
şad oldu. 
Nadir  şah  Türküstan  muharibəsində  Buxaranı  tutandan  sonra 
şahlıq tacını Əbülfeyz xanın başına qoyub, onu  şah edəndən sonra 
Ceyhun çayına qədər cənub topaqlarını İrana birləşdirdi. 
Nadir  Həkim  Atalığa  bildirdi  ki,  Əbülfeyz  xana  çatdırsın  ki, 
qızlarının birini Nadir öz oğluna-Rzaquluya, birini də qardaşı oğlu 
Əliqulu  xana  istəyir.  Qadınları  qızlara  elçiliyə  göndərdilər.  Nadirə 
dedilər ki, Əbülfeyzin kiçik qızı çox ağıllı, kamallı, dilavər, çox da 
gözəldir.  Nadir  böyük  qızı  oğluna,  kiçiyini  də  qardaşı  oğluna 
demişdi. Təkid elədi ki, böyük qızı Rzaqulu mirzə alsın. Rzaqulu bu 
işdən çox təsirlənib, dedi: «Əgər iş belə getsə, çarəm yoxdur, Allah 
mənə rəhm eləsin. Gərək tezliklə Çin şahının qızı ilə evlənəm». 
Qadınlar bu sözləri Nadirə çatdıranda Nadir hirsləndi, bu fikir 
başında  daha  da  qüvvətləndi  ki,  Rzaqulu  İran  tac-taxtına  sahib 


 
203 
olmaq  istəyir.  Açıq  dedi  ki,  əgər  Rzaqulu  Əbülfeyz  xanın  qızını 
almasa, özü alar. Tezliklə də dediyini həyata keçirdi. 
Nadir Şir Hacıda Xarəzm hakimi Elburusla muharibəyə hazır-
laşdı. Oğlu Rzaqulu mirzəni Məşhədə göndərdi. Bu zaman Məhəm-
məd Tağı xan Şirazlı Mükranda müharibə əməliyyatında ləyaqətsiz-
lik  göstərdiyi  üçün  Nadirin  ona  qəzəbi  tutmuşdu.  Lakin  yenidən 
Nadirin hörmətini qazanıb, Fars bəylərbəyi vəzifəsinə təyin olundu. 
Şir Hacıda Nadirin daha artıq diqqətini cəlb etdi ki, yenə Məşhədə 
qayıtsın.  Məhəmməd  Tağı  xan  Rzaqulu  mirzənin  vəliəhdlik  döv-
ründə ondan çox narazı idi. Ehtimal ki, Nadirə Rzaqulu mirzə əley-
hinə çox demişdir. 
Nadir  şah  Məşhədə  gələndən  sonra  1741-ci  il  yanvar  ayında 
oğlanları  Rzaqulu  mirzə  və  İmamqulu  mirzə  ilə  birlikdə  kifayət 
qədər  qoşunla  Gürgan,  Xəbuşan,  Mazardaran  yolu  ilə  Dağıstana 
ləzgiləri əzməyə getdi. 1154-cü il səfər ayının 28-i. 15 may 1741-ci 
ildə  meşədən  darısqal  yoldan  keçərkən  20  m-lik  məsafədən  Gəlik 
yaxınlığında  ağacın  dalından  Nadirə  güllə  atıldı.  Güllə  onun  əlini 
yaralayıb, atın boynuna dəydi, at yerə yıxıldı, Nadir də yerə dəydi, 
çox  soyuqqanlıqla  özünü  ölülüyə  vurdu  ki,  guya  hərif  məqsədinə 
nail oldu. Daha ikinci güllə atılmadı. 
Bir neçə dəqiqə qoşun və şahın mühafizəçiləri içərisində hərc-
mərclik baş verdi. Hamı bir-birinə dəydi. Lakin dərhal məlum oldu 
ki, şaha heç nə olmayıb. 
Rzaqulunun  komandası  altında  mühafizəçilər  dərhal  özlərini 
şaha  çatırdılar.  Xeyli  məsafədə  cinayətkarı  axtardılar,  ondan  əsər-
əlamət  tapmadılar.  Az  dayandıqdan  sonra  yola  düşdülər.  Nadir 
Tehrana  çatan  kimi  Rzaqulu  mirzənin  Tehranda  qoydu  və  dedi  ki, 
bu  şəhərin  gəliri  sənindir.  Bu  da  onu  göstərdi  ki,  Nadir  Rzaquluya 
qəzəblənibdir. Məlum deyil ki, Nadirin oğlundan şübhələnməsi ona 
olan sui-qəsdə əlaqədr idi, ya vəliəhdliyi dövründə vəzifəsini yerinə 
yetirə bilmədiyi üçün onu cəhalandırmaq istəyirdi
56
.  
Rzaqulu  mirzə  öyrətmə  nəticəsində,  1742-ci  ildə  atası 
tərəfindən kor edilmişdi. 
                                                 
56 
Məhəmməd Hüseyn Qüddusi, Nadir şah, Bakı, «Gənclik», 1999, səh. 164-170. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə