211
Hacı Ağaxanım bəyim Qırxlı-Avşar
Ağaxanım bəyim Məşhəd şəhərində doğulmuşdu.Müqəddəs
Məkkəyi-müşərrəfi ziyarət etmişdi.
Hacıyyə Ağaxanım bəyim Əli şah Fətəli şah oğlu Qovanlı-
Qacarla ailə qurmuşdu.
Yəzdanbəxş mirzə Qırxlı-Avşar
Şahrux şahın yeddinci oğlu Yəzdanbəxş mirzə Məşhəd şəhə-
rində anadan olmuşdu.
Saray təlim-tərbiyəsi, təhsili almışdı.
Gövhədşad bəyim Qırxlı-Avşar
Şahrux şahın qızı Gövhərşad bəyim Məşhəd şəhərində dün-
yanı zinətləndirmişdi.
Gövhərşad bəyim Teymur şah Əhməd şah oğlu Dürrani ilə
ailə qurmuşdu.
Gülrux bəyim Qırxlı-Avşar
Şahrux şahın qızı Gülrux bəyim Məşhəd şəhərində dünyanı
gülləndirmişdi.
Qahirnisə bəyim Qırxlı-Avşar
Şahrux şahın qızı Qahirnisə bəyim Məşhəd şəhərində dünyaya
bəzək vermişdi.
Qahirnisə bəyim Fətəli şah Qovanlı-Qacarla dünya evinə
girmişdi.
214
Nəsrulla mirzə Övrəng Zeyb nəvəsi, Yəzdanbəxşin qızı ilə
ailə qurmuşdu. Yulduz xan, Teymur xan, Mustafa xan, Murtuzaqulu
xan,
Əsədulla xan,
Oğuz xan, Oqtay xan adlı oğulları vardı.
İmamqulu mirzə Qırxlı-Avşar
Nadir şahın üçüncü oğlu İmamqulu mirzə 1729-cu ildə ana-
dan olmuşdu. Ailə təlim-tərbiyəsi, təhsili almışdı. Atasının sərkər-
dələrindən biri idi.
Zəhirəddövlə Məhəmmədİbrahim xan Qırxlı-Avşar
İmamqulu ağanın ikinci oğlu Məhəmmədİbrahim bəy Əbivərd
ətrafında anadan olmuşdu. Qardaşına xidmət etmişdi.
İbrahim xan 1735-ci ildə Nadir şahdan Zəhirəddövlə ləqəbini
almışdı. Azərbaycanın hakimi idi.
İbrahim xan 1738-ci ildə üsyançı dağıstanlılar tərəfindən
öldürüldü.
İbrahim xan Şah Sultan Hüseyn Səfəvinin qızı ilə ailə
qurmuşdu. Əliqulu xan, Məhəmmədəli xan, Həsən xan, Hüseynəli
xan, Kazım xan adlı oğulları vardı.
Adil şah (Əliqulu xan) Qırxlı-Avşar
Əliqulu xan 1719-cu ildə Əbivərd ətrafında doğulmuşdu.
Əmisi Nadir şaha xidmət etmişdi.
Əliqulu xan əmisinin səfərlərində iştirak etmişdi.Mosul
ətrafında yaşayanlar üsyan etdikdə cəza dəstəsinə başçılıq etmişdi.
Üsyançıları darmadağın edib xeyli qənimət ələ keçirmişdi.