124
Kənddə rus ordusunun türk xalqına tutduğu divan, səbilərin (körpələrin) odda
yandırılması, bələkdəki körpələrin çaya atılması, məscid mehrabına zənglər asılması
dinc əhalinin çəkdiyi məşəqqətləri əks etdirməklə yanaşı, eyni zamanda bu faciəli
vəziyyətdən xilas olub çıxış yolu axtarmaq istəyi də ifadə olunmuşdur. Bu, Ağbaba-
Çıldır aşıq mühitində sazın-sözün döyüşkənlik ruhunu, türkün öz güc və qüdrətinə
inamını göstərən bir cəhət kimi xüsusi səciyyə daşıyır. Ümumiyyətlə, Ağababa-Çıldır
aşıqlarının poeziyasında deportasiya və soyqırımın bədii inikasının geniş bir çevrəni
əhatə etməsini Azərbaycan aşıq yaradıcılığının özünəməxsus bir cəhət kimi
səciyyələndirmək, fikrimizcə, daha doğru olardı. Çünki adı çəkilən bölgələr, qeyd
etdiyimiz kimi, digər aşıq mühitlərindən fərqli olaraq daha çox rus və erməni
təcavüzünə məruz qalmışdır. Həm də bu təcavüz ən çirkin, ən qeyri-humanist bir
miqyasda həyata keçirilir, xalqın dini-mənəvi dəyərləri belə təhqir olunurdu.
Axıskalıların Osmanlı Başkomandanlığına ünvanladığı 1918-ci il 12 aprel
tarixli
müraciətində göstərilirdi ki, “xristian əsgərlər və əhali son günlərdə Axıskada 10,
Axırkələkdə 13 kəndin əhalisinin əksəriyyətini qətlə yetirmiş, 8 kəndi yandırmışlar”
[177, 61]. Müraciətdə “biz türk və müsəlmanıq” ifadəsi dönə-dönə vurğulanırdı ki, bu
da xalqa edilən zülmün xüsusi siyasi və dini ayrı-seçkilik məqsədi daşıdığını göstərir.
Axıskanın işğalından sonra şəhərdəki “Əhmədiyyə Camisinin Ağ minarəsinin
sökülməsi və caminin kilsəyə çevrilməsi” el sənətkarlarının şeirlərində dərin və
iztirab
dolu milli-
dini hüznün poetik ifadəsi kimi diqqəti cəlb edir:
Əhmədiyyə minarəsi söküldü,
Arabayla Urusetə çəkildi.
Hansı şah vaxtında binan töküldü?
Görən nə qədərdir sinnin, Axıska?
[177, 101]
Digər bir örnəkdə Axıskanın işğalı, onun strateji mövqeyi, inzibati əhəmiyyəti
belə ifadə olunurdu:
Ax
ıska gül idi getdi,
Bir əhli-dil idi getdi.
Söyləyin Sultan Mahmuda:
“İstanbul kilidi getdi”. [202, 45]
126
Axıskanın müdafiəçilərindən Əziz Ağa adlı igid bir döyüşçü qəhrəmanlıqla vuruşaraq
həlak olmuşdu. Bu igid Anadolu ordusunun ilk şəhidi sayılır.
“Onun şəhid olduqdan sonra mübarək cəsədinə qarşı rusların başını kəsərək
di
vara asmaq və dərisini soymaq kimi göstərdikləri qorxunc vəhşiliklərdən o zaman
içi yanan
Saleh Ha
yrının yazdığı mənzumə”də insanlığa yaraşmayan əməllər
pislənirdi:
Cəsədi-pakın edib sədparə,
Asdılar nəşini bir divarə.
Soyulurmu dərisi insanın,
Kəsilirmi başı heç mövtanın?” [213, 64]
Deportasiyaların, məhrumiyyət və qaçqınlığın poetik ifadəsi Azərbaycan aşıq
yaradıcılığının digər mühitlərində - Göyçə, Dərələyəz və s. bölgələrin sənətkarlarının
əsərlərində də əks olunmuşdur. Göyçə aşıq mühitinin görkəmli nümayəndəsi Növrəs
İman “Kağız”, “Kəsildi”, “Görünür” və s. qoşmalarında rus-erməni əlbirliyi
nəticəsində xalqa edilən zülmləri, qürbətin ağrı-acısını özünəməxsus sənətkarlıqla əks
etdirir:
Bir barlı bağçaydım, barım kəsildi,
Vaxtsız xəzan oldu, karım kəsildi.
Vətənimdən etibarım kəsildi,
Qürbət ellər mənə yağı görünür. [128, 57]
Göründüyü kimi, həm Əhməd Məzluminin, həm də Növrəs İmanın örnək
gətirdiyimiz şeirlərində qürbət sıxıntısı, yurd niskili hakim mövqe tutur. Ruh və
məzmun yaxınlığı deportasiya və zorakılığa məruz qalan türk-Azərbaycan aşıqlarının
poeziyasında eyni səciyyəvi xüsusiyyətlər daşıyır.
Türkiyə ilə sülh bağlanmasına, qanlı döyüşlərin bitməsinə baxmayaraq yerli
əhali əsgər və kazaklar, rus məmurları tərəfindən yenə də təhqir və təzyiqlərə məruz
qalır, min bir vasitə ilə sıxışdırılır, doğma yurdlarında müxtəlif məhrumiyyətlərlə
üzləşirdilər. Bu baxımdan Əhməd Məzluminin “Hanakda” rədifli qoşması ictimai
məzmununun dərinliyini, sosial emosiyaların obrazlılığı ilə diqqəti cəlb edir. Bu
qoşma xalq arasında “1908-ci ildə Hanakda qırılan mallar dastanı” adı ilə də çox