289
Tehrana dönmüşdü. Tehran Universitetində riyaziyyatdan tədris
etmişdi.
Bir dövrə Milli məclisin deputatı olmuşdu.
Cəlal xan Avşar
Cəlal Cəmşid xan Məcdüssəltənə oğlu (Müzəffərəddin şahın
qız nəvəsi) Urmiya şəhərində doğulmuşdu. Bu şəhərdə ibtidai
təhsilini alandan sonra Tiflisə yollanmışdı.
Tehran Universitetində biologiya fakültəsində həşəratlar
kafedrasını, Təbrizdə labarotoriya yaratmışdı. İranda və Orta Şərqdə
bu sahə üzrə ən böyük alim sayılırdı.
Hüseyn xan Avşar
Hüseyn xan 1894-cü ildə Urmiya
şəhərində dünyaya gəlmişdi. Bu şəhərdə
ibtidai təhsilini alandan, fars və fransız
dillərini mükəmməl öyrənəndən sonra 14
yaşında Fransaya yollanmışdı. Fransada
Kənd Təsərrüfatı Akademiyasında təhsil
almışdı. Təhsilini bitirdiyi il I Dünya
Savaşı dönəminə təsadüf etdi. Rusiya
Güney Azərbaycanı işğal etmişdi. O, bir
dəstə islamçı osmanlı ilə vətəninə döndü.
Urmiyada osmanlılara qoşulub ruslara
qarşı çıxış etdi. Sultan tərəfindən nişanla
ödülləndi.
Hüseyn xan savaşdan sonra Tehran-
da Maliyyə Nazirliyində işə başladı. Yaxşı işi sayəsində nazir
müavini təyin edildi. 6 dövrə dalbadal məclisə deputat seçildi. Büd-
290
cənin bölünməsində fəal iştirak edirdi. Rusiyaya göndərilən diplo-
matik heyətə başçılıq etmişdi. Tikinti nazirliyinin rəhbəri olmuşdu.
Hüseyn xanın mexanika, riyaziyyyat, fizika və fəlsəfəyə dair
dərin tədqiqatları vardı. İşlədiyi müddətdə də elmi fəaliyyətindən
qalmadı. Eynşteyn nəzəriyyəsini tədqiq edib, riyaziyyatdan maksi-
mum və minumum inteqrallarını genişləndirib, yeni nəzəriyələr kəşf
etdi. Onun nəzəriyələri dövrü mətbuatda dərc olunmuşdu.
Hüseyn xan sülh tərəfdarı idi. Papa onu qızılla mükafatlandır-
mışdı.
Hüseyn xan təqaüddə çıxandan sonra Urmiya əncüməninə
başçılıq etmişdi.
Mirzə Baba Avşar
Avropada ilk ali tibb təhsili almış
azərbaycanlı həkim Mirzə Baba Avşar,
yaxud Hacı Mirzə Baba Avşar isə Azər-
baycan valisi Abbas mirzə Naibüssəl-
tənənin ordusunun zabitlərindən birinin
oğludur. O, şahzadə Abbas mirzə tərəfin-
dən 1811-ci ildə Avropaya tibb elmini və
rəssamlıq sənətini öyrənmək üçün gön-
dərilən iki gəncdən biri idi. Abbas mirzə
1811-ci ildə onun hüzuruna, Təbrizə
gəlmiş İngiltərənin xarici işlər naziri ilə
görüşərək nazir ser Harford Consdan
xahiş etdi ki, iki gənci, Mirzə Baba
Avşarı və Nəqqaşbaşı oğlu Məhəmməd
Kazımı özü ilə bərabər Londana aparsın. Səfir müasir elmləri öyrən-
məyin zəruri olduğunu düşünən Abbas mirzənin bu fikrini müsbət
hal kimi qarşılandı. Hər iki gənc Azərbaycanın tanınmış, adlı-sanlı
ailəsindən idilər. Abbas mirzə Naibüssəltənə bu iki gənci ser Har-
ford Consla Londona yola salarkən demişdi:
291
«Bu iki gənci təhsil almaq üçün aparın ki, qayıdandan sonra
mənə, özlərinə və öz məmləkətlərinə fayda versinlər».
Nəqqaşbaşı oğlu Məhəməd Kazımın rəssamlıq sənətində
föqəladə bir istedadi var idi. Buna görə də onu bu sənətin görkəmli
ustadlarının yanında təhsil almaq üçün qəbul etdilər. Mirzə Baba isə
Tibb elminin ibtidasını öyrənməklə məşğul olmağa başladı. Məhəm-
məd Kazım 18 ay təhsil aldıqdan sonra 1813-cü ildə vərəm xəs-
təliyindən vəfat etdi. Mirzə Hacı Baba isə 6 il Londonda orta təhsil
aldıqdan sonra həkimlik sənətini öyrənməyə başladı. Yuxarıda qeyd
olunduğu kimi Mirzə Hacı Baba İranda ilk həkimdir ki, Avropada bu
sənətə mükəmməl yiyələnmişdir. O, 1819-cu ildə İrana qayıtdıqdan
sonra Abbas mirzə Naibüssəltənənin və onun oğlu Məhəmməd mir-
zənin Həkimbaşısı təyin olunmuşdur. Belə ki, Məhəmməd Mirzənin
sağlamlığı bu həkimin tam ixtiyarında idi. Mirzə Hacı Baba məşhur
həkim, Məhəmməd şahın həkimbaşısı olduqdan sonra adından Hacı
kəlməsini ataraq, Mirzə Baba Həkimbaşı kimi tanımağa başladı.
Altı il İranda İngiltərə səfirliyinin səlahiyyətli nümayəndəsi
kimi çalışmış Ceyms Moryer siyasi xadim olmaqla bərabər, həm də
yazıçı idi. O, Londona qayıdarkən Hacı Baba ilə tanış olmuş, özü-
nün «Sərgüzəşti-Hacıbaba-İsfahani» əsərinin qəhrəmanının adını da
Mirzə Hacıbaba Həkimbaşının adından götürmüşdür. Ceyms
Moryerin «Hacıbaba» kitabı nəşr olunduqdan bir neçə il sonra
İranda olmuş bir nəfər ingilis, həkimbaşı Hacı Baba ilə tanış olmuş
və onun bu xəbərdən çox dilxor olduğunu görmüşdü. Hacı Baba
Ceyms Moryerdən incimiş və əsərində nə üçün məhz onun adını
seçdiyinə təəccüblənmişdi. İran alimi Mehdi Bamdad yazır:
«Ceyms Moryer öz kitabına Hacı Babanın adını verdiyi üçün çox
güman ki, o, bundan bərk dilxor olmuşdur. Buna görə də əsərin
qəhrəmanı ilə öz arasında oxşarlıq olmaması üçün «Hacı» kəlməsini
öz adından atdı və o, həmin vaxtdan Mirzə Baba kimi tanındı.
Abbas mirzə Naibüssəltənə Azərbaycanın gözəl, abad kəndlə-
rindən olan və Təbrizdən 25 kilometr aralıda yerləşən Xoca kəndini
Mirzə Babaya bağışlamışdı. Mirzə Baba bu kəndin gəliri ilə varlı
bir şəxs oldu.
292
Mirzə Baba hicri qəməri 1244-cü ildə (1829) Rusiyanın İran-
dakı səfiri A. Qriboedovun qətli ilə əlaqədar Rusiyaya üzrxahlıq
üçün göndərilmiş nümayəndə heyətinin başçısı Şahzadə Xosrov
mirzənin şəxsi həkimi kimi göndərilmişdi.
Mirzə Baba 1833-cü Təbrizdə yerləşmiş Rusiya və İngiltə-
rənin səfirliklərinə ezam olunmuş və Naibissəltənənin bu ölkələrə
səfərini hazırlamaq işi ilə məşğul olmuşdu. Lakin məlum olduğu
kimi Abbas mirzə 1833-cü ildə xəstələnib vəfat etdiyi üçün bu
səfər baş tutmamışdır.
Doktor Mirzə Hacı Baba hicri-qəməri 1252-ci ildə (1837-ci
ildə) Tehranda vəfat etmişdir.
Hacı Mirzə Babanın Məhəmməd xan, Əli xan, Həsən xan adlı
oğlanları vardı.
Mirzə Məhəmməd xan Avşar
Mirzə Məhəmməd xan Mirzə Baba xan oğlu 1839-cu ildə
Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili al-
mışdı. İqbalülmülk ləqəbini daşıyırdı.
Mirzə Məhəmməd xan h. q. 1279-cu (1862-ci) ildən Maliyyə
nazirliyində mühasib kimi fəaliyyətə baslamışdı. Onildən sonra
1289-cu (1872-ci) ildən Qacar dövlətinin Avropa ölkələri üzrə səfir
müavini kimi çalışmışdı. O, Mirzə Mülküm xandan əvvəl İranın
Londonda vəziri-muxtarı olmuşdu. (1290/1873)-cı ildə Şeyx Möh-
sün xan Müinülmülk bu vəzifəsindən dəyişildiyi zaman Mirzə Mə-
həmməd xan İqbalülmülk London səfirliyində birinci müavin idi.
Mirzə Mülküm xan Londona gəldikdə İqbalülmülk Tehrana çağrılır.
İqbalülmülk Londonda səfir müavini olarkən, 1872-ci ildə baron
Röyter Qacar dövlətindən (şah və baş vəzirdən) aldığı imtiyaz mü-
qabilində xeyli pul vermişdi. Qacar dövlətinin tarixçisi Mə-
həmmədhəsən xan Müqəddəm öz xatirəsində bu barədə yazırdı ki,
İqbalülmülk Röyterə verilən imtiyazın əvəzinə 10 min lirə almışdı.
Dostları ilə paylaş: |