244
Şahqulu sultan Sarışeyxli-Avşar
Şahqulu sultan Mustafa sultan oğlu I Şah Təhmasibə qulluq
etmişdi. Şahdan xan ünvanı almışdı. Şahqulu xan 1529-cu ildə I Şah
Təhmasib tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin edildi.
Şahqulu sultan dekabr 1588-ci ildə Şeyx Səfiəddin bəqiy-
yəsinə 3 min 422 Təbriz tüməni pul nəzir etmişdi. Bu pul Alaruq
kəndinin bir hissəsinin alınmasına sərf edilmişdi
63
.
Şahqulu sultanın Murad bəy adlı oğlu vardı.
Yaqub sultan Avşar
Yaqub bəy 1565-ci ildə yüzbaşı idi. I Şah Təhmasib ona sul-
tan ünvanı verib Təbriz şəhərində darğa təyin etdi. Igid və bacarıqlı
adam olduğundan şah tərəfindən sevilirdi. Sultan ünvanı almışdı.
Yaqub sultan 1570-ci ildə I Şah Təhmasib tərəfindən Kerman
əyalətinə bəylərbəyi təyin edildi.
Allahqulu bəy Avşar
Allahqulu bəy Məhəmməd (Dana) bəy oğlu I Şah Təhmasib
tərəfindən Kerman əyalətinə bəylərbəyi təyin olunmuşdu. O, 1576-
cı ilədək həmin əyalətə başçılıq etdi.
Murtuzaqulu xan Avşar
II Şah Abbas qorçubaşı Murtuzaqulu xanı Kermana hakim
təyin etdi. Murtuzaqulu xan bir müddət Kermanın başçısı oldu.
63
Sərihülmülk Zeynalabidin Əbdi bəy Nəvidi Şirazi, Vəqfnameyi-büqyeyi Şeyx
Səfiəddin Ərdəbili, Tehran, “Övqaf”, 1390, səh.199.
245
Şahqulu xan Avşar
Şahqulu xan Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmin-
də, 1746-cı ildə Kermanın hakimi olmuşdu.
Şahqulu xan bacarıqlı sərkərdə, təcrübəli əsgər kimi Azərbay-
can tarixinin səhifələrində özünə yer tapmışdır.
İmamverdi xan Sarılı-Avşar
İmamverdi xan Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönə-
mində Kermanın hakimi olmuşdu.
Allahyar xan Avşar
Xəmsə avşarlarının ünlü nümayəndələrindən biri də Allahyar
xan idi. Allahyar xan İranda «Sarısaqqal» kimi tanınırdı. Abbas
mirzə naibüssəltənənin yanındı xidmət etmişdi. İran-rus savaşların-
da qəhrəmanlıq göstərmişdi. Abbas mirzə Qovanlı-Qacar rusların
üzərinə hücum zamanı döyüş planı hazırlamışdı. Fransız müəllifi
Jan Junior yazır: «Keçən gecə döyüş səflərinin düzülməsi planı
tərtib olunmuşdu və zabitlər bilirdilər ki, səhər Şahsevən əsgərləri
sağ cinahda dayanacaq, Əbdülməliki tayfası və Dəvəli Qacar tayfa-
sının əsgərləri sol cinahda mövqe tutacaqlar. Qoşunun qəlbində-
mərkəzində Avşar və Xocəvənd əsgərləri olacaqlar və cəbhənin
arxasında süvarilər ehtiyat qismində mövqe tutacaqlar ki, lazım olan
hissələrdə onlardan istifadə etsinlər.
Sağ qolun komandanlığı Mustafaqulu xan Şahsevənə və sol
qolun komandanlığı Davud xan Dəvəli-Qacara həvalə olundu.
Abbas mirzə də qəlbdə komandanlığı öz öhdəsinə götürdü.
Eyni zamanda bütün cəbhənin komandanı o idi. Allahyar xan Avşar
Xəmsə cəbhənin qəlbində Abbas mirzəyə kömək edirdi»
64.
64
J.Junior, Unudulmuş Qəhrəmanlar, 2004, səh.259.
246
Cahanşah xan Avşar
Xəmsə avşarlarının adlı oğullarından biri də Cahanşah xan idi.
Cahanşah xan 1775-ci ildə Zəncan ətrafında anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili alsa da hərbi işə meyl etmişdi. Cahanşah
xan Abbas mirzənin süvari alaylarından birinə başçılıq etmişdi.
Fransız müəllifi Jan Junior yazır: «Ehtiyat hissədən İranlıların sol
cinahına göndərilmiş o 400 süvarinin Avşar Xəmsə tayfasından çıx-
mış və döyüş günü 30 yaşı olan Cahanşah adlı bir komandanı vardı.
Cahanşah Avşar görkəmli bir süvari hesab olunurdu və at
çapmaqda çar ordusunun kazak süvarilərinin ən yaxşısına bərabər
tutula bilərdi.
Lakin çar qoşununun sağ cinahına həmlə edəcək digər süva-
rilərdə Cahanşahda olan məharət və zirəklik yox idi və rəqib qoşuna
yaxınlaşan zaman onun kimi özlərini əsgərlərin atəş təhlükəsindən
qoruya bilmirdilər.
Cahanşah Avşar çar qoşununun kazakları kimi, kiçik
yaşlarından ata minmiş, məşhur məsəldə deyildiyi kimi, at üstündə
böyümüşdü və rəqib üzərinə gedərkən özünü atın böyründə, ya
qarnının altında gizlədə bilirdi.
Cahanşah Avşar bu topları susdurmaq üçün hər birinin
tərkibində bir piyada olan öz süvarilərini 4 səfə böldü və hər 100
süvari yerləşirdirdi ki, onlar əslində 200 döyüşçü kişi idilər.
Cahanşah öz süvarilərinə və piyadalarına dedi:
«Ola bilər ki, bu həmlədə bizim yarımız, ya üçdə ikimiz qətl
olunaq, lakin sağ qalanlar bizim üçün xeyli çətinlik yaratmış və
yaradacaq bu 30 topu məhv etməlidirlər.
Topu sıradan çıxarmaq üçün ən təsirli vasitə birinci növbədə
onların mühafizələrini və topçularını öldürməkdir; onları öldürən-
dən sonra əgər bacarsanız, topları qənimət götürə bilmirsiniz, topun
çarxlarını sındırın və barıt kisələrinə od vurun ki, daha düşmən
toplardan istifadə edə bilməsin».
Onlar şərab içmirdilər, qəhvə sərf etmirdilər, siqar çəkmirdilər
ki, ürəklərinin ahəngini pozsun, bunun nəticəsində də atəş açarkən
əlləri titrəsin və güllələri boşa çıxsın.
247
Onlar minikçi deyildilər, ancaq ata minə bilirdilər və bunu da
bilirdilər ki, at dördnala qaçarkən, hərəkəti yeknəsəq olduğu üçün
atın üstündə oturan və güllə atmaq istəyən adamın əli, qəlb zəifliyi
üzündən təbii döyünməsindən başqa, titrəmir. At üstə oturan adamın
əli yalnız at yortma qaçarkən titrəyir və o vəziyyətdə əgər güllə atsa
gülləsi boşa çıxar».
Cahanşah xanın törəməsi Cahanşahi, Cahanşahlu soyadını
daşıyır.
Cahanşah xanın Həsən xan adlı oğlu vardı.
Həsən xan Avşar
Həsən xan Cahanşah xan oğlu atasından sonra mülklərini
idarə edirdi.
Həsən xan Qulamhüseyn xan Osanlı tərəfindən öldürüldü.
Hüseynəli xan Avşar
Hüseynəli xan Cahanşah xan oğlu 1817-ci ildə Zəncan
şəhərində doğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi almışdı.
Sərdari-Fateh ləqəbini daşıyırdı. Görkəmli hərbçi idi.
Sərdari Fatehin Zəncan əyalətində 500-ə yaxın kəndi var idi
ki, bu kəndlərdən də əmir 20000 xalvara yaxın taxıl əldə edirdi
65
.
Hüseynəli xanın Cahanşah xan adlı oğlu vardı.
Əmir Cahanşah xan Avşar
Əmir Cahanşah xan Hüseynəli xan oğlu 1838-ci ildə Zəncan
əyalətinin Kərsəf kəndində anadan olmuşdu. Mükəmməl ailə təlim-
tərbiyəsi almışdı.
65
GMDTA, fond 521, siyahı 5, iş 487, vərəq 15.
Dostları ilə paylaş: |