121
Qırdı xalqı Akop, İvan.
Onda quruldu
bir divan,
Hanı zənginlər, Ərdahan?
Müsafir
sevən Ərdahan. [168, 88]
Ermənilərin törətdikləri qırğınların Türkiyədə, Azərbaycanda və Azər-baycan
torpaqlarının hesabına yaradılan Ermənistan vilayətində yüz minlərlə insanın kütləvi
surətdə soyqırımı və deportasiyası ilə nəticələnməsi “Böyük Ermənistan” yaratmaq
xülyası ilə türkün qanına yerikləyən erməniləri daha da quduzlaşdırır, qanlı hadisələr
bir-
birini əvəz edirdi. “1918-ci ilin mart-aprel aylarnıda Qars bölgəsində qətliam və
talanlar törədən ermənilər Sarıqamış-Qars-Gümrü istiqaməti boyunca 52 kənd və
Qağızmanda 16500 türkü ən vəhşi metodlarla körpələrə belə rəhm etmədən şəhid
edib yandırdılar, 5000-ə qədər türk uşağının və yetiminin taleyi bu gün belə məlum
deyil” [168, 72]. Həmin dövrdə və ondan sonrakı illərdə yaranan bir sıra aşıq
şeirlərində erməni qatillərinin amansızlığı xüsusi nifrətlə əks olunurdu. Tarixdə
“Ərdahan qırğını” ilə tanınan qırğında ruslarla ermənilərin törətdikləri qətllər,
zorakılıqlar xalq sənətkarlarının əsərlərində ürəkağrısı ilə qələmə alınırdı. “Ağıt” [ağı,
mərsiyyə] adlanan bu şeirlərdə Ərdahanın amansız talanlara məruz qaldığı, dinc
əhaliyə qəddarcasına divan tutulduğu ifadə edilirdi. 1877-ci ildə ingilis səfirliyindən
gəlib çatan bir xəbərə görə rus ordusu Ərdahan qırğınında Kür çayına tökülüb
boğulanlardan başqa, qəsəbənin səkkiz yüz nəfər dinc sakinini qətlə yetirmişdi. Bu
amansız qırğında ruslarla birlikdə erməni, gürcü və yunanlar da iştirak etmişdilər.
Ümumiyyətlə, rus hökuməti həmin dövrdə xüsusilə erməniləri orduya cəlb etməklə
türklərə qarşı müharibələrdə onlardan istifadə edir, qırğınlar törədirdilər. Bu
müsibətlər, sonsuz fəlakətlər xalq sənətkarlarının şeirlərində öz ifadəsini tapırdı:
Nə zaman ki, Əmiroğlu söküldü,
Korpüdən çol-çocuq suya töküldü.
Ananın, babanın beli büküldü,
Alındı Ərdahan, yanar Osmanlı. [202, 23]
Türklərin mifik təsəvvürü və bu təsəvvürün tarixi gerçək təsdiqi kimi onu da
burada qeyd etmək yerinə düşər ki, “Ardahanlıların inanışına görə Moskvanın həddən