Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə65/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   61   62   63   64   65   66   67   68   ...   91

 
216 
İbrahim  şahın  uğuru  ətrafa  yayıldı.  Azərbaycan  əmirləri  sul-
tani  sovqatla  onun  yanına  gəldilər.  Məhəmmədkazım  xan  İbrahim 
şahın intiqamından çəkinib Əmiraslan xanı tutuqlu biçimdə Təbrizə 
yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və 
xanlıq fərmanı göndərdi. 
İbrahim şah Şahrux mirzə tərəfindən devrildi. 
 
 
Hüseynəli xan Qırxlı-Avşar 
 
İbrahim xanın dördüncü oğlu Hüseynəli xan Məşhəd şəhərin-
də  anadan  olmuşdu.  Qardaşı  adil  şahın  hakimiyyəti  dönəmində 
Xorasanın hakimi olmuşdu. 
 
 
Bəktaş bəy Qırxlı-Avşar 
 
Qırxlı oymağının adlı əmirlərindən biri də Bəktaş bəydir. Na-
dir  şahın  əmisi  (oğlu)  idi.  Nadir  şah  taxta  çıxandan  sonra  ona  xan 
ünvanı  verib  rahatsız  olduğu  bölgəyə,  Urmiyanın  Osmanlı  sərhəd-
dində  yerləşən  Xəlican  bölgəsinə  göndərdi.  Müqəddəm,  Mükri  və 
başqa elərin nümayəndələrindən ibarət bir dəstəni də ona qoşdu. O, 
Dumdum qalasını mərkəz edib, əyləşdi. 
 
 
Əmiraslan xan Qırxlı-Avşar 
 
Qırxlı oymağının səsli əmirlərindən biri də Əmiraslan xandır. 
Əmiraslan  xan  Nadirqulu  xanın  bibisioğlu  idi  və  ona  xidmət 
etmişdi.  Nadirqulu  xan  şah  olandan  sonra  Əmiraslan  xanı  ölmüş 
qardaşının,  İbrahim  xan  Zəhirüddövlənin  yerinə,  1738-ci  ildə 
Azərbaycana sərdar (komandan) təyin etmişdi. 
Əmiraslan  xan  Qırxlı-Avşar  Nadir  şahın  ölümündən  sonra 
qoşunla Ərdəbilə  yürüş  edib, Sam mirzəni tutdu. Edam edib, Təb-


 
217 
rizə gəldi. Məhəmmədkazım xan Qaradağlını özünə həmfikir edib, 
şahlıq  eşqinə  düşdü.  İran  şahlıq  taxtının  iddiaçılarında  şübhə 
doğurmamaq üçün, ehtiyatlı hərəkət edərək öz adından deyil, Imam 
Rza adından sikkə kəsdirməyə başladı. 
Əli  şah  adı  ilə  taxta  çıxan  Əliqulu  xan  Qırxlı-Avşar  (1747-
1748)  Əmiraslan  xana  elçi  göndərib,  onu  şah  kimi  tanımağı  təklif 
etdi.  Əmiraslan  xan  Əli  şahın  elçisini  öldürdü  və  asılılığını  bildir-
mədi. Onun ən  yaxın silahdaşı Məhəmmədkazım  xan idi. Qaradağ 
qoşunundan  istifadə  edib,  qonşu  hakimləri  tələb-təhdidlə,  savaşla 
özündan asılı biçimə saldı. Sonra Muğan və Ərdəbil vilayətlərini ələ 
keçirdi.  Şahsevənlərin  gücündən  bəhrələndi.  Rzaqulu  xanı  Gilana 
Rəşt  şəhərini  zəbt  etməyə  göndərdi.  Qarabağ  xanı  Pənahəli  bəyə 
öncə sultan, sonra xan ünvanı verib öz tərəfinə çəkdi. 
1748-ci  ilin sonunda qardaşı  Əli  şahı  taxtdan  salıb,  gözlərinə 
mil çəkən İbrahim mirzə özünü şah elan etdi. İbrahim şah ilk növbə-
də qorxulu rəqib saydığı Əmiraslan xana qarşı mübarizəyə başladı. 
Əmiraslan  xan  ilk  döyüşdə  məğlub  olub  həmfikiri  Məhəmməd-
kazım  xanla  Qaradağa  qaçdı.  Məhəmmədkazım  xan  İbrahim  şahın 
intiqamından  çəkinib,  Əmiraslan  xanı  tutuqlu  biçimdə  Təbrizə 
yolladı. İbrahim şah Məhəmmədkazım xana xeyli ənam-ərmağan və 
hakimlik  fərmanı  göndərdi.  Tarixçi  Məhəmmədhüseyn Quddusi bu 
olay haqqında yazır: «Əmiraslan xanın qoşunları məğlub olub dağıl-
mışdı,  özü  də  dostu  Məhəmmədkazım  xan  Qaradağlı  ilə  Qaradağa 
qaçdı.  Amma  Məhəmmədkazım  xan  bəhanə  ilə  onu  tutdu.  İbrahim 
xanın  əmrilə  onu  və  qardaşı  Sarı  xanla  birlikdə  Təbrizdə  öldür-
dülər
57
.  
Əmiraslan xanın qardaşı Sarıaslan xan İbrahim şahdan qarda-
şının əhf etməsini istədi. Yalvarıb, bağışlanmasını xahiş etdi. Əmir-
aslan  xan  təbiətən  cəsur,  qəyyur  bir  adam  idi.  Qardaşının  hərəkə-
tindən, yalvarışlarından rahatsız olub, dedi: 
-Bir abırlı ölü, yüz diri abırsızdan yaxşıdı. 
İbrahim  şah  Əmiraslan  xanla  üzbəüz  gələndə  rişxəndlə  dil-
ləndi: 
                                                 
57 
M. Quddusi, Nadir şah, Bakı, 1999, səh. 214-215. 


 
218 
-Sən də şahlıq eşqinə düşmüşdün? 
Əmiraslan xan şaha üz tutub qayıtdı: 
-Get,  Qara Mehdi  Avşarın  canına dua elə ki,  başının üstündə 
durub,  can-başla  hökmünü  yerinə  yetirir,  mənim  kimi  aslanı  sənin 
kimi tülküyə söz yeri eləyib. Beş günlük dünyada nə qədər ki, uğur 
səninlədi, get kefini çək. Indi bu başı vur, hökm sənindir! 
Əmiraslan xan 1747-ci ildə öldürüldü. 
 
 
Sarı (Aslan) xan Qırxlı-Avşar 
 
Qırxlı oymağının  adlı əmirlərindən biri də Sarı  bəydir. Əmi-
raslan xanın qardaşı, Nadir şahın bibisioğlu idi. Sarı bəy Nadirqulu 
xana xidmət etmişdi. Nadir şah olandan sonra Sarı bəyi xan ünvanı 
ilə ordusuna sərkərdə təyin etmişdi. Sarıaslan kimi tanınırdı. 
Sarıaslan  xan  1743-cü  ildə  Kerman  hakimi  təyin  edilmişdi. 
1744-cü  ildə  Məhəmmədhüseyn  xan  Qırxlının  əvəzinə  Fars 
əyalətinə vali göndərilmişdi. 
1746-cı  ildə  Məhəmmədhəsən  xan  Qovanlı-Qacar  türkmən-
lərlə birgə Astarabada hücum etmiş, onu tutub zindana salmışdı. Bu 
xəbər Mosulda olan Nadir şaha çatmış, o, Ötək hakimi Behbud xan 
Çavuşluya  və  Kerman  hakimi  Sarı  xan  Qırxlı-Avşara  əmr  etmişdi 
ki, üsyançıları cəzalandırsınlar. Behbud xan öncə yetirmiş, qiyamçı-
ları qovub Astarabaddan çıxarmışdı. Sarı xan ardınca yetirib qacar-
lara  divan  tutmuşdu.  Nadir  şah  Astarabadı,  Qorqanı,  Mazandaranı 
və bir çox yerləri Sarı xana fərmanla vermişdi. Sarı xan qənimət və 
ərzaqların  bölüşdürülməsində  Məhəmmədzaman  xanla  çəkişmiş, 
nəticədə  qacar  əmiri  saraya,  atasının  yanına  qaçmışdı.  Mirzə  Mə-
həmmədhüseyn xan olanları Nadir şaha məruzə etmiş, şah Sarı xana 
təpinmişdi. 
Sarı xan 1746-cı ildə Əliqulu xan, Allahverdi xan və Şahqulu 
xanla birlikdə Xarəzmə, qiyamçı yomutların üstünə getmişdi. Onlar 
qiyamı yatırmışdılar. 
Sarı xan 1747-ci ildə öldürüldü. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə