Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə80/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   76   77   78   79   80   81   82   83   ...   91

 
270 
xidmət göstərmişdir. O, şəmsi 1331-ci ildə qəflətən xəstələnmiş və 
dünyasını dəyişmişdir. 
Mehriban,  şərəfli  və  səmimi  bi  insan  olan  Məryəm  xanımın 
musiqi  təhsili  də  vardı. O,  şeirlərinin  bir  qismini  öz  məlahətli  səsi 
ilə oxuyurmuş. Onun şeirlər dəftəri itmişdir. Yalnız şeirlərindən bir 
qismi  qardaşında  qalmışdır  ki,  sonralar  bu  şeirlərdən  ibarət  olan 
kiçik bir kitab ətraflı şərh əlavəsi ilə «Beyade-Məryəm» adı ilə çap 
olunmuşdur. Onun şeirlərindən bir nümunə: 
 
Gəl danışmağınan ol zülfi-pərişanə könül
Səbr elə, döz bu qonaqlıq şəbi-hicranə könül. 
Baxma nakəs kimi dilbərimin çöhrəsinə. 
Yanma pərvanə kimi atəşi-nuranə könül. 
Olma namərd və məhəbbət eləmə naəhlə, 
Bağlamaz aqil olan ülfəti nadanə könül. 
Vətən eşqində gərək əl çəkəsən canından, 
Çün səməndər yanasan onların atəşi-suzanə könül. 
Firqətə bais olandan alaram qani-qisas
And olsun o gözəl pərcəmi-İranə könül
 
 
Cidadi Nəsrulla mirzə Qırxlı-Avşar 
 
Nəsrulla mirzə  Nadir şahın  oğludur. 1724-cü ildə anadan ol-
muşdu. Saray təhsili almışdı. Atası öldürüldükdən sonra Kəlatda idi. 
Əmisi oğlu Əliqulu xanın göstərişi ilə Məşhəddə zindanda yatmışdı. 
Zindanda yatarkən bu rübaini yazmışdı: 
 
İlk gündə qəza divanı müstəfisi, 
Bütün şadlıq və kədəri düzəltdi. 
Sevinci bütün adamlara qismət etdi, 
Kədər qaldı, dedi: «bu da sənin qismətin». 
 
Nəsrulla mirzə Cidadi 1747-ci  ildə əmisioğlu  Əli  şah Qırxlı-
Avşar tərəfindən öldürüldü. 


 
271 
Ağa Məhəmmədrəhim Naibüssədr Avşar 
 
Ağa  Məhəmmədrəhim  Urmiya  civarında  anadan  olmuşdu. 
Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf 
Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında 
yazır:  «Məşhur  arif  və  ariflər  rəhbəri  olan  Mirzə  Nəsrulla  Nəsr 
Ərdəbilinin  şagirdi  olmuşdur.  O,  Mirzə  Nəsrulla  tərəfindən  irfani 
fikirləri xalq içərisində yaymaq üçün xüsusi göstəriş almışdır. Ağa 
Məhəmmədrəhimin qəzəllər divani məşhurdur. O, hicri qəməri 1285 
(1868)-ci  ildə  vəfat  etmişdir.  Oğlu  Hacı  Mirzə  Naibüssədr  də  öz 
dövrünün ariflərindən olmuş, şikəstə və nəstəliq  xətlərin yazmaqda 
çox mahir idi". 
 
 
Hacı Mirzə Naibüssədr Avşar 
 
Hacı  Mirzə  Ağa  Məhəmmədrəhim  oğlu  Urmiya  civarında 
anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 
 
 
Mirzə Ağa Sahibqələm Avşar 
 
Mirzə  Ağa  Urmiya  civarında  anadan  olmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmə-
dəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «O, 
İstambulda  bir  neçə  kitab  yazıb,  çap  etdirmişdir.  Onlardan  «Gü-
lüstan» kitabıdır ki, hicri qəməri 1291 (1874)-ci ildə rəvan dildə və 
bədii qələmlə yazılmışdır». 
Mirzə Ağa Sahibqələm Avşar Sultan Əbdülhəmid Osmanlının 
sarayında katib kimi çalışıb. 
 
 


 
272 
Usta Allahverdi Avşar 
 
Allahverdi  Urmiya  civarında  anadan  olmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Dövrünün böyük rəssamlarından sayılırdı. 
Usta Allahverdinin Əbülhəsən adlı oğlu vardı. 
 
 
Usta Əliəşrəf Avşar 
 
Əliəşrəf Urmiya civarında anadan olmuşdu. Mükəmməl məd-
rəsə təhsili almışdı. Rəssam idi. 
 
 
Ağa Əbülhəsən Nəqqaşbaşı Avşar 
 
Əbülhəsən  Allahverdi  oğlu  Urmiya  civarında  anadan  olmuş-
du.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Ünlü  ədəbiyyatşünas  və 
bioqraf  Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kita-
bında  yazır:  «Onun  rəssamlıq  əsərləri  və  rəngli  peyzajlarını  əmisi, 
məşhur rəssam Əliəşrəf Avşarın qələmdan və kitab üzərində çəkdiyi 
miniatur  və  rəsmlərindən  ayırd  etmək  mümkün  deyildir.  Əziz  xan 
Sərdar  onun  əsərlərini  töhfə  kimi  Tehrandakı  əyanlara  göndərərdi. 
Onun  qələmdan  üzərində  çəkdiyi  rəsmlər  hələ  sağlığında  əlli 
tümənə satılırdı. 
Əbülhəsən  hicri  qəməri  1306  (1888)-cı  ildə  vəfat  etmişdir. 
(«Əl-məsair vəl-asar»-«Hünərlər və əsərlər») 
 
 
Mirzə Məhəmməd Münəccim Avşar 
 
Mirzə  Məhəmməd  Urmiya  civarında  anadan  olmuşdu.  Mü-
kəmməl  mədrəsə  təhsili  almışdı.  Ünlü  ədəbiyyatşünas  və  bioloq 
Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında 
yazır: «Mirzə Məhəmməd Ağatağı Münəccim Avşarın qohumların-


 
273 
dandır.  O,  nucum  elmində  böyük  müvəffəqiyyət  əldə  etmiş  və  bu 
barədə onun verdiyi hökmlər səhvsiz və xətasız olmuşdur. Məhəm-
məd neçə il vəfatından əvvəl öz vəfatı tarixini nücum vasitəsilə bir 
səhifədə  müəyyən  etmişdi.  Hal-hazırda  (Hicri  qəməri  1306/1888) 
bu  səhifə  onun  uşaqlarındandır.  Bu  tarix  təmamilə  düzgün  çıxmış-
dır. («Əl-məasir vəl-asar») 
 
 
Ağa Tağı Münəccim Avşar 
 
Ağa Tağı Hacı Ağa Əbülhəsən oğlu 1817-ci ildə Urmiyə şə-
hərində  dünyaya  gəlmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı. 
Ünlü  ədəbiyyatşünas  və  bioqraf  Məhəmmədəli  Tərbiyət  «Daniş-
məndani-Azərbaycan»  kitabında  yazır:  «nücum  elmində  məharətli, 
hikmət  və  digər  biliklərdə  orta  səviyyəli  olmuşdur.  O,  bir  müddət 
Ətabatda dini bilikləri öyrənmiş, sonra atası Hacı Ağa Əbülhəsənin 
istədiyinə görə Urmiya şəhərinə qayıtmışdır. Atasının arzusu bu idi 
ki,  o,  Urmiyada  məscid  və  minbər  sahibi  olsun.  Ancaq  o,  qəbul 
etməmiş,  guşənişin  olub,  hicri  qəməri  1284  (1867)-ci  ildə  əlli  ya-
şında  vəfat  etmişdir.  O,  ədad  (sayların  xüsusiyyətini  aydınlaşdıran 
elm) və ovfaq (ay, həftə, gün və illərin sayların xüsusiyyətini aydın-
laşdıran elm), eləcə də cəfr elmlərində məharət qazanmışdır. Mirzə 
Məhəmməd Münəccim Avşar Urməvi  onun qohumlarından olmuş, 
o da nücum elmində məşhur olmuşdur. («Əl-məasir vəl-asar»)» 
 
 
Molla Əli Münəccim Avşar 
 
Əli  Urmiya  civarında  anadan  olmuşdu.  Mükəmməl  mədrəsə 
təhsili almışdı. Münəccim olmaqla yanaşı müdərrislik də edirdi. Bir 
çox tanınmış münəccimlərin müəllimidir. 
 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə