Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə77/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

 
259 
olmuşdur.  Məxfi  1333-cü  ildə  vəfat  etmişdir.  Divanının  nüsxəsi 
oğlu Hacı Firuzda vardır. Onun türkcə şeirlərindən bir nümunə: 
 
Səndən sənəma, etmək gile mən
Etsən düşərəm dildən-dilə mən. 
Sənsiz iki gün tab etməz idim
Nə növ dözüm ildən-ilə mən. 
 
                   *** 
 
Müşküldi yetəm bir sahilə mən
Barı qəmini daim çəkərəm
Bəlkə yetişəm bir mənzilə mən. 
 
Məxfi Avşar Müqəddəs Məkkəyi mükərrəməni ziyarət etmiş-
di. Hicazdan dönəndən sonra yalnız yaradıcılıqla məşğul olmuşdu. 
Məxfi Avşarın əsərləri: «Fişari Avşar», «Risalə». 
 
 
Məftun Avşar 
 
Yadulla  Əmini  1926-cı  ildə  Şahindej  (Sayınqala)  bölgəsinin 
Holasu  kəndində  anadan  olub.  Ibtidai  təhsilini  Şahindejdə,  ali 
təhsilini Tehranda alıb. Hüquqşünas təhsilini alandan sonra ədliyyə 
sistemində çalışıb. Hafizi, Şəhriyarı xoşlayır. 
Məftunun kitabları:  «Dəryaça»,  «Külək»,  «Aşıq  Əli karvan», 
«Narlıq», «Dalğa ya nəhəng». 
 
 
Mina Firudin bəy Avşar 
 
Firudin  bəy  Urmiya  civarında  anadan  olmuşdu.  Mükəmməl 
mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmə-
dəli  Tərbiyət  «Danişməndani-Azərbaycan»  kitabında  yazır:  «Fətəli 
xan  Avşar  Urməvinin  qulamzadələrindəndir.  Isfahanda  uşaqlığında 


 
260 
Fətəli  xanın  oğlanları  Rəşid  bəy  və  Cahangir  xanla  bir  yerdə 
böyüyüb,  boya-başa  çatmış,  bu  ölkədə  Dərviş  Məcid,  Azər,  Hatif, 
Səbahi,  Aşiq  və  Müştaq  kimi  şeir  və  ədəbiyyat  sevən  şəxslərdən 
tərbiyə  alıb,  görkəmli  şeirşünas  və  söz  ustası  olmuşdur.  Onun  bir 
sıra  gözəl  məzmunlu  və  məlahətli  şeirləri  vardır.  Firidun  bəy  bir 
müddət  Isfəhanda  müəllifin  («Nigaristan-Dara  əsərinin  müəllifinə 
işarədir) yanında olmuş, daha sonra Azərbaycana, Urmiya şəhərinə 
gəlib, Hüseynqulu xan Bəylərbəyi Avşarın yanında xidmət etmiş və 
hicri  qəməri  1235-ci  (1819)  ildə  orda  vəfat  etmişdir.  Aşağıdakı 
beytlər onundur: 
 
Hər gecə bir fəsil, aman rəqibin ayıq bəxtindən, 
Fələk ölüm yuxusunda, sanki heç ayılmır ondan. 
 
Bu doqquz fələk yansa təəccüb etməsin heç kəs, 
Mən on nəfəsli quşam bunlardır bir neçə qəfəs». 
 
 
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar 
 
Minnət Məhəmmədkərim xan Avşar – İsfəhan şəhərində ana-
dan  olmuşdu.  Nadir  şah  Qırxlı-Avşarın  hakimiyyəti  dönəmində 
Tehran şəhərinin hakimi idi. Bir çox müharibələrdə böyük igidliklər 
göstərmişdi. 
Əmiraslan xan Qırxlı-Avşar onu Məhəmmədisa xan Qasımlı-
Avşarın  yerinə  Urmiyaya  hakim  təyin  etmişdi.  1745-ci  ildə 
Urmiyanın hakimi olarkən Nadir şaha qarşı çıxdığından tutulub kor 
edilmişdir. 
Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli 
şeirlər yazırdı. Şeirlərindən örnək. 
 
Bu gecə səndən ayrı ahımın tüstüsündən gülşən  
     elə qaraldı ki, 
Səhər bülbül öz yuvasının yolunu tapa bilmədi. 


 
261 
Mirzə Əli xan Avşar 
 
Mirzə  Əli  xan  Mirzə  Mustafa  xan  oğlu  Urmiya  şəhərində 
doğulmuşdu. Araşlı oymağından çıxmışdı. Qılınc və qələm əhli idi. 
Fars və türk dillərində yazırdı. Şeirlərinin birində deyirdi: 
 
Elmdən, helmdən, xəttdən, rəbtdən, rəsmdən,  
fəzlidən və fərdən, 
Lazımı qədər nəsibi vardı. 
Mühit tarix dəftərində ondan belə yazdı: 
Kamal və helm biliyi vilayəti valisiz qaldı. 
 
 
Sadıq bəy Sadiqi-Avşar 
 
İstedadlı  miniatür  rəssamı  Sadiq  bəy  Avşar  Azərbaycan 
xalqının ən parlaq ulduzlardan biridir. Allah vergisi olan bir şəxsiy-
yət kimi Sadiq bəy Avşar öz qabiliyyətini yalnız təsviri sənətdə de-
yil, xəttatlıqda (onun adı şah Abbasın sarayındakı xəttatlar sırasında 
xatırlanır),  musiqidə,  şeir  və  nəsr  sahələrində,  tarixi  salnamə  və 
təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır. 
Bu  qeyri-adi  dərəcədə  istedadlı  şəxsiyyətin  həyatı  kəskin  sü-
jetli macəra romanlarını xatırladır. Biz onu gah dərviş kimi səyahət 
edən,  gah  kiçik  bir  malikanənin  təsərrüfatını  idarə  eləyən,  gah  da 
dəhşətli döyüş səhnələrinin qəhrəmanı, bütün bunların fonunda isə 
ömrü  öyrənməyə  can  atan  əbədi  tələbə,  həm  də  görkəmli  sənətkar 
və  nəhayət,  şah  sarayındakı  kitabxana  və  bədii  emalatxanaların 
rəhbəri kimi görürük. 
Onun  çağdaşı  olan  təzkirəsi  və  tarixçilər  Sadiq  bəyin  poetik 
istedadını yüksək qiymətləndirirlər. O, «Sadiqi» təxəllüsü ilə gözəl 
şerlər yazıb. Sadiq bəy ondan artıq müxtəlif nəzm və nəsr əsərinin 
müəllifidir.  Bunlar  arasında  onun  Azərbaycan  və  fars  dillərində 
qələmə aldığı şeirlər  «Divan»ı,  I Şah Abbasın hərbi  yürüşləri haq-
qında  bir  neçə  min  gözəl  beytdən  ibarət  «Fəthnameyi-Abbasi-


 
262 
namdar» («Məşhur Abbasın fəthlər kitabı») adlı tarixi-epik poeması 
da  vardır.  XVII  əsrin  məşhur  Azərbaycan  tarixçisi  Iskəndər  Münşi 
həmin  əsəri  Firdovsinin  «Şahnamə»si  ilə  heç  də  təkcə  ona  görə 
müqayisə  etmir  ki,  hər  iki  poema  eyni  vəzndə  və  ölçüdə  qələmə 
alınmışdır. 
Sadiq  bəyin  Azərbaycan  dilində  yazdığı  «Məcməri-xəvas» 
adlı təzkirəsində isə Səfəvilər dövründə fəaliyyət göstərmiş 480 şair, 
rəssam və xəttat haqqında qiymətli materiallar toplanmışdır. Həmin 
əsər  həm  Azərbaycan,  həm  də  fars  mədəniyyət  və  incəsənətinin 
tədqiqi üzrə önəmli mənbələrdəndir. Əsər bu yaxınlarda fars dilinə 
tərcümə olunmuş, Tehranda nəşr edilmişdir. Onun təsviri incəsənə-
tin  metodika  və  praktikasına  həsr  edilmiş  «Qanun  əs-Süvər» 
(«Təsvirin qanunları») adlı pedoqoji təlimatlar kitabı mütəxəssislər 
arasında  böyük  şöhrət  qazanmışdır.  Bundan  başqa  həmin  əsər 
müasir surət çıxaran rəssamlar və bərpaçılar üçün əvəzsiz vəsaitdir, 
zira  burada  miniatürlərin  üzünü  çıxarmaqdan  ötrü  fırça  və  kağız 
hazırlığından tutmuş rəng seçiminə qədər hər şey haqqında məlumat 
verilir. Görünür, Apropa sənətşünaslarının Sadiq bəyə maraqlarının 
gün-gündən artmasının bir səbəbi də elə budur. 
Sadiq  bəy  Avşar  tayfasına  mənsub  olan  əsilzadə  bir  ailədə 
dünyaya  gəlmişdir.  O,  1533-cü  ildə  Təbrizdə  doğulmuş  və  hələ 
uşaqlıqdan  poeziya  və  rəssamlıqla  maraqlanmışdır.  Iyirmi  yaşında 
ikən  atasını  itirən  Sadiq  dərviş  libasında  ərəb  dünyasının  bir  çox 
ölkə və şəhərlərini gəzməyə çıxır. Vətənə döndükdən sonra isə xırda 
hakimlərin malikanələrində təsərrüfat işlərində çalışmışdır. 
Qeyri-adi fiziki və yaradıcılıq enerjisinə malik olan sadiq bəy 
kiçik  saraylardakı  mühitdən  tez  bezir.  Sənətkarın  özü  bu  barədə 
yazır: «Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, 
özünü  kamilləşdirməyə  çalış,  incəsənətsiz  həyat  ömür-gün  deyil.» 
O, öz təhsilini artırmaq fikrinə gələrək, böyük rəssam Behzadın bir 
qohumuna  şagird  durur.  Öz  sözlərinə  görə,  «hansı  işdən 
yapışırdımsa, mənə sadə və asan gəlirdi. Ən böyük arzum Behzadın 
sənətinə yiyələnmək idi. Buna görə də özümə Behzada bərabər bir 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə