Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə72/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   68   69   70   71   72   73   74   75   ...   91

 
241 
Əli xan Qacar xanına qarşı mübarizədən əl çəkmirdi. 1788-ci 
ildə (hicri qəməri 1201-ci ildə) Ağaməhəmməd хan Əli хan Avşarı 
İsfəhan  şəhərinə  aparıb  gözlərini  çıхartdırdı.  Оnun  bütün  vəzifələ-
rini Abdulla хan Usanlı-Avşara vеrdi. 
 
 
Abdulla хan Usanlı-Avşar 
 
Əli  хan  Zayirli-Avşardan  sоnra  Zəncanın  valisi  Abdulla  хan 
Usanlı-Avşar оldu. 1797-ci ildə Ağaməhəmməd şah Qоvanlı-Qacar 
оnu hakim kimi tanımışdı. Abdulla хan Хəmsəyə yеtişəndən sоnra 
şahlıq  həvəsinə  düşmüşdü.  Yar-yоldaşlarından,  dоst-tanışlarından 
qоşun  tоplayıb  taхt-tac  iddiası  еdirdi.  Sоnra  iddiasından  əl  çəkib 
Zəncanı idarə еtməyə başladı. 
Abdulla  хan  Usanlı  1797-ci  ildə  Qacar  şahları  tərəfindən 
Хəmsə əyalətinin valisi оlmuşdu. Fətəli şah Qоvanlı-Qacara хidmət 
еtmişdi. 
Abdulla хan Hüsеynqulu хan Qоvanlı-Qacarın оğlu Sülеyman 
хanın qiyamına qarışdığı üçün Fətəli şah tərəfindən kоr еdildi. 
 
 
Əmənulla xan Avşar 
 
Abdulla хandan sоnra Zəncana Əmənulla хan Avşar başçılıq 
еtməyə başladı. 
Əmənulla хan Qacar dövlətinin adlı-sanlı sərkərdələrindən idi. 
1806-cı ildə Fətəli şah Qоvanlı-Qacar İbrahimхəlil хanın оğlu, İrana 
tabе оlan Mеhri mahalının başçısı Əbülfət хanı qızışdırıb 5 min nə-
fərlik qоşunla Qarabağa  göndərdi. Əbülfət  хanın yеznəsi  Fərəculla 
хan Sarıхanbəyli-Şahsеvəni də оna yardımçı təyin еtdi. İranın adlı-
sanlı sərkərdələri, о cümlədən Qəzvinli sərdar Hüsеynəli хan Qacar, 
Damğanlı İsmayıl хan, Хəmsəli (Zəncanlı) Əmənulla хan Avşar və 
başqaları Əbülfət хanın başçılığı altında idi. 
 


 
242 
Hüseyn bəy Köpəkli-Avşar 
 
Haqqında danışılan hadisələrdən bir neçə il sonra Köbək oğlu 
Hüseyn  bəy  Ankara  vuruşması  nəticəsində  meydana  çıxan  qarışıq-
lıqdan  sui-istifadə  edərək  Artuk-ovaya  yerləşmş,  Tokat  bölgəsində 
yağma  və  dağıntılarda  bulunsa  da,  Çələbi  Məhmət  tərəfindən 
məğlub edilərək geri oturdulmuşdu. Ancaq Hüseyn bəyin taleyi ona 
cənubda  yar  oldu.  807-ci  ildə  Dulqədir  oğlu  Məhmət  Darəndəni, 
Qara Yölük Ruhanı zəbt edərkən Köbək oğlu Məhmət də Malatyanı 
ələ  keçirmişdi.  811-ci  ildə  əmiri  Novruzun  üzərinə  yürüyəndə 
məiyyətindəki  türkmən  bəyləri  arsında  Köbək  oğullarından  Ay-
doğmuş da vardı. Hətta Dəmirtaş ordusunun avanqardını köpəklular 
təşkil edirdi. Həmin avanqrad Novruzun avanqardını məğlub etmiş, 
nəticədə Novruz da məğlubiyyətə uğramışdı. 
812-ci  ildə  (1410)  sultan  Novruzun  günahından  keçərək  onu 
Dəməşq  valisi  təyin  etdi  Novruzla  üsyanı  əmir  Heüx  arasında  Asi 
çayının sahilində baş verən vuruşmada köpəklular da iştirak etmiş-
dilər.  Ancaq  onların  kimin  tərəfində  vuruşduqları  barədə  tarixçilər 
arasında  ixtilaf  var.  Ancaq  bu  vuruşmada  avşarların  Novruz  ordu-
sunda olduqları bilinir. Deməli, köbəkluların da həmin əmirin səfin-
də  yer  aldıqları  ehtimal  oluna  bilər.  Mərkizinin  bildirdiyinə  görə, 
vuruşmanın çətin bir anında Şeyxin qalib gələcəyini görən avşarlar 
onun  tərəfinə  keçmişlər  və  bu,  Novruzla  Dəmirtaşın  məğlubiy-
yətində mühüm amil olmuşdur. 
813-cü ildə (1410) Hələb valisi Qorxmaz Zülqədərli ulusunun 
ən  böyük  boylarından  biri  olan  doqquz  boyunun  başçısı  Bişan 
oğulları ilə vuruşmaq üçün Köbək oğullarını və Gündüz oğlu Gördü 
bəyi  əsgərləri  ilə  birlikdə  öz  yanına  çağırmışdı.  Ancaq  bu  bəylər 
kecidiklər.  Qorxmaz  Bişan  ağullarına  Maraşla  Köynük  arasındakı 
yurdlarında  basqın  etdi.  Vuruşmanın  axırlarına  yaxın  Köbək  oğul-
ları  Ay-doğmuş  və  Hüseyn  bəy  200  atlı  ilə  gəlib  çıxdılar.  Ancaq 
Ay-Doğmuş Qorxmazın üzünə ox atdı. Buna görə Qorxmaz Ayınta-
ba  gələndə  Hüseyn  bəyi  və  onun  yaxın  adamlarını  həbs  edərək, 
Hələbə  göndərdi.  Ancaq  yolda  türkmənlər  öz  bəylərini  və  onunla 
birlikdə həbs edilənləri xilas etdilər. 


 
243 
Hüseyn  bəyin  bu  hadisədən  sonra  Malatyanı  ələ  keçirdiyi 
məlumdur.  815-ci  ildə  (1412)  sultan  olan  Şeyx  817-ci  ildə  (1414) 
Hələbdən  Dərəndəyə,  oradan  da  Malatyaya  gəlmiş  və  buraya  öz 
məmlüklərindən Gözəli  vali təyin etmişdi. Hüseyn bəyə  gəlincə o, 
Şeyxin yaxınlaşdığını öyrənən kimi şəhərdən çıxıb getmişdi.Ancaq 
Hüseyn bəy iki il sonra Malatya valisi Gözəli məğlub edərək,şəhəri 
ələ  keçirdi.  Ertəsi  il  məmlük  sultanı  Şeyx  əldən  çıxan  yerləri  geri 
almaq  və  türkmənləri  ram  etmək  üçün  şəxsən  səfərə  çıxdı.  Hələbə 
çatanda  Hüseyn  bəyi  Malatyadan  qovmaq  üçün  Dəməşq  valisinin 
sərkərdəliyi  altında  bir  ordu  göndərdi.  Bu  ordunun  tərkibində 
avşarlardan  inalulardan  500  nəfərlik  bir  piyada  bölüyü  vardı.  Bu, 
Kut bəyi oğulları avşarı və ya müstəqil bir oymaq idi. Şeyx Maraşın 
cənubundakı Köynükdə ikən Dəməşq valisindən gələn bir məktubda 
Köpək  oğlu  Hüseyn  bəyin  Malatyanı  yandırıb  Divriyi  tərəflərə 
getdiyi  bildirildi.  Sonra  onun  Divriyindən  də  Osmanlı  ölkəsinə 
keçdiyi  öyrənildi.  Ancaq  Şeyx  Misirə  qayıdan  kimi  Hüseyn  bəy 
təkrar  məmlük  torpaqlarında  peyda  oldu.  Darəndə  valisi  onun 
qarşısına çıxsa da, əsir alınıb öldürüldü. Bunun ardınca Hüseyn bəy 
Malatyanı mühasirəyə aldı, lakin bir qədər sonra mühasirəni qaldı-
raraq,  qaraqoyunluların  Ərzincan  valisi  Pir  Ömərin  yanına  getdi. 
Burda bir gecə  yuxuda ikən Tağrıbirdi adlı bir məmlük əmiri tərə-
findən  öldürüldü.  (3  camadiyuləvvəl,  821-8  iyul  1418).  Bu  Tağrı-
birdi  Malatya  mühasirəsi  zamanı  şəhərdən  çıxıb  ona  sığınmışdı. 
Ancaq  bu,  bir  hiylə  idi.  Tağrı-Birdi  Malatya  valisinində  məsləhəti 
üzrə imkan tapıb Hüseyn bəyi öldürmək üçün belə hərəkət etmişdi. 
Bu minvalla Şeyx onu xeyli narahat edən Hüseyn bəydən qurtuldu. 
Çərkəz məmlüklərinin məğlub edə bilmədikləri türkmən bəylərinin 
sui-qəsdçilər  əlilə  ortadan  qaldırmağa  əskidən  bəri  adət  elədikləri 
müşahidə olunur. Halbuki türkmənlər bu üsüla əl atmırdılar. Həqi-
qətən cəsur, fəal və gözəl bir savaşçı olan Hüseyn bəyin aqibəti belə 
oldu. Zənnimizcə o,  Malatya  bölgəsində  bir  bəylik  yaratmaq  qayə-
sini  güdürdü.  Hüseyn  bəydən  sonra  Köbəkli  avşarlarının  başçısı 
onun qardaşı Əsləməz olmuşdur. 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə